Показаны сообщения с ярлыком kriminal. Показать все сообщения
Показаны сообщения с ярлыком kriminal. Показать все сообщения

суббота, 5 февраля 2011 г.

Mətanət İsgəndərli Mahir Abdullayevin kimlər tərəfindən oğurlanmasını kimlərə etiraf edib?


Mətanət İsgəndərli Mahir Abdullayevin kimlər tərəfindən oğurlanmasını kimlərə etiraf edib?
 (Əvvəli ötən saylarımızda)

altAzərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin özünü sığortalamaq üçün ölkə prezidentinə və Ombudsmana yazdığı müraciətində yer alan məlumatları sizlərə təqdim etməkdə davam edirik. Həmin müraciətdə məmurlar barədə hansı şantaj xarakterli məlumatların yer aldığını sizlər də bilin. Məlumat üçün bildirək ki, ABU rektorunun müraciəti tanınmış ziyalılar tərəfindən imzalansa da, hələlik ünvanlara göndərilməyib. Elşad Abdullayev öz adamlarına göstəriş verib ki, müraciət onun həbs olunmasından sonra yayılsın və ya ölkə rəhbəri və Ombudsmana göndərilsin.
VII hissə
Elşad Abdullayev müraciətində bildirir ki, qardaşı Mahirin oğurlanmasında iştirak edən Sənanla söhbəti zamanı qardaşının onun tərəfindən oğurlanmasını bildirib. Lakin Sənan rektoru hədələyərək bu barədə dərinə getməməyi tövsiyə edib. Bundan sonra Sənan izi itirmək üçün başqa planlar qurub. Belə ki, Sənan Elşad Abdullayevin qohum-əqrabasının içərisində nifaq salmağa başlayıb. O, rektorun və Mahirin ailəsinin başını qatmaq üçün rayona yollanıb və Abdullayevlərin qohum-əqrəbasına şikayətlər edib. Məqsəd Arzu, Mətanət və onların havadarlarını cinayətdən yayındırmaq olub.
Araşdırmalar nəticəsində bəlli olub ki, hər gün dəfələrlə Mahirə zəng edən Sənan Mahir oğurlanan günü ona bir dəfə də olsun zəng etməyib.
Elşad Abdullayev müraciətində daha sonra bildirir ki, cinayətkar dəstə üzvləri Mahirin oğurlandığı ilk günlərdə onun geri qaytarılması üçün natarius vasitəsilə ondan pul alıblar. Sonra bildiriblər ki, Mahiri gözləsinlər, o özü gələcək. Hətta onlar E.Abdullayeva xəbərdarlıq da ediblər ki, qohum-əqraban başqa söhbət etməsin.
Elşad Abdullayev müraciətinin bir neçə hissəsində qeyd edir ki, Mahir Abdullayevin oğurlanmasını təşkil edən şəxs Sənan olub: "Bunu təsdiqləyən şahidərim də var. Məmmədəli kişi, ABU-nun mühafizə xidmətinin rəhbəri Araz Mursaquliyev, "Sevinc" kafesinin əməkdaşları - Novruz, Ənvər, Seyid, Rövşanə, Səadət tovuzlu, Asif skripac, Teymur və başqaları təsdiq edə bilərlər ki, Mahirin oğurlanmasına istiqamət verən Sənan olub". O bir daha qeyd edir ki, Mahirin oğurlanması planı müğənni Mətanət İsgəndərlinin evində baş verib.
Elşad Abdullayev bildirir ki, bu cinayətkar dəstənin əməlindən şikayət etdikdən sonra "el qızı" Mətanət İsgəndərli 23.01. 2010-cu ildə saat 13:10 da FM-90.10 radiosunda canlı efirdən 2 mahnı oxuyub. O mahnı "Satqın" adlanıb. Abdullayev yazır ki, o bu mahnını üzünü havadarlarına tutaraq oxuyurmuş və onları satqın adlandırırmış.
Müraciətdə Elşad Abdullayev əlavə edir ki, Mətanət İsgəndərli efirdən maraqlı bir cümlə də işlədib. "Dilimin ucunda bir sirr var, desəm öldürərlər, deməsəm ölləm".  "El qızı" bununla demək istəyirmiş ki, "siz məni satdınız, mən də Mahirin oğurlanması sirrini açacam".
Artıq Mətanət İsgəndərlinin ətrafındakıları Mahir Abdullayevin kimlər tərəfindən və kimin evindən oğurlanmasının tam təfərruatlarını bilirmişlər.

(Ardı gələn sayımızda)

P.S. Elşad Abdullayevin müraciətində adı keçən şəxslərin əksəriyyəti sağdır və Azərbaycanda yaşayır. Nədən oğurluq əməli ilə bağlı başlanmış cinayət işi yenilənib həmin şəxslərin ifadələri alınmır? Sənəddə adı çəkilən şəxslər bu gün kifayət qədər tanınmış olmaqla yanaşı, cəmiyyət üçün maraqlı adamlardır.
Bu səbəbdən də cinayət işi yenilənməli və işin istintaqı yenidən aparılmalıdır. Bu zaman Elşad Abdullayevin müraciətinin şantaj, yoxsa həqiqət olduğunu müəyyənləşqdirmək olar.
Həmçinin sənəddə aşkar şəkildə qeyd olunur ki, adları qeyd olunan şəxslər mütəmadi olaraq Elşad Abdullayevlə görüşərək qardaşı Mahir Abdullayevin yanından gəldiklərini və 2 miylon dollar versələr, onu gətirə biləcəklərini deyiblər. Doğrudan da maraqlıdır ki, bu şəxslər oğurlanan adamın yerini necə biliblər. Və yaxud niyə hüquq-mühafizə orqanlarının rəhbərliyi onlardan Mahir Abdullayevin yerini öyrənə bilməyiblər. Əgər həqiqətən də onlar Mahir Abdullayevin yerini bilib polisə məlumat verməyiblərsə, deməli, onların da oğurluq işində əli var və cinayət məsuliyyəti daşıyırlar. Hər halda faktları yazmaqda davam edəcəyik.
Üstəlik onu da bildirək ki, dəfələrlə Mahir Abdullayevin xarici ölkələrin birində biznes fəaliyyəti ilə məşğul olduğu bildirilib. Əgər elədirsə, nədən onu ölkəyə gətirib əsl cinayətkarların müəyyənləşdirilməsinə nail olmaq olmur. Niyə Mahir Abdullayevi ölkəyə gətirə bilmirlər?
"Gündəlik Bakı" Araşdırma Qrupu


вторник, 21 декабря 2010 г.

OĞLU VƏ QOHUMU REKETLİK EDİR

İCRA BAŞÇISININ OĞLU VƏ QOHUMU REKETLİK EDİR
Astaraya rəhbərlik edən Mahir Quliyevin bacısı oğlu aldığı bahalı maşının pulunu ödəmək istəmir
Bakı şəhər sakini Vüsal Paşayev redaksiyamıza müraciət edərək Astara rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin bacısı oğlu Ramil adlı şəxsin onu ölümlə hədələdiyini bildirib. V.Paşayevin sözlərinə görə, bir neçə ay bundan əvvəl Ramil ondan «İnfiniti» markalı avtomobil alıb. İki aydan sonra həmin maşınla qəza törədən Ramil sonradan Vüsaldan «Range Rover» markalı avtomobil götürüb.
Lakin üstündən bir ay vaxt keçməsinə baxmayaraq, aldığı maşının pulunu ödəmir: «Mən o maşını dostlarımın salonundan götürüb üstünə 1000 manat pul qoyub satdım ki, qazancım olsun. Çünki başqa bir işim yoxdur. Mən də bu yolla dolanıram. Lakin Ramil mənim 7 min manatımı hələ də ödəmir. Nə vaxt zəng vursam gah telefona cavab vermir, gah da dəstəyi götürüb mənə hədə-qorxu gəlir. Deyir ki, mənim dayım icra başçısıdır, özüm isə Lerik rayon Hərbi Komissarlığında işləyirəm, get nə bilirsən elə, mənə heç kim bata bilməz, dayım arxamda dayanıb. Bu yaxınlarda Ramil mənə zəng eləyib söyüş qoydu ki, Bakıya gəlsəm səni öldürəcəm. Ondan sonra iki dəfə mənə tanımadığım adamlar zəng edərək ölümlə hədələyiblər. Özünü rəhmətlik çoban Xanışın oğlu kimi təqdim edən Mahir adlı şəxs isə mənə zəng edib deyir ki, gəl lrazborka» edək, ya da əlini puldan üz».
V.Paşayevin sözlərinə görə, Ramil adlı şəxs ondan aldığı avtomobili ucuz qiymətə banka satıb: «Məni hər gün ölümlə hədələyirlər. Hüquq-mühafizə orqanlarına müraciət edərək bildirirəm ki, əgər başımı bir iş gəlsə, günahkar bu adamlardır. Onlar mənə hədə-qorxu gəlirlər ki, pulu istəməyim. O pul isə mənim deyil, dostlarımın salonuna ödəməliyəm. Oradan mənə cəmi min manat pul qalacaqdı».
Şikayətçi onu da bildirir ki, icra başçısı Mahir Quliyevin Fərda adlı oğlu da ona hədə-qorxu gəlir: «Ramil özü mənə həmişə deyir ki, sənə pul verməyəcəm. Çünki dayım oğlu Fərda deyir, Vüsala pul vermə, biz sənin arxanda durmuşuq».
E.QƏDIMOV

воскресенье, 12 декабря 2010 г.

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ EYNULLA FƏTULLAYEVİN AZAD OLUNMASINI TƏLƏB ETDİ

Məhbus baş redaktoru dekabrın 21-də azad edə bilərlər
Avropa Şurasının Nazirlər Komitəsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin işi üzrə yekun rəyini açıqlayıb. “Turan” xəbər verir ki, komitənin 30 noyabr iclası haqda məlumatında deyilir: “Avropa İnsan Hüquqları Konvensiyanın 146-cı maddəsinə uyğun olaraq, Avropa Şurası üzvü Avropa İnsan Hüquqları Məhkəməsinin aşkar etdiyi pozuntulara mümkün qədər tez son qoymalıdır. 46-cı maddəyə uyğun olaraq, ərizəçi dərhal azad olunmalıdır. Azərbaycan Ali Məhkəməsinin 11 noyabr tarixli qərarı Eynulla Fətullayevin azadlığa buraxılması məsələsinin həllinə imkan verir. Lakin narahatlıqla qeyd edirik ki, ərizəçi indiyədək həbsdə saxlanılır və 2007-ci il aprelin 20-dən onun ədalətsiz həbsinin səbəbləri barədə suallar qalır. Azərbaycan hakimiyyətini bu iclasda qaldırılan məsələyə dərhal baxmağa və ərizəçinin həbsinin dayandırılması üçün bütün tədbirləri görməyə, əgər zərurət varsa, cəzanın başqa tədbirlə əvəzlənməsinə çağırırıq”.
Qeyd edək ki, Avropa Şurası Nazirlər Komitəsi təşkilat üzvü olan ölkələrin XİN rəhbərlərindən ibarətdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsinə nəzarət komitənin mühüm funksiyalarından biridir.
Eynulla Fətullayev 2007-ci ilin aprelində təhqir etməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında terrorçuluqla hədələmə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, külli miqdarda vergidən yayınma ittihamları ilə yenidən məhkum olunan jurnalistin cəzası 8 il 6 aya qaldırılıb.
2010-cu il noyabrın 11-də Ali Məhkəmənin Plenumu Eynulla Fətullayev barəsində yeni qərar çıxarıb. Jurnalistin üzərində iki ittiham saxlanıb və ona 2 il 3 ay cəza müəyyənləşdirilib. 3 iyul 2007-ci ildən hesablanan cəza müddəti başa çatsa da, Eynulla Fətullayev üstündə olan narkotik işinə görə azadlığa buraxılmayıb. 2010-cu il iyulun 6-da Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevi narkotik vasitə saxlamada təqsirli bilərək 2 il 6 ay həbsə məhkum edib. Bu hökmdən Bakı Apelyasiya Məhkəməsinə şikayət verilib. Bakı Apelyasiya Məhkəməsinin noyabrın 5-də keçirilən hazırlıq iclasında həbsdə olan Eynulla Fətullayev barəsində yenidən həbs-qətimkan tədbiri seçib.
Ali Məhkəmə Plenumunun noyabrın 11-də Eynulla Fətullayev haqqında qəbul etdiyi qərarlar Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il aprelin 22-də çıxardığı qərarla bağlıdır. Aprelin 22-də Avropa Məhkəməsi Eynulla Fətullayevin 2007-ci ilə aid iki iş üzrə şikayətə baxaraq jurnalistin dərhal azadlığa buraxılması, ona 27 min 822 avro təzminat ödənilməsi barədə qərar qəbul edib. Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarından Böyük Palataya şikayət versə də, qərar qüvvədə saxlanıb. Ona görə də Ali Məhkəmənin Plenumu bu məsələyə baxmalı olub. Lakin Baki Apelyasiya Məhkəməsinin E.Fətullayevlə bağlı 5 noyabr 2010-cu il tarixli qərarı onun azad edilməsinin qarşısını alıb. Dünən həmin qərardan E.Fətullayevin verdiyi kassasiya şikayətinə baxılmasının vaxtı da məlum olub. Məhbus baş redaktorun vəkili Elçin Sadıqov “Media forum”a açıqlamasında deyib ki, Ali Məhkəmə məhbus jurnalistin Bakı Apelyasiya Məhkəməsinin 5 noyabr tarixli qərarından verdiyi kassasiya şikayətinə dekabrın 21-də baxacaq. Prosesə hakim İmran Hacıqayıbov sədrlik edəcək. E.Fətullayevin atası Emin Fətullayev Nazirlər Komitəsinin qərarını alqışladığını qeyd etməklə yanaşı Ali Məhkəmədə şikayətə baxılan gün oğlunun azad olunması üçün fürsət olduğunu da vurğulayıb: “Yaxşı olardı ki, dekabrın 21-də Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin noyabrın 5-də Eynulla barədə seçdiyi həbs-qətimkanı tədbirini ləğv etsin və onu azad etməklə bu işə son qoysun”.
E.MƏMMƏDƏLİYEV
359 dəfə baxılıb

Özgə arvadının yatağında meşəbəyinin qanı axdı


07 Dekabr 2010 [17:15] - Milli.Az
Toydan evə qayıdan sərxoş traktorçu arvadını başqa kişi ilə yaxaladı...
Kürdəmir rayonunda namus üstündə qan tökülüb. Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, qanlı hadisə Garıs Əyribənd kəndi ərazisində baş verib. Kənd sakini 31 yaşlı Elşən Bünyadov sərxoş halda münaqişə zəminində Ağsu rayon sakini 25 yaşlı Elşən Ələkbərovu bıçaqlayıb.
İşin istintaqını aparan müstəntiq Sadiq Əfəndiyev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, Sabirabad Toxumçuluq İdarəsində traktorçu işləyən Elşən Bünyadov gecə saatlarında toydan evə qayıdarkən evində işıqların yanmadığını görüb. Bundan şübhələnən E.Bünyadov sakitcə evə daxil olub və yataq otağına girib. İşığı yandıranda isə yad bir kişini arvadının yanında görüb. Həmin şəxs Elşən Bünyadovu vurub qaçmaq istəsə də, istəyinə nail olmayıb. Onlar arasında dava düşüb. Həmin şəxs yenidən onun əlindən çıxıb qaçmaq istəyərkən E.Bünyadov mətbəxdən bıçaq götürərək ona kürək nahiyəsindən zərbə endirib. Yaralı xəsarətlə Ağsu rayon xəstəxanasına çatdırılıb.
E.Ələkbərov Sabirabad Meşə Təsərrüfatında gözətçi işləyir.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az

“EMBAWOOD” SAHİBİNİN BACISI OĞLUNUN...........


“EMBAWOOD” SAHİBİNİN BACISI OĞLUNUN İNTİHARI İLƏ BAĞLI ŞOK MƏLUMATLAR
Masallıdakı ölüm işinə görə polis şöbəsinin əməkdaşı saxlanıb
Dünən Masallı Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsinin əməkdaşı Ənvər Həsənov saxlanılaraq Bakıya aparılıb. Onun Bakıya aparılmasının səbəbi kimi tanınmış iş adamı, “Embawood” şirkətinin sahibi Məşur Məmmədovun bacısı oğlu Sərraf Əliyevi özünə qəsd həddinə çatdırmasıdır. Bu barədə bütün Masallı camaatı danışır. Bu barədə redaksiyamıza Masallıdakı mənbələrdən xəbər veriblər. Bildiriblər ki, noyabrın 24-də baş vermiş olayla bağlı Masallıya Bakıdan xüsusi istintaq qrupu göndərilib. Özünəqəsd hadisəsi ilə bağlı cənub bölgəsinin ən tirajlı qəzeti olan “Cənub xəbərləri”ndə geniş yazı dərc olunub.
Həmin yazıda yer alan bir çox maraqlı iddia və fikirləri diqqətinizə çatdırırıq. Qəzetin təsisçisi və baş redaktoru Zahir Əmənov Kalinovka kənd sakini olan 24 yaşlı, 2 uşaq atası Sərraf Azad oğlu Əliyevin yaxınları ilə görüşərək onlardan hadisənin təfərrüatları barədə məlumat almaq istəyib. Lakin mərhumun yaxınları intiharın detallarını şərh etmək istəməyiblər.
Müəllif yazır ki, S.Əliyev özünə məxsus fermanın yaxınlığındakı Qasımlı stansiyasının binasında özünü asıb: “Sərraf Əliyev Masallı şəhərində, xəstəxananın yanında, əlillər üçün tikilmiş evdə yaşayırmış. Noyabrın 23-də həmin şəxs bu evdə 14 yaşlı bir qızla yaxalanıb. Yayılan söhbətlərdə isə bildirilir ki, bu, xüsusi quraşdırılmış, mərhumdan pul qopartmaq üçün təşkil edilmiş bir təxribatdır. Həmin mənbələrin bildirdiyinə görə, intihar edən gəncin evinə göndərilən qızın Sərrafın yaşadığı evə girişindən dərhal sonra Vüqar adlı bir kişi və iki qadın, daha doğrusu, qızın anası və qonşu qadın (bu qadınların kimliyi redaksiyaya məlum olsa da, biz hələlik onların adını çəkməyi lazım bilmədik) böyük hay-küylə qapını döyməyə başlayıb və deyilənə görə, qapını sındırıblar. Onların hücumundan heç 5 dəqiqə keçməmiş, sanki hazır dayanıblarmış kimi, polislər hadisə yerində peyda olurlar. Polis əməliyyatına Masallı Polis Şöbəsinin təhqiqat bölməsinin əməkdaşı Ənvər Həsənov rəhbərlik edib. Halbuki həmin vəzifə sahibi belə əməliyyatlara getmir, şöbəyə daxil olmuş işləri təhqiq edir. Beləliklə, polislər hadisə yerində yaxalanan “günahkarı”, Sərraf Əliyevi şahidlərlə birgə polis şöbəsinə gətirirlər. Mənbə onu da bildirir ki, bu qadınlar və Vüqar adlı kişi əvvəllər də həmin azyaşlıdan alət kimi istifadə edərək polislə əlbir olub, bir neçə şəxsi də bu yolla şərləmiş və pul qoparmışlar.
Başqa bir mənbənin bildirdiyinə görə, intihardan qabaq Sərraf Əliyev yaxınlarına danışıb ki, polisdə ona ciddi psixoloji təzyiqlər edilib. Ona bildiriblər ki, ailəli adamsan, səni rayonda biabır edəcəyik ki, azyaşlı qızın bakirəliyini pozubsan. Onun yanında guya bir neçə telekanalla telefon əlaqəsi saxlayıb, onları polisə dəvət ediblər ki, gəlin bu rüsvayçılığı çəkin. Sonra da guya xahiş ediblər ki, hələ gəlməyin. Həmçinin onu hədələyiblər ki, səni içəri atdırıb, başına orada min oyun açdıracağıq və sairə. Daha sonra şərt qoyublar ki, bütün bunları istəmirsənsə, imkanlı qohumlarından bizim üçün 100 min manat pul təşkil elə. Daha sonra qızın bakirə olduğu aşkarlananda haqq-hesab 100 mindən 50 min manata enib. Hətta Sərrafa şəxsi minik maşınını satıb bu işi “bağlamağı” təklif ediblər. Bununla kifayətlənməyib onun maşınına müştəri də tapıblar. Lakin notariat kontoru saat 18:00-dan sonra başlandığı və alqı-satqını rəsmiləşdirmək mümkün olmadığı üçün bu işdən vaz keçiblər. Sərraf Əliyevə təklif ediblər ki, istənilən pulu təcili düzəltmək üçün get, fermandakı inəkləri 2 saata sat, heç olmasa, 25 min manat gətir. Sonda Sərraf Əliyevin yaxın qohumu onu zaminə götürərək vaxt istəyib ki, onlara pulu düzəltmək üçün möhlət versinlər, istənilən məbləği düzəldib bir neçə saatdan sonra ünvanına çatdırsınlar. Beləliklə, Masallı Rayon Polis Şöbəsində 100 min manatdan başlayan “bazarlıq”dan sonra “günahkarı” evə buraxırlar. Düşdüyü vəziyyətdən çıxış yolu axtaran Sərraf rəhbərlik etdiyi fermaya qəssab gətirib, buradakı mal-qaranı dəyər-dəyməzinə satmaq istəyib. Lakin qəssab onun çaşqın vəziyyətdə olduğundan, bu qədər mal-qaranın ucuz qiymətə satılması təklifindən şübhələnərək həmin alverə qol qoymayıb. Pul üçün bir neçə qohum-qardaşa da müraciəti boşa çıxandan sonra Sərraf çıxış yolu tapmayaraq elə həmin axşam 10-11 radələrində çalışdığı fermanın yaxınlığındakı Qasımlı stansiyasının binasında özünü asıb".
Qəzet yazır ki, yuxarıda qeyd olunan bütün bu işlərə polis şöbəsindən təhqiqat bölməsinin əməkdaşı Ənvər Həsənov başçılıq edib. S.Əliyevi dindirənlərdən biri Masallı Rayon Polis Şöbəsinin rəis müavini Əlifağa Kazımov olub. Tibbi ekspertiza zamanı isə S.Əliyevin həmin 14 yaşlı qızla nəinki intim, heç fiziki yaxınlığı ilə bağlı hər hansı hal da müəyyənləşməyib.
Baş Prokurorluğun mətbuat xidmətinin olayla bağlı yaydığı məlumatda deyilir ki, noyabrın 30-da qeyd edilən cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə tapşırılmışdır. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyinin ciddi nəzarəti altındadır. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
E.QƏDİMOV
2617 dəfə baxılıb

Öldürməmişdən əvvəl zorlayıblar…


10 -12 -2010 .
Yardımlıda baş verən dəhşətli cinayət məhkəmədə araşdırılır
Hakim rayon Prokurorluğunun müstəntiqinin məhkəməyə çağırlılmasını tələbə etdi
Yardımlıda həmkəndlisini xüsusi amansızlıqla öldürməkdə ittiham olunan 20 yaşlı İlkin Məmmədovun cinayət işi ilə bağlı məhkəmə başladı. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Məlum olub ki, Yardımlı rayonunun Avud kənd sakini 20 yaşlı İlkin Məmmədov münaqişə zəminində həmyerlisi 57 yaşlı Hüseynağa Əzimovu bıçaqla qətlə yetirib. İlkin Məmmədov mərhuma çoxsaylı bıçaq zərbələri vurub və könüllü olaraq polisə təslim olub.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi. O, mərhumu mübahisə zəminində qətlə yetirdiyini etiraf edib. Prosesdə ifadə verən mərhumun həyat yoldaşı Mehxanım Əzimova bildirdi ki, həyat yoldaşını İlkin Məmmədov tək öldürməyib. Onun ifadəsinə görə, İlkin Məmmədov qardaşı ilə birlikdə mərhumu zorlayıblar və daha sonra qətlə yetiriblər.
Hakimlər mərhumun meyitini müayinə edən Məhkəmə Tibbi Ekspertiza İdarəsinin Masallı rayon şöbəsinin əməkdaşlarını əlavə şahid qismində məhkəməyə dəvət etdilər. Ekspert ifadəsində mərhumun bağırsaqlarında spermanın tapılmasını təsdiqlədi. Ekspertin sözlərinə görə, sperma mərhumun bağırsağına ya cinsi yolla, ya da müvafiq qurğu vasitəsi ilə tökülə bilər. Ekspert onu da bildirdi ki, ekspertizanın rəyi məhkəmə bioloji labaratoriyasına təqdim edilib və nəticə barədə onlarda məlumat yoxdu.
Prosesdə çıxış edən prokuror Məhkəmə Tibbi Ekspertizasına sorğu göndərilməsi barədə vəsatət qaldırdı. Prokuror labarotoriyada saxlanılan spermanın nəticələri barədə məhkəmənin sorğusu cavabandırılmasını tələb etdi. Məhkəmə vəsatəti təmin etdi.
Zərərçəkmiş Mehxanım Əzimova cinayət işində bəzi qaranlıq məqamların qaldığını iddia etdi. O, bildirdi ki, müstəntiq cinayət işini düzgün araşdırmayıb.
Hakim müstəntiqin növbəti məhkəmə iclasına çağırılması barədə qərar qəbul etdi. Hakimin qərarına müdafiə tərəfi etiraz etsə də, etiraz qəbul edilmədi. Məhkəmə iclası dekabrın 23-də davam etdiriləcək. 
Oxunub: 129 dəfə.

Tibb Texnikumunda inanılmaz olay


11 -12 -2010 . Tibb Texnikumunda inanılmaz olay

Tələbələri fahişəliyə cəlb etmək istəyən müəllimə işdən qovulub
Nəriman Mövsümov: «Bu məsələnin üstü vaxtında açıldığından cinayət əməli baş verməyib»
1 Saylı Bakı Tibb Texnikumunun müəlliməsi Şəhlə Şıxəmirova çalışdığı təhsil ocağından qovulub. Buna səbəb isə onun tələbə qızları fahişəliyə cəlb etmək istəyi olub. Bu barədə qəzetimizə məlumat verən mənbənin sözlərinə görə, Şəhla Şıxəmirova auditoriyada gözəgəlimli qızları satmaq üçün dilə tuturmuş. Qızlara onun sözlərinə «qulaq asacaqları» təqdirdə ev, maşın sahibi olacaqlarını deyən müəllimin bu planı baş tutmayıb. Müəllimin onlara etdiyi əxlaqsız təklifdən heyrətlənən tələbə qızlar texnikum rəhbərliyinə müraciət edib.
Dünən qəzetimizə açıqlamasında adıçəçkilən texnikumun direktoru Nəriman Mövsümov faktı təsdiqləyib: «Bəli, həmin müəllimə işdən azad edildi. Bu məsələnin üstü vaxtında açıldığından cinayət əməli baş verməyib. Biz bu hərəkətlərinə görə müəlliməni işdən kənarlaşdırdıq».
Direktorun sözlərinə görə, texnikumda araşdırma aparılıb və məlum olub ki, tələbələrdən heç kəs müəllimənin «toruna» düşməyib.
Pərviz

вторник, 7 декабря 2010 г.

seyid yolunu azıbmış

06.12.2010
Yeni Həyat kəndindəki seyid yolunu azıbmış
  Şəmkir rayonunun noyabrın 28-də Yeni Həyat kəndində qurulan toy şənliyinin sonu münaqişə ilə yekunlaşib. Toy axşamı gəlin neçə il özündə gizlətdiyi sirri bəyə açıb. ANS telekanalının məlumatına görə, qiz göz yaşları tökə-tökə həyat yoldaşına iki il bundan qabaq kənd sakini, 49 yaşlı Müsahib Vəliyev tərəfindən zorlandığını etiraf edib. Bu arada qeyd edək ki, M.Vəliyev kəndin seyidi kimi tanınırmış və hamı onun evini ocaq bilirmiş. Toyun səhəri günü şok xəbəri eşidən yaxınlar və kənd sakinləri ayağa qalxaraq həmin Müsahibin evini mühasirəyə alıblar. Evin şüşələri sındırılıb, daş-qalaq edilsə də, mənzildən çölə çıxan olmayıb.
“Seyid”in evinin daş-qalaq edildiyini eşidən polislər az keçmiş ərazini əhatəyə alıblar. Müsahibi heç cür görə bilməyən kənd sakinləri və zərərçəkən qizin qohumları bu dəfə polislərlə əlbəyaxa olublar. Kənd sakinləri deyir ki, Azərbaycanın bir çox yerlərindən və kəndin özündən camaat Seyid Müsahibin evinə şəfa tapmaq üçün gəlib-gedirmişlər. Müsahib tərəfindən zorlanıb qorxusundan susan qizların sayının az olmadığı da iddia edilir.
Kənd sakinləri iddia edir ki, son illər ərzində başqa bölgələrə ərə gedən qızların bir çoxu boşanaraq ata evinə qayıdıb.
Kənd sakinləri Müsahibin bir neçə dəfə ailə qurduğunu dedilər. Son günlər isə Müsahib əməlli-başli dəyişibmiş. Qapısına şəfa tapmaq üçün gələn şəxslərdən əməlli-başli haqq tələb edirmiş.
Hadisənin necə baş verməsinə gəlincə, bu il noyabrın 28-də toyu olan xanım da Müsahibi "mələk" bilib onun evinə şəfa tapmaq üçün gedibmiş. Kənd sakinləri deyir ki, adini çəkə bilmədikləri həmin qıza Müsahib bir stəkan su verərək bunu içsən şəfa tapacaqsan deyəndən sonra onu öz çarpayısına uzanmağı bildirib. Bir neçə saniyə içində yuxuya gedən həmin qız isə ayılanda artıq zorlandığının şahidi olub. Baş verən hadisəni sirr olaraq saxlamasını isə zərərçəkən qorxması ilə əlaqələndirib. Baş verən bu hadisədən hiddətlənn Yeni Həyat kəndinin sakinləri neçə ildi seyid adı altında camaatı aldadan Müsahibin kənddən çıxarılmasını tələb edir.
Ara sakitləşəndən sonra Müsahib Vəliyev Şəmkir rayon Polis Şöbəsinə aparılıb. Dindirildikdən sonra isə prokurorluğa göndərilib. Baş vermiş hadisəylə bağli məsələyə aydınlığı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov gətirib: “Yeni həyat kənd sakini olan qızın həmkəndlisi Müsahib Vəliyev tərəfindən iki il bundan əvvəl zorlanması barədə şikayət ərizəsi bu il dekabrın 1-də daxil olub və artıq Şəmkir Prokurorluğu bununla bağlı müvafiq araşdırmalara başlayıb. Ərizədə göstərilən xüsusatlar üzrə rayon prokurorluğunda tam, obyektiv və hərtərəfli ilkin istintaq aparilacaq, toplanmiş sübutlara hüquqi qiymət verilməklə qanunamüvafiq qərarın qəbul olunması təmin ediləcəkdir”. 

Şəmkirlilər seyidin evini niyə daşqalaq etdi?







 06.12.2010
Yeni Həyat kəndindəki seyid yolunu azıbmış
  Şəmkir rayonunun noyabrın 28-də Yeni Həyat kəndində qurulan toy şənliyinin sonu münaqişə ilə yekunlaşib. Toy axşamı gəlin neçə il özündə gizlətdiyi sirri bəyə açıb. ANS telekanalının məlumatına görə, qiz göz yaşları tökə-tökə həyat yoldaşına iki il bundan qabaq kənd sakini, 49 yaşlı Müsahib Vəliyev tərəfindən zorlandığını etiraf edib. Bu arada qeyd edək ki, M.Vəliyev kəndin seyidi kimi tanınırmış və hamı onun evini ocaq bilirmiş. Toyun səhəri günü şok xəbəri eşidən yaxınlar və kənd sakinləri ayağa qalxaraq həmin Müsahibin evini mühasirəyə alıblar. Evin şüşələri sındırılıb, daş-qalaq edilsə də, mənzildən çölə çıxan olmayıb.
“Seyid”in evinin daş-qalaq edildiyini eşidən polislər az keçmiş ərazini əhatəyə alıblar. Müsahibi heç cür görə bilməyən kənd sakinləri və zərərçəkən qizin qohumları bu dəfə polislərlə əlbəyaxa olublar. Kənd sakinləri deyir ki, Azərbaycanın bir çox yerlərindən və kəndin özündən camaat Seyid Müsahibin evinə şəfa tapmaq üçün gəlib-gedirmişlər. Müsahib tərəfindən zorlanıb qorxusundan susan qizların sayının az olmadığı da iddia edilir.
Kənd sakinləri iddia edir ki, son illər ərzində başqa bölgələrə ərə gedən qızların bir çoxu boşanaraq ata evinə qayıdıb.
Kənd sakinləri Müsahibin bir neçə dəfə ailə qurduğunu dedilər. Son günlər isə Müsahib əməlli-başli dəyişibmiş. Qapısına şəfa tapmaq üçün gələn şəxslərdən əməlli-başli haqq tələb edirmiş.
Hadisənin necə baş verməsinə gəlincə, bu il noyabrın 28-də toyu olan xanım da Müsahibi "mələk" bilib onun evinə şəfa tapmaq üçün gedibmiş. Kənd sakinləri deyir ki, adini çəkə bilmədikləri həmin qıza Müsahib bir stəkan su verərək bunu içsən şəfa tapacaqsan deyəndən sonra onu öz çarpayısına uzanmağı bildirib. Bir neçə saniyə içində yuxuya gedən həmin qız isə ayılanda artıq zorlandığının şahidi olub. Baş verən hadisəni sirr olaraq saxlamasını isə zərərçəkən qorxması ilə əlaqələndirib. Baş verən bu hadisədən hiddətlənn Yeni Həyat kəndinin sakinləri neçə ildi seyid adı altında camaatı aldadan Müsahibin kənddən çıxarılmasını tələb edir.
Ara sakitləşəndən sonra Müsahib Vəliyev Şəmkir rayon Polis Şöbəsinə aparılıb. Dindirildikdən sonra isə prokurorluğa göndərilib. Baş vermiş hadisəylə bağli məsələyə aydınlığı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov gətirib: “Yeni həyat kənd sakini olan qızın həmkəndlisi Müsahib Vəliyev tərəfindən iki il bundan əvvəl zorlanması barədə şikayət ərizəsi bu il dekabrın 1-də daxil olub və artıq Şəmkir Prokurorluğu bununla bağlı müvafiq araşdırmalara başlayıb. Ərizədə göstərilən xüsusatlar üzrə rayon prokurorluğunda tam, obyektiv və hərtərəfli ilkin istintaq aparilacaq, toplanmiş sübutlara hüquqi qiymət verilməklə qanunamüvafiq qərarın qəbul olunması təmin ediləcəkdir”. 

» Ər arvadını yoldan çıxaran şəxsi dəlmə-deşik etdi


06 Dekabr 2010 [18:29] -
Şəmkir rayonunda namus üstündə qan tökülüb. Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Əliyaqublu kənd sakini 30 yaşlı Hümmət Əliyev qısqanclıq zəminində həmkəndlisi 19 yaşlı Rəhman Məmmədovu bıçaqlayıb. Qanlı hadisə dekabrın 5-də saat 05:15-də rayonun Əliyaqublu kəndi ərazisində törədilib. H.Əliyev könüllü olaraq Şəmkir rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub.
R.Məmmədovun xəsarətləri ağır olduğundan H.Əliyevin əməli ölümə cəhd kimi qiymətləndirilib. Cinayət işi Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə başlanıb və materiallar toplanaraq rayon prokurorluğuna göndərilib.
Prokurorluqdan Milli.Az xəbər portalına verilən məlumata görə, hadisəyə H.Əliyevin arvadını R.Məmmədova qısqanması səbəb olub. H.Əliyev dindirmə zamanı bildirib ki, R.Məmmədov onun arvadını yoldan çıxarıb. Ona görə də onu maşınına mindirərək məsələni birdəfəlik həll etmək qərarına gəlib. Onlar gecə saatlarından kənd ərazisində sakit bir yerə gəlib saat 05:00 radələrinədək "razborka" ediblər. Lakin 4-5 saatlıq söhbətlə problemi həll edə bilməyən H.Əliyev əsəbləşərək R.Məmmədova 40-a yaxın bıçaq xəsarətləri yetirib.
Anar Məmmədov
Milli.Az

воскресенье, 5 декабря 2010 г.

HEYDƏR BABAYEVİN ADI ESTONİYADA AÇILAN CİNAYƏT İŞİNDƏ


Həmyerlilərimiz estonlara 26 milyon dollar “atıb”lar
Estoniyada Azərbaycana 26 milyon dollar sərmayə yatırmış bir investisiya şirkəti ilə bağlı cinayət işi başlanıb və cinayət işində sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin də adı keçir. Dələduzluq maddəsi ilə başlanmış cinayət işinin istintaqını aparan eston müstəntiqlərin araşdırmaları zamanı məlum olub ki, şirkətin rəhbəri Kristiyan Txor Vyaxe investorların şirkətinə yatırdığı külli miqdarda vəsaiti Azərbaycanın turizm sektoruna yönəldib.
İşdə maraqlı məqamlardan biri budur ki, K.Vyaxe eston müstəntiqlərin suallarını cavablandırarkən deyib ki, böyük miqdarda vəsaiti məhz Azərbaycanın turizm sektoruna yatırmaq istəməsində ölkənin o vaxtkı  iqtisadi inkişaf naziri Heydər Babayevin böyük rolu olub. Belə ki, 2007-ci ildə Estoniyada rəsmi səfərdə olarkən Heydər Babayev Azərbaycanda güclü iqtisadi artım olduğunu deyib və eston iş adamlarını ölkəmizə sərmayə yatırmağa səsləyib. Onun bu çağırışı K.Vyaxe kimi bir çox eston əsilli sərmayəçiləri ölkəmizə gətirib. Əvvəlcə Xəzər rayonunun Dübəndi, Mərdəkan qəsəbələrindəki torpaq sahələrinə baxış keçirən K.Vyaxe həmin ərazilərdəki qiymətlərin həddindən artıq baha olduğunu öyrəndikdən sonra oradan torpaq sahələri alıb istirahət zonası yaratmaq fikrindən daşınıb.
Bundan sonra ona Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin ərazisində, Xəzər sahilindəki ərazi təklif olunub. Təklifi qəbul edən K.Vyaxe özünə burada nümayəndələr tapmaqla onların vasitəsi ilə torpaqlar almağa başlayıb. Günlərin birində isə ona məlum olub ki, pullarını alıb torpaq sahələri ilə bağlı ona saxta sənədlər veriblər. Bundan sonra eston investorlar öz dövlətlərinin rəhbərliyinə, sonuncular isə Azərbaycan prezidentinə müraciət ediblər. Məsələ araşdırılıb və artıq bir nəfər 26 milyonluq dələduzluqla bağlı həbs olunub. İşin istintaqı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.  26 milyonluq dələduzluğun təfərrüatları ilə növbəti saylarımızda tanış ola biləcəksiniz.
C.CAHANGİRLİ
879 dəfə baxılıb

EYNULLA FƏTULLAYEVİN CƏZASI DAHA 2 İL ARTIRILIB


Görünməmiş hadisə: Ali Məhkəmə Plenumunun qərarı dəyişdirilib
Məhbus baş redaktor Azərbaycan və dünya ictimaiyyətinə müraciət etdi
“Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Azərbaycan və dünya ictimaiyyətinə müraciət edib. Bunun səbəbini baş redaktor belə izah edir: “Noyabrın 30-da Avropa Şurası Nazirlər Komitəsinin mənim məsələmlə bağlı toplaşdığı gündə Avropa Məhkəməsinin barəmdə verdiyi 22 aprel 2010-cu il tarixli qərarının icrası məqsədi ilə çağırılmış Ali Məhkəmənin növbədənkənar Plenumunun 11 noyabr tarixli qərarının mətni mənə nəhayət təqdim edildi.
Mətnlə tanış olarkən gözlərimə inanmadım. Mətni təkrar-təkrar, dönə-dönə bir neçə dəfə oxuduqdan sonra dəhşətə gəldim. Plenumun qərarı dəyişdirilib! Hər halda 11 noyabrda Ali Məhkəmənin kürsüsündən səslənən və mətbuatda dərc edilən qərardan əsər-əlamət qalmayıb.
11 noyabrda elan olunan qərara görə, baş prokurorun müavininin vəsatəti ilə Plenum Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 30 oktyabr, 2007-ci il tarixli hökmünün vergilərə aid olan hissəsinin sanksiyasını 4 aydan (cəzaların toplanmasında bu cəza 2 aya enmişdir) 2 il 3 aya qədər artırmışdı. Vəkilim Elçin Sadıqovla mən mətbuatda və ictimaiyyət qarşısında etdiyimiz çoxsaylı çıxışlarımızda bunun qanunsuz olduğunu bildirərək Cinayət Məcəlləsində vergi cinayəti ilə bağlı sanksiyanın artırılmasının mənim həbsimdən sonra baş verdiyi, mənim əski CM ilə məhkum olunduğum, qanunlara əsasən cəzanı ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsinin olmaması barədə ətraflı məlumatlar vermişdik. Görünür, bu çıxışlarımız təsirsiz ötüşməyib. Lakin Plenum həbsxanada qanunsuz cəza çəkdiyim müddətin heç olmasa bir hissəsini hüquqi cəhətdən əsaslandırmaq üçün daha əcaib və daha qanunsuz qərara imza atıb".
E.Fətullayev müraciətində yazır ki, 2006-cı ildə daxili işlər naziri barədə yazdığı tənqidi məqalələrin və Hacı Məmmədovun polis-qanqster dəstəsinin cinayət əməlləri haqqında tədqiqatlarının nəticəsi olaraq nazir Ramil Usubov Yasamal Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdi: “26 sentyabr, 2006-cı ildə Yasamal Rayon Məhkəməsi ”Antibiotikin süqutu" məqaləsinə görə məni 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmiş və bir neçə dəqiqədən sonra CM-nin 70-ci maddəsini tətbiq edib real cəzanı sınaq müddəti ilə əvəz etmişdi. Azad fikrə və jurnalist təhqiqatı janrına qarşı yönəlmiş bu məhkəmə hökmündən apelyasiya şikayəti verib Avropa Məhkəməsinə qədər yolu qət edəcəyimə qərar vermişdim. Lakin Apelyasiya Məhkəməsi ərəfəsində Ramil Usubovun səlahiyyətli nümayəndəsi, Daxili İşlər Nazirliyinin hüquqşünası Dableykə Quliyev mənə barışıq təklifi ilə müraciət etmiş və Avropa Məhkəməsinə şikayətlə müraciət etməyəcəyim təqdirdə Apelyasiya Məhkəməsində cəzamın 1 ilə qədər azalacağını, bir neçə aydan sonra isə tam ləğv ediləcəyini mənə vəd etmişdi. Biz Dableykə Quliyevlə bir centlmen barışıq sazişi bağladıq və mən hökmdən kasasiya şikayəti vermədim. Sonradan mən başqa ittihamlarla və siyasi sifarişlə həbs edildim. Cəzalar toplananda məhkəmə Ramil Usubovun mənə verdiyi cəzanı ləğv edərək onu 1 aylıq real cəzaya çevirdi və digər cəzalara birləşdirdi. Avropa Məhkəməsinə şikayətlə müraciət edəndə mən Ramil Usubovun cəzasından şikayət vermədim, çünki bu, bizim D.Quliyevlə bağladığımız centlmen razılaşmasını pozmuş olardı. Mən heç vaxt prinsiplərimi pozmamışam və çalışmışam verdiyim sözə sona qədər əməl edim".
E.Fətullayev öz müraciətində iddia edir ki, bunun əksinə olaraq qarşı tərəf bağladığı şərti pozub: “Ali Məhkəmənin Plenumu Apelyasiya Məhkəməsinin 22 dekabr, 2006-cı il tarixli hökmünü ləğv edərək Yasamal Rayon Məhkəməsinin 26 sentyabr, 2006-cı il tarixli hökmü ilə aldığım 2 illik şərti cəzanı real cəzaya çevirib. Məhz bu cəzanı da mənə qarşı tətbiq edib. Amma nədənsə Plenum cəzamın əvvəlini 26 sentyabr, 2006-cı ildən deyil, 3 iyul, 2007-ci ildən hesablayıb. Belə çıxır ki, MTN-in təcridxanasında saxlandığım 9 ay ərzində yaşadığım iztirablar, 12 saylı cəzaçəkmə müəssisəsində keçirdiyim müsibətlər Hacı Məmmədovun dəstəsini və bu dəstəyə himayə edən qüvvələri tənqid etdiyimə görədir. Ali Məhkəmənin Plenumunun qərarından belə nəticə hasil olunur”.
Eynulla Fətullayev yazır ki, bu durumda o, həmin işlə bağlı Avropa Məhkəməsinə müraciət edəcək: “Qoy avropalı hakimlər və hüquqşünaslar Azərbaycan polisi haqqında maraqlı detektivlər oxusun və ədalətli qərar versinlər”.
Baş redaktor yazır ki, bu fakt bir daha hakimiyyət nümayəndələri ilə hansısa centlmen razılaşmalar bağlamağın mümkün olmadığını bir daha sübut edir. Geri çəkilməyəcəyini sərt bir dillə bəyan edən baş redaktorun müraciəti bu cümlələrlə bitir: “İqtidardan soruşmaq ayıb olmasın: növbəti ittiham nə zaman olacaq? Qəlbim yaman qaşınır (ifadə məşhur rus yazıçısı Nabokova məxsusdur) yeni ittiham, yeni cinayət işi üçün... ”
Xəbər xidməti
416 dəfə baxılıb

Oğurlanan 200 min manata aydınlıq gətirilmədi



İş adamının evinin qarət olunması ilə bağlı məhkəmədə dava düşdü
Zərərçəkən: «Pulu Rusiyada qazanmışıq»
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə Bakı şəhər sakini Ruqiyyə Məmmədovanın evinə basqın edərək, 200 min manat oğurlamaqda təqsirli bilinən AXCP-nın sədri Əli Kərimlinin müşaviri Qalib Məmmədrzayev və digərlərinin məhkəmə prosesi davam etdirilib. Məhkəmə qarşısında Q.Məmmədrzayevlə yanaşı, Mirzə Ağayev, Racu Mehrəliyev, Hüseyn Qurbanov, Elnur Mirzəliyev cavab verir.
Proses başlanan kimi hakim zərərçəkmiş Ruqiyyə Məmmədovanı vəkillərin vəsatəti əsasında təkrara məhkəməyə dəvət etdiklərini açıqladı. Məhkəmə qarşınıda ifadə verən Ruqiyyə Məmmədova əvvəlki ifadəsini təsdiqlədi. Zərərçəkmiş evindən oğurlanan 200 min manatdan əlavə olaraq əvvəllər ailə sürücüsü olmuş təqsirləndirilən Mirzə Ağayevə 200 min ABŞ dolları da verdiyini qeyd etdi. O, bildirdi ki, həmin pulu da Mirzə Ağyavedən ala bilmədiyi üçün hüquq-mühafizə orqanlarına şikayət edib.
Daha sonra vəkillər zərərmiş şəxsə maliyyə mənbəyi ilə bağlı sullar verdilər. Ruqiyyə Məmmədova bildirdi ki, 1992-ci ildə Rusiyada bizneslə məşğul olublar və həmin illə kimi də maliyyə qazancı əldə ediblər. Onun sözlərinə görə, 1992-ci ildə Azərbaycana köçüblər. Zərərçəkmiş Rusiyada qazandıqları pulları da özləri ilə Azərbaycana gətirdiklərini açıqladı. Onun sözlərinə görə, ata və anasından qalan mülkləri sataraq pul əldə edib: “Mənə atamdan xeyli qızıl qalıb. Həmin qızılları pula çevirmişəm.
Təqsirləndirilən Hüseyn Qurbanov bildirdi ki, zərərçəkmiş şəxsin iddia etdiyi pul evdən oğurlanmayıb. Onun sözlərinə görə, xanımın Mirzə Ağayevlə şəxsi qərəzi olub. Onun sözlərinə görə, 200 min manat söhbəti də bu şəxsi qərəzdən irəli gəlir: “Xanım 200 min manatının harada olmasını yaxşı bilir. Amma istəyir ki, həmin pulu bizdən çıxarasın. Bizim 200 min manatımız yoxdur ki, ona verək”.
Bundan sonra Hüseyn Qurbanov cinayət işinin istintaqını aparan Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Müşfiq Əlməmmədovun məhkəməyə çağırılması barədə vəsatət qaldırdı.
Prokuror bildirdi ki, müstənqin məhkəməyə çağırlıması barədə verilən vəsatətin hüquqi əsası yoxdur”.
Məhkəmə prosesi dekabrın 10-da davam etdiriləcək.
Hacı ZEYNALOV

DIN Masallı polisinə yoxlama göndərdi


image
«Embawood»un sahibi Məşkul Məmmədovun bacısı oğlunun intiharı ilə bağlı qalmaqal böyüyür
Masallıda “Embawood” şirkətinin sahibi, tanınmış iş adamı Məşkul Məmmədovun bacısı oğlu Sərraf Əliyevin intiharı ilə bağlı qalmaqal davam edir. Xatırladaq ki, Sərraf Əliyev Masallının Kalinovka kəndində çalışdığı fermanın yaxınlığındakı Qasımlı stansiyasının binasında özünü asıb. Intiharın səbəbi barədə ötən saylarımızda geniş məlumat verdiyimizdən təkrarçılığa ehtiyac duymuruq. Qısaca onu bildirək ki, Sərraf Əliyevin intihar etməsi onu Masallı polisinin şərləməsilə əlaqələndirilir.
Dünən bu olayla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatda bildirilir ki, Daxili Işlər Nazirliyi bu qalmaqallı hadisə ilə bağlı Masallı Rayon Polis Idarəsinə yoxlama göndərib. Polislərin bu hadisədə rolu olması barədə deyilənlər təsdiqlənərsə, DIN rəhbərliyi Masallı Rayon Polis Idarəsində təmizləmələrə başlayacaq.
Bundan başqa, hazırda bütün Masallı bu olaydan danışır və Sərraf Əliyevi intihara vadar edən polislərin həbs olunması tələbi ilə çıxış edirlər. Xüsusilə Masallı ictimaiyyəti bu məsələdə rolu olanların cəzalandırılması üçün aktiv fəaliyyətə başlayıblar.
Deputat Elmira Axundovanın olayla bağlı “Bizim Yol” qəzetinə verdiyi açıqlama dediklərimizin təsdiqidir. Elmira Axundova bildirib ki, o, bu hadisənin düzgün və obyektiv qiymətləndirilməsi üçün DIN və Respublika Prokurorluğuna müraciət göndərib. Deputat həmçinin bu hadisədə Masallı polisinin rolunun olması barədə deyilənlərin həqiqiliyinə işarə vurub: “Belə çıxır ki, bəzi insanlar öz tutduqları vəzifədən sui-istifadə edib onu (Sərraf Əliyev nəzərdə tutulur - red.) şərləyərək qarşısında ağır şərtlər qoyub və pul tələb ediblər. Çalışacağam ki, bu məsələni ört-basdır etməsinlər. Iş tam aydın şəraitdə aparılsın. Günahkarlar layiqli cəzasını almalıdırlar”.
İnformasiya şöbəsi

пятница, 3 декабря 2010 г.

“Wikileaks” susduruldu


“Wikileaks” susduruldu
2010-12-02
Dünyanı qarışdıran adamın həbsi xəbəri yayıldı
Bütün dünyanın diqqətini üzərinə cəmləyən, şok effekti yaradan yazışmaları yaymaqla zəlzlələ effekti yaradan “Wikileaks” saytının fəaliyyətində problemlər yaranıb. Saytın yerləşdiyi provayderlərdən biri EvereyDNS.net serverə olan davamlı DDoS hücumlarından sonra saytı bağlamaq qərarına gəliblər. Bu hücumlar serverə saytla əməkdaşlıqdan imtina etməsinə gətirib çıxarıb.
Amerika şirkəti olan EveryDNS.net saytda yaranan həddən artıq yüklənmələr səbəbindən dünəndən bu qərara gəldiklərini və sayt administratoruna bu barədə xəbərdarlıq məktubu da göndərdiklərini bildirib. Dünəndən başlayan donmalar artıq serverdə problemlərin olduğunu göstərib. Sayta məsul şəxslər yeni virtual məkan axtarışı üçün xəbərdar ediliblər. Sayt isə bu gün səhər (Bakı vaxtilə 7:00) sonra fəaliyyətini tamamilə dayandırıb.
***
Bu arada isə İngiltərənin Daily Mail qəzeti məlumat yayıb ki, “Wikileaks”in qurucusu Culian Assanc Şotlandiyada həbs olunub.  Qəzetin iddiasına görə, Şotlandiya təhlükəsizlik orqanları onu İnterpolun həbs qərarına uyğn saxlayıb.
ABŞ Ədliyyə Nazirliyi “Wikileaks” haqqında araşdırma başladıb. Sənədlərin əldə edilməsi və ya yayılmasında hər hansı bir qanun pozuntusu tapılarsa Assanc haqqında başqa bir iddia da qaldırıla bilər.
“Daily Mail”in xəbərində şotland polisinin tutduğu jurnalisitn yaxın günlərdə İsveç hüquq mühafizə orqanlarına təslim ediləcəyi qeyd edilib. Xəbərlər arasında İsveçdə “qadına cinsi təcavüz” suçu ilə məhkəmə qarşısına çıxacaq Assancın hüquqlarını müdafiə etmək üçün bir neçə vəkilin artıq hazır olduğu da var.

Masallıda qalmaqallı intihar


Masallıda qalmaqallı intihar
2010-11-30
«Embawood» şirkətinin sahibi Elşad Məmmədovun bacısı oğlu Sərraf Əliyevin ölümündə rayon polisinin adı hallanır
Masallıda Kalinovka kənd sakini, 24 yaşlı, 2 uşaq atası Əliyev Sərraf Azad oğlu çalışdığı fermanın yaxınlığındakı Qasımlı stansiyasının binasında özünü asıb.
Qazanc mənbəyi olan 14 yaşlı qız
“Cənub xəbərləri” qəzetinin yazdığına görə, Sərraf Əliyev bəzi polis işçilərinin tamahının qurbanı olub.
Qəzetə sızan məlumatlarda deyilir ki, Sərraf Əliyev Masallı şəhərində, xəstəxananın yanında, əlillər üçün tikilmiş evdə yaşayırmış. Noyabrın 23-də həmin şəxs bu evdə 14 yaşlı bir qızla “yaxalanıb”. Bu, Sərraf Əliyevdən pul qopartmaq üçün təşkil edilmiş təxribat olub. Sərrafın yaşadığı evə girişindən dərhal sonra Vüqar adlı bir kişi və iki qadın (qızın anası və qonşusu) hay-küylə qapını sındıraraq içəri keçiblər. 5 dəqiqədən sonra isə polislər hadisə yerinə gəlib. “Əməliyyat”a Masallı rayon Polis Şöbəsinin təhqiqat bölməsinin əməkdaşı Ənvər Həsənov rəhbərlik edib. Polislər Sərraf Əliyevi “şahidlərlə” birgə polis şöbəsinə gətiriblər.
Məlumatlara görə, bu qadınlar, Vüqar adlı kişi və Masallı polisinin bəzi əməkdaşları əvvəllər də Sərraf Əliyevlə yaxalanan azyaşlı qızdan alət kimi istifadə etməklə bir neçə şəxsi şərləyərək pul qoparıblar.
100 min manatlıq “bakirəlik”
Sərraf Əliyev intihardan əvvəl yaxınlarına deyib ki, polisdə ona ciddi psixoloji təzyiqlər edilib. Ona bildiriblər ki, ailəli adamsan, səni rayonda biabır edəcəyik ki, azyaşlı qızın bakirəliyini pozubsan. Onun yanında bir neçə telekanalla guya telefon əlaqəsi saxlayıb, onları polisə dəvət ediblər ki, gəlin bu rüsvayçılığı çəkin. Sonra da guya xahiş ediblər ki, hələ gəlməyin. Həmçinin Sərraf Əliyevi hədələyiblər ki, səni içəri atdırıb, başına orada min oyun açdıracağıq. Daha sonra şərt qoyublar ki, bütün bunları istəmirsənsə, imkanlı qohumlarından (Sərraf Əliyev tanınmış iş adamı, “Embawood” şirkətinin sahibi Elşad Məmmədovun bacısı oğludur) bizim üçün 100 min manat pul təşkil elə. Daha sonra qızın bakirə olmadığı aşkarlananda tələb olunan məbləğ 100 mindən 50 min manata enib. Hətta Sərrafa şəxsi minik maşınını satıb bu işi “bağlamağı” təklif ediblər. Bununla kifayətlənməyib onun maşınına müştəri də tapıblar. Lakin notariat kontoru saat 6-dan sonra bağlandığı və alqı-satqını rəsmiləşdirmək mümkün olmadığı üçün bu işdən vaz keçiblər. Sərraf Əliyevə təklif ediblər ki, istənilən pulu təcili düzəltmək üçün get, fermandakı inəkləri 2 saata sat, heç olmasa, 25 min manat gətir.
“Günahkar” intihar edib, polis isə pul gözləyir
Sonda Sərraf Əliyevin yaxın qohumu onu zaminə götürərək vaxt istəyib ki, onlara pulu düzəltmək üçün möhlət versinlər, istənilən məbləği düzəldib bir neçə saatdan sonra ünvanına çatdırsınlar. Beləliklə, Masallı Rayon Polis Şöbəsində 100 min manatdan başlayan “bazarlıq”dan sonra “günahkarı” evə buraxıblar. Düşdüyü vəziyyətdən çıxış yolu axtaran Sərraf rəhbərlik etdiyi fermaya qəssab gətirib, buradakı mal-qaranı dəyər-dəyməzinə satmaq istəyib. Lakin qəssab onun çaşqın vəziyyətdə olduğundan, bu qədər mal-qaranın ucuz qiymətə satılması təklifindən şübhələnərək həmin alverə qol qoymayıb. Pul üçün bir neçə qohum-qardaşa  da müraciəti boşa çıxandan sonra Sərraf çıxış yolu tapmayaraq elə həmin axşam 10-11 radələrində çalışdığı fermanın yaxınlığındakı Qasımlı stansiyasının binasında özünü asıb. Bir neçə saat bu intihardan heç kimin xəbəri olmayıb. Bu arada bütün bu işlərə rəhbərlik edən polis zabiti Ənvər Həsənov və “hadisəni” aşkarlayan Vüqar adlı şəxs təkidlə onun qohumuna zəng edirlər ki, təcili olaraq razılaşdırılmış məbləğdə pulu gətirsin. Son olaraq Sərrafı zaminə götürmüş qohumuna noyabrın 24-ü səhər 5.30-a kimi vaxt verilir və bildirilir ki, pul çatmasa, nəinki Sərraf, onun özü də şərlənərək həbs ediləcək.
Polisin “qeydiyyat oyunu”
Bundan sonra Sərrafa aramsız zəng edən həmin qohumu ona zəng çatmadığı və iş yerində də olmadığı üçün yenə qohum-qardaşın qapısına gedib pul axtarmağa başlayır. Bu vaxt ona xəbər verirlər ki, Sərrafın asılmış vəziyyətdə meyiti tapılıb. Ən qəribəsi isə odur ki, bu barədə Masallı Rayon Polis Şöbəsinə xəbər veriləndən 3 saat sonra onlar hadisə yerinə gəlirlər.   Məlumata görə, polislər intihar hadisəsini eşidəndən bir neçə saat sonra kitabda qeydiyyat aparıb ki, guya Sərraf saxlanılan gün axşam saat 22.57-də polisə gətirilib. Həkim-ekspert komissiyasının verdiyi rəydə isə intiharın 12-15 saat əvvəl baş verdiyi müəyyənləşib. Bu da o nəticəyə gətirir ki, Sərraf intihar edəndən guya 3-4 saat əvvəl polis şöbəsinə “gətirilib”. Bir qəribəlik də ondan ibarətdir ki, kitabda Sərrafla bağlı qeydiyyatı 23 noyabrda axşam növbətçi olan şəxs yox, noyabrın 24-də gündüz növbədə olan növbətçi aparıb. O da bildirilib ki, ekspertiza zamanı Sərraf Əliyevin həmin 14 yaşlı qızla nəinki intim, heç fiziki yaxınlığı ilə bağlı hər hansı hal da müəyyənləşməyib. Yuxarıda qeyd etdiyimiz kimi bütün bu işlərə polis şöbəsindən təhqiqat bölməsinin əməkdaşı Ənvər Həsənov başçılıq edib. Həmçinin Sərrafı dindirənlərdən birinin Masallı Rayon Polis Şöbəsinin rəis müavini Əlifağa Kazımov olduğu bildirilir. Onun da bu işin içində olduğu bildirilir.
Yas mərasimində qalmaqal
Bu hadisə Sərraf Əliyevin yaşadığı kənddə böyük hiddətlə qarşılanıb. Hüzrə gələn rayon icra başçısını və polis şöbə rəisini əvvəl məclisə buraxmaq istəməyiblər. Sonda ağsaqqallar işə qarışaraq məsələnin hüquqi yolla həll edilməsini məsləhət biliblər.
Masallının prokuroru Rizvan Həsənov “Cənub xəbərləri”nə bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 225-ci (ölüm həddinə çatdırmaq) maddəsi ilə cinayət işi açılıb, istintaq gedir. Mərhumun qohumları isə günahkarların qanun çərçivəsində cəzalandırılması üçün bütün hüquqi imkanları işə salıblar.
DIN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə “Azadlıq”a açıqlamasında bu hadisənin polislə bağlı olduğunu istisna edib: “Ola bilər ki, hansısa qüvvələr polisin adına ləkə vurmaq istəyirlər. Mən bəribaşdan deyirəm ki, bu olayda polisin hər hansı bir rolunun olması barədə iddiaların heç bir əsası yoxdur”.
 

Masallıdakı intiharla bağlı yeni təfərrüatlar


Masallıdakı intiharla bağlı yeni təfərrüatlar
2010-12-02
«Embawood»un sahibi Məşhur Məmmədovun özünü asan bacısı oğlunun cibindən nə tapılıb?
“Embawood” şirkətinin sahibi, iş adamı Məşhur Məmmədovun bacısı oğlu Sərraf Əliyevin intiharı ilə bağlı yeni məlumatlar almışıq. Xatırladaq ki, Sərraf Əliyev noyabrın 23-də Masallının Kalinovka kəndində çalışdığı fermanın yaxınlığındakı Qasımlı stansiyasının binasında özünü asıb.
“Cənub xəbərləri” qəzetinin məlumatına görə, Sərraf Əliyev Masallı polisinin qurbanı olub. Qəzet yazır ki, noyabrın 23-də Sərraf Əliyevə iyrənc tələ qurulub. O, yaşadığı evdə 14 yaşlı bir qızla “yaxalanıb”. Sərraf Əliyev evə daxil olarkən Vüqar adlı bir kişi və iki qadın (qızın anası və qonşusu) hay-küylə qapını sındıraraq içəri keçiblər. Bir neçə dəqiqə sonra isə hadisə yerinə polislər gəlib. “Əməliyyat qrupu”na Masallı rayon Polis Şöbəsinin təhqiqat bölməsinin əməkdaşı Ənvər Həsənov rəhbərlik edib. Sərraf Əliyev “şahidlərlə” birgə polis şöbəsinə gətirilib. Şöbədə ona bildirilib ki, 100 min manat pul verməsə, həbs olunacaq və biabır ediləcək. Danışıqlar xeyli davam edib, nəhayət məbləğ 25 min manata enib. Qohumu tərəfindən zaminə götürülən Sərraf Əliyev pul dalınca gedib. Lakin həmin gün səhər saatlarında onu asılmış vəziyyətdə tapıblar.
Əldə etdiyimiz yeni məlumatlara görə, Sərraf Əliyevin üzərindən 25 min manat pul və məktub tapılıb. Həmin məktubda intiharın səbəbi açıqlanır. Səbəb də yuxarıda qeyd etdiyimiz iyrənc tələdir.
Məlumatlarda həmçinin vurğulanır ki, Sərraf Əliyevin qohumları günahkarların cəzalandırılması üçün bütün səylərini səfərbər ediblər. Nəzərə alsaq ki, mərhumun dayısı Məşhur Məmmədov tanınmış iş adamıdır və hakimiyyətin yuxarı eşalonunda təmsil olunan müəyyən şəxslərlə, xüsusilə prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla münasibətləri var, onda Sərraf Əliyevi intihara vadar edən şəxslərin cəzasız qalmayacağını düşünmək olar. Hətta bu məsələdə Masallının polis rəisi də cəzalandırıla bilər. Doğrudur, o, olaydan xəbərsiz olduğunu iddia edib. Lakin bu, inandırıcı görünmür. Bundan başqa, belə iddiala səslənir ki, Sərraf Əliyevə qurulmuş tələdə rəisin də rolu var. Hər halda bu hadisəylə bağlı Masallı polisində ən yaxşı halda istefaların olacağını gözləmək olar.
İnformasiya şöbəsi

Balakən sakini əmisi oğlunu qətlə yetirib


Balakən sakini əmisi oğlunu qətlə yetirib

 01 Dekabr 2010 10:32 ]
Balakən. Vüqar Heydərov - APA. Azərbaycanın Balakən rayonunda qətl hadisəsi baş verib.
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə rayonun Sarıbulaq kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü, Sarıbulaq kənd sakini Xəlilov Orxan Elman oğlu və onun əmisi oğlu 1981-ci il təvəllüdlü Xəlilov Fərrux Fərman oğlu bir yerdə yeyib-içdikdən sonra onların arasında şəxsi münasibət zəminində münaqişə yaranıb. Münaqişə nəticəsində Orxan Xəlilov üzərində gəzdirdiyi bıçaqla Fərrux Xəlilovun döş qəfəsinə bıçaq zərbəsi vurub. Ağır bədən xəsarəti alan Fərrux Xəlilov hadisə yerində dünyasını dəyişib. Orxan Xəlilov hadisə yerindən qaçıb. Balakən rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşlarının səyi nəticəsində o tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlayıb, hadisənin baş vermə səbəbləri araşdırılır.