Показаны сообщения с ярлыком VERGİ siyasəti. Показать все сообщения
Показаны сообщения с ярлыком VERGİ siyasəti. Показать все сообщения

суббота, 5 февраля 2011 г.

VERGİLƏR NAZİRLİYİNDƏ YENİ RÜŞVƏT QAYNAĞI


FAZİL MƏMMƏDOV YENİDƏN XƏRAC TOPLAYIR

Dünən məlumat verərək bildirmişdik ki, birbaşa olaraq prezidentin göstərişinə əsasən, Vergilər Nazirliyi tərəfindən ayrı-ayrı obyektlərdən yığılan illik qeyri-qanuni rüsum ləğv edilib.

Bildirək ki, bu məlumatımız həm ictimaiyyət və həm də aidiyatı olan çevrələr tərəfindən maraqla qarşılanıb. Hətta bu hadisə bir sıra kuluarlarda ciddi şəkildə müzakirə də olunub.

Məlum olur ki, artıq VN rəhbəri Fazil Məmmədov böyük bir gəlir ünvanını əlindən çıxarıb. PİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, Fazil müəllim alternativ gəlir qaynaqlarının yaradılması ilə bağlı yeni addımlar atmağa başlayıb.

Bu barədə məlumatı verən mötəbər mənbə vurğulayır ki, yeni qərara əsasən VN əməkdaşlarına nəzarət etdikləri ərazilərin yenidən dislokasiyasının müəyyənləşdirilməsi adı altında pul toplamalıdırlar: «Artıq paytaxtın mərkəzi rayonlarında VN əməkdaşları obyektlərə «hücuma keçiblər». Kimin ki, arxasında himayədarı var, onlar canlarını qurtarır. Yerdə qalanlar isə özlərinin də anlamadıqları bir prosesə (çünki VN əməkdaşları baş çəkdikləri obyektlərin sahiblərinə əslində, hansı məqsədlə gəldiklərini izah etmirlər, sadəcə olaraq VN-dən gəldiklərini bildirirlər –red.) görə pul verməli olurlar».

Məlumatlı mənbəmiz bildirir ki, «yeni dislokasiya müəyyənləşməsi» hər bir sahibkara obyektinin profili və miqasından asılı olaraq 2-5 min manat və 10-50 min manat arası dəyişir: «Bu isə əslində ləğv edilmiş qeyri-qanuni illik rüsumun alternativi kimi də qəbul edilə bilər. Doğrudur, bu «rüsum» əvvəlkindən azdır, amma fakt faktlığında qalır ki, Fazil Məmmədov yenə də obyektlərdən xərac toplama həvəsindən qalmaq niyyətində deyil».

FAZİL MƏMMƏDOVA ŞOK ZƏRBƏ!!!



OBYEKTLƏRDƏN YIĞILAN İLLİK QEYRİ-QANUNİ VERGİ RÜSUMU LƏĞV EDİLDİ
PİA.AZ-a verilən məlumatlara görə, Vergilər Naziri Fazil Məmmədov çox çətin sınaq qarşısında qalıb. Bildirilir ki, bu günlərdə birbaşa olaraq dövlət başçısının göstərişinə əsasən, Vergilər Nazirliyində total yoxlamalar həyata keçirilib.
«Nazirlik xüsusi xidmət orqanlarının nüfuzlu və peşəkar əməkdaşları tərəfindən yoxlanılır. Artıq çox ciddi faktlar var Ki, bütün məlumatlar da birbaşa olaraq prezidentin diqqətinə çatdırılıb» deyən mənbə iddia edir ki, bu zamana qədər Vergilər Nazirliyi tərəfindən ayrı-ayrı obyektlərə tətbiq olunan qeyri-rəsmi rüsum faktı aşkarlanıb: «Obyektlərin iriliyindən-xıpdalığından asılı olaraq 5-10 min manat və 100-500 min manat arasında dəyişən rüsumlarla bağlı faktın aşkarlanması Fazil Məmmədova əlavə problemlər yaradıb».
Bildirilir ki, hər il obyektlərdən yuxarıda qeyd olunan məbləğlərdə vəs ait illik rüsum kimi yığılırmış və bu ildən etibarən həmin qeyri-rəsmi rüsum ləğv edilib: «Təbii ki, belə bir qərarın verilməsi Fazil Məmmədovun bitirilməsi anlamına gəlir».
Onu da qeyd edək ki, bu günlərdə bir sıra mətbuat orqanları Fazil Məmmədovun da mövqelərinin laxlaması xəbərini yaymışdılar. Son hadisə isə bu strukturda rəhbər dəyişikliyinin qaçılmaz olduğunu sübutlamaqdadır.
Lakin bir sıra ekspertlər VN tərəfindən obyektlərdən yığılan qeyri-rəsmi illik rüsumun ləğvini hakimiyyətin «ANTİİNQİLABİ TƏDBİRLƏRİ»ndən biri kimi dəyərləndirirlər…


вторник, 7 декабря 2010 г.

Vergilər Nazirliyi ödəyicilərlə bağlı daha 2 qərarını ləğv edib, bir vergi işçisi işdən qovulub


[ 06 Dekabr 2010 11:16 ]
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasında bir sıra vergi ödəyicilərində aparılmış yoxlamaların nəticələrinə əsasən qəbul olunmuş daha 2 qərar ləğv edilib.
Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, Şuranın iclasında 3 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) qeydiyyatda olan Vahid Zöhrabovun şikayətinə baxılarkən məlum olub ki, ona məxsus obyektdə aparılmış operativ vergi nəzarətinin nəticələri həqiqətə uyğun deyil. Belə ki, yoxlama aktında obyektdə müqaviləsiz işçilərin çalışdığı göstərilsə də, V.Zöhrabov belə işçilərin olmadığını bildirərək bütün işçiləri ilə bağladığı əmək müqavilələrini Şuraya təqdim edib. Vergi orqanlarına düzgün məlumat verdiyini və dəlillərini nəzərə alaraq Şuranın qərarı ilə onun şikayəti təmin olunub və 3 saylı ƏVİ-nin yoxlama qərarı ləğv edilib.
Apellyasiya Şurasının iclasında baxılan ikinci məsələ Ağstafa “Nəqliyyat Xidməti” ATSC-də aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib olunmuş aktın yenidən araşdırılması və həmin akta əsasən qəbul olunmuş qərarın ləğv edilməsi ilə bağlı olub. Yoxlama aktı ilə razılaşmadığını bildirən ATSC onun əsasında hesablanmış vergini və tətbiq edilmiş maliyyə sanksiyasını əsassız sayaraq Vergi Apellyasiya Şurasına müraciət edib. Məsələnin Şurada araşdırılması nəticəsində vergi ödəyicisinin təqdim etdiyi əlavə dəlillər, həmçinin qanunvericiliyin tələbləri nəzərə alınıb və Ağstafa “Nəqliyyat Xidməti” ATSC-nin təkrar şikayət ərizəsinin təmin olunması barədə qərar qəbul edilib.
Yeri gəlmişkən, “Nəqliyyat Xidməti” ATSC ilə bağlı araşdırma aparılanda səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin müddəalarının, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin və “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərinin kobud surətdə pozulduğu aşkarlanıb. Nəticədə vergilər naziri Fazil Məmmədovun əmri ilə hazırda Bakı şəhəri Vergilər Departamentinin operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyən 1-ci dərəcəli müfəttiş Rəşad Əli oğlu Həsənovun vergi orqanlarında fəaliyyətinə xitam verilib.

понедельник, 29 ноября 2010 г.

VERGİ İŞÇİLƏRİNİN MAAŞLARI ARTIRILIB

VERGİ İŞÇİLƏRİNİN MAAŞLARI ARTIRILIB
2010-11-26 - 17:49:00
Azərbaycanda vergi orqanları işçilərinin aylıq vəzifə maaşları artırılıb. “Media forum” saytı xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti noyabrın 25-də qərar qəbul edib.
Qərara əsasən, Vergilər Nazirliyi üçün xidməti minik avtomobillərinin limiti də artırılaraq 15 ədəd müəyyən edilib.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə muxtar respublika ərazisində fəaliyyət göstərən vergi orqanları işçilərinin vəzifə maaşları ilə bağlı müvafiq qərar qəbul olunması tapşırılıb.
Bu qərarda nəzərdə tutulmayan vəzifələr üzrə maaşlarnı Vergilər Nazirliyi Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla təsdiqləyir.
Qərar 2010-cu ilin noyabrın 1-dən, “Media forum”un qırmızı rənglə işarələdiyi sətirlər isə sentyabrın 1-dən qüvvəyə minir.
“Media forum” saytının vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarının indiyədək bu qərarada göstəriləndən nə qədər az olduğunu dəqiqləşdirmək cəhdi baş tutmayıb.
Vergilər Nazirliyinin aparatının işçilərinin aylıq vəzifə maaşları
Vəzifələrin adı
Aylıq vəzifə maaşı (manatla)
Aparatın rəhbəri
800
Aparatın rəhbərinin müavini
710
Baş idarənin, təminedici idarənin və şöbənin rəisi
660
Baş idarənin, təminedici idarənin və şöbənin rəisinin 1-ci müavini
560
Baş idarənin, təminedici idarənin və şöbənin rəisinin müavini
545
Baş idarənin, təminedici idarənin tərkibində olan idarə, şöbə rəisi, yardımçı idarənin və şöbənin rəisi
542
Baş idarənin, təminedici idarənin tərkibində olan idarə və şöbənin, yardımçı idarə və şöbənin rəisinin müavini
516
Nazirin köməkçisi
516
Baş mühasib, bölmə rəisi
495
Baş dövlət vergi müfəttişi, baş mütəxəssis, baş təhqiqatçı, baş əməliyyat müvəkkili, baş iqtisadçı, baş hüquqşünas, yardımçı idarənin tərkibində olan şöbənin rəisi, nazirin müşaviri, mətbuat katibi, dəftərxana və arxiv şöbəsinin rəis müavini
430
Böyük dövlət vergi müfəttişi, böyük mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük hüquqşünas, böyük mühasib, böyük iqtisadçı
420
Aparıcı mütəxəssis, aparıcı iqtisadçı
410
Dövlət vergi müfəttişi, mütəxəssis, mexanik, təhqiqatçı, əməliyyat müvəkkili, iqtisadçı, hüquqşünas, mühasib
400


Vergilər Nazirliyi yanında olan vergi orqanları işçilərinin aylıq vəzifə maaşları
Vəzifələrin adı
Aylıq vəzifə maaşı (manatla)
Orqanın rəhbəri
390
Orqanın rəhbərinin birinci müavini
295
Orqanın rəhbərinin müavini
280
İdarənin, şöbənin rəisi
225
İdarənin, şöbənin rəis müavini
213
Bölmə rəisi, baş mühasib, idarənin tərkibində olan şöbə rəisi
208
Baş dövlət vergi müfəttişi, baş iqtisadçı, baş mütəxəssis, baş təhqiqatçı, baş hüquqşünas, baş əməliyyat müvəkkili, baş kriminalist, xüsusi mühüm işlər üzrə böyük müstəntiq, idarənin tərkibində olan şöbə rəisinin müavini
203
Böyük dövlət vergi müfəttişi, böyük müstəntiq, böyük hüquqşünas, aparıcı mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük müvəkkil, böyük kriminalist, xüsusi mühüm işlər üzrə müstəntiq
198
Dövlət vergi müfəttişi, təhqiqatçı, hüquqşünas, müstəntiq, əməliyyat müvəkkili, müvəkkil, mütəxəssis, müstəntiq-metodist, kriminalist
182


Vergilər Nazirliyinin yerli vergi orqanları işçilərinin aylıq vəzifə maaşları
Vəzifələrin adı
Bakı şəhəri üzrə
Gəncə, Sumqayıt şəhərləri üzrə
Ərazi vergi idarələri və filialları üzrə
Şəhər, rayon şöbələri üzrə
Vergi orqanının rəhbəri
385
345
312
300
Vergi orqanının rəhbərinin birinci müavini
280
260
240
230
Vergi orqanının rəhbərinin müavini
265
245
225
220
Vergi orqanının tərkibində idarə rəisi, şöbə rəisi
217
215
213
210
Vergi orqanının tərkibində idarə, şöbə rəisinin müavini
206
204
202
200
Vergi orqanının tərkibindəki idarənin tabeliyində olan şöbə rəisi, bölmə rəisi, baş mühasib
194
192
189
188
Baş mütəxəssis, baş dövlət vergi müfəttişi, baş təhqiqatçı, baş hüquqşünas, baş idarənin, vergi orqanının tərkibindəki idarənin tabeliyində olan şöbə rəisinin müavini
189
187
185
184
Böyük dövlət vergi müfəttişi, aparıcı mütəxəssis, böyük mütəxəssis, böyük mühasib, böyük təhqiqatçı, böyük hüquqşünas
184
182
181
180
Dövlət vergi müfəttişi, mütəxəssis, təhqiqatçı, hüquqşünas, mühasib
179
178
177
176

Vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları
Vəzifələrin adı
Aylıq vəzifə maaşı
(manatla)
 Arxiv müdiri, sürücü
143
 İnspektor (müfəttiş), təsərrüfat və anbar müdiri, surətçıxarma-çoxaltma operatoru, katibə-teleqrafçı, dispetçer, komendant, texnik, rabitəçi
139
 Kargüzar, arxivçi, ekspeditor, katibə-makinaçı, katib (katibə)
135
 Kuryer
132
 Xidməti otaqları yığışdıran, yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digər xidmət heyəti
110
 "Media forum"

понедельник, 22 ноября 2010 г.

"Binə" Ticarət Mərkəzində vergi fırıldağı


Nəbz : "Binə" Ticarət Mərkəzində vergi fırıldağ
Vergilər Nazirliyindəki bəzi rəsmi şəxslər Kəbirə Məmmədova ilə əlbir işləyir
Vergi dövlətin büdcəsinin formalaşmasında yaxından iştirakçı rolunu oynayır. Hər bir vergi ödəyicisinin az qala müqəddəs borcudur ki, vergiləri vaxtında ödəsin. Ölkənin bütün sahələrinin həyatı vergilərdən asılıdır.
Ümumiyyətlə, dövlətin bütünlüklə mövcudluğu vergi siyasətinin düzgün qurulmasından asılıdır. Bunu biz də gözəl bilirik.
Amma ölkədə vergi yığmaları necə aparılır onu da yaxşı bilirik. Bilirik ki, əsasən böyük ticarət mərkəzləri, nazirlərin nəzarətində olan biznes sahələrindən vergi yığma necə həyata keçirilir.
Ötən saylarımızda "Gündəlik Bakı" qəzetinin Vergilər Nazirliyinin əməkdaşı tərəfindən yoxlama aparılması barədə məlumat vermişdik. Hansı ki, vaxtlı-vaxtında vergini ödəyirik. Üstəlik, sonradan müəyyənləşdirdik ki, nazirliyin belə bir fikrə düşməsinin əsas səbəbi Mətbuat Şurasının məktubudur. Sən demə, Mətbuat Şurası Vergilər Nazirliyinə məktüb ünvanlayıb ki, "Gündəlik Bakı" qəzetinin maliyyə mənbələri yoxlansın. Təsəvvür edirsinizmi, qos-qoca nazirlik hər hansı bir Qeyri-Hökumət Təşkilatının qərəzli  məktubu əsasında yoxlama aparmaq göstərişi verir.  Bu hal sözün həqiqi mənasında gülüncdür. Çünki nazirlik lazım olan zaman özünün qaydaları ilə yoxlama həyata keçirməlidir. Üstəlik, ödənilən vergiyə diqqət olunmalıdır.
Qaldı ki, vergi yığmalara... Bax, bu məsələ qəzetimiz tərəfindən araşdırılır. Yuxarıda da qeyd etdik ki, qəzetin maliyyə mənbələrini və vergi ödəmə formasını yoxlamaqdansa, böyük biznes məkanlarının, ay ərzində milyonlarla oynayan yerlərin vergi ödəmələrini yoxlamaq lazımdır...
İlkin olaraq araşdırma apardığımız böyük biznes sahəsi "Binə" Ticarət Mərkəzidir. Araşdırmalar nəticəsində bəlli oldu ki, Ticarət Mərkəzində minlərlə ticarət obyekti fəaliyyət göstərir. Gün ərzində bu mərkəzdə milyonlar at oynadır. Amma vergi ödmələri necə həyata keçirilir. Məlumatlı mənbə bildirir ki, mərkəzin vergi ödəmələri çox sadələşdirilmiş şəkildə aparılır. Daha doğrusu, ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədova Vergilər Nazirliyindəki konkret adamlarının əli ilə bütövlükdə vergi ödəyir. Yəni bir qədər sadə şəkildə desək, optavoy formada.
Mənbə deyir ki, dəqiq vergi hesablamaları aparılsa, hər bir dukan gəlirin müəyyən olunmuş formalarda faizini vergi ödəməlidir. Amma ödəmir. Vergi ödəmələrini isə Kəbirə Məmmədova yığılmış kirayə haqqlarının çox az faizini ödəyir.
Bu da təbii ki, razılaşdırılmış şəkildə həyata keçirilir. Təəssüflər olsun ki, belə ticarət mərkəzləri, biznes sahələri çoxluq təşkil edir. Bunun yoxlamasını aparmaq lazımdır, yoldaş vergi müvəttişləri. Daha öz işçilərini imkansızlıq üzündən ictimai əsaslarla işləməyə məcbur olan bir qəzeti kiminsə sifarişi ilə yoxlamaq nə qədər vacibdir?
Biz qəzetimiz vasitəsilə Vergilər Nazirliyinin rəsmilərindən Binə" Ticarət Mərkəzinin bütün dükanlarının vergi ödəmə qəbzlərini tələb edəcəyik. Bu barədə nazirliyə rəsmi sorğu göndəriləcək.
Bu hələ hamısı deyil. Növbəti saylarımızda digər böyük biznes mərkəzlərinin də vergi ödəmə formalarını araşdıracağıq. Görək, Vergilər Nazirliyi həmin məkanlarda niyə vergi yoxlaması həyata keçirmir və ya keçirə bilmir...
Sonda onu da qeyd edək ki, bizim redaksiyanın qapısı bütün dövlət qurumlarının üzünə açıqdır. Ancaq ərklə bir şeyi də xatırlatmaq istəyirik ki, qəzetlərin bugünkü vəziyyəti ölkədə hamıya məlumdur.
İlkin

суббота, 13 ноября 2010 г.

Vergilər Nazirliyi Sumqayıtda sahibkarlardan küll miqdarda pul tələb etməyə başlayıb

Vergilər Nazirliyi Sumqayıtda sahibkarlardan küll miqdarda pul tələb etməyə başlayıb
İş adamı Qarabğ əlili olduğuna görə «cəriməsi» 12 min manatdan 9 minə endirilib
Qəzetimizin əvvəlki saylarında Vergilər Nazirliyinin Sumqayıt şəhər 2 saylı ərazi idarəsinin sahibkarları küllü miqdarda cərimələməsi barədə informasiyalar yaymışdıq. Ancaq nazirliyin mətbuat xidməti xəbərlərdə göstərilən faktları ya təkzib edir, ya da bu barədə araşdırma aparmaq üçün vaxt istəyirdilər. Amma bütün hallarda sahibkarlardan haqq yığılması təkzib olunurdu.
“Bizim Yol” qəzetinə məlumat verən mənbə bildirib ki, Vergilər Nazirliyinin Audit Departamentində struktur dəyişikliyi olub. Dəyişiklik nəticəsində 12 idarə yaradılıb. Bu idarələr ayrı-ayrılıqda şadlıq evlərin, kiçik müəssisələrin fəaliyyətini izləyəcək. Mənbə əlavə edib ki,  “cərimə”lərin qalxmasının səbəbi həm də yeni yaradılan idarələrə qoyulan rəislərin işə münasibətidir. Onlar sahibkarları əsla rahat buraxmırlar. Konkret olaraq, Bakı-Quba yolunun kənarında yerləşən, “Bayatı” yeməkxanasından əvvəl 12 min manat istəyiblər, uzun mübahisədən sonra 9 min manatla razılaşıblar. Yalnız sahibkarın Qarabağ müharibəsi iştirakçısı olması və  ayağının birini müharibədə itirməsinə görə ona güzəşt ediblər. 
Düzdür, bu cür güzəştlər danışıq nəticəsində başqa ticarət mərkəzlərində də olur: “Məsələn, Nərimanov küçəsində yerləşən “LG Elektronik” mağazasından 15 min manat istənilsə də, 10 minlə razılaşıblar. 41-ci məhəllədə “Sevgilim” şadlıq evinin birinci mərtəbəsində mebel mağazası da daxil olmaqla 60 min manat istənilib, sonradan 40 minə razılaşıblar. “Şərq Bazarı”nda təsərrüfat malları satan sahibkardan 14 min tələb olunub, uzun xahişdən sonra 8 minlə razılaşıblar. “Qalatasaray” Ticarət Mərkəzindən verilən məlumata görə mərkəz 5 aydır təmirə saxlanılsa da, 4-5 kiçik dükan fəaliyyətini davam etdirir. Buna baxmayaraq Auidit Departamenti yoxlamağa qərar verib. Bunun nəticəsində Ticarət Mərkəzindən 120 min manat istənilsə də, 70 minlə razılaşıblar. 1-ci mikrorayonda yerləşən “Nurlan” şadlıq evindən 50 min manat istənilib 30 minə razılaşdırılıb. Eyni ilə 30-cu məhəllədəki “Briliyant” tül pərdə satan dükandan 20 min manat istənilib və xronometraj qoyulub. Bundan sonra sahibkar 10 min ödəməklə özünü “xilas edə” bilib. Sumqayıtda “Əyri ev” kimi tanınan binanın altındakı elektrik malları satışı ilə məşğul olan mağazadan 10 manat istənilib 5 min manatla razılaşdırılıb”.
Mənbə bildirib ki, “Karvan” Ticarət Mərkəzində 300-dən artıq kiçik dükan fəaliyyət göstərir. Ötən il də bu mərkəz “cərimə” olunsa da, bu dəfə aparılan reydin nəticəsində hər bir dükana 1500 manat istənilib. Amma bu tələbdən sonra sahibkarların əksəriyyəti dükanlarını qapadıb. Bu azmış kimi nazirliyin eyniadlı qəzeti şəhərdəki bütün sahibkarlara məcburi şəkildə abunə yazdırılır.
Biz yenə də nazirliyin mətbuat xidmətinin mövqeyini dərc etməyə hazırıq. Təəssüf ki, gün ərzində etdiyimiz telefon zənglərinə cavab verən olmadı.Natiq CAVADLI
Oxunub: 53 dəfə.