Показаны сообщения с ярлыком sosial. Показать все сообщения
Показаны сообщения с ярлыком sosial. Показать все сообщения

суббота, 5 февраля 2011 г.

Çiyələyin nələrə qadir olduğunu bilirsinizmi?


Çiyələyin nələrə qadir olduğunu bilirsinizmi?

03 Fevral 2011

Alimlər bütün giləmeyvələr kimi, çiyələyin də insan orqanizminə faydalı olduğunu sübut edib.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, insanın ruhdan düşməməsi, daim yaxşı əhval-ruhiyyədə olması üçün müntəzəm şəkildə çiyələk yeməsi məsləhətdir. Gündə 150 qram bu giləmeyvədən yeyən şəxs asanlıqla stresdən qurtula bilər. Tərkibindəki 50-dən çox ətirli və xeyirli maddələr sayəsində çiyələk insanın mənfi emosiyalarını azaldır, ruh yüksəkliyini artırır.
Çiyələyin digər xeyri qanı təmizləməsi, immuniteti artırması, maddələr mübadiləsini tənzimləməsi, ürək-damar sistemi və qaraciyər, böyrək xəstəlikləri və hətta bədxassəli şişlərin qarşısını almasıdır. Bu giləmeyvə həmçinin diş, baş ağrısı, burun-udlaq iltihabı riskini azaldır.

Kişilərin hökmranlığı qadınların zəifliyindən qidalanır?


Kişilərin hökmranlığı qadınların zəifliyindən qidalanır?

Mill.Az xəbər portalı bildirir ki, Fransa sosioloqlarının araşdırmalarına görə, kişi və qadın arasında bərabərsizlik yalnız cinsi əlaqə zamanı tam aradan qalxa bilir. Hər iki cinsin yaxınlığı qarşılıqlı qurban vermə ilə müşayət olunur. Qadın öz bədəninin «istismarına» razılıq verdiyi kimi, kişi də öz hakimiyyətini güzəştə gedir. Bəzi hallarda kişi cəmiyyətdə, ictimai həyatda təsəvvürünə belə gətirə bilmədiyi səlahiyyətləri qapalı otaqda tərəf müqabilinə verməyə hazır olur. Hətta bu zaman qadının qarşısında dəfələrlə «alçalır».
80-ci illərdə daha çox, o dövrün oğlanları arasında dillər əzbəri olmuş bu şeir parçası da qadınların onları idarə edənlərin üzərindəki hökmranlığının bədii sübutudur.
Aya-ulduzlara ucalır raket,
Şairlər yaratmış bu şeiri «buket».
O Mərkəzi Komitə, o Ali Sovet,
Hamısı baş əyir «qol» arasında.
Cəmiyyətlər dəyişir, qadına münasibət isə...
Sovet dövründə qadınların idarəçilik sistemində çəkisinin artmasının başlıca səbəbi təhsilin inkişafı olsa da, bu məsələdə formalizmə yol verildiyi heç kəsdə şübhə doğurmur. Ali Sovet şamamalarla, bəstilərlə doldurulmuşdu. Bu qadınların sovet deputatxanasına düşməsi heç də onların dövlət quruculuğu üçün cani-dildən çalışmalarının yox, əsasən, çox işləyib artıq pul qazanmaq sevdasının nəticəsində baş tutmuşdu. Həm kommunizm, həm də demokratiya qadınlara qarşı təxminən oxşar münasibət sərgiləyiblər. Odur ki, yenicə meydana çıxmış pornokratiya siyasi termini hər iki siyasi quruluşu rədd edir.
Pornokratiyaya görə, qadın yataqda kişi ilə hansı statusu paylaşırsa, bu, idarəçilikdə də özünü göstərməlidir.
Başqa sözlə, zərif cinsin nümayəndələri bir neçə dəqiqəlik bərabərhüquqluluğun müddətini daha da uzatmaq istəyirlər. Şərqdə - İslam və türk dünyasında isə hətta intim münasibətlərdə (bəzi hallarda) qadın və kişi hüquqlarının sərhədləri ənənəvi, klassik pozalarla mühafizə olunur.
Şərq fəlsəfəsində kişi istehsalçı, qadın isə istehlakçı kimi təzahür olunur. Bu da kişilərdə tələbkarlığın artmasına gətirib çıxarır. Yəni, toxum səpən əkinçinin torpaqdan daha keyfiyyətli məhsul götürmək niyyətini xatırladır.  Əkinçi torpaq üzərində bütün ağalıq hüquqlarına malik olduğu kimi, kişi də qadını üzərində hökmranlığını tam mənada saxlayır. 
Şərq qadınını həyatlarını niyə bölür?
Şərqdə qadın spesifik rol oynamağa - uşaq doğmaq və böyütmək vəzifəsini yerinə yetirməyə məhkum edildiyindən o, öz şəxsi həyatını yarımçıq yaşamaq və sosial həyatını həm kişisilə, həm də övladları ilə paylaşmağa məcbur olur. Beləliklə, qadınlıq… yarımçıq insanlığı ehtiva edir.
Kişi açıqlığa - cəmiyyət həyatına, qadın isə qapalılığa - ailə ocağına sürüklənir. Şərqdə qadın kişinin «enerji ehtiyatı» rolunu oynayır. Bununla o, cinsi əlaqə zamanı qadından libidoz enerjini özünə transfer edir.
İslam nəzəriyyəsindən fərqli olaraq, türklərin yaşam təfəkküründə insan həyatı onun özünün əbədi proyekti hesab olunur. Bu proyektdə qadınların da xüsusi çəkisi var. Deməli, qadın həm də kişinin proyekti sayılır. Şərqdə qadına qarşı bu cür yanaşmanın nə vaxt tarixin arxivinə düşəcəyini isə söyləmək, hələ ki, çətindir.
Qərbdə isə araşdırmalar sübut edir ki, cinsi münasibətlər kişi və qadın arasındakı buzların əriməsində müstəsna əhəmiyyətə malikdir. Məsələn, iş yerlərində, ofislərdə qadın işçilərə qarşı  tələbkar, bir qədər də sərt münasibətlərdə olan müdir onunla yaxınlıq edən digər qadın işçisinə fərqli davranmaq məcburiyyətində qalır. Çünki sonuncu, müdirin «sərt»liyinə, «tələbkar»lığına yaxşı bələddir.
Bütün bunlar göstərir ki, cəmiyyətdə qadınların rolunun yüksəlməsi, onların kişi hökmranlığından xilas olmaları təkcə təhsildən, qanunlardan, gender layihələrindən deyil, həm də cinsi həyat münasibətlərdə olan statusun cəmiyyətdə də davam etdirilməsindən keçir.

Rəna

воскресенье, 12 декабря 2010 г.

FÜZULİ ƏLƏKBƏROVUN NAZİRLİYİ HƏYƏCANDA


 Nazirliyin əməkdaşlarından yeni ildə «ÇP»siz fəaliyyət göstərməsi tələb olunub
 Bu il Əmək və Əhalinin Sosial Təminat Nazirliyi (ƏƏSTN) üçün heç də yaxşı nəticələrlə yadda qalmadı. Füzuli Ələkbərovun başçılıq etdiyi nazirliyin yerli təşkilatlarının fəaliyyəti elə bir həddə çatmışdı ki, ən çox şikayət edilən quruma çevrilmişdilər. Hətta bir neçə dəfə nazirliyin yerli təşkilatının rəhbərləri həbs olunmuşdular.
 Nazir Füzuli Ələkbərov yaranmış vəziyyəti düzəltmək və bir daha belə halların total şəkil almaması üçün addım atmaq qərarına gəlib. Etibarlı mənbələrdən sızan bilgilərdə deyilir ki, nazir öz işçilərinə tapşırıb ki, yeni ildə indiki vəziyyətlər yaşanmamalıdır. Onun sözlərinə görə, 2011-ci ildə mümkün qədər neqativ halların olmaması üçün çalışılmalıdır.
 Həmçinin o da məlum olub ki, Füzuli Ələkbərov bundan sonra «ÇP» də istəmir. Mənbənin bildirdiyinə görə, nazir bu təlimatlarını yaxın günlərdə nazirlikdə keçiriləcək geniş kollegiyada hamıya açıqlayacaq.
 pia.az

понедельник, 29 ноября 2010 г.

Dövlət Sosial Müdafiə Fondu

Son vaxtlar bir sıra dövlətlərin sığorta-pensiya sistemlərində aparılan islahatlar Azərbaycanda qurulan modelin keçid dövrü ölkələri üçün örnək kimi tövsiyə edilməsinin heç də təsadüfi olmadığını təsdiqləyir. Bu baxımdan Rusiya Federasiyasının pensiya sistemində təklif olunan islahatların məzmunu xeyli diqqəti çəkir.
Bu barədə Azərbaycan Respublikasə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd edilib ki, Rusiya Federasiyası Səhiyyə və Sosial İnkişaf Nazirliyi pensiya sistemindəki islahatlar barəsində mümkün variantları əks etdirən "Pensiya islahatlarının nəticələri və dünya maliyyə böhranının təsiri nəzərə alınmaqla Rusiya Federasiyasının pensiya sisteminin uzunmüddətli inkişaf perspektivləri" adlı məruzəsini hökumətə təqdim edib.
Bu sənəddə Nazirlik və Rusiya Pensiya Fondu 2002-2010-cu illərdə pensiya islahatının 1-ci və 2-ci mərhələlərinin nəticələri haqqında təhlillər aparmış və islahatın növbəti mərhələsinin reallaşdırılması zəruriliyi barədə arqumentlər gətiriblər.
Təklif olunan variantlardan biri hərbçilərin və daxili işlər orqanlarında çalışanların (hazırda həmin şəxslərin pensiyaları federal büdcədən ödənilir) məcburi dövlət sosial sığortasına cəlb edilməsidir.
Qeyd olunmalıdır ki, Azərbaycanda bu istiqamətdə hələ dörd il bundan öncə islahat tədbirləri həyata keçirilib. 2007-ci il yanvarın 1-dən respublikamızda hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi və fərdi uçotla əhatə olunmasına, həmin şəxslərin əmək pensiyaları ilə təminatına keçilib. Bu tədbirlər nəticəsində hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin yeni sığorta-pensiya sisteminin üstünlüklərindən (pensiyalarının Fondun hesabına verilən plastik kartlarla ödənilməsi, natamam hərbi xidmət müddətinin pensiya məbləğlərinə təsirinin təmin olunması, hərbi qulluqçular və dövlət qulluqçularının gələcəkdə sığorta-pensiya sistemində yığım komponentinin tətbiqində iştirakı və s.) istifadə etmələrinə imkan yaradılıb.
Məruzədə vaxtından əvvəl pensiyaya çıxan şəxslər üzrə ödəmələr pensiya sisteminin mürəkkəb problemlərindən biri kimi qiymətləndirilib, bu sahədəki güzəştlərin ləğvi əsas islahat istiqaməti kimi müəyyənləşdirilib. Xatırladaq ki, Azərbaycan Respublikasında hələ 2009-cu ildə bu istiqamətdə zəruri tədqiqatlar aparılaraq qanunvericiliyə müvafiq dəyişikliklər edilib.
Növbəti əsas təklif pensiya sisemində yığım komponentinin tətbiqi ilə bağlıdır. Bu istiqamətdə səslənən arqumentlər ondan ibarətdir ki, Rusiya pensiya sistemində hazırki qaydada yığım komponentinin tətbiqi maliyyə bazarının mövcud inkişafı səviyyəsi ilə üst-üstə düşmür və bu səbəbdən də vəsaitlərin yerləşdirilməsində yaranan problemlər nəinki nəzərdə tutulan dividentləri, hətta infilyasiyadan qoruma imkanını da vermir. Digər tərəfdən, yığım hissəsinin pensiyaların cari maliyyələşdirilməsinə sərf olunmaması Pensiya Fondunun büdcə kəsirini daha da dərinləşdirir. Bununla bağlı pensiyalarin yığım hissəsinin perspektivinə dair məruzədə bir neçə variant əks olunmuşdur. Bunlardan biri pensiyaların yığım hissəsi məsələsinin tamamilə istisna edilməsidir. Digər bir variant kimi bu komponentin könüllülük prinsipi əsasında tətbiqi irəli sürülüb. Üçüncü variant isə yığım hissəsinin həcminin azaldılmasıdır.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının pensiya qanunvericiliyi də baza, sığorta və yığım hissələrindən ibarət olmaqla üçpilləli pensiya təminatını nəzərdə tutur. Ölkədə qurulmuş yeni sığorta-pensiya sistemi çərçivəsində əmək pensiyalarının baza və sığorta hissələrinin təyini və artırılması mexanizmləri uğurla tətbiq edilmişdir. Yığım komponentinin tətbiqi ilə bağlı isə son dərəcə ehtiyatlı (konservativ) mövqe tutulub. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli 111 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda yığım komponentinin tətbiqinin daha mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən çox asılı olduğu xüsusilə qeyd olunmuş, bunun üçün beynəlxalq təcrübənin öyrənilməsi, əvvəlcə sosial sığorta haqlarının fərdi hesabın yığım hissəsinə (fərdi yığım hesablarına) yönəldilməsi mexanizmləri və həmin vəsaitlərin idarə olunması qaydalarının düzgün müəyyən edilməsi, bundan sonra sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına başlanılması müəyyənləşdirilib.

понедельник, 22 ноября 2010 г.

ünvanlı yardımın yeni forması tətbiq olunacaq

Gələn ildən Azərbaycanda ünvanlı yardımın yeni forması tətbiq olunacaq
[ 18 Noyabr 2010 18:32 ]
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Gələn il Azərbaycanda əhaliyə ünvanlı sosial yardımların verilməsində yeniliklər baş verəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti” şöbəsinin aparıcı məsləhətçisi Babək Hüseynov “APA-ECONOMICS”ə bildirib ki, nazirlik əhaliyə verilən sosial yardımların formasında dəyişikliklər üzərində işləyir.
Onun sözlərinə görə, gələn ildən yeni yardım növü olan «Özünü dəstək» layihəsinə start veriləcək. Yeni layihə indiyədək tətbiq olunan aylıq ödəmələrdən fərqlənəcək. Bu yardım forması indikinə nisbətən daha aktiv layihə olacaq: “Yeni varianta görə, kasıb ailələrə müəyyən məbləğdə birdəfəlik vəsait ayrılacaq ki, onlar ailə daxilində məşğulluq problemini həll edib, işlə - şəxsi istehsalla məşğul olsunlar və bununla da özlərini təmin edə bilsinlər”.
Hələlik tam dəqiqləşməsə də, ilkin hesablamalara görə, yeni layihə çərçivəsində aztəminatlı ailələrə verilən birdəfəlik vəsaitin məbləği ünvanlı yardım kimi bir il ərzində verilən məbləğə bərabər olacaq. Adi ünvanlı yardımlardan fərqli olaraq, bu vəsait konkret məqsədlər üçün veriləcək ki, həmin ailələr öz gəlirləri və həyat səviyyələrində ciddi dəyişiklik edə bilsinlər. Yardım almaq üçün müraciət edən ailələr bu vəsaitin necə xərclənəcəyi və onunla hansı işin qurulacağı ilə bağlı konkret plan tərtib etməli olacaqlar: “Vətəndaş burda göstərəcək ki, məsələn, şəxsi təsərrüfatımı inkişaf etdirmək üçün mənə filan qədər vəsait lazımdır və bu pul necə xərclənəcək”.

Birdəfəlik yardım ev heyvanlarının alınmasına, evdə xırda istehsal (məsələn, evdə satış məqsədilə kompot bağlamaq və ya yun köynək toxumaq) yaradılmasına və s. gəlir gətirən işlərə sərf olunacaq. Hələlik yeni layihə yalnız kənd rayonları üçün nəzərdə tutulub. 2011-ci ildə 4 rayonda bu layihənin pilot variantı tətbiq olunacaq. Bunlar Masallı, İsmayıllı və Tovuzdur. 4-cü rayon isə ölkənin iri şəhərlərindən biri olacaq.
Yeni yardım mexanizmi indi qüvvədə olan ünvanlı yardımlarla paralel fəaliyyət göstərəcək. B.Hüseynovun sözlərinə görə, aztəminatlı ailələr yardım almaq istəyərkən iki variantdan birini seçməli olacaqlar: “Ya ünvanlı sosial yardım alsınlar, ya da bu layihədə iştirak etsinlər”.
B.Hüseynov bildirib ki, aztəminatlı ailənin şəhərdə və ya kənddə yaşamasından asılı olaraq birdəfəlik yardımların xərclənəcəyi istiqamətlər fərqlənəcək. Əgər kənd sakinləri bu vəsaiti özlərinə təsərrüfat yaratmaq və ya ev heyvanları almaq üçün xərcləyəcəklərsə, şəhərdə həmin pul vətəndaşın yeni peşə qazanması üçün peşə kurslarına xərclənə bilər: “Məsələn, Braziliyada vətəndaşlar dövlət vəsaiti hesabına özəl kurslarda hazırlıq keçir, yeni peşəyə yiyələnib əmək fəaliyyətinə başlayırlar”. Amma hələlik bu məsələ tam dəqiqləşməyib.
Pulu alan ailə bu vəsaiti həmin məqsədlə xərcləyəcəyi barədə öhdəlik götürəcək. Yardımdan sui-istifadənin qarşısının alınması üçün də vasitələr müəyyənləşdirilib: “Vəsaitin təyinatı üzrə - məhz göstərilən məqsədlə xərclənməsinə nəzarət etmək üçün nazirliyin əməkdaşları belə ailələrdə 3 aydan bir monitorinqlər aparacaqlar. Məlum olsa ki, ayrılan pul başqa məqsədlə xərclənib, onlar pulu qəpiyinə kimi qaytaracaq və müəyyən müddətə bu proqramdan xaric olunacaqlar”.
Nazirlikdə istisna etmirlər ki, bəzi ailələr biznes-planı düzgün hazırlaya bilmədiyinə və hər şeyi nəzərə almadıqlarına görə onlara ayrılan vəsaitlər effektiv istifadə olunmaya bilər. Belə halda həmin ailə yenidən adi ünvanlı yardım üçün müraciət edə biləcək: “Ünvanlı sosial yardım haqqında qanunvericiliyə uyğun olaraq belə yardım üçün müraciət etməyə və yardımın alınması üçün heç bir məhdudiyyət yoxdur. Əgər qanunvericilikdə bir dəyişiklik olmasa, işləri alınmayan ailələr yenə də ünvanlı yardım almaq hüquqlarını özlərində saxlayırlar”.
Qeyd edək ki, «Özünədəstək proqramı» bir sıra ölkələrdə - Braziliya, Meksika, Rusiyanın bəzi vilayətlərində, hətta Nyu-York ştatında tətbiq olunur. Dünya Bankının tövsiyəsi ilə Azərbaycan mütəxəssisləri bu proqramın detallarını öyrənmək üçün Rusiya təcrübəsindən istifadə edəcəklər.
Nazirlik rəsmisinin sözlərinə görə, bank kreditlərindən fərqli olaraq birdəfəlik yardım veriləndə biznes-planın icrası üçün vəsaitin bir hissəsini ailənin özünün qoyması tələb edilməyəcək. Bununla yanaşı, onlarda görüləcək işlə bağlı müəyyən ilkin imkanlar olmalıdır: “Məsələn, ailə bu pulla mal-qara almaq istəyirsə, onun heç olmasa tövləsi olmalıdır”.
“Özünə dəstək” proqramına da indiyədək olduğu kimi, aztəminatlı (adambaşına gəliri 65 manatdan az olan) ailələr qoşula biləcək. Amma bunun üçün ailə üzvlərindən heç olmasa biri əmək qabiliyyətli olmalı və ailədə uşaq da olmalıdır.
Xatırladaq ki, noyabrın 1-nə olan vəziyyətə görə, respublika üzrə 132 mindən artıq ailə və ya 600 mindən artıq insan ünvanlı sosial yardım alır. Adambaşına düşən sosial yardımın orta məbləği 24 manat, hər ailəyə düşən məbləğ 108 manatdır.

Cəlilabadın “Kapital Bankı”


Cəlilabadın “Kapital Bankı”  1571 dəfə oxunub   

Cəlilabad rayonunun Zopun, Şünəxanlı, Həsənli və Məşədhüseyn kəndlərinin sakinləri- Hüseynov Müşfiq Yavər oğlu, Əkbərova Rəbiyyə Əliəşrəf qızı, Zeynalova Solmaz Səadət qızı, Dadaşov Ziyafət İlfağa oğlu, Zeynalov Almaz Səadət qızı, Abışov Aləddin Əlisahib oğlu, Qasımov Anar Fərhad oğlu, Zeynalov Səadət Səttar oğlu və başqaları, ümumiyyətlə, 50-yə yaxın şəxs onların bu rayonda fəaliyyət göstərən Kapital Bankın rəhbərliyi tərəfindən aldadıldığını iddia edir.
Müraciəti imzalayanlar, əsasən, pensiya ilə yaşayan ahıllar və əlillərdir. Şikayətçilər bildirir ki, onlara çatası pulları Kapital Bankın Cəlilabad filialının kassiri Nizami Bağırov götürərək, 3-4 aydan sonra özlərinə verirmişdir. Qanunla pensiyalar hər ay ödənməli olduğu halda, bank müdiri Lətif Ağayev öz kassirinin təqaüdçülərin pullarını 3-4 aydan bir verməsinə göz yumurmuş. Pensiyaların aybaay yox, 3-4 ay gecikdirilərək verilməsi Kapital Bankın Cəlilabad rayon şöbəsinədə az qala adi hala, vərdişə çevrilib.
Beləliklə, vətəndaşların 2008-ci ilin iyul, avqust və sentyabr aylarındakı pensiyaları həmin bankın müdiri tərəfindən qoyulan qeyri-rəsmi “qaydaya” əsasən onun işçisi Nizami Bağırov tərəfindən həmin ilin noyabr ayında verilməli idi. Lakin bank işçilri onların bu əməlinə , necə deyərlər, “qaşın üstə gözün var” deyən olmadığı üçün, nəinki kecikdirdiyi pulları ödəyib, hətta pulları verməkdən imtina ediblər. Pullarını ala bilməyən vətəndaşlar uzaq dağ kəndlərindən rayon mərkəzinə gəlib və Kapital Bankın müdiri Lətif Ağayevə öz etirazlarını bildiriblər. Cavabında Lətif Ağayev onlara pensiyalarının ödənildiyini deyib. Vətəndaşlar pullarını almadıqlarını israr etdikdə isə o deyib ki, bütün sənədləri yoxlatdıraram və 2-3 gündən sonra sizə vəziyyəti deyərəm. 3 gündən sonra vətəndaşlar uzaq dağ kəndlərindən xeyli yolpulu sərf edib, kəndarası avtobuslar olmadığı üçün xüsusi maşın tutub yenidən dəstə ilə rayon mərkəzinə gəliblər, Lətif müəllimin qəbuluna düşüblər. Müdir bildirib ki, ödəniş cədvəllərində hamınızın imzası var, odur ki, pulunuzu almısınız, bankın sizə heç bir borcu-filanı yoxdur. Bundan sonra şikayətçilər qətiyyətlə tələb ediblər ki, qoy müdir öz işçisini - kassir Nizami Bağırovu otağa dəvət etsin və onların iştirakı ilə imzaları yoxlatdırsın. Görək, cədvəldəki bizim imzalardır, yoxsa, bizim əvəzimizdə qol çəkərək pullarımızı götürüblər. Lakin hansı səbəblərdənsə, Lətif müəllim bu təklifə qol qoymayıb.
Vətəndaşlar iddia edirlər ki, bankın müdiri Lətif Ağayev kassir Nizami Bağırovla əlaqəyə girərək onlara çatası pulu ödəniş cədvəllərinə saxta imzalar etməklə mənimsəyib. Sonradan yuxarı instansiyalara şikayət ediləcəyindən qorxuya düşən Lətif Ağayev onlara pulları tez bir zamanda ödəyəcəyinə söz verib. Lakin bundan bir neçə gün sonra kassir Nizami Bağırovu işdən azad edərək vəziyyəti sahmana saldığını hesab edib. Nəticədə vətəndaşlar üstündən uzun müddət keçməsinə baxmayaraq, hələ də pullarını ala bilmirlər.
Pulları mənimsənilmiş vətəndaşlar bildirirlər ki, Lətif Ağayev N.Bağırovu ərizəsinə əsasən işdən azad etmək əvəzinə, həmin ciddi qanun pozuntularını sənədləşdirərək tədbir görmək üçün inzibati orqanlara göndərməli idi. Çünki bu adi məsələ deyil, söhbət 50 nəfərdən artıq, həm də şikəst və imkansız şəxsin pulunun mənimsənilməsindən gedir. Pulu mənimsənilmiş vətəndaşlardan Zeynalov Səadət Səttar oğlu bildirir ki, 1-ci qrup əlil olmaqla yataq xəstəsidir. Pullarımızı mənimsəməklə Lətif Ağayev və Nizami Bağırov hansı mənəviyyat sahibi olduqlarını nümayiş etdirdilər. Belələrinin bankı çapıb-talaması az deyil, indi də əlillərin puluna göz dikiblər. Belə işi heç 1400 ildən yuxarı lənətlənən Yezid də etməzdi.
Bu məsələnin ədalətlə və obyektiv araşdırılmasına maraqlı olmayan bank müdiri N.Bağırovu işdən çıxardıqdan sonra onun yerinə Sadatxan Bayramovu təyin edib. Bu təyinatdan 2 ay sonra yeni kassir pulları hissə-hissə vətəndaşlara ödəyərək onlara adi 12 vərəq dəftərə imzalar etdirirmiş. Lakin bank müdiri pulların bir hissəsini 3-4 ay alayarımçıq ödədikdən sonra fikrini dəyişib, yenidən mənimsənilmiş pulları ödəməkdən imtina edib. Nəticədə ahıllar və şikəstlər pullarının 90 %-ni hələ də ala bilməyiblər. Məktubda qeyd olunur ki, dəfələrlə bankın müdirinə pulumuzun verilməsi ilə bağlı müraciət etmişik, həmişə də yalançı vədlərlə başımızı aldadıb. Beləliklə də, bu günə kimi bizim ona inam və etibarımızdan sui-istifadə edərək mənimsənilmiş pulu ödəməmiş, son günlər isə bildirmişdir ki, sizin işiniz artıq çürümüşdür, ona görə də heç bir yerə nə şikayət edin, nə də müraciət. Xahiş edirik ki, 50 nəfərə qədər insanın pensiya pullarını mənimsəyən Kapital Bank Cəlilabad rayon filialının müdiri Lətif Aayevdən pensiya pullarımızın alınıb bizə ödənilməsinə köməklik edəsiniz.
Qeyd: Bir neçə dəfə zəng etsək də, Lətif müəllimlə əlaqə saxlaya bilmədik. Deyilənlərlə bağlı sözü olarsa, qəzetimizdə ona da yer ayırmağa hazırıq.
Zaur Ağalaroğlu



Gələn ildən Azərbaycanda ünvanlı yardımın yeni forması tətbiq olunacaq


Gələn ildən Azərbaycanda ünvanlı yardımın yeni forması tətbiq olunacaq 18 Noyabr 2010 18:32 
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Gələn il Azərbaycanda əhaliyə ünvanlı sosial yardımların verilməsində yeniliklər baş verəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti” şöbəsinin aparıcı məsləhətçisi Babək Hüseynov “APA-ECONOMICS”ə bildirib ki, nazirlik əhaliyə verilən sosial yardımların formasında dəyişikliklər üzərində işləyir.
Onun sözlərinə görə, gələn ildən yeni yardım növü olan «Özünü dəstək» layihəsinə start veriləcək. Yeni layihə indiyədək tətbiq olunan aylıq ödəmələrdən fərqlənəcək. Bu yardım forması indikinə nisbətən daha aktiv layihə olacaq: “Yeni varianta görə, kasıb ailələrə müəyyən məbləğdə birdəfəlik vəsait ayrılacaq ki, onlar ailə daxilində məşğulluq problemini həll edib, işlə - şəxsi istehsalla məşğul olsunlar və bununla da özlərini təmin edə bilsinlər”.
Hələlik tam dəqiqləşməsə də, ilkin hesablamalara görə, yeni layihə çərçivəsində aztəminatlı ailələrə verilən birdəfəlik vəsaitin məbləği ünvanlı yardım kimi bir il ərzində verilən məbləğə bərabər olacaq. Adi ünvanlı yardımlardan fərqli olaraq, bu vəsait konkret məqsədlər üçün veriləcək ki, həmin ailələr öz gəlirləri və həyat səviyyələrində ciddi dəyişiklik edə bilsinlər. Yardım almaq üçün müraciət edən ailələr bu vəsaitin necə xərclənəcəyi və onunla hansı işin qurulacağı ilə bağlı konkret plan tərtib etməli olacaqlar: “Vətəndaş burda göstərəcək ki, məsələn, şəxsi təsərrüfatımı inkişaf etdirmək üçün mənə filan qədər vəsait lazımdır və bu pul necə xərclənəcək”.
Birdəfəlik yardım ev heyvanlarının alınmasına, evdə xırda istehsal (məsələn, evdə satış məqsədilə kompot bağlamaq və ya yun köynək toxumaq) yaradılmasına və s. gəlir gətirən işlərə sərf olunacaq. Hələlik yeni layihə yalnız kənd rayonları üçün nəzərdə tutulub. 2011-ci ildə 4 rayonda bu layihənin pilot variantı tətbiq olunacaq. Bunlar Masallı, İsmayıllı və Tovuzdur. 4-cü rayon isə ölkənin iri şəhərlərindən biri olacaq.
Yeni yardım mexanizmi indi qüvvədə olan ünvanlı yardımlarla paralel fəaliyyət göstərəcək. B.Hüseynovun sözlərinə görə, aztəminatlı ailələr yardım almaq istəyərkən iki variantdan birini seçməli olacaqlar: “Ya ünvanlı sosial yardım alsınlar, ya da bu layihədə iştirak etsinlər”.
B.Hüseynov bildirib ki, aztəminatlı ailənin şəhərdə və ya kənddə yaşamasından asılı olaraq birdəfəlik yardımların xərclənəcəyi istiqamətlər fərqlənəcək. Əgər kənd sakinləri bu vəsaiti özlərinə təsərrüfat yaratmaq və ya ev heyvanları almaq üçün xərcləyəcəklərsə, şəhərdə həmin pul vətəndaşın yeni peşə qazanması üçün peşə kurslarına xərclənə bilər: “Məsələn, Braziliyada vətəndaşlar dövlət vəsaiti hesabına özəl kurslarda hazırlıq keçir, yeni peşəyə yiyələnib əmək fəaliyyətinə başlayırlar”. Amma hələlik bu məsələ tam dəqiqləşməyib.
Pulu alan ailə bu vəsaiti həmin məqsədlə xərcləyəcəyi barədə öhdəlik götürəcək. Yardımdan sui-istifadənin qarşısının alınması üçün də vasitələr müəyyənləşdirilib: “Vəsaitin təyinatı üzrə - məhz göstərilən məqsədlə xərclənməsinə nəzarət etmək üçün nazirliyin əməkdaşları belə ailələrdə 3 aydan bir monitorinqlər aparacaqlar. Məlum olsa ki, ayrılan pul başqa məqsədlə xərclənib, onlar pulu qəpiyinə kimi qaytaracaq və müəyyən müddətə bu proqramdan xaric olunacaqlar”.
Nazirlikdə istisna etmirlər ki, bəzi ailələr biznes-planı düzgün hazırlaya bilmədiyinə və hər şeyi nəzərə almadıqlarına görə onlara ayrılan vəsaitlər effektiv istifadə olunmaya bilər. Belə halda həmin ailə yenidən adi ünvanlı yardım üçün müraciət edə biləcək: “Ünvanlı sosial yardım haqqında qanunvericiliyə uyğun olaraq belə yardım üçün müraciət etməyə və yardımın alınması üçün heç bir məhdudiyyət yoxdur. Əgər qanunvericilikdə bir dəyişiklik olmasa, işləri alınmayan ailələr yenə də ünvanlı yardım almaq hüquqlarını özlərində saxlayırlar”.
Qeyd edək ki, «Özünədəstək proqramı» bir sıra ölkələrdə - Braziliya, Meksika, Rusiyanın bəzi vilayətlərində, hətta Nyu-York ştatında tətbiq olunur. Dünya Bankının tövsiyəsi ilə Azərbaycan mütəxəssisləri bu proqramın detallarını öyrənmək üçün Rusiya təcrübəsindən istifadə edəcəklər.
Nazirlik rəsmisinin sözlərinə görə, bank kreditlərindən fərqli olaraq birdəfəlik yardım veriləndə biznes-planın icrası üçün vəsaitin bir hissəsini ailənin özünün qoyması tələb edilməyəcək. Bununla yanaşı, onlarda görüləcək işlə bağlı müəyyən ilkin imkanlar olmalıdır: “Məsələn, ailə bu pulla mal-qara almaq istəyirsə, onun heç olmasa tövləsi olmalıdır”.
“Özünə dəstək” proqramına da indiyədək olduğu kimi, aztəminatlı (adambaşına gəliri 65 manatdan az olan) ailələr qoşula biləcək. Amma bunun üçün ailə üzvlərindən heç olmasa biri əmək qabiliyyətli olmalı və ailədə uşaq da olmalıdır.
Xatırladaq ki, noyabrın 1-nə olan vəziyyətə görə, respublika üzrə 132 mindən artıq ailə və ya 600 mindən artıq insan ünvanlı sosial yardım alır. Adambaşına düşən sosial yardımın orta məbləği 24 manat, hər ailəyə düşən məbləğ 108 manatdır.
 

ünvanlı sosial yardımlar necə təyin edilir? /


Əyalət



Beyləqanda ünvanlı sosial yardımlar necə təyin edilir? / 12.11.2010
Ailəsini dolandıra bilməyən Seymur Həsənov sosial yardım almaq üçün mübarizə aparır
Ölkəmizdə ünvanlı sosial yardımların təyin edilməsi ilə bağlı külli miqdarda əyintilərin olduğu barədə yazılar mətbuatda tez-tez dərc edilir. Lakin bu sahədə müsbətə doğru irəliləyiş hələ də hiss edilmir.
Məsələn, əhalidən aldığımız məlumata görə, Beyləqan rayon ƏSMM-də əvvəllər hər bir yardım kəsilən vətəndaşdan 5 aylıq müavinət idarə rəhbərliyi tərəfindən saxlanılırdısa, indi artıq bu rəqəm 6-ya çatdırılıb. Əcəb "irəliləyişdir", deyilmi?
Bu günlərdə redaksiyamıza Beyləqan rayon sakini Həsənov Seymur Çingz oğlu tərəfindən prezidentə ünvanlanmış müraciət daxil olub. Müraciətdə aşağıdakılar vurğulanır:
-"Bildiyimiz kimi hörmətli prezidentimiz yoxsul şəraitdə yaşayan ailələri daima öz diqqətində saxlayaır, onlara qayğı göstərir. Lakin, çox təəssüflər olsun ki, bəzi dövlət məmurlarının səmərəsiz fəaliyyəti ucbatından biz, vətəndaş olaraq ehtiyacımız ola-ola o qayğıdan kənarda qalmışıq. Elə bu səbəbdən də, mən məcbur qalaraq Sizə müraciət edirəm, çünki, qaygıdan kənarda qalan ailələrdən biri də, mənim ailəmdir. Mənim ailəm üç nəfərdən ibarətdir. Özümün yaşayış evim olmadığı üçün atamın evinin bir otaqına sığınmışıq və orada yaşayırıq.
Ailəmin gəliri cəmi 88 manatdır və bu məbləğlə mən ailənin dolanışığını təmin edə bilmirəm. Buna görə də, Beyləqan rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinə dəfələrlə müraciət etmişəm. Bildirmişəm ki, mən ikinci qrup əlil olduğum üçün 88 manat pensiya alıram və bu məbləğ bizim ailənin minimum tələbatını ödəmir. Ona görə də xahiş edirəm, mənim ailəmə ünvanlı sosial yardım təyin edilməsini təmin edəsiniz. Çox çətinlikdən, çək-çevirdən sonra mənim ailəmə ünvanlı sosial yardım təyin edildi.
Həmin təyinat 01.07.-2009-cu il tarixdə başa çatdı və mən yenidən ünvanlı sosial yardım almaq üçün sözügedən idarəyə müraciət etdim. Çünki sosial vəziyyətim hələ də düzəlməmişdi. Lakin, idarənin keçmiş direktoru İnqilab Tağıyev bir ay mənim sənədlərimi qəbul etmədi. Həmin idarənin keçmiş direktoru İnqilab Tağıyevi yenisi ilə əvəz edildikdən sonra düz üç ay da dalbadal müraciət etdim, lakin, yenə də heç bir dəyişiklik olmadı, ailəmə yardım təyin edilmədi.
Onu da qeyd edim ki, Beyləqan rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzindən bizim yaşayış şəraitimizi yoxlamaq üçün komissiya da gəlib və təsdiqləyib ki, həqiqətən bizə ünvanlı sosial yardım düşür. Mən bu məsələylə əlaqədar Rayon İcra Başcısına və onun müavinlərinə, Rayon Polis şöbəsinə və prokrorluğuna, Milli Təhlükəsizlik Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişəm.
Lakin, yenə də bir xeyri olmadı. Mən, Beyləqan rayonunun Əmək və Əhalinin Sosial  Sosial Müdafiə Mərkəzinin indiki direktoru Oktay Hacıyevin qəbulunda üç dəfə, onun müavinin və baş məsləhətçisinin qəbulunda isə düz əlli dəfə olmuşam. Hər dəfə müxtəlif bəhanələrlə məni yola salırlar. Sonuncu dəfə isə həmin idarənin direktoru Oktay Hacıyev mənə əsəbi halda dedi ki, sən bura çox gəlirsən, get bir də bura gəlmə! Həmin idarənin baş məsləhətçisi Bəxtiyar Məmmədov isə mənə dedi ki, get hara deyirsən de, onsuz da xeyri yoxdur, heç kəsin bizim idarəyə gücü çatmaz!
Hörmətli redaksiya, mən başa düşə bilmirəm, yuxarıda qeyd etdiyim kimi, bəzi dövlət məmurları kimə və nəyə arxayın olub özbaşınalıqlar edirlər?! Belə halların ölkəmizdə baş verməsi, Azərbaycan Respublikasının  qurucusu,  ümummilli liderimiz Heydər Əliyev kimi dahi bir şəxsiyyətin bizə qoyub getdiyi dövlətə, onun siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü fəaliyyətə zidd amillərdən deyilmi?
Elə buna görə də, mənim ünvanlı sosial yardım ala bilməməyimə səbəb olan, Beyləqan Rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzində məmur özbaşınalığına son qoyulması üçün müraciətimi cənab prezidentə çatdırmağınızı sizdən xahiş edirəm".
Akif

среда, 17 ноября 2010 г.

«Monetnıy dvor»

19 -11 -2009 . Cəlilabadın «Monetnıy dvorı»ndan reportaj

Yardım dalınca gələn kəndlilər və bankir Lətif kişinin hekayəti
Bankomatın önündə yıxılan kim, duran kim,
Qorxudan tir-tir əsir \"vızova\" gələn həkim.
Baxıb kömək istəyir təqaüdçü, müəllim,
Bankomat başa düşür, Lətif başa düşməyir,
                          Şair XALQ
Yenə də biz Cəlilabaddayıq. RİH-in on addımlığındakı YAP-ın Cəlilabad rayon təşkilatının binası ilə üzbə-üz \"Kapital Bankın\", onun sağ cinahında yerləşən yerli əhali arasında \"Qara bank \" adı ilə məhşur olan Beynəlxalq Bankın Cəlilabad şöbəsi, qarşısında DSMF - nin rayon şöbəsi, \"Kredo Aqrobankın\" təmtaraqlı və cazibədar binası \"Finka bank\", \" Xalq bank\" eləcə də Cəlilabad rayon Hərbi Komissarlığının yerləşdiyi bu məhəllə cəlilabadlılar arasında \"monentnıy dvor\" adı ilə tanınır.
Saat doqquzun yarsıdır. Qaranlıq payız gecəsi olmasına baxmayaraq \"Kapital bankın\" qapısının ağzında quraşdırılmış bankomatın qarşısında toplaşanların sayı 120-150 nəfər olardı. Hələ yaz aylarında \"biçin pulu\" almaqdan ötəri əkinçilər sənədlərini toplayıb yerli komissiyaya təqdim ediblər. İndi isə onlar dövlət tərəfindən ayrılmış yanacaq pulunu almaq istəyirlər. Ətrafda 3 bankomatın olmasına baxmayaraq cəmi biri işləyir. Gün ərzində \"Kapital bankın\" məsul işçiləri əməkçilərə söz verirlər ki, günortadan sonar və yaxud axşam saat 8-dən sonra bankomata sizin ərazinin pulları vurulacaq. Elə buna görə də bu yazıq əkinçilər məcbur olub gecə-gündüz bankomatın yanını kəsdirib dövlət tərəfindən ayrılmış yardımı almaq istəyirlər.
«Kapital bank»ın binasına yaxınlaşırıq, rayon sakini Nemət adlı bir şəxs jurnalist olduğumuzu bilib şerlə öz fikrini bizə belə çatdırdı:
Sılahsız qırğın gedir bankomatın önündə,
Kartlar donub qalıbdır insanların əlində.
Qarğış, nalə səslənir hər kəsin öz dilində,
Bankomat başa düşür, Lətif başa düşməyir.
Toplaşanlarla söhbətimizdə bəlli oldu ki, bu ərazidə at oynadan  harın məmur heç kimdən qorxmur, qanun-zad tanımır. Bütün şərq bazarlarında olduğu kimi burada da bank müdirinin
öz qanunları işləyir. Maraqlıdır, giley-güzar edənlərin əksəriyyəti uzaq kəndlərin bələdiyyə sədrləri idilər. Onların dediklərindən məlum oldu ki, hələ 5 - 6 ay bundan əvvəl sənədlərin toplanılması zamanı kəndlidən hər pay üçün 3 manatdan 5 manata kimi \"çay pulu\" alıb komissiyaya təqdim etmişdik. İndi də rüşvət istəyirlər, nə az nə çox 10- 15% . Biz isə, artıq aldanmış əhaliyə heç nə deyə bilmərik, axı yazıq kəndlidən nə qədər pul almaq olar? Etiraz eləyərək soruşuruq ki, biz daha heç kimdən pul ala bilmirik. Bəs nə eləyək?
Onda bankın müdiri Lətif Ağayev deyir: " Bilmirəm, get pencəyini sat gətir. Vəssalam \"
İlahi! Bu müdirdə laqeyidliyə bir bax,
Bu xalqı öz əlində eyləyibdir oyuncaq,
Müdirin cəzasını Allah verəcək ancaq,
Bankomat başa düşür, Lətif başa düşməyir.
Bu gün Cəlilabadda rüşvətxorluğun olmadığı bir dövlət qurumunu tapmaq mümkün deyil. Hər hansı bir şəxs vəzifə kürsüsünə əyləşirsə, o, dərhal həmin idarəni öz dədəsinin şəxsi əmlakı sayır. Imkanı çatana qədər çapıb talayır. Bu fəaliyyətinə görə həmin məmura heç kim güldən ağır söz demir. Öz haqqını tələb edən şəxslər isə incidilir, təhqir edilir, hətta şərlənərək həbslə də qorxudulur. Əlində bank kartını tutmuş bir qoca kişi başını bullayaraq mənə: 

Haqqı axtar, ay tapdın ay,
Haqq hardadır, ay dədəm vay.
Yüz yol qışqır, kim verər hay,
Bir ər oğlu, ərən yoxdur.

Bəli bu həqiqətdir. Cəlilabadda bu gün insanlar olub - olmazın əzab - əziyyətini çəkirlər. Nəinki bankda, idarə və müəssisələrdə, poçt və rabitə şöbələrində, işıq və qaz istismarı kontorunda, təhsil və səhiyyə ocaqlarında, mədəniyyət və digər xidmət sahələrində haqsızlıq baş alıb gedir. İdarə rəhbərləri isə özlərini elə aparırlar ki, sanki bu belə olmalıdır. Qanun belə tələb edir. Onlar heç kimdən - nə böyük Allahdan, nə də hökümətdən qorxmurlar.
Rayon maliyyə idarəsinin rəhbəri, DSMF-nun rayon şöbəsini müdiri, yuxarıda adlarını çəkdiyimiz bankların müdirləri, rayon səhiyyə şöbəsinin əvəzolunmaz baş həkimi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Cəlilabad ərazi idarəsinin sarsılmaz rəisi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin gülləbatmaz ömürlük müdiri və adlarını çəkmədiyimiz yumurtadan yun qırxan digər məmurlar da bu gün əndazədən çıxmış «Kapital bank» müdirinin əməllərinə təccüblə yanaşırlar. Gör, iş nə yerə çatıb ki, onlar da bankomatın qarşısında acızanə boynunu burub pul gözləyən bələdiyyə sədrlərinin halına ağlayırlar: Ucadan da olmasa, dodaqaltı: 

Bankomatı çəksinlər, gərək dar ağacına,
Pullar axıb tökülsün Lətifin qucağına ,
Millət üsyana qalxıb, bunların acığına
Bankomat başa düşür, Lətif başa düşməyir

Deyə özləri üçün züm-zümə eləyirlər. Onların bildirdiyinə görə rayonda elə bir idarə və təşkilat yoxdur ki, əhalini incitməsinlər. Ən çox qarğışa məruz qalan DSMF- nin rayon şöbəsinin müdiri, vaxtı ilə AXC-nin rayon şöbəsinin xəzinədarı olan Mirağa Salmanovdur. Rəhbərlik etdiyi idarədə haqsızlığın baş alıb getdiyi bir zamanda YAP pərdəsi altında gizlənərək ölkə prezidenti İlham Əliyevin görüşündə rayon ağsaqqalı kimi təqdim olunan keçmiş  xəzinədar heç kimdən çəkinmədən və utanmadan prezidentin üzünə dedi: «Cənab Prezident, Sizə iyirmi il də ömür arzulayıram\". M. Salmanovun «duaları» AzTV ilə canlı yayımlandı. Budur, həmin şəxs Dövlət Sosial Müdafiə Fondunu indi də təmsil edir. Bu müdirdən haqq ədalət gözləmək inandıricı deyil.
Belə şəxslər digər təşkilatlara da rəhbərlik edirlər.
Artıq saat onbirdir. \"Monetnıy dvorda \" toplaşan bu çarəsiz bələdiyyə sədrlərinin sayı azalsa da, borc-xərc eləyib sürücülərə verib dağ ətəyi kəndlərdən yardım pulunu almaq istəyən kəndlilərin ah-naləsi, qarğışları səngimək bilmir.
Elə bu vaxt bankın qapısı açılır oradan bir nəfər çıxıb uca səslə \"ərazini tərk edin, pul olmayacaq!\" elanını verir. Ac-susuz növbə gözləyən kəndlilər isə gözlərini dilsiz ağızsız dəmir qutuya - Bankomata dikib sanki ondan imdad diləyirlər. Bankomat isə öz işini davam etdirir. Burada qulğımıza ŞAİR XALQ - ın Bankomata həsr etdiyi şeir gəlir:
Bankomatın öz işi möcüzəli dünyadır,
İşləyir gecə-gündüz, o dincəlmir, o yatmır,
Xalqın etiraz səsi gedib yerinə çatmır,
Bankomat başa düşür, Lətif başa düşməyir.
Bax belə! Biz bankomatla vidalaşıb \"Monentnıy Dvor\" məhəlləsini tərk edirik.
Mirzə Qələndər
Bakı - Cəlilabad - Bakı
Oxunub: 312 dəfə.

понедельник, 15 ноября 2010 г.

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ FƏTVA VERİB

QMİ-nin mətbuat xidmətindən PİA-ya daxil olan mətndə deyilir:“Allah-Təalanın müsəlmanlara bəxş etdiyi müqəddəs Qurban Bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu əziz gündə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir.Bu müqəddəs günlərdə Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti, işğal altında olan torpaqlarımızın azad olunması üçün dualar edir, xüsüsilə Qurban bayramının layiqli şəkildə keçirilməsinə imkan və şərait yaradan dövlətimizə dərin minnətdarlığımızı və xeyir-dualarımızı çatdırırıq.

Allah-Təala Qurani-Kərimdə Qurban barədə belə buyurur: "Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman. Biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər:) “İbrahimə salam olsun!” Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!"(əs-Saffat surəsi, 103-110 ayələr)

Bildiririk ki, qurban kəsmək əsasən Məkkədə hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.

Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz-inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.

Bundan əlavə, beş-altı adamın cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilmişdir. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. Qeyd edirik ki, şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin üç hissəyə bölünməlidir.

Bir qayda olaraq, qurban kəsərkən heyvanı üzü qibləyə uzatmalı, qoyundursa, qıçının birini azad saxlamaq, iribuynuzlu heyvandırsa, dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən, yaxşı olar ki, Qurban duası oxunsun və ya heç olmazsa, “Bismillahi və billahi vəllahu əkbər” deyərək kəsilsin.

Hədisi-şərifdə Həzrəti Peyğəmbər (s) buyurur: “Uca Allah qurbanlığı yoxsulların iqtisadi vəziyyətlərinin yaxşılaşmasından ötrü qərar vermişdir. Onlara bu ətdən yedirdin”. (“İləluş-Şəraye” səh. 437).

Azərbaycanda hər iki məzhəb daşıyıcılarının olması və onların hüquqlarının demokratik şəkildə təmin edilməsi məqsədilə dövlətimiz rəsmi olaraq iki gün - 16-17 noyabr tarixlərini Qurban Bayramı münasibətilə qeyri-iş günü elan etmişdir. Bu günlərin hər birində öz əqidəsinə uyğun olaraq qurban kəsilməsi və bayram namazı qılınması məqbuldur.

Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edəsiniz. Həmçinin, qurbanların uşaqların gözü qarşısında kəsilməməsi məsləhətdir.

İnsanı öz Yaradanına yaxın edən Qurban bayramının sevincini qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələn savab əməllərdəndir. Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir.

Allah-Təala insanların mənən saflaşması və həmrəyliyinə nail olması məqsədilə qərar verdiyi bu bayram günündə kəsdiyiniz qurbanları qəbul etsin. Amin!

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu!”.

воскресенье, 14 ноября 2010 г.

Hökumət yeni ildən ölkədə «yoxsulluğun aradan qaldırıldığını» elan edəcək

Son bir neçə aydır ki, əhalinin narazılıq etdiyi əsas məsələlərdən biri də yoxsul ailələrə verilən ünvanlı sosial yardımların ödənilməsinin yubanması və yeni ailələrin siyahıya alınmamasıdır. Artıq ikinci dəfədir ki, qeydə alınmış belə ailələrə ünvanlı sosial yardımların verilməsi dayandırılıb. Bundan əvvəl də bir neçə ay pulların verilməsindən imtina olunmuşdu.
TİA.AZ-a verilən məlumatda deyilir ki, Əmək və Sosial Müdafiə Nazirliyinin kompitensiyasında olan bu məsələnin belə bir şəkil alması hökumətin hazırladığı yeni planla bağlıdır. Etibarlı mənbələrdən verilən informasiyada vurğulanır ki, yeni plana əsasən gələn ildən hökumət növbəti şousunu işə salacaq. Belə ki, hökumət yeni ildən bəyan edəcək ki, artıq ölkədə yoxsul ailə qalmayıb və bu səbəbdən də nəzərdə tutulan proqramın da icrası dayandırılır.
Mənbənin sözlərinə görə, hökumətin atacağı bu addım sırf yalan rəqəmlər üzərində qurulacaq və reallığı əks etdirməyəcək. Onun sözlərinə görə, hal hazırda ölkədə yoxsulların sayı qeydə alınanlardan üç-dörd dəfə çoxdur. Rəsmi qurumlar isə bu rəqəmləri gizlətməklə həqiqətləri ört-basdır etmək fikrindədir. Həyata keçiriləcək plan isə bütün bu məsələlərdən birdəfəlik yaxa qurtarmaq məqsədi güdür və hökumət yeni yalanlarını cəmiyyətə «yedirzdirmək» üçün çalışır.
Baxılıb: 28 | Tarix: 13.11.2010

суббота, 13 ноября 2010 г.

Hökumət yeni ildən ölkədə «yoxsulluğun aradan qaldırıldığını» elan edəcək

  Son bir neçə aydır ki, əhalinin narazılıq etdiyi əsas məsələlərdən biri də yoxsul ailələrə verilən ünvanlı sosial yardımların ödənilməsinin yubanması və yeni ailələrin siyahıya alınmamasıdır. Artıq ikinci dəfədir ki, qeydə alınmış belə ailələrə ünvanlı sosial yardımların verilməsi dayandırılıb. Bundan əvvəl də bir neçə ay pulların verilməsindən imtina olunmuşdu.
TİA.AZ-a verilən məlumatda deyilir ki, Əmək və Sosial Müdafiə Nazirliyinin kompitensiyasında olan bu məsələnin belə bir şəkil alması hökumətin hazırladığı yeni planla bağlıdır. Etibarlı mənbələrdən verilən informasiyada vurğulanır ki, yeni plana əsasən gələn ildən hökumət növbəti şousunu işə salacaq. Belə ki, hökumət yeni ildən bəyan edəcək ki, artıq ölkədə yoxsul ailə qalmayıb və bu səbəbdən də nəzərdə tutulan proqramın da icrası dayandırılır.
Mənbənin sözlərinə görə, hökumətin atacağı bu addım sırf yalan rəqəmlər üzərində qurulacaq və reallığı əks etdirməyəcək. Onun sözlərinə görə, hal hazırda ölkədə yoxsulların sayı qeydə alınanlardan üç-dörd dəfə çoxdur. Rəsmi qurumlar isə bu rəqəmləri gizlətməklə həqiqətləri ört-basdır etmək fikrindədir. Həyata keçiriləcək plan isə bütün bu məsələlərdən birdəfəlik yaxa qurtarmaq məqsədi güdür və hökumət yeni yalanlarını cəmiyyətə «yedirzdirmək» üçün çalışır.
Baxılıb:  TIA. az - istinad edilib | Tarix: 13.11.2010

суббота, 6 ноября 2010 г.

Əhali üçün quraşdırılan bütün növ sayğaclar pulsuzdur / 14.10.2010

əmiyyət



Əhali üçün quraşdırılan bütün növ sayğaclar pulsuzdur / 14.10.2010

Cəlilabadda da sayğaclar pulsuz quraşdırılmalıdır!
Ötən saylarımızda Cəlilabad şəhərində üç fazlı "M.K.3-8" tipli elektrik sayğacılarının sökülüb "SMART" kart tipli elektrik sayğacları ilə əvəzlənməsi prosesində yol verilən əyintilər barədə yazmışdıq. Həmin yazılarda haqqında bəhs edilən əsas problem ondan ibarətdir ki, Cəlilabad YGEŞR-in əməkdaşları yeni quraşdırılan hər bir üç faza "SMART" kart tipli elektrik sayğacının quraşdırılmasına görə əhali qrupuna daxil olan vətəndaşlardan 480 manat vəsait tələb edirlər.
Problemin araşdırılması üçün "Azərenerji" ASC müraciət etdik və cavab aldıq ki, fiziki şəxslər sayılan əhali qrupundan olan abonentlər üçün quraşdırılan bütün növ sayğacların quraşdırılması, dəyişdirilməsi və təmiri pulsuzdur. Lakin bizdə olan məlumatlara görə Cəlilabad YGEŞR-in əməkdaşları əhalidən hər bir sayğacın quraşdırılması üçün 480 manat pul tələb etməkdə davam edir.
Ona görə də həmin məsələyə bir daha aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət enerji Nəzarət İdarəsi Lənkaran regional sektorunun aparıcı məsləhətçi-müfəttişi K.M.Məmmədov, Cəlilabad YGEŞR-nın rəisi Hüseynov Nizami Abdulla oğlu və Cəlilabad şəhər M.Hadi küçəsində yaşayan İmanov İman Mikayıl oğlunun iştirakı ilə tərtib edilmiş aktı qəzetimizdə olduğu kimi dərc edirik.
"Biz aşağıda imza edənlər Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət enerji Nəzarət İdarəsi Lənkaran regional sektorunun aparıcı məsləhətçi-müfəttişi K.M.Məmmədov, Cəlilabad YGEŞR-nın rəisi Hüseynov Nizami Abdulla oğlu və Cəlilabad şəhər M.Hadi küçəsində yaşayan İmanov İman Mikayıl oğlunun iştirakı ilə tərtib edirik bu aktı ondan ötrü ki, sonuncunun imzası ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinə daxil olmuş 1-49 saylı 24.06.2010-cu il tarixli şikayət məzmunlu məktubunda göstərilənlər tərəfimizdən yerində araşdırılarkən aşağıdakılar məlum oldu:
“Cəlilabad şəhər M.Hadi küçəsində yaşayan İmanov İman Mikayıl oğlunun Azərbaycan Respublikası Prezidentinə ünvanladığı şikayət məzmunlu məktubunda onun yaşadığı evə Cəlilabad Elektrik şəbəkəsinin nümayəndələri gələrək fəaliyyətdə olan üç fazlı "M.K.3-8" tipli elektrik sayğacı sökülüb, dəyəri 480 manat ödənilməklə yerinə yeni "SMART" kart tipli elektrik sayğacı quraşdırıldıqdan sonra su nasosunun elektrik xətti şəbəkəyə qoşulacağı bildirilmişdir. Araşdırma zamanı məlum oldu ki, hal-hazırda M.Hadi küçəsində "SMART" kart tipli elektrik sayğaclarının quraşdırılması prosesi getmir.
Həmçinin şikayətçi İ.M.İmanovun evindəki üç fazlı M.K.3-8 tipli elektrik sayğacı şəbəkədən açılmamış və hal-hazırda istismardadır. (Cəlilabad YGEŞR-nın rəisinin izahatı akta əlavə olunur). Eyni zamanda Cəlilabad Elektrik Şəbəkəsinin rəhbərliyinə bildirilmişdir ki, fiziki şəxs olan istehlakçılarının sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06.01.2010-cu il tarixli 3№-li Qərarı 2.1.2 bəndi). (Cəlilabad YGEŞR -nın rəisinə verilən Tələbnamə akta əlavə olunur)."
İnformasiya şöbəsi
36 dəfə oxunub | 0 şərh olunub