Показаны сообщения с ярлыком ərizə və şikayət. Показать все сообщения
Показаны сообщения с ярлыком ərizə və şikayət. Показать все сообщения

суббота, 13 ноября 2010 г.

“AZƏRENNERJİ” QAPALI SƏHIMDAR CƏMIYYƏTININ PREZIDENTI CƏNAB E. PIRVERDIYEVƏ

 Surəti:  Şirvan Regional Enerji Şəbəkəsi Məhdud Məsuliyyətli Cəmiyətin Direktoruna 
 Cəlilabad şəhəri , A. Azərtürk küçəsinin 158 № li  evin sahibi 63 yaşlı , II qrup əlil , Abıyev Bəxtiyar  Balabəy oğlundan

                                                                  B İ L D İ R İ Ş !

            Sizin ASC – nin ENERJİNƏZARƏTİ idarəsinə və mənə ünvanladığınız  01.10.2010 cu il tarixli 19-3/3387 – saylı məktubunuza cavab olaraq bildirirəm ki, mən 1990 cı il tarixdən 3 fazlı  elektrik sayğacından istifadə edirəm və hər ayda sayqac hesabı ilə aidatı Poçt şöbəsi vasitəsilə istifadə etdiyim elektrik enerjisinin pulunu , Cəlilabad elektrik enerji idarəsinə ödəmişəm.
            Lakin , Sizin  mənə ünvanladığınız məktubda məni günahlandırmaqla , mən sanki birinci dəfə olaraq 3 – fazlı elektrik sayğacından  istifadə edirəm!
            Sizə məlim edirəm ki, Cəlilabad PEŞ – də fəaliyyət göstərən məmurların vətəndaşlara qarşı münasibəti və xidməti  də ürək açan deyil, əvvəla idarənin rəisi İ. Aslanov məni aldadıb və sonradan , üstündən bir ay keçəndən sonra razılaşma Protokolu tərtib edərək demək olar ki, məcburi qaydada mənə imza etdirib. Belə ki, mən susuz qalmamaq xatirinə həmən Prolokola imza etmişəm. Halbuki mənim ərizəm də yoxdur.
            Sizin heç bir nümayəndə mənim yaşadığım evdə olmamış və mənim hətta evimin Cəlilabadın hansı guşəsində yerləşdiyini belə bilmir.
            Mənim şikayətim əsasında Respublika Dövlət Enerji Nəzarəti İdarəsinin Lənkəran Regional Sektorunun aparıcı – məsləhətçi müfəttişi K. M. Məmmədov mənim evimdə olmuş  mənimlə dəfələrlə söhbət etmiş, yoxlama və müşahidələrindən sonra belə qənaətə gəlmiş ki, mənim şikayətim və tələbim haqlıdır və bu barədə akt tərtib etmiş  lakin Sizin Cəlilabad rayonundakı nümayəndəniz aktı imzalamağdan imtina etmişdir.  Nəyə görə??
Necə olur ki, Respublika Energetika Nazirliyinin nümayəndəsi hər şeyi dəqiqliklə yerində yoxlayıb və bu qənaətə gəlib ki, vətəndaş Abıyev Bəxtiyarın şikayət və tələbi haqlıdır və bu barədə Cəlilabad PEŞ – in rəisi İ. Aslanovun nəzərinə çatdırılmış və ona 22.092010 cu il tarixli 25 saylı tələbnamə verilmiş ki, fiziki şəxslərdən ödənişlər tələb etməsi   qaydalara zidd olması bildirilmişdir. Lakin Siz bu tələbnamənin və eləcədə Ölkə rəhbərinin , Nazirlər Kabinetinin qərarlarına məhəl qoymadanöz əsassız iddialarınızı müdafiə etməyə sövq edirsiniz.
Respublika Dövlət Enerji Nəzarəti İdarəsinin tərtib etdiyi 22.10.2010 cu il tarixli aktı məlumat üçün Sizə göndərirəm.
Yuxarıdakılara əsasən Sizdən xahiş edirəm nümayəndə göndərəsiniz və hər şeyi mənim iştirakım ilə yerində yoxlayıb ətraflı və dəqiq müşahidə edib son qərar çıxarasınız.
Hörmətlə:   Abıyev Bəxtiyar Balabəy oğlu
                  20.10.2010 cu il

AZAD İSTEHLAKÇILAR BİRLİYİNİN SƏDRİ CƏNAB E. HÜSEYNOVA

AZAD  İSTEHLAKÇILAR  BİRLİYİNİN SƏDRİ CƏNAB  E. HÜSEYNOVA  
CƏLILABAD ŞƏHƏR HƏZI ASLANOV KÜŞƏSI EV58 də  Yaşayan ABDIYEV ƏHMƏDAĞA HÜSEYN OĞLUNDAN                                                                                               
Ə R İ Z Ə
  cənab Eyyub Hüseynov!
 Mənim sualıma konkret olaraq cavab istədiyim halda Şirvan MMC - nin  Hüquqşunası F. A. Şirəliyevin mənə nə izah etmək istədiyi başa düşülmür.
Antiinhisar Syasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Departamentinin rəis müavini  cənab A. Əliyev yazırsiniz ki, 5 gün müddətində müqaviləni göndərin. Siz mənim məktubumu diqqətlə oxuyun. Əgər müqavilə yoxdursa mənim evimə bir fazlı sayqac nəyin əsasında birləşdirilib.
Sualımı bir daha təkrar edirəm.
Mənim evimdə olnan bir fazlı sayğac dəyişdirilib. 3 fazlı sayğacımı isə şəbəkədən ayırıblar. Onun şəbəkəyə birləşdirilməsini xahiş və tələb edirəm.
            Bildiririrəm ki,  uzun illərdir ki, göstərdiyim ünvanda yaşayıram həmişə də sayğacdan istifadə etməklə enerji haqqını vaxtında ödəmişəm.
Azərenerji Təhcizat İdarəsinin rəisi Hikmət müəllimin şəxsən göstərişindən sonra mənim 3 fazlı sayqacım şəbəkəyə birləşdirilsə də üç  gündən sonra yenidən şəbəkədən ayrıldı. Bununla əlaqədar Cəlilabad PEŞ – nin rəisinin yanında olsam da məni qəbul etmədi , dedi ki,  mənlık deyil. Şirvan YGEŞ – nə müraciət edin.  Cəlilabad PEŞ – rəisi İ. Ə. Aslanovun  bir daha yadina saldım ki, sayğaclar pulsuz dəyişdirilməlidir. Axı mənim hazırda standarta uyğun oln sayğacım işlək vəziyyətdə olduğu halda nə səbəbə şəbəkədən ayrılıb. İ. Ə. Aslanov bir daha bildirdi ki,  Mənə yalnız  Şirvan YGEŞ – I  göstəriş verə bilər.
Mənə məsləhət bilir ki, Şirvan şəhərinə gedim. Mən nəyə görə qapı – qapı düşüb nə isə almalıyam. Bu işə cavabdeh mühaənislər var. Baxmalıdırlar ki, mən yalnız quyudan su çıxarmaq üçün istifadə etmişəm. Mənim sayğacımın dəyişdirilməsinə ehtiyac yoxdur. Əgər Siz bunu istəyirsinizsə o , zaman bu əməliyyat pulsuz həyata keçirilməlidir.
Mən bu barədə İqtisadi İnkişaf naziri cənab Ş. Mustafayevə , Antiinhisar Departamentinə müraciət etməyimə baxmayaraq 2010 cu ilin mart ayından bu məsələ öz qanuni həllini tapmamışdır. Azərenerjinin Şirvan şəhərindəki məmurlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin  06.01.2010 cu il tarixli 03 saylı qərarına hörmətsizlik etməsini , Azərbaycan Respublikası Prezidenti Möhtərəm . İ. H. Əliyevin sərancamının əlehinə olaraq qanunsuz yolla pul toplamaq məqsədli bu hərəkətini qəbul edə bilmirəm. Prezidentin sərəncamının yerinə yetirilməməsin başa düşmürəm. Məgər bu ölkədə Azərenerjinin hansısa məmur işçisi Prezidenti saymır. Hamını aldadaraq zorla da olsa Smart – kartla işləyən sayğacları satmaq istəyi?
Mənim 70 – yaşım var , əliləm məni haqsız olaraq incidirlər. Odur ki , Sizdən acizanə xahiş edirəm mənim susuz qalmaqımı nəzərə alaraq bu məsələnin həllindən ötəri  Şirvan YGEŞ – nə  göstəriş verəsiniz. Onsuz da Azərenerji bu məsələni həll etmək istəmir. Dəfələrlə müraciət etsəm də ərizəmə Şirvan YGEŞ – i MMC – nin hüquqşunası  F. A. Şirəliyev yalnız EEİQ – nin tələblərinin izah olunduğunu bildirən cavab yazır.
3 fazlı sayğacın dəyişdirilməsinin pullu və yaxud pulsuz olmasını yazmır.  
Mənim sualim isə belədir.
Uzun illər içməli suyun quyudan çıxarilması məqsədilə kompressor nasosunun işləməsi üçün  istifadə etdiyim 3 fazlı elektron “ MAKEL” tipli sayqacın  dəyişdirilməsi  kimin hesabina həyata keçirilməlidir???..
Dərin hörmətlə : Abdıyev Əhmədağa Hüseyn oğlu 10. 11. 2010  cu il  

Elmira xanım Axundovaya

  Azərbaycan Respublikası Milli Məclisinin Deputatı , Millət vəkili , Milli Məclisin  üzvü Elmira xanım Axundovaya
 Masallı rayonu Ərkivan kənd sakini Şəhid atası Qənbərov Yavər Əli oğlu və şəhid anası Qənbərova Gilas Səttar qızından  
                                                              
Ə R İ Z Ə 
Hörmətli Elmira xanım!!
Bildiririk ki, oğlumuz Səyyad Qənbərov 1980 cı ildə yanvar ayında Masallı rayonunun Ərkivan kəndində anadan olub.  O,  Ali məktəbi bitirərək avtomabil mühəndisi ixişsası almışdır. Səyyad Qəmbərov 2002 ci ilin mart ayında Masallı rayonu hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır.
Səyyad ilk hərbi xidmətinə Respublikamızın Murovdağ silsiləsində yerləşən 172 saylı hərbi diviziyanın 3 cw batareyasında taqım komandiri kimi, eyni zamanda batereyanın baş zabiti kimi leytinat rütbəsində işə başlamışdır. S. Qəmbərovun komandiri isə 14 dekabr 1974 cü ildə Şəki şəhərində anadan olmuş İlham Yusif oğlu Məmmədov olmuşdur. Komandir İ. Y. Məmmədov 172 saylı H/H komandiri Azər Bağırovla cinayət əlaqəsinə girərək S. Qənbərovun tabeliyində olan 20 nəfər sıravi əskərlərə veriləsi aylıq pulları 2002 ci ilin aprelindən 2002 ci ilin noyabrına kimi hər ay əsgərlərdən alıb mənimsəmişdirlər.
            S. Qənbərov komandirlərindən xahiş etmişdir ki, 2003 cü il yaxınlaşır heç olmasa 2002 ci ilin dekabr ayında əsgərlərə veriləsi pulları onların özünə versinlər, onlarda yeni ili qarşılasınlar. Oğlum Səyyad Qəmbərov bu haqda İ. Y. Məmmədova və hərbi hissənin komandiri Azər Bağırova bir neçə dəfə müraciət etməsinə baxmayaraq hər komandir , onun müraciətlərinə nəinki əməl etmiş, əksinə Səyyada qarşı onlarda bir növ ikrah hissi oyanmışdır. Oğlum Səyyad Qənbərovu aradan götürmək üçün batareya komandiri İ. Y. Məmmədov 2002 ci ilin dkabr ayının 26 da saat 10 – 00 da hərbi hissənin silah anbarından bir ədəd AKMS – tf markalı avtomat silahı və 30 ədəd döyüş potronu götürüb həmən silahı atəş vəziyyətinə gətirərək havaya bir atəş açmış və dərhal sonra zabitlər yaşayan otağa daxil olaraq atəş vəziyyətində olan odlu silahla taxta çarpayıdan düşmək istəyən oğlum Səyyad Qənbərova tərəf tuşlayıb bir atəş açaraq onun döş qəfəsinin sağ yarısının ön sətindən dəlib keçən istiqamətli öndən arxaya keçməklə ona ağır bədən xəsarəti yetirmişdir. Oğlum İ.Y. Məmmədov tərəfindən güllələndikdən sonra saat 14- 10 da Gəncə şəhərində yerləşən hərbi Hospitala aparılmış , üzərində cərrahi əməliyyat aparılarkən saat 15- 20 də massif qanaxma fonunda , ürək- damar- ağ ciyər çatışmamazlığından vəfat etmişdir. Oğlumu qətlə yetirən İlham Yusif oğlu Məmmədovun törətdiyi cinayət işini araşdırılması üçün Gəncə şəhərində yerləşən hərbi prokuroluğun böyük müstəntiqi ədliyyə mayoru R. İ. Məmmədova tapşırılmışdır. Müstəntiq R. İ. Məmmədov ilk gündən istintaqı düzgün aparmamış, cinayətkar İ.Y. Məmmədov törətdiyi cinayət əməlinə görə AR. CM  120 . 2 .8  və 120.2.12 ci maddələri  ilə təqsirli bilindirməli ona ən azı 12 ildən 15 il müddətinə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan mərhum etmək əvəzinə humanistlik edərək onun işinin AR. CM – 120.1 maddəsilə işə baxılmaq üçün hərbi məhkəməyə vermişdir, ACDİ – üzrə AR. Hərbi məhkəməsinin hakimi Mehman Fəyyaz oğlu Əsəadovun sədirliyi ilə 19 iyul 2003 ci il tarixli hökmü ilə İ. Y. Məmmədovu AR.CM – nin 120.1 maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhkum etmişdir. Məhkəməni həmən hökmü ilə İ. Y. Məmmədovda 14.150.000 manat ( AZM)  oğlumun dəfn xərclərinin alınaraq bizə verilməsi qeyd edilmişdir. Lakin bu günə kimi məhkəmə hökmü tam icra edilməmişdir.
Hörmətli Elmira xanım!!!
Oğlumun vəfatından sonra ona şəhid statusu verilməsindən ötəri Müdafiə nazirliyini məhkəməyə verdik. Səbayıl rayon məhkəməsi 21 iyun 2007 ci il tarixli Qərarı ilə ona şəhidlik statusu verilməsi barəsindəki iddiamızı təmin etməmişdir. Beləliklə 8 ilə yaxındır ki, oğlumuz Səyyad Yavər oğlu Qənbərova şəhid statusu verilməsi haqqında Respublikanın aidatı orqanlarına müraciət etməyimizə baxmayaraq bu günə kimi baxan olmamışdır.
Xahiş edirik oğlumuz Səyyad Qənbərova şəhidlik statusu verilməsindən ötəri lazımı köməklik göstərəsiniz.
Qoşma _______ vərəq

                       İmza:Qənbərov Yavər Əli oğlu və Qənbərova Gilas Səttar qızı
                                28. 10. 2010 cu il  tel. 0 50 464 58 96              

суббота, 6 ноября 2010 г.

ABDIYEV ƏHMƏDAĞA HÜSEYN OĞLUNDAN ƏRİZƏ

AZƏRBAYCAN RESPUBLIKASININ İQTİSADİ İNKİŞAF NAZİRİ CƏNAB  Ş. MUSTAFAYEVƏ 
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqularının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini cənb A. Əliyevə                                 

Surəti:  “ AZƏRENERJİ ” ASC – nin TƏHCİZAT  İDARƏSİNİN RƏİSİ CƏNAB H.HƏSƏNOVA  Surəti: “ AZƏRENERJİ ”ASC – NIN ENERJİNƏZARƏTİ  İDARƏSİNİN RƏİS MÜAVINI CƏNAB A. MÜRSƏLIYEVƏ  Surəti:   “ ŞİRVAN   YGEŞ  ” MMC – nin direktoru A. A. İsmayılova

CƏLILABAD ŞƏHƏR HƏZI ASLANOV KÜŞƏSI EV 58   ABDIYEV ƏHMƏDAĞA HÜSEYN OĞLUNDAN   
                                                                                                
                                                                           Ə R İ Z Ə
  cənab Pəis müavini !

Mənim sualıma konkret olaraq cavab istədiyim halda Şirvan MMC - nin  Hüquqşunası F. A. Şirəliyevin mənə nə izah etmək istədiyi başa düşülmür.
Siz isə cənab A. Əliyev yazırsiniz ki, 5 gün müddətində müqaviləni göndərin. Siz mənim məktubumu diqqətlə oxuyun.
Sualımı bir daha təkrar edirəm.
Mənim evimdə olnan bir fazlı sayğac dəyişdirilib. 3 fazlı sayğacımı isə şəbəkədən ayırıblar. Onun şəbəkəyə birləşdirilməsini xahiş və tələb edirəm.
            Bildiririrəm ki,  uzun illərdir ki, göstərdiyim ünvanda yaşayıram həmişə də sayğacdan istifadə etməklə enerji haqqını vaxtında ödəmişəm.
Hikmət müəllimin şəxsən göstərişindən sonra mənim 3 fazlı sayqasım şəbəkəyə birləşdirilsə də üç  gündən sonra yenidən şəbəkədən ayrıldı. Bununla əlaqədar Cəlilabad PEŞ – nin rəisinin yanında olsam da məni qəbul etmədi , dedi ki,  mənlık deyil. Şirvan YGEŞ – nə müraciət edin.  Cəlilabad PEŞ – rəisi İ. Ə. Aslanovun  bir daha yadina saldım ki, sayğaclar pulsuz dəyişdirilməlidir. Axı mənim hazırda standarta uyğun oln sayğacım işlək vəziyyətdə olduğu halda nə səbəbə şəbəkədən ayrılıb. İ. Ə. Aslanov bir daha bildirdi ki,  Mənə yalnız  Şirvan YGEŞ – I  göstəriş verə bilər.
Mənə məsləhət bilir ki, Şirvan şəhərinə gedim. Mən nəyə görə qapı – qapı düşüb nə isə almalıyam. Bu işə cavabdeh mühaənislər var. Baxmalıdırlar ki, mən yalnız quyudan su çıxarmaq üçün istifadə etmişəm. Mənim sayğacımın dəyişdirilməsinə ehtiyac yoxdur. Əgər Siz bunu istəyirsinizsə o , zaman bu əməliyyat pulsuz həyata keçirilməlidir.
Mən bu barədə İqtisadi İnkişaf naziri cənab Ş. Mustafayevə , Antiinhisar Departamentinə müraciət etməyimə baxmayaraq 2010 cu ilin mart ayından bu məsələ öz qanuni həllini tapmamışdır. Azərenerjinin Şirvan şəhərindəki məmurlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin  06.01.2010 cu il tarixli 03 saylı qərarına hörmətsizlik etməsini , Azərbaycan Respublikası Prezidenti Möhtərəm . İ. H. Əliyevin sərancamının əlehinə olaraq qanunsuz yolla pul toplamaq məqsədli bu hərəkətini qəbul edə bilmirəm. Prezidentin sərəncamının yerinə yetirilməməsin başa düşmürəm. Məgər bu ölkədə Azərenerjinin hansısa məmur işçisi Prezidenti saymır. Hamını aldadaraq zorla da olsa Smart – kartla işləyən sayğacları satmaq istəyi?
Mənim 70 – yaşım var , əliləm məni haqsız olaraq incidirlər. Odur ki , Sizdən acizanə xahiş edirəm mənim susuz qalmaqımı nəzərə alaraq bu məsələnin həllindən ötəri  Şirvan YGEŞ – nə  göstəriş verəsiniz. Onsuz da Azərenerji bu məsələni həll etmək istəmir. Dəfələrlə müraciət etsəm də ərizəmə F. A. Şirəliyev yalnız EEİQ – nin tələblərinin izah olunduğunu deyir.
Mənim sualim isə belədir.
Uzun illər içməli suyun quyudan çıxarilması məqsədilə kompressor nasosunun işləməsi üçün  istifadə etdiyim 3 fazlı elektron MAKEL tipli sayqacın  dəyişdirilməs kimin hesabina həyata keçirilməlidir???..
         
                   Dərin hörmətlə : Abdıyev Əhmədağa Hüseyn oğlu 
                                                    05. 11. 2010  cu il