суббота, 5 февраля 2011 г.

KORRUPSİYA ?


2007 ci ildə Cəlilabad rayon məhkəməsini sədri işləmiş hazırda Füzuli - Beyləqan hərbi məhkəməsi işləyən Adil Qasımov məni aldadraq oğlumu pul müqabilində zaminə buraxmaqla məndən 5000 ( beş min ) manat aldığı pulu bu günə kimi qaytarmır. oğlum cəzasını çəkib qayıtsa da Adil Qasımov mənim pulumu qaytarmır. Bu barədə 2010 cu ildə bir dəfə Ədliyyə nazirliyinə müraciət etdim Məni və oğlumu Adil Qasımovun sifarişi ilə həbs edəcəklərini bildirdilər. Bu dəfə isə cənab Prezident Sizə şəxsən müraciət edirəm Adil Qasımov mənim pulumu qaytarması üçün köməklik göztərəsiniz.
Dərin hörmətlə: zülfüqarov Mahmud Cəlil oğlu
Cəlilabad şəhəri Tomris küçəsi ev - 17.

Çiyələyin nələrə qadir olduğunu bilirsinizmi?


Çiyələyin nələrə qadir olduğunu bilirsinizmi?

03 Fevral 2011

Alimlər bütün giləmeyvələr kimi, çiyələyin də insan orqanizminə faydalı olduğunu sübut edib.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, insanın ruhdan düşməməsi, daim yaxşı əhval-ruhiyyədə olması üçün müntəzəm şəkildə çiyələk yeməsi məsləhətdir. Gündə 150 qram bu giləmeyvədən yeyən şəxs asanlıqla stresdən qurtula bilər. Tərkibindəki 50-dən çox ətirli və xeyirli maddələr sayəsində çiyələk insanın mənfi emosiyalarını azaldır, ruh yüksəkliyini artırır.
Çiyələyin digər xeyri qanı təmizləməsi, immuniteti artırması, maddələr mübadiləsini tənzimləməsi, ürək-damar sistemi və qaraciyər, böyrək xəstəlikləri və hətta bədxassəli şişlərin qarşısını almasıdır. Bu giləmeyvə həmçinin diş, baş ağrısı, burun-udlaq iltihabı riskini azaldır.

böyük cinayətkar qrup ifşa olunub.


  "Barəsində bir ildən artıq araşdırma aparılan böyük cinayətkar qrup ifşa olunub. Araşdırma yekunlaşıb və iş məhkəməyə göndərilib"
03-02-2011
Bookmark and Share

Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev fevralın 3-də jurnalistlərə deyib. O bildirib ki, həmin qrupun 11 üzvündən 4-ü gömrük əməkdaşıdır.
  Komitə sədrinin sözlərinə görə, həmin dəstə müxtəlif cinayət əməlləri – sənədlərin saxtalaşdırılması, korrupsiya və sairədə təqsirli bilinirlər.
Aydın Əliyev deyib ki, artır zərərsizləşdirilmiş bu dəstə rüşvətxorluqda, saxta sənədlərin hazırlanmasında, rəsmi sənədlərin saxtalaşdırılmasında ittiham olunur:
  «Hazırda bu istiqamətdə araşdırma davam etdirilir. Dövlət Gömrük Komitəsində daxili təhlükəsizlik idarəsi var. Hər bir gömrük işçisinin davranışı ilə bağlı araşdırmanı bu idarə aparır».
DGK sədri əlavə edib ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında «Gömrük əməkdaşları sizinlə necə rəftar edir» başlığı altında link yerləşdirilib və bu link vasitəsilə komitəyə daxil olan məlumatlar dərhal araşdırılır.

Fövqəladə Hallar Nazirinə qarşı mübarizə planı işə düşür


KAMALƏDDİN HEYDƏROV “MÜHASİRƏYƏ“ ALINIB / 03.02.2011
Fövqəladə Hallar Nazirinə qarşı mübarizə planı işə düşür
Ölkə mətbuatında müntəzəm olaraq Azərbaycan hakimiyyətinin tərkibində bir - birinə qarşı ciddi mübarizə aparan qruplar haqqında xeyli maraqlı yazılar dərc olunur. Həmin yazıların süjet xəttini əsasən ölkənin baş nazir postu uğrunda gedən mübarizə təşkil edib. Kamaləddin Heydərov - Ziya Məmmədov, Kamaləddin Heydərov - Ramil Usubov, Kamaləddin Heydərov - Bəylər Əyyubov, Kamaləddin Heydərov - Ramiz Mehdiyev qarşıdurmaları haqqında gedən yazıların motivlərini, məhz həmin adamların Baş nazir postu uğruda apardıqları amansız mübarizənin süjeti təşkil edir.
Heç kimə sirr deyil ki, Azərbaycan iqtidarını təşkil edən insanlar komanda halında bir ailənin nəzarəti altında olsalar da, ailənin xeyir - duası ilə hakimiyyətin ayrı - ayrı qollarına rəhbərlik edən bu nazirlər və digər yüksək vəzifəli şəxslər arasında daha yüksək post tutmaq üçün daim kəskin, bəzən qorxunc örtülü mübarizə gedib və bu proses indi də davam edir. Həmişə mübarizə ölkənin baş nazir postu uğrunda gedib və gedir. Qeyd edim ki, yuxarıda adlarını çəkdiyimiz cütlüklərin mübarizəsi bir çox hallarda öz nəticəsini verib. Buna dair bir neçə fakt artıq ortadadır. Onlardan bəzilərini təkrar yada salmağı məqsədəuyğun sayıram.
Məsələn, 2000 - 2005 - ci illər ərzində Kamaləddin Heydərov - Fərhad Əliyev və Kamaləddin Heydərov - Əli İnsanov cütlükləri arasında getmiş gizli mübarizənin nəticələrini götürək. Yəqin, həmin illər ərzində bu cütlüklər arasında zaman - zaman baş verən münaqişə barədə xalq arasında gəzən şayiələri çoxunuz xatırlayırsınız. O zaman şayiə gəzirdi və hətta mətbuat yazırdı ki, Kamaləddin Heydərov Əli İnsanovu döyüb. Bu, əslində şayiə deyildi, məmurlar arasında gedən savaşın sədası idi. Hətta bir dəfə Kamaləddin Heydərov mətbuat konfransında yazarlardan birinə bu barədə yazısına yumorla etiraz da etdi.
Həmin qarşıdurmalar 2005 - ci ildə öz bəhrəsini verdi. Əli İnsanov və Fərhad Əliyev süni ssenari əsasında qurulmuş “ dövlət çevrilişinə “ cəhddə suçlu bilinərək, tutulub həbs olundular. Onların hər ikisi hələ də məhkumluq həyatı yaşayırlar. Deməli, o zaman Kamaləddin Heydərov Fərhad Əliyevin və Əli İnsanovun hakimiyyətə xəyanət etdiklərini ölkə prezidentinə çatdırdı, tutarlı faktlarla onu inandırdı və özünə rəqib olan, Baş Nazir postuna real namizədlərin hər ikisini gizli mübarizə ilə vurub sıradan çıxardı və çoxdan başladığı örtülü mübarizədə qalib gəldi. Bu hadisədən sonra K. Heydərov Baş nazir postuna gətirilməsə də, FHN kimi güclü bir qruma nazir təyin olundu. Eyni zamanda bir sıra sahələr onun nəzarəti altına verildi.
Hazırda açıq hiss olunur ki, FH naziri K. Heydərovun mövqeyi əvvəlkinə nisbətən xeyli zəifləyib. Gələn məlumatlar təsdiq edir ki, artıq ölkə prezidentinin yanında onun mövqeyi sürətlə geriləyib. Ramiz Mehdiyev, Bəylər Əyyubov, Ramil Usubov, Ziya Məmmədov və digər yüksək vəzifəli şəxslər K. Heydərovun ailə hakimiyyəti üçün çox təhlükəli fiqura çevrilməsi barədə obrazı yaradaraq onu sıradan çıxarmağa nail olublar. Əldə etdiyimiz məlumatlar da təsdiq edir ki, yuxarıda adlarını çəkdiyimiz şəxslər K. Heydərov haqqında ölkə prezidentinə kifayət qədər təsdiqlənmiş ciddi məlumatlar veriblər.
Məlumatlı mənbənin verdiyi xəbərə görə, artıq bir neçə aydır ki, ölkə prezidenti K. Heydərovu yaxına buraxmır. Son iki ayda K. Heydərovun prezident tərəfindən müxtəlif motivli hadisələrlə bağlı bir neçə dəfə sorğu - sual edildiyi və ciddi təpgi ilə üzləşdiyi bildirilir. Hər tərəfdən mühasirəyə alınan K. Heydərovun hazırda bütün hərəkətlərinin nəzarət altına alındığı və MTN tərəfindən əmlakının gizli “uçotu”nun aparıldığı deyilir. Mənbə son zamanlar FHN - nin bütövlükdə fəaliyyətinə nəzarətin ciddi şəkildə gücləndirilməsini K. Heydərovun vəzifədən qəflətən götürülməsi ilə nəticələnə biləcəyi ehtimalını da istisna etmir.
Göründüyü kimi, ölkənin ən nüfuzlu və önəmli fiqurlarından biri olan “Fövqəlnazir” ətrafında olduqca xoşagəlməz şayiələr dolaşmaqdadır. Atalar yaxşı deyib ki, “ od olmasa, tüstü çıxmaz!”. Yəqin deyilənlərin hamısı gerçək olmasa da, müəyyən qismi reallığın əlamətidir. Hadisələrin gedişi və ortada gəzən söz - söhbətlər K. Heydərovun çoxdan arzuladığı Baş nazir postuna gedən yolun bağlandığına dəlalət edir.
Amma belə getsə, deyəsən, Baş nazir kreslosunda əyləşən Artur Rasizadə çoxlarının ümidlərini puça çıxaracaq. O, hələ də Aeroporta gedib prezidenti xaricə yola salır və qayıdanda da çox həvəslə qarşılayır! Heç xəstə və qoca adam təsiri də bağışlamır!..

Mirdaməd

Kişilərin hökmranlığı qadınların zəifliyindən qidalanır?


Kişilərin hökmranlığı qadınların zəifliyindən qidalanır?

Mill.Az xəbər portalı bildirir ki, Fransa sosioloqlarının araşdırmalarına görə, kişi və qadın arasında bərabərsizlik yalnız cinsi əlaqə zamanı tam aradan qalxa bilir. Hər iki cinsin yaxınlığı qarşılıqlı qurban vermə ilə müşayət olunur. Qadın öz bədəninin «istismarına» razılıq verdiyi kimi, kişi də öz hakimiyyətini güzəştə gedir. Bəzi hallarda kişi cəmiyyətdə, ictimai həyatda təsəvvürünə belə gətirə bilmədiyi səlahiyyətləri qapalı otaqda tərəf müqabilinə verməyə hazır olur. Hətta bu zaman qadının qarşısında dəfələrlə «alçalır».
80-ci illərdə daha çox, o dövrün oğlanları arasında dillər əzbəri olmuş bu şeir parçası da qadınların onları idarə edənlərin üzərindəki hökmranlığının bədii sübutudur.
Aya-ulduzlara ucalır raket,
Şairlər yaratmış bu şeiri «buket».
O Mərkəzi Komitə, o Ali Sovet,
Hamısı baş əyir «qol» arasında.
Cəmiyyətlər dəyişir, qadına münasibət isə...
Sovet dövründə qadınların idarəçilik sistemində çəkisinin artmasının başlıca səbəbi təhsilin inkişafı olsa da, bu məsələdə formalizmə yol verildiyi heç kəsdə şübhə doğurmur. Ali Sovet şamamalarla, bəstilərlə doldurulmuşdu. Bu qadınların sovet deputatxanasına düşməsi heç də onların dövlət quruculuğu üçün cani-dildən çalışmalarının yox, əsasən, çox işləyib artıq pul qazanmaq sevdasının nəticəsində baş tutmuşdu. Həm kommunizm, həm də demokratiya qadınlara qarşı təxminən oxşar münasibət sərgiləyiblər. Odur ki, yenicə meydana çıxmış pornokratiya siyasi termini hər iki siyasi quruluşu rədd edir.
Pornokratiyaya görə, qadın yataqda kişi ilə hansı statusu paylaşırsa, bu, idarəçilikdə də özünü göstərməlidir.
Başqa sözlə, zərif cinsin nümayəndələri bir neçə dəqiqəlik bərabərhüquqluluğun müddətini daha da uzatmaq istəyirlər. Şərqdə - İslam və türk dünyasında isə hətta intim münasibətlərdə (bəzi hallarda) qadın və kişi hüquqlarının sərhədləri ənənəvi, klassik pozalarla mühafizə olunur.
Şərq fəlsəfəsində kişi istehsalçı, qadın isə istehlakçı kimi təzahür olunur. Bu da kişilərdə tələbkarlığın artmasına gətirib çıxarır. Yəni, toxum səpən əkinçinin torpaqdan daha keyfiyyətli məhsul götürmək niyyətini xatırladır.  Əkinçi torpaq üzərində bütün ağalıq hüquqlarına malik olduğu kimi, kişi də qadını üzərində hökmranlığını tam mənada saxlayır. 
Şərq qadınını həyatlarını niyə bölür?
Şərqdə qadın spesifik rol oynamağa - uşaq doğmaq və böyütmək vəzifəsini yerinə yetirməyə məhkum edildiyindən o, öz şəxsi həyatını yarımçıq yaşamaq və sosial həyatını həm kişisilə, həm də övladları ilə paylaşmağa məcbur olur. Beləliklə, qadınlıq… yarımçıq insanlığı ehtiva edir.
Kişi açıqlığa - cəmiyyət həyatına, qadın isə qapalılığa - ailə ocağına sürüklənir. Şərqdə qadın kişinin «enerji ehtiyatı» rolunu oynayır. Bununla o, cinsi əlaqə zamanı qadından libidoz enerjini özünə transfer edir.
İslam nəzəriyyəsindən fərqli olaraq, türklərin yaşam təfəkküründə insan həyatı onun özünün əbədi proyekti hesab olunur. Bu proyektdə qadınların da xüsusi çəkisi var. Deməli, qadın həm də kişinin proyekti sayılır. Şərqdə qadına qarşı bu cür yanaşmanın nə vaxt tarixin arxivinə düşəcəyini isə söyləmək, hələ ki, çətindir.
Qərbdə isə araşdırmalar sübut edir ki, cinsi münasibətlər kişi və qadın arasındakı buzların əriməsində müstəsna əhəmiyyətə malikdir. Məsələn, iş yerlərində, ofislərdə qadın işçilərə qarşı  tələbkar, bir qədər də sərt münasibətlərdə olan müdir onunla yaxınlıq edən digər qadın işçisinə fərqli davranmaq məcburiyyətində qalır. Çünki sonuncu, müdirin «sərt»liyinə, «tələbkar»lığına yaxşı bələddir.
Bütün bunlar göstərir ki, cəmiyyətdə qadınların rolunun yüksəlməsi, onların kişi hökmranlığından xilas olmaları təkcə təhsildən, qanunlardan, gender layihələrindən deyil, həm də cinsi həyat münasibətlərdə olan statusun cəmiyyətdə də davam etdirilməsindən keçir.

Rəna

Texniki-Peşe məktəbinin direktoru


Mir Nizami Əhmədli                 Texniki-Peşe məktəbinin direktoru
 
                             Süzgəcindən keçirtdin,
                                   Hər səni sevənləri
                                 Özünə qardaş etdin,
                                     Vətəni sevənləri
                                 
                                       *       *       *
                                Gecən gündüzə döndü,
                                 Danışdın xilqətinlə
                                Təpələr düzə döndü,
                                   Ucaldın millətinlə

                                      *        *        *  

                                      Şeirətdə adın var,
                                     Qəlbin incə, zəifdir
                                     Əsdirdiyin küləklər,
                                       Mülaimdir, zəifdir

                                        *         *          *
                                      Yurdum ağrı, acısın
                                    Qəlbində bitən andı
                                   Ürəyində məhəbbət
                                    Dilində Vətən andı
                            
                                        *           *          *
                                    Həyat nurlu dəbistan ,
                                     Şair inam Mütəllim
                                      Ucal-ucal anba-an
                               Mir nizami müəllim                                                

Yarıb ürəyimə salardım səni.  

Niyə gənc yaşımda səni görmədim,
Sevdirib özümü alardım səni.
Heç bir kəs ay gözəl görməsin deyə,
Yarıb ürəyimə salardım səni.

Nə qədər diriyəm su var canımda,
Cismim burdadırsa ruhum yanında.
Desələr ilansan mələk donunda,
Yenə də boynuma dolardım səni.

Heç dərdim olmazdıdərdə salsanda,
Harda yaşasanda, harda qalsanda.
Nə qədər əlçatmaz uzaq olsan da
Arayıb, axtarıb  tapardım səni.

**************************

Niyə dəyişdin.

Kasıb idik danışardıq gülərdik
Dərdimizi sərimizi bilərdik
Nə olsaydı qardaşyana bölərdik
Nə oldu ki, birdən – birə dəyişdin?

Bu qədərmi pula başın qarışdı
Sən bilmədin gələn dostur, tanışdır
Tanımadın? , aramız bir qarışdı
Nə oldu ki, birdən – birə dəyişdin?

Güvəndiyim dağlaqa qar yağdımı?
Gördüm indi talehimi bəxtimi
Soruşmadın usta ölüb, saxdımı?
Nə oldu ki, birdən – birə dəyişdin?

************************

 Başa bəla..

Dilim – dilim olasan,
yaman günə qalasan
Qoymadın ki, dinc olam
Başıma sən bəlasan

Ora – bura çəkdilər
Başımda turp əkdilər
Dil sənin ucbatından
Mənə torba tikdilər

Nəyim varsa aldılar
Məni qaz tək yoldular
Yersiz danışdım, Məni
Yaman günıə saldılar.

*****************


Nəvəm mənim.

Nəvəm məktəbə gedir
Kişidir beş yaşında
Hələ əlindən tutub
Aparır yoldaşım da

Nənəsi çantasına
Qoyub şəkər çörəyin
Dostlarılə bölüşür
O yediyi yeməyin

Nəvəm məktəbə gedir
Əlində var çantası
Onun ilə fəxr edir
Nənəsilə babası

*******************

Yıxdı evimizi dollar

Qənd , pəsok bahalaşdı,
Hər şey həddini aşdı
Yazıq kasıb dolaçdı,
Hara getdi o mallar
Yıxdı evimizi dollar

Gələ bilmirəm sizə,
Hünərin var gəl bizə
Palçıq çıxıbdır dizə
Xarabala qalıb yollar
Yıxdı evimizi dollar.

Aşağı saıb başın
Yükləyib maşın – maşın
Satır torpağın daşın
Xaricə axır pullar
Yıxdı evimizi dollar.

Məmurların qarnı tox
Kasıbın heç nəyi yox
Boşananın sayı çox
Çoxalır bizdə dullar
Yıxdı evimizi dollar.

******************

Əfşar Süleymani


Əfşar Süleymani
1992-ci ilin may ayında Naxçıvanda mərhum Heydər Əliyevlə İran Xarici İşlər Nazirliyinin görüşündə bir sıra razılıqlar əldə olundu. O cümlədən, müharibədə yaralanan əsgərlərin bir neçəsinin İranda müalicə olunması, tezliklə İranın Naxçıvanda baş konsulluğunun açılması, Naxçıvanda işıq, yanacaq və ərzaq problemlərinin həll olunması həmçinin Naxçıvan əhalisinin rahatlıqla İrana gedib gəlməsi.
Naxçıvan görüşlərində Heydər Əliyevlə bərabər Ali Məclisin müavini Rəşid Həsənov, Naxçıvanın baş naziri Şəmsəddin Xanbabayev, Naxçıvanın xarici işlər naziri Rza İbadov və digər şəxslər də iştirak edirdilər.
Tehranın Naxçıvanla əlaqələri yaranandan sonra bu Bakıda qısqanclıqla qarşılandı və ondan sonra xarici işlər naziri Tofiq Qasımovun Tehrana səfərinin şahidi olduq. Nəzərə gəlirdi ki, mərhum Elçibəyin İrana qarşı sərt münasibəti tədricən azalmaqda idi. Beləliklə, Xalq Cəbhəsi hakimiyyəti dövründə Bakıdan 1-ci rəsmi səfər İrana baş tutmuşdu. Bu zamanlar Azərbaycanın lap ağır günləri idi. Naxçıvanın vəziyyəti isə daha ağır idi. Mən özüm də naxçıvanlıların çətin günlərinin şahidi olmuşam. 1992-1993-cü illərdə 3-4 dəfə Naxçıvana səfərlərimdə soyuqdan sübhədək qonaq evində yata bilməmişəm. Əhalinin ağacları kəsmələrinin şahidi olmuşam. Onların ağacları kəsib-doğrayıb odun kimi istifadə etdiklərini görmüşəm. Odunla həm yaşayış yerlərini isidir, həm də yemək bişirmək üçün ondan istifadə edirdilər.
1992-93-cü ildə Heydər Əliyev Naxçıvanda olarkən 2 dəfə İrana səfər etdi. Birincisi İranın o vaxtkı XİN rəhbəri Əli Əkbər Vilayətinin dəvət ilə, 2-ci isə İranın o vaxtkı prezidenti Əkbər Haşimi Rəfsəncaninin dəvətilə baş tutdu. 2-ci səfərdə İran prezidentinin özəl təyyarəsi Naxçıvana uçdu, Heydər Əliyevi və onunla gələn məsul şəxsləri Tehrana gətirdi, sonra da Naxçıvana qaytardı. Heydər Əliyevin İrana birinci səfərində (1371 hicri şəmsi şəhrivər ayi -1992 ci ilin sentyabrı) Heydər Əliyev ilə Əli Əkbər Vilayəti tərəfindən bir memorandum imzalandı və bu sənəddə yuxarıdakı sadaladığım məsələlər və başqa mövzular qeyd olundu.
Bu səfərdən və imzalanmış sənəddən sonra Bakıda İran-Azərbaycan arasında birinci müştərək komissiyanın iclası keçirildi. Belə nəzərə gəlirdi ki, Tehran Naxçıvanla təmasları artıranda Bakı tərəfindən İranla əməkdaşlığa rəğbət də artır.
Müştərək komissiyanın sədri İran tərəfindən Qulamrza Şafeyidi Azərbaycan tərəfindən mərhum Afiyədin Cəlilov oldu. İclasın sonunda bir sənəd imzalandı və iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıqlarının mövzuları bu sənəddə dərc olundu.
Mən müştərək komissiyanın iclasının keçirilməsinə kömək etmək üçün 1992-ci ilin noyabr ayından Bakıda idim. Bu mənim Bakıya 1-ci səfərim idi. İclas təxirə düşdü və mən Tehrana qayıtmalı oldum. Bundan sonra mən İranın Azərbaycandakı o vaxtkı və birinci səfiri Əli Əsgər Nəhavəndiyanın israrı ilə Bakıda qaldım və səfirlikdə çalışdım. Nəhavədiyanla Tehranda İranın xarici ölkələrindəki səfirlərinin seminarında tanış olmuşdum və o mənim yazılarımı, danışıqlarımı görmüş və bəyənmişdi. Ona görə də məndən 1-2 ay Bakıda səfirlikdə çalışmağımı və ona kömək etməyimi istədi. O mənə dedi ki, XİN-nin rəhbərliyi ilə danışıb və mənim Bakıda qalmağımın razılığını alıb.
Təxminən 2 ay mən Bakıda qaldım və səfirlikdə çalışdım. Bir neçə görüşlərə Nəhvəndiyanla birlikdə getdim. Həm müzakirələri yazırdım, həm də öz fikirlərimi Nəhavəndiyana deyirdim. Bundan əlavə mən Bakıda rus əlifbasını öyrəndim və Azərbaycan qəzetlərini də oxumağa başladım. Mənasını bilmədiyim kəlmələri də tərcüməçilərdən öyrənirdim. Əslində əlifbanı öyrənməyimə bir hadisə səbəb oldu (o vaxtlar qəzetlər rus əlifbası ilə nəşr olunurdu). Mən qəzetlərin tərcümələrini mətbuat şöbəsindən götürürdüm və onların mətnindən təhlillərimdə istifadə edirdim. Bir neçə təhlil yazandan sonra bir gün tərcümələri istəyəndə Azərbaycan vətəndaşı olan tərcüməçi məndən üzr istəyərək dedi ki, mətbuat şöbəsinin məsul şəxsi deyib ki, tərcümələri sizə verməyək! Dedim problem deyil, təşəkkür edirəm. Anladım ki, mənim gündə ən azı 1-2 yazdığım təhlil onu qıcıqlandırıb. Beləliklə qərar verdim ki, rus əlifbasını öyrənim və özüm qəzetləri oxuyum.
Sonra da başqa işlərlə paralel olaraq, hətta hoteldə Azərbaycanda olan partiyaların da məramnamələrini tərcümə edib, təhlillər yazdım. O cümlədən Müsavat, Xalq Cəbhəsi, Milli istiqlal Partiyaları, eyni zamanda Azərbaycanın o zamankı olayları ilə bağlı təhlillər yazdım...
                                                            

Cəmil Həsənlidən


“Azərbaycanın dünənində və bu günündə olan işıqlı ziyalıların vurulmasının ideya təşəbbüsçüsü və əsas icraçısı bilavasitə cənab Ramiz Mehdiyevdir"
Keçmiş millət vəkili Cəmil Həsənlinin “Azadlıq” qəzetinə müsahibəsi
- Cəmil müəllim, az əvvəl “Turan” agentliyinə müsahibə verərək Azərbaycanda seçkiləri kəskin şəkildə pisləmiş və kütləvi saxtakarlıq olduğunu bildirmişdiniz. Bu günlərdə isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı 7 noyabr parlament seçkisi barədə yekun rəyi açıqlandı. Əgər bir az geniş mənada yanaşsaq, bu yekun rəy Sizin və seçkilərin saxtalaşdırıldığını elan edən bütün ictimaiyyətin iddialarını beynəlxalq səviyyədə təsdiqlədi.
- Bilirsiniz, biz hamımız bu prosesin içərisində olmuşuq və xalqın seçki hüququnun necə əlindən alınmasının şahidiyik. Faktiki olaraq, ATƏT-in yekun rəyində təsdiq olunduğu kimi, Azərbaycan xalqı 7 noyabrda öz iradəsini ifadə edə bilmədi və parlament seçkisi total şəkildə saxtalaşdırıldı. Artıq seçkilər haqqında ən səlahiyyətli söz demək hüququna malik olan ən nüfuzlu beynəlxalq təşkilat bizim mövcud parlamentin Azərbaycan xalqının iradəsini ifadə etmədiyini təsdiqlədi. Bundan sonra bu parlamentin gözükölgəli fəaliyyət göstərməsi ölkəyə yalnız və yalnız ziyan gətirəcək. Ötən ilin 7 noyabrında seçki adı ilə baş vermiş olaylar açıq şəkildə göstərdi ki, xalqın hakimiyyətin mənbəyi olması barədə konstitusiyanın mühüm maddəsini hakimiyyət dairələri artıq unudub. Bu seçkilərdə xalq hakimiyyətə yox, hakimiyyət xalqa öz iradəsini diktə etdi və bununla da xalq hakimiyyətin formalaşdırılması prosesindən uzaqlaşdırıldı. Özünə hörmət edən hakimiyyət ATƏT-in bu rəyindən sonra yeni seçkilər təyin etmək barədə düşünməlidir.
- İndi çıxış yolunu nədə görürsünüz?
- Qoy çıxış yolunu ilk növbədə Azərbaycanı belə vəziyyətlə üzləşdirənlər axtarsınlar. Heç kimə məsləhət və ya resept vermək fikrində deyiləm. Ancaq bir vətəndaş və bir ziyalı olaraq fikrimi sizinlə bölüşürəm ki, gələcəkdə ən azı öz övladlarımız bizə deməsinlər ki, axı siz həmin dövrdə yaşayırdınız, hələ 1918-ci ildə dünyanın ən demokratik cümhuriyyət nümunəsini vermiş bir ölkənin bu vəziyyətə düşməsinə niyə biganə qaldınız. Bu il bərpasının 20 illiyi tamam olan müstəqillik xalqımızın böyük nemətidir. Amma eyni zamanda, həmin müstəqilliyi qazanmış xalq tədricən onun bəhrəsini görməkdən uzaqlaşdırıldı. 7 noyabr seçkisi isə həmin prosesin siyasi yekunu oldu. Ən qəribəsi odur ki, ölkəmizin neft gəlirləri artdıqca əhalimiz daha da yoxsullaşır. Geniş əhali kütlələri öz həyatında müstəqilliyin bəhrələrini hiss etmir. Müstəqillik, korrupsiyaya qurşanmış bir sıra harın məmurlar üçün Azərbaycanı müstəqil şəkildə sökmək məqamına çevrilmişdir. Korrupsiya olan yerdə demokratik təsisatlardan söhbət gedə bilməz. Sözün tam mənasında Azərbaycan bu gün korrupsiya burulğanında öz siyasi, iqtisadi, mənəvi və əxlaqi simasını itirməkdədir. Məhz idarəçilik sisteminə çevrilmiş korrupsiya şəbəkəsi ötən ilin 7 noyabrında xalqı qanunverici hakimiyyəti formalaşdırmaq imkanından məhrum etdi. Parlamentdə bu vəziyyətə etiraz edən 5-6 nəfər söz deyən vardı, onlar da kənarda saxlanıldı. Mən indi Misir və Tunis haqqında gedən ictimai müzakirələri izləyirəm. Bəzən deyirlər ki, bu ölkələrin başçıları demokratik islahatlar keçirsəydilər hakimiyyətdən bu cür biabırçı şəkildə getməzdilər. Məsələ burasındadır ki, real demokratik islahatlar olan yerdə Hüsnü Mübarək 30 il hakimiyyətdə otura bilməzdi. Məhz həmin islahatların qarşısını almaq yolu ilə o, belə uzun müddət hakimiyyətdə otura bildi. Ölkədən qaçmış və qaçmağa hazırlaşan ərəb liderlərinin təcrübəsi onu da göstərdi ki, kiçik istisnalarla müsəlman ölkələrinin əksəriyyətində hakimiyyəti ələ keçirmiş dairələr onu seçki yolu ilə, abırlı şəkildə öz rəqiblərinə ötürüb yenidən seçki yolu ilə hakimiyyətə gəlmək kimi mənəvi kamillik meyarına malik deyilər. Çünki bu liderlərin çoxu hakimiyyətdə olarkən o qədər qeyri-qanuni hallara, korrupsiya əməllərinə, rüşvətxorluğa, öz rəqibləri ilə despotik mübarizə üsullarına yol verirlər ki, hakimiyyətdən gedəndən sonra onları nələrin gözlədiyini göz önünə gətirdikdə, hakimiyyətdən möhkəm yapışmaq instinkti baş qaldırır.
- Sizcə, ərəb dünyasındakı hadisələrdə Wikileaks-in rolu nə dərəcədədir?
- İlk baxışda sanki bu rol görsənmir. Lakin mən deyərdim ki, Ərəb dünyasında baş vermiş və hələ genişlənəcək hadisələrdə Wikileaks-in rolu müstəsna dərəcədə böyükdür. Əslində Tunis və Misirdə baş verənlər Wikileaks inqilabının başlanğıc mərhələsidir. Devrilən və devriləcək ərəb rejimləri Amerikaya bağlı rejimlər idi. Götürün elə Misiri, axı Hüsnü Mübarək Yaxın Şərqdə ABŞ-ın ən yaxın müttəfiqi idi. Wikileaks-in məlumatları göstərdi ki, Amerika bu rejimlərin arxasında deyil. Amerika diplomatları bu diktatorları ələ salır, onları lağa qoyur, onların orta əsr qaydalarına bənzər despotik əməllərinə gülür. Bütün bunlar xalqa çatınca, bir tərəfdən xalq ona başçılıq edənlərin hansı əməllərlə məşğul olduğundan “diplomatik səviyyədə” xəbər tutub hiddətləndi, digər tərəfdən rejimin gücsüzlüyünü anlayıb son mübarizəyə qərar verdi.Heç bir ictimai rəylə, reallıqla hesablaşmaq istəməyən Azərbaycan hakimiyyəti isə Hüsnü Mübarəki daimi hesab edib ona Bakıda heykəl qoymuşdu. Təsəvvür edin ki, Azərbaycan milli ideyasının və milli dövlətçiliyinin banisi, canını, malını, bütün varlığını bu millətin azadlığına sərf etmiş Məmməd Əmin Rəsulzadəyə heykəl qoymaq üçün Bakıda yer və vəsait tapılmır, Hüsnü Mübarək kimi bir diktatorun heykəli Azərbaycanın paytaxtında ucaldılır. Buna nə ehtiyac var idi və bu rüsvayçılığa nə ad vermək olar? Əgər hansısa bir misirlinin Bakıda heykəlini qoymaq lazım idisə, Misir dünya mədəniyyətinin beşiyidir və dünyaya böyük dühalar bəxş edib.
- Yanvarın 27-də Ramiz Mehdiyevin sədrliyi ilə çoxdan bəri toplanmayan korrupsiyaya qarşı mübarizə komissiyasının iclası keçirilib. Sizcə, bu dünyada baş verənlərlə bağlıdır, yoxsa növbəti bir tədbir idi?
- Azərbaycanda korrupsiyanın səviyyəsi elə sadə deyildir ki, iki ildə bir dəfə toplanan fəaliyyətsiz bir komissiya onunla bağlı nə isə edə bilsin. Bu tipli tədbirlərin korrupsiyanın qarşısının alınması baxımından heç bir əhəmiyyəti yoxdur. Əgər beynəlxalq təşkilatların qiymətləndirmələrinə diqqət yetirsəniz, aydın şəkildə görərsiniz, bu komissiya yarandıqdan sonra Azərbaycanda korrupsiyanın səviyyəsi nə qədər yüksəlib.
İlk növbədə, bu komissiyanın üzvləri kimlərdir? Hanı ictimaiyyətin, mən hələ müxalifət demirəm, müstəqil mətbuatın nümayəndələri həmin komissiyada. Kiçik istisnalarla korrupsioner şəbəkə elə cənab Ramiz Mehdiyevin müşavirəsində oturanlar idi. Azərbaycanda korrupsiya və korrupsioner axtarışına çıxmağa lüzum yoxdur, hər şey göz qabağındadır. Mən hələ, 2009-cu ildə, 2010-cu ildə məclisdəki çıxışlarımda haray saldım ki, Vergilər Nazirliyi ilin sonunda iş adamlarının qanuni vergilərindən başqa onların illik dövriyyəsinin 10 faizini rüşvət kimi tələb edir. Seçildiyim dairədən 30-a yaxın iş adamı bununla bağlı mənə müraciət etmişdi. Sonra öyrəndim ki, paytaxtdakı, istisnasız olaraq, bütün iş adamları metronun “Nərimanov” stansiyasının yanındakı Bakı şəhər Vergi Departamentinə çağırılır və vergi məmurları bu tələbi iş adamlarının qarşısına qoyur. Kimsə bazarlıq edib bunu ümumi dövriyyənin 6 faizinə sala bildi, bəziləri isə müəssisəsini bağlamaq məcburiyyəti qarşısında qaldı. Həmin məmuru ora göndərən də bəllidir, məmurun adı da, oturduğu otağın nömrəsi də, söhbətə dəvət etdiyi iş adamlarının dairəsi də.
Əgər yadınızdadırsa, il yarım əvvəl vergi orqanları “Turan” informasiya agentliyindən informasiya yox, jmıx satmaq üstündə akt tərtib etmişdi. Həmin vaxt Bakıda fəaliyyət göstərən bir xarici müəssisənin mühasibi mənə izah etdi ki, bizdən 100 min manat istəyirlər. Biz bunu verə bilərik, lakin bizə izah etsinlər ki, öz sənədləşməmizdə bunu necə göstərək, hara yazaq? İndi durub korrupsioner axtarırlar. Azərbaycana daxil olan orta səviyyəli hər mebel dəstinin üzərində 500-600 manat korrupsiya pulu var. Şəhərin mərkəz hissəsi istisna olmaqla, Bakı şəhərində tikilən binaların hər kvadrat metrində 250-300 manat korrupsiya pulu var. 4-5 ildir tikilib başa çatmış yaşayış binaları müxtəlif bəhanələrlə dövlət qeydiyyatına alınmır və bu səbəbdən də 10 minlərlə Bakı sakini qışın soyuğunu qazsız keçirməli olur. Hətta, bəzi qurumlar yaranışından əvvəlki dövrün rüşvətini də şirkətlərdən, şirkətlər isə vətəndaşlardan tələb edirlər. Qanunun geriyə tətbiqi olmadığı halda, rüşvət keçmişə belə şamil olunur. Budur Azərbaycan reallığının acı mənzərəsi. Ölkə korrupsioner şəbəkənin əlində cəmlənmiş idxal üzərində oturub, geydiyimizin hamısı, yediyimiz və içdiyimizin böyük əksəriyyəti xaricdən gəlir. Azərbaycana daxil olan malların gömrükdə sənədləşdirilən qiyməti ilə bazara çıxarılan qiyməti arasında 10 dəfədən artıq fərq var. Məhz bu fərqə görə daxili istehsala imkan vermirlər. Məhz bu fərqin hesabına vətəndaşın yalnız cibindəki qəpik-quruşu deyil, qursağındakı yağı da çəkirlər. Bütün bunları görmək üçün korrupsiyaya qarşı mübarizə komissiyasının sədri olmağa heç bir ehtiyac yoxdur. Belə hallar Azərbaycan vətəndaşının yaşadığı gündəlik həyat hadisəsidir.
- Bütün bunlar qanunun işləməməsi ilə bağlıdır, yoxsa daha müəmmalı səbəbləri vardır?
- Qanun və hüquq anlayışlarına münasibət Azərbaycanda çox fərqlidir. Məmur göstərişinin qanundan üstün olduğu yerdə heç bir hüquqi dövlətdən söhbət gedə bilməz. Ona görə də Azərbaycanda tez-tez təkrar edilən “biz hüquqi dövlət qururuq” ifadəsinin nə hüquqa, nə də dövlətə heç bir aidiyyəti yoxdur. Hüquqi dövlət olan yerdə rəsmi şəkildə polis axtarışında olan bir qadını üzünə durğuzmaqla “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi həbsə atmaq olmazdı. Son bir neçə ildə bizim “hüquqi dövlətimizdə” Eynulla Fətullayevin başına nələr gətirildiyi də gözümüzün qabağındadır. Bilirsiniz, Stalinin ölümündən sonra Sovet Ittifaqı kimi antihumanist bir dövlət 1937-1938-ci illərdə etdiklərindən xəcalət çəkib, sonrakı tarixində kiminsə evinə silah, kiminsə cibinə narkotik maddə atmaq metodlarını ləyaqətinə sığışdırmadı. Cənubi Azərbaycandan olan məşhur antisovet şair Məhəmməd Biriyanı tutmaq lazım gələndə, onun yazdığı antisovet şeirlərini çoxaldıb “Torqovı”nın adam sıx olan yerində cibinə qoydular və sonra da şahidlərin iştirakı ilə həmin şeirləri onun cibindən çıxarıb sənədləşdirdilər.
Götürək, elə son günlərdə islamçılarla bağlı baş verənləri. Mən Azərbaycanda dünyəvi dəyərlərin tərəfdarlarındanam. Lakin mömin insanların dini etiqadlarına, imanlarına, şəxsi həyatlarına hörmətlə yanaşmağı da zəruri hesab edirəm. Əgər islamçıların bir vətəndaş olaraq Azərbaycan qanunları qarşısında günahı varsa, olan günahına görə onları cəzalandırmaq lazımdır. Lakin evlərinə silah-sursat atmaqla onlara “günah” düzəltmək, “suç” düzüb-qoşmaq cəmiyyətdə ziddiyyətləri daha da dərinləşdirir. Azərbaycan cəmiyyətində bu işlər o qədər adi hal alıb ki, hakimiyyət orqanları Allahın səbrindən və xalqın qəzəbindən çəkinmədən XXI əsrin ikinci onilliyinin ilk günlərində dini etiqadını özü üçün təhlükə hesab etdiyindən bir qrup mömin vətəndaşın evinə “silah” atmaq yolu ilə onları həbsə ala bilir. Burada hansı hüquqi dövlətdən söhbət gedə bilər?
Hakimiyyətdə müəyyən adamlar sadəcə olaraq etdikləri hərəkətlərin doğura biləcəyi mənəvi və sosial nəticələrini görmək istəmirlər. Mən hakimiyyət orqanlarını vəziyyəti düzgün qiymətləndirməyə, vətəndaşların haqlarına hörmətlə yanaşmağa və 37-ci ilin saxta üsulları ilə vətəndaşları həbsə almaqdan çəkinməyə çağırıram. Azərbaycanda hamı bilir ki, bu silah-sursat mömin adamların evindən necə çıxarılır. Islamçılarla bağlı baş verənlər bir daha göstərdi ki, Azərbaycan vətəndaşları qanunun aliliyindən, onun himayəsindən daha çox, məmur insafının amanındadır. Hakimiyyət dairələri bütün resurslarını daxili “düşmənlərə” qarşı mübarizəyə səfərbər etdiyindən 20 ildir ki, Azərbaycan torpaqları düşmən tapdağı altındadır.
- Sizcə, bütün bunlar ictimai rəyin olmaması və ya hakimiyyətin ictimai rəyə məhəl qoymamasının nəticəsidir?
- Azərbaycanda ictimai rəyin olmadığını demək düzgün deyil. Hər gün qəzetlərdə kriminal mənşəli bu qədər materiallar gedir, Azərbaycan vətəndaşlarının acınacaqlı həyatını göstərən süjetlər verilir. Bu yaxınlarda polis idarəsində Elvin adlı bir gənci döyüb öldürüblər. Polis yetkilisi sübut etməyə çalışır ki, Elvin guya “vosmoyski” ləqəbli avtoritet olub. Lap deyək, belə olub, bunun üçün qanun var və qanuni cəza üsulları var. Bəyəm, kimsə özünü “avoritet” elan edirsə, polis orqanları onu döyüb öldürməlidir? Iki həftədir qəzetlər bu bədbəxt gəncin öldürülməsi ilə bağlı ilginc faktlar ortaya qoyur, bir nəfər hakimiyyət rəsmisi ortaya çıxıb demir ki, niyə bu hadisə baş verib. Deməli, Azərbaycanda ictimai rəy məsələnin bir tərəfidirsə, onunla hesablaşmamaq məsələnin digər tərəfidir.
Avropa Insan Haqları Məhkəməsi növbəti seçkiyə az qalmış üçüncü çağırış deputatlardan birinin mandatını ləğv edir, onun seçkisində baş vermiş qanunsuzluqlara görə dövləti cərimələyir, hakimiyyət orqanları həmin adamı yenə gətirib məhz həmin dairədən deputat seçdirirlər. Bax, bu, nəinki daxili, eyni zamanda beynəlxalq ictimai rəyə meydan oxumaqdır. Əlbəttə, kiçik istisnalarla Milli Məclisə az sayda ləyaqətli adamların seçildiyini inkar etmək olmaz. Lakin Latın əlifbası ilə bioqrafiyasını belə yaza bilməyən, savadsızlığı ucbatından seçki sənədlərini başqasına yazdıran bir dəstə adama dostluq, qohumluq, yerliçilik, şəxsi sədaqət və digər prinsiplərə görə deputat mandatı vermək, onları müxtəlif vəzifələrə göndərmək Azərbaycan dövlətinə, millətinə və xalqına qarşı xəyanətə bərabər bir addımdır. Parlamentin bu vəziyyətə düşməsi, Azərbaycanın beynəlxalq qınaq obyektinə çevrilməsi, xalqın seçki hüququnun mənimsənilməsinin məsuliyyəti bilavasitə bu prosesə rəhbərlik edən cənab Ramiz Mehdiyevin üzərindədir.
- Sizcə, bu acınacaqlı mənzərə nə ilə bağlıdır?
- Bunun birinci səbəbi yuxarıda izahını verdiyimiz korrupsiya ilə bağlıdır, ikinci səbəb isə bilavasitə korrupsiyanın nəticəsi kimi, kadrların seçilməsində təbii inkişaf prosesinin pozulmasından irəli gəlir. Azərbaycanda yaltaq olmayan, məddah olmayan adamlar indi cəmiyyətdə “ala qarğa” vəziyyətinə düşüb. Yaltaqlaşmış cəmiyyət belə adamlara xor baxır və onu yaltaq olmadığına görə məzəmmət edir. Mən sovet dövrünə həsəd aparan adam deyiləm. Lakin bu gün, Bakı şəhəri də daxil olmaqla, rayonlara başçılıq edən adamların çoxunu, həmin dövrdə indi oturduqları binalara heç gözətçi də qoymazdılar. Heç bir intellektual səviyyəsi olmayan, rüşvət yığmaqdan başqa əlindən bir şey gəlməyən adamların müxtəlif mülahizələrə görə yüksək vəzifələrə irəli çəkilməsi respublikada acınacaqlı vəziyyət yaratmışdır. İstedadı yalnız təzə rüşvət yerləri müəyyənləşdirməyə yönəlmiş hər təzə gələn icra başçısının birinci işi rayon ərazisində əhalinin zor bəla ilə, cüzi yaşayış mənbəyi kimi əldə etdiyi kiçik dolanışıq yerlərini sahiblərinin əlindən alıb, təzədən onların özlərinə satmaq olur. Hər 10-15 icra başçısını hakimiyyətdə yüksək görəv sahibi olan öz patronu idarə edir. Getdikcə bizim dövlətimiz icarə şərtləri əsasında idarə olunan şirkət xarakteri daşımağa başlayır. Nə vaxta qədər bu biabırçılıqlar davam edəcək? Bir sıra rayonlarda hakimiyyət orqanları rayon və onun əhalisi ilə işğal olunmuş ərazi və əhali kimi rəftar edirlər. Ümumiyyətlə, Azərbaycanda həmişə hakimiyyətdə tək-tük zəif adamlar olub, amma heç vaxt bu qədər zəif, intellektsiz və dövlətçilik düşüncəsindən uzaq olan böyük bir yığın, hamısı eyni vaxtda hakimiyyətdə təmsil olunmayıb. Və elə bunun nəticəsidir ki, Azərbaycanda geniş ziyalı dairələri müxtəlif formalarda gözdən salınır. Götürək elə son illərdə Rüstəm Ibrahimbəyovla bağlı baş verənləri. Azərbaycanda Kino evi yoxdur. Kiçik istisnalarla kinoteatrların hamısını vəzifəli şəxslər mənimsəyib. Bu böyük ziyalı öz şəxsi vəsaiti hesabına Bakının kənarında Kino evi, Kino Məktəbi tikmək istəyir. Rəsmi icazəsi əlində, işin də bir hissəsi görülüb. Hakimiyyətin ünvanına bir-iki tənqidi fikir səsləndirən kimi, Neft Şirkəti gəldi ki, xeyr, biz bu dağın başında quyu qazıb neft çıxaracağıq. Azərbaycanda neft sənayesi fəaliyyətə başlayandan bəri ən yaraşıqlı buruq Rüstəm İbrahimbəyovun kino evi tikmək istədiyi sahədə qurulan buruqdur. Lap kinoya çəkiləsi buruqdur. Iki il əvvəl Rüstəmə qarşı kampaniya başlayanda doğrudan da Azərbaycan ziyalıları onu müdafiə etməklə iradə nümayiş etdirdilər. Üzərindən iki il keçsə də, indi kimisə prezident təqaüdünə, ordenə, medala təqdim edəndə cənab Ramiz Mehdiyev ilk növbədə maraqlanır ki, bu ziyalı Rüstəmi müdafiə edənlərin içərisində olub, ya yox.
Ümumiyyətlə, Azərbaycanın dünənində və bu günündə olan işıqlı ziyalıların vurulmasının ideya təşəbbüsçüsü və əsas icraçısı bilavasitə cənab Ramiz Mehdiyevdir.

BİR NEÇƏ İCRA BAŞÇISINI HƏBS TƏHLÜKƏSİ GÖZLƏYİR



5.2.2011
BİR NEÇƏ İCRA BAŞÇISINI HƏBS TƏHLÜKƏSİ GÖZLƏYİRHakimiyyət içində hökm sürən son günlərin ab-havası rayonlara da sirayət etməyə başlayıb. PİA.AZ-a sızan informasiyalara görə, artıq Prezident Administrasiyasında bir neçə rayonun icra başçısının karyera taleyi ilə bağlı qəti qərar verilib.

«Yeni «antikorrupsiya» və yaxud da «inqilab önləməsi» dalğası ilə hərəkət edən hakimiyyət islahatlarını rayonlarda davam etdirəcək ki, nəticədə bir neçə rayonun icra başçısı görəvdən alınacaq» deyən mənbəyə görə, onlara qarşı da «işlərindəki nöqsan» ittihamı irəli sürülsə də, bəzilərinin həbsi də mümkündür.

Vurulacaq icra başçılarının kimliyinə gəlincə isə, bu barədə danışan mənbəmiz bildirir ki, onların arasında Gəncənin, Mingəçevirin və Abşeronun icra başçıları da var.


VERGİLƏR NAZİRLİYİNDƏ YENİ RÜŞVƏT QAYNAĞI


FAZİL MƏMMƏDOV YENİDƏN XƏRAC TOPLAYIR

Dünən məlumat verərək bildirmişdik ki, birbaşa olaraq prezidentin göstərişinə əsasən, Vergilər Nazirliyi tərəfindən ayrı-ayrı obyektlərdən yığılan illik qeyri-qanuni rüsum ləğv edilib.

Bildirək ki, bu məlumatımız həm ictimaiyyət və həm də aidiyatı olan çevrələr tərəfindən maraqla qarşılanıb. Hətta bu hadisə bir sıra kuluarlarda ciddi şəkildə müzakirə də olunub.

Məlum olur ki, artıq VN rəhbəri Fazil Məmmədov böyük bir gəlir ünvanını əlindən çıxarıb. PİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, Fazil müəllim alternativ gəlir qaynaqlarının yaradılması ilə bağlı yeni addımlar atmağa başlayıb.

Bu barədə məlumatı verən mötəbər mənbə vurğulayır ki, yeni qərara əsasən VN əməkdaşlarına nəzarət etdikləri ərazilərin yenidən dislokasiyasının müəyyənləşdirilməsi adı altında pul toplamalıdırlar: «Artıq paytaxtın mərkəzi rayonlarında VN əməkdaşları obyektlərə «hücuma keçiblər». Kimin ki, arxasında himayədarı var, onlar canlarını qurtarır. Yerdə qalanlar isə özlərinin də anlamadıqları bir prosesə (çünki VN əməkdaşları baş çəkdikləri obyektlərin sahiblərinə əslində, hansı məqsədlə gəldiklərini izah etmirlər, sadəcə olaraq VN-dən gəldiklərini bildirirlər –red.) görə pul verməli olurlar».

Məlumatlı mənbəmiz bildirir ki, «yeni dislokasiya müəyyənləşməsi» hər bir sahibkara obyektinin profili və miqasından asılı olaraq 2-5 min manat və 10-50 min manat arası dəyişir: «Bu isə əslində ləğv edilmiş qeyri-qanuni illik rüsumun alternativi kimi də qəbul edilə bilər. Doğrudur, bu «rüsum» əvvəlkindən azdır, amma fakt faktlığında qalır ki, Fazil Məmmədov yenə də obyektlərdən xərac toplama həvəsindən qalmaq niyyətində deyil».

Mətanət İsgəndərli Mahir Abdullayevin kimlər tərəfindən oğurlanmasını kimlərə etiraf edib?


Mətanət İsgəndərli Mahir Abdullayevin kimlər tərəfindən oğurlanmasını kimlərə etiraf edib?
 (Əvvəli ötən saylarımızda)

altAzərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin özünü sığortalamaq üçün ölkə prezidentinə və Ombudsmana yazdığı müraciətində yer alan məlumatları sizlərə təqdim etməkdə davam edirik. Həmin müraciətdə məmurlar barədə hansı şantaj xarakterli məlumatların yer aldığını sizlər də bilin. Məlumat üçün bildirək ki, ABU rektorunun müraciəti tanınmış ziyalılar tərəfindən imzalansa da, hələlik ünvanlara göndərilməyib. Elşad Abdullayev öz adamlarına göstəriş verib ki, müraciət onun həbs olunmasından sonra yayılsın və ya ölkə rəhbəri və Ombudsmana göndərilsin.
VII hissə
Elşad Abdullayev müraciətində bildirir ki, qardaşı Mahirin oğurlanmasında iştirak edən Sənanla söhbəti zamanı qardaşının onun tərəfindən oğurlanmasını bildirib. Lakin Sənan rektoru hədələyərək bu barədə dərinə getməməyi tövsiyə edib. Bundan sonra Sənan izi itirmək üçün başqa planlar qurub. Belə ki, Sənan Elşad Abdullayevin qohum-əqrabasının içərisində nifaq salmağa başlayıb. O, rektorun və Mahirin ailəsinin başını qatmaq üçün rayona yollanıb və Abdullayevlərin qohum-əqrəbasına şikayətlər edib. Məqsəd Arzu, Mətanət və onların havadarlarını cinayətdən yayındırmaq olub.
Araşdırmalar nəticəsində bəlli olub ki, hər gün dəfələrlə Mahirə zəng edən Sənan Mahir oğurlanan günü ona bir dəfə də olsun zəng etməyib.
Elşad Abdullayev müraciətində daha sonra bildirir ki, cinayətkar dəstə üzvləri Mahirin oğurlandığı ilk günlərdə onun geri qaytarılması üçün natarius vasitəsilə ondan pul alıblar. Sonra bildiriblər ki, Mahiri gözləsinlər, o özü gələcək. Hətta onlar E.Abdullayeva xəbərdarlıq da ediblər ki, qohum-əqraban başqa söhbət etməsin.
Elşad Abdullayev müraciətinin bir neçə hissəsində qeyd edir ki, Mahir Abdullayevin oğurlanmasını təşkil edən şəxs Sənan olub: "Bunu təsdiqləyən şahidərim də var. Məmmədəli kişi, ABU-nun mühafizə xidmətinin rəhbəri Araz Mursaquliyev, "Sevinc" kafesinin əməkdaşları - Novruz, Ənvər, Seyid, Rövşanə, Səadət tovuzlu, Asif skripac, Teymur və başqaları təsdiq edə bilərlər ki, Mahirin oğurlanmasına istiqamət verən Sənan olub". O bir daha qeyd edir ki, Mahirin oğurlanması planı müğənni Mətanət İsgəndərlinin evində baş verib.
Elşad Abdullayev bildirir ki, bu cinayətkar dəstənin əməlindən şikayət etdikdən sonra "el qızı" Mətanət İsgəndərli 23.01. 2010-cu ildə saat 13:10 da FM-90.10 radiosunda canlı efirdən 2 mahnı oxuyub. O mahnı "Satqın" adlanıb. Abdullayev yazır ki, o bu mahnını üzünü havadarlarına tutaraq oxuyurmuş və onları satqın adlandırırmış.
Müraciətdə Elşad Abdullayev əlavə edir ki, Mətanət İsgəndərli efirdən maraqlı bir cümlə də işlədib. "Dilimin ucunda bir sirr var, desəm öldürərlər, deməsəm ölləm".  "El qızı" bununla demək istəyirmiş ki, "siz məni satdınız, mən də Mahirin oğurlanması sirrini açacam".
Artıq Mətanət İsgəndərlinin ətrafındakıları Mahir Abdullayevin kimlər tərəfindən və kimin evindən oğurlanmasının tam təfərruatlarını bilirmişlər.

(Ardı gələn sayımızda)

P.S. Elşad Abdullayevin müraciətində adı keçən şəxslərin əksəriyyəti sağdır və Azərbaycanda yaşayır. Nədən oğurluq əməli ilə bağlı başlanmış cinayət işi yenilənib həmin şəxslərin ifadələri alınmır? Sənəddə adı çəkilən şəxslər bu gün kifayət qədər tanınmış olmaqla yanaşı, cəmiyyət üçün maraqlı adamlardır.
Bu səbəbdən də cinayət işi yenilənməli və işin istintaqı yenidən aparılmalıdır. Bu zaman Elşad Abdullayevin müraciətinin şantaj, yoxsa həqiqət olduğunu müəyyənləşqdirmək olar.
Həmçinin sənəddə aşkar şəkildə qeyd olunur ki, adları qeyd olunan şəxslər mütəmadi olaraq Elşad Abdullayevlə görüşərək qardaşı Mahir Abdullayevin yanından gəldiklərini və 2 miylon dollar versələr, onu gətirə biləcəklərini deyiblər. Doğrudan da maraqlıdır ki, bu şəxslər oğurlanan adamın yerini necə biliblər. Və yaxud niyə hüquq-mühafizə orqanlarının rəhbərliyi onlardan Mahir Abdullayevin yerini öyrənə bilməyiblər. Əgər həqiqətən də onlar Mahir Abdullayevin yerini bilib polisə məlumat verməyiblərsə, deməli, onların da oğurluq işində əli var və cinayət məsuliyyəti daşıyırlar. Hər halda faktları yazmaqda davam edəcəyik.
Üstəlik onu da bildirək ki, dəfələrlə Mahir Abdullayevin xarici ölkələrin birində biznes fəaliyyəti ilə məşğul olduğu bildirilib. Əgər elədirsə, nədən onu ölkəyə gətirib əsl cinayətkarların müəyyənləşdirilməsinə nail olmaq olmur. Niyə Mahir Abdullayevi ölkəyə gətirə bilmirlər?
"Gündəlik Bakı" Araşdırma Qrupu