Показаны сообщения с ярлыком səhiyyə. Показать все сообщения
Показаны сообщения с ярлыком səhiyyə. Показать все сообщения

вторник, 1 марта 2011 г.

BANAN YEMƏYİNİZ ÜÇÜN 1001 SƏBƏB

BANAN YEMƏYİNİZ ÜÇÜN 1001 SƏBƏB 
 
Sağlamlıq və xoşbəxtliyin meyvəsi banan
Banan ən güclü kalium anbarlarından biridir. Təzyiqi salma, ürək ritim pozuqluğu (aritmi) qoruyur, əzələ gücsüzlüyünü aradan aparır
Qısa gövdəli və iri kökümsovlu hündür, bəzən də nəhəng otdur. Vətəni Asiya, Afrika və Avstraliyanın tropik və subtropik bölgələridir. 70-ə yaxın növü var. İstisevən hibrid növləri (M. paradisiaca və M. sapientum) daha çox yayılmışdır. Kökdən çıxan iri, qınlı yarpaqları çoxqatlı boru - yalançı gövdə əmələ gətirir. Bircinsiyyətli və ikicinsiyyətli çiçəkləri nəhəng salxımı xatırladır. Meyvələri salxımda toplaşır, hər salxımda 300-ə qədər meyvə olur, ümumi kütləsi 50-60 kq-a çatır. Tərkibində 14-22% şəkər, 5-8% nişasta, 1,5%-dək protein olur. Yeyilir, qurudulur, konserv, marmelad, şirə, şərab, banan unu və s. hazırlamaq üçün istifadə edilir. Bar verdikdən sonra yerüstü hissə quruyub məhv olur. M. textilis növünün yalançı gövdəsindən toxuçuluq sənayesi üçün lif, dəniz burazı, balıq ovunda işlədilən ip alınır. Azərbaycanda (Lənkəran, Zaqatala və Gəncədə) M. basjoo növü dekorativ bitki kimi əkilir. Hazırda Ensete (E. ventricosum) cinsinə aid edilən Efiopiya bananı (M. ensete) Afrikada yeyinti və toxuculuqda istifadə edilmək üçün becərilir.
http://www.hlb.com/inovlog/bananas-1-DHD.jpg

BANANIN FAYDALARI

Banan əsasən tropik bölgələrdə bitir. Banan hələ kal olanda yığılır və daşınma zamanı yetişir. Bananın vətəni Hindistandır, məhz buradan dünyanın bütün tropik zonalarına yayılıb. Bu meyvə VII yüzillikdən insana “xidmət edir”. Banan tingəsini Cənubi Amerika qitəsinə XVI yüzillikdə ispan keşişi Tomas de Berlanka gətirib. Ekzotik meyvə şəraitə uyğunlaşdı və əhalinin xoşuna gəldi. Əgər banan bizim üçün ekzotik meyvədirsə, onlar üçün çörək, kartof və hətta əti də əvəz edən ucuz, kalorili qidadır. Biz ağ, yumşaq və dadlı özəyi, sarı qabığı olan banana adət etmişik. Amma onun həm də çəhrayı, qırmızımtıl, bənövşəyi və qara qabıqlıları da varmış. Bu növlər çox zərifdir və daşınmaya davam gətirmir. Meyvənin ölçüləri də müxtəlifdir və nisbətən kiçikölçülü olan “cırtdan” banan çox dadlı sayılır.
http://www.scientificamerican.com/media/inline/podcasts/2008-04-23_banana-podcast_2.jpg

Bananın tərkibində çoxlu karbol olduğundan adamı tez doyuzdurur. Lətində orqanizmin müdafiə funksiyalarını möhkəmlədən, soyuqlamanın qarşısını alan xeyli miqdarda askorbin turşusu var. Banan C, A, B vitaminləri və maqniumla zəngindir. Onlar maddələr mübadiləsini yaxşılaşdırır, bədəndəki şlak və mayeni xaric edir, qandakı xolesterinin səviyyəsini aşağı salır, immuniteti bərpa edir, əsəbləri sakitləşdirir. Buna görə də bir çox idmançılar, xüsusən də tennisçilər yarışdan öncə və sonra banan yeyirlər. Banan mədəsində yara olanlara çox faydalıdır. Alimlər iddia edirlər ki, banan hüceyrələrin və mədənin selikli qişasının bərpasına yardım edir. Hipertoniklər gündə 1-2 ədəd banan yeməklə təzyiqlərini 10% endirə və bununla da insult riskini azalda bilərlər. Gündə 5 ədəd banan yemək isə qan təzyiqini endirmək üçün lazım olan dərmanları iki dəfə azaldar.
http://marenda.biz/wp-content/uploads/2008/07/banana.jpg
Bananın hər 100 qramında 90kkal enerji var.

Banan dəmirlə zəngin olduğu üçün qanda hemoqlobini artırır və anemiyanın müalicəsində böyük rol oynayır. Kaliumla zəngin olduğu üçün qan təzyiqinin aşağı salınmasında böyük rol oynayır. Banan B vitamini ilə zəngin olduğu üçün əsəb sistemini sakitləşdirir. Bananın tərkibində A1, C, B6, B12, maqnezium, kalium, kalsium, dəmir və fosfor var. Aclığı yatızdırmaq üçün banan yeyə bilərsiniz. Bu zaman orqanizminiz enerji və faydalı elementlərlə təmin olunacaq. Bananın diqqətin artırılmasında və əqli keyfiyyətlərin yaxşılaşdırılmasında böyük rolu var. Banan bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Depressiyadan əziyyət çəkənlər: bu sizin malınızdır. Mədəniz qıcqqırarsa banan köməyinizə gələcək. Yemək arası banan yeməklə gümrahlığı bərpa etmək olar.
Ağcaqanadlar əleyhinə dərmanlardan istifadə etməzdən əvvəl həmin yerə banan qabığı sürtün. Bu qıcıqlanmanın qarşısını alacaq. Banan həm də bədən tempraturunu tənzimləyir. Ürək döyüntülərini normallaşdırmaq üçün bananı gündəlik yeyəcəklərin sırasına daxil edin. Ziyilləri məhv etmək üçün bananın qabığından istifadə etməyiniz məsləhətdir. Banan yeməklə iştahanı bərpa etmək, göz altındakı torbaları aradan qaldırmaq olar. Banandan hazırlanmış maskalar hər cür dəriyə faydalıdır. Yetişmiş banan cinsi həvəsi artırır. Süd verən qadınlarda laktasiyanı normallaşdırır. Kal bananlar bağırsaq şişlərinin yaranmasının qarşısını alır. Bananın kökü qan xəstəliklərinin müalicəsi üçün faydalıdır. Banandan qaraciyər xəstəliklərinin qarşısı almaq üçün də istifadə olunur. Yaşıl banan dadlı olmasa da tərkibində çox nişasta olur.  Kalium hər şeydən əvvəl ən əhəmiyyətli həyati minerallardanndır. Təzyiqin aşağı salınmasında, son dərəcə əhəmiyyətli təsirə malikdir. Kaliumla zəngin olan meyvə sümüklərin möhkəm olmasına səbəb olur. Banan cinsi qüvvəni artırır. Yuxusuzluğu aradan aparır.
 Nərgiz Kazımlı 

Cinsi zəifliyə qarşı vasitə: evdə hazırlayın və qəbul edin


 Cinsi zəifliyə qarşı vasitə: evdə hazırlayın və qəbul edin



Dərman içməyə ehtiyac yoxdur.
Son zamanlar insanların cinsi həyatlarında bəzi problemlər yaşanır. Bunun nəticəsində kişilər və qadınlar sonsuzluqdan, impotensiya, sperma pozğunluğu, aybaşı pozğunluğu, klimaks, eroziya və. s kimi cinsi xəstəliklərdən əziyyət çəkənlərin sayı günü-gündən artır.
Bir qisim cinsi xəstəliklərin yaranmasının səbəbi cinsi zəifliklə bağlıdır. Kişilər bir çox hallarda cinsi zəiflikdən xilas olmaq üçün aktivlik yaradan preparatlara, əsasən də viaqraya üstünlük verirlər.
Keçmişdə yaşamış insanların həyatı ilə maraqlansaq, cinsi zəiflikdən, cinsi xəstəliklərdən, sonsuzluqdan əziyyət çəkənlərinin sayının indiki dövrlə müqayisədə çox az olduğunu görərik. Halbuki, keçmişdə nə cinsi fəallıq yaradan preparatlar, nə viaqra olub. Bəs keçmişdə insanların cinsi həyatlarını problemsiz yaşamalarına kömək edən əsas vasitələr nə idi?
Milli.Az xəbər portalı heç bir dərman preparatlarına, həkim-təbibə müraciər etmədən, ev şəraitində hazırlana bilən vasitələri təqdim edir. Viaqra, cinsi aktivlik yaradan digər preparatların əvəzedicilərini hər kəs özü hazırlayıb qəbul etməklə, cinsi zəiflikdən və cinsi xəstəliklərdən xilas ola bilər.
Cinsi zəiflik, sonsuzluq, sperma pozğunluğu və eroziyadan əziyyət çəkən kişilər bu problemlərin azalması üçün viaqra əvəzləyici enerji qarışığını qəbul edə bilər:
Tərkibi: bal, doşab (bəhməz), püstə, qoz, fındıq, badam, kişmiş, şüyüdün kok hissəsi, zəfəran və sarıkök.
Hazırlanması: 5 xorək qaşığı bala 3 xorək qaşığı doşab əlavə edin. Püstə, qoz, fındıq, badam, kişmiş, şüyüdün kok hissəsini yaxşıca əzib püre halına gətirərək bal və doşab qarışığına əlavə edin. Üzərinə zəfəran və sarıkok tökərək yaxşıca qatışdırın və gündə iki dəfə səhər yeməyindən və axşam yeməyindən 20 dəqiqə sonra 1 xörək qaşığı qəbul edin. 10 gün bu qatışığı qəbul etdikdən sonra cinsi problemlərinizə xeyrli təsir göstərdiyinin şahidi olacaqsınız.
Qadınlarda isə mensturasiya pozgunluğu, klimaks ən çox rastlanan cinsi problemlərdir. Bu problemin həlli üçün əsrlərdən bəri xanımların istifadə etdiyi bir içki var.
500 qr suya bir orta ölçülü soğanı dörd yerə bölüb əlavə edin və qaynadın. Qaynanmış suyu gündə bir dəfə bir armudu stəkanda 1 çay qaşığı bal ilə qarışdırıb 10 gün ərzində için. Tezliklə xeyirli təsirinin şahidi olacaqsınız. Bundan əlavə hər gün səhər oyananda əncir mürəbbəsi ilə çay için. Çünki əncir mürəbbəsi seksual aktivliyin artmasına təsir göstərir bu səbəbdən də əncir qadınların meyvəsi hesab edilir.

Nura


Azərbaycan Səhiyyə Nazirliyi xəstəxanalarda əhaliyə pulsuz verilməli olan dərman preparatlarının siyahısını açıqlayıb



Azərbaycan Səhiyyə Nazirliyi xəstəxanalarda əhaliyə pulsuz verilməli olan dərman preparatlarının siyahısını açıqlayıb

  



[ 01 Mart 2011 17:19 ]
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrində əhaliyə pulsuz verilməli olan dərman preparatlarının adını açıqlayıb.
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, siyahıda 60 dərman preparatının, 41 tibbi ləvazimat və köməkçi materialların adı qeyd edilib. Səhiyyə nazirinin “Azərbaycan Respublikasının əhalisinə zəmanətli tibbi yardımın təmin edilməsi” barədə 2005-ci il dekabrın 1-də verdiyi 141 saylı əmrə əsasən, bütün tibb müəssisələrində əhaliyə göstərilən zəmanətli tibbi xidmət, müayinələr və göstərilən dərman preparatları ilə müalicə pulsuzdur. Müraciət edən xəstələrə aşağıdakı dərman preparatlarının və sarğı materiallarının ödənişi dövlət tərəfindən həyata keçirilməlidir.
№ 
Dərman preparatların adı 
№ 
Dərman preparatların adı 
1. 
Aktivləşdirilmiş kömür tab. 
31. 
Ketamin (və ya Kallipsol) 
2. 
Aktoveqin 
32. 
Kofein-benzoat amp. 
3. 
Albusid 
33. 
Kordiamin damcı, amp. 
4. 
Aminazin tab., amp. 
34. 
Korvalol damcı (valokardin) 
5. 
Aminokarpon turşusu məhlul 
35. 
Qeparin amp. 
6. 
Aspirin tab. 
36. 
Qlükoza məhlul, amp. 
7. 
Atropin-sulfat amp. 
37. 
QOMK amp. 
8. 
Baralgin tab., amp. 
38. 
Lidokain amp. (və ya Novokain) 
9. 
Benzilpenisillin (və ya Ampisillin, Qentamisin,Streptomisin, Kanamisin)
39. 
Maqnezium sulfat 
10. 
Deksametazon tab., amp. 
40. 
Mannit 
11. 
Diazepam tab., amp. (və ya Relanium, Seduksen)
41. 
Morfin hidroxlorid (və ya promedol) 
12. 
Dibazol tab., amp. 
42. 
Mukaltin 
13. 
Dimedrol tab., amp. (və ya Suprastin, Taveqil) 
43. 
Natrium Xlorid məhlul 
14. 
Disol məhlul (və ya Trisol, Asesol) 
44. 
Nitroqliserin tab. (və ya Nitronq) 
15. 
Droperidol amp. 
45. 
Noşpa tab., amp. (Spazmolqon) 
16. 
Eufillin tab., amp. (və ya Diafillin) 
46. 
Pananqin tab., amp. 
17. 
Fenobarbital 
47. 
Papaverin amp. 
18. 
Fenozepam tab. 
48. 
Pilokarpin damcı 
19. 
Fentanil 
49. 
Platifillin amp. 
20. 
Festal tab. (və ya Panzinorm, Diqestal) 
50. 
Poliqlükin məhlul 
21. 
Furosemid tab., amp (Laziks) 
51. 
Prednizalon tab., amp. 
22. 
Haloperidol tab., amp. 
52. 
Prozerin amp. 
23. 
Halotan 
53. 
Riboksin tab., amp. 
24. 
Hemodez məhlul 
54. 
Ringer laktat məhlul 
25. 
İmodium 
55. 
Serukal 
26. 
İnsulin amp. 
56. 
Strofantin amp. (və ya Korqlükon) 
27. 
Kalium xlor amp. 
57. 
Validol tab. 
28. 
Kalsium xlor amp. 
58. 
Veroşpiron 
29. 
Kamfora amp. 
59. 
Vikasol 
30. 
Kavinton 
60. 
Vitaminlər tab., amp. 


TİBBİ LƏVAZİMATLAR VƏ KÖMƏKÇİ MATERİALLAR
№ 
Dərman preparatların adı 
№ 
Dərman preparatların adı 
1. 
Ammiak 
31. 
Hidrogen peroksid məhlulu 
2. 
Bint 
32. 
Sistemlər 
3. 
Brilyant yaşılı 
33. 
Steril əlcəklər 
4. 
Dezinfeksiyaedici məhlullar 
34. 
Şprislər 
5. 
Emulsiya sintomisin 
35. 
Termometr 
6. 
Etil spirti 
36. 
Tənzif 
7. 
Göbək sıxacı 
37. 
Tibbi oksigen 
8. 
İmalə 
38. 
Tikiş materialları 
9. 
Kalium permanqanat 
39. 
Vazofiks 
10. 
Katetrlər 
40. 
Yod məhlulu 
11. 
Leykoplastlar 
41. 
Zondlar 
12. 
Pambıq 
42.