суббота, 5 февраля 2011 г.

KORRUPSİYA ?


2007 ci ildə Cəlilabad rayon məhkəməsini sədri işləmiş hazırda Füzuli - Beyləqan hərbi məhkəməsi işləyən Adil Qasımov məni aldadraq oğlumu pul müqabilində zaminə buraxmaqla məndən 5000 ( beş min ) manat aldığı pulu bu günə kimi qaytarmır. oğlum cəzasını çəkib qayıtsa da Adil Qasımov mənim pulumu qaytarmır. Bu barədə 2010 cu ildə bir dəfə Ədliyyə nazirliyinə müraciət etdim Məni və oğlumu Adil Qasımovun sifarişi ilə həbs edəcəklərini bildirdilər. Bu dəfə isə cənab Prezident Sizə şəxsən müraciət edirəm Adil Qasımov mənim pulumu qaytarması üçün köməklik göztərəsiniz.
Dərin hörmətlə: zülfüqarov Mahmud Cəlil oğlu
Cəlilabad şəhəri Tomris küçəsi ev - 17.

Çiyələyin nələrə qadir olduğunu bilirsinizmi?


Çiyələyin nələrə qadir olduğunu bilirsinizmi?

03 Fevral 2011

Alimlər bütün giləmeyvələr kimi, çiyələyin də insan orqanizminə faydalı olduğunu sübut edib.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, insanın ruhdan düşməməsi, daim yaxşı əhval-ruhiyyədə olması üçün müntəzəm şəkildə çiyələk yeməsi məsləhətdir. Gündə 150 qram bu giləmeyvədən yeyən şəxs asanlıqla stresdən qurtula bilər. Tərkibindəki 50-dən çox ətirli və xeyirli maddələr sayəsində çiyələk insanın mənfi emosiyalarını azaldır, ruh yüksəkliyini artırır.
Çiyələyin digər xeyri qanı təmizləməsi, immuniteti artırması, maddələr mübadiləsini tənzimləməsi, ürək-damar sistemi və qaraciyər, böyrək xəstəlikləri və hətta bədxassəli şişlərin qarşısını almasıdır. Bu giləmeyvə həmçinin diş, baş ağrısı, burun-udlaq iltihabı riskini azaldır.

böyük cinayətkar qrup ifşa olunub.


  "Barəsində bir ildən artıq araşdırma aparılan böyük cinayətkar qrup ifşa olunub. Araşdırma yekunlaşıb və iş məhkəməyə göndərilib"
03-02-2011
Bookmark and Share

Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev fevralın 3-də jurnalistlərə deyib. O bildirib ki, həmin qrupun 11 üzvündən 4-ü gömrük əməkdaşıdır.
  Komitə sədrinin sözlərinə görə, həmin dəstə müxtəlif cinayət əməlləri – sənədlərin saxtalaşdırılması, korrupsiya və sairədə təqsirli bilinirlər.
Aydın Əliyev deyib ki, artır zərərsizləşdirilmiş bu dəstə rüşvətxorluqda, saxta sənədlərin hazırlanmasında, rəsmi sənədlərin saxtalaşdırılmasında ittiham olunur:
  «Hazırda bu istiqamətdə araşdırma davam etdirilir. Dövlət Gömrük Komitəsində daxili təhlükəsizlik idarəsi var. Hər bir gömrük işçisinin davranışı ilə bağlı araşdırmanı bu idarə aparır».
DGK sədri əlavə edib ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında «Gömrük əməkdaşları sizinlə necə rəftar edir» başlığı altında link yerləşdirilib və bu link vasitəsilə komitəyə daxil olan məlumatlar dərhal araşdırılır.

Fövqəladə Hallar Nazirinə qarşı mübarizə planı işə düşür


KAMALƏDDİN HEYDƏROV “MÜHASİRƏYƏ“ ALINIB / 03.02.2011
Fövqəladə Hallar Nazirinə qarşı mübarizə planı işə düşür
Ölkə mətbuatında müntəzəm olaraq Azərbaycan hakimiyyətinin tərkibində bir - birinə qarşı ciddi mübarizə aparan qruplar haqqında xeyli maraqlı yazılar dərc olunur. Həmin yazıların süjet xəttini əsasən ölkənin baş nazir postu uğrunda gedən mübarizə təşkil edib. Kamaləddin Heydərov - Ziya Məmmədov, Kamaləddin Heydərov - Ramil Usubov, Kamaləddin Heydərov - Bəylər Əyyubov, Kamaləddin Heydərov - Ramiz Mehdiyev qarşıdurmaları haqqında gedən yazıların motivlərini, məhz həmin adamların Baş nazir postu uğruda apardıqları amansız mübarizənin süjeti təşkil edir.
Heç kimə sirr deyil ki, Azərbaycan iqtidarını təşkil edən insanlar komanda halında bir ailənin nəzarəti altında olsalar da, ailənin xeyir - duası ilə hakimiyyətin ayrı - ayrı qollarına rəhbərlik edən bu nazirlər və digər yüksək vəzifəli şəxslər arasında daha yüksək post tutmaq üçün daim kəskin, bəzən qorxunc örtülü mübarizə gedib və bu proses indi də davam edir. Həmişə mübarizə ölkənin baş nazir postu uğrunda gedib və gedir. Qeyd edim ki, yuxarıda adlarını çəkdiyimiz cütlüklərin mübarizəsi bir çox hallarda öz nəticəsini verib. Buna dair bir neçə fakt artıq ortadadır. Onlardan bəzilərini təkrar yada salmağı məqsədəuyğun sayıram.
Məsələn, 2000 - 2005 - ci illər ərzində Kamaləddin Heydərov - Fərhad Əliyev və Kamaləddin Heydərov - Əli İnsanov cütlükləri arasında getmiş gizli mübarizənin nəticələrini götürək. Yəqin, həmin illər ərzində bu cütlüklər arasında zaman - zaman baş verən münaqişə barədə xalq arasında gəzən şayiələri çoxunuz xatırlayırsınız. O zaman şayiə gəzirdi və hətta mətbuat yazırdı ki, Kamaləddin Heydərov Əli İnsanovu döyüb. Bu, əslində şayiə deyildi, məmurlar arasında gedən savaşın sədası idi. Hətta bir dəfə Kamaləddin Heydərov mətbuat konfransında yazarlardan birinə bu barədə yazısına yumorla etiraz da etdi.
Həmin qarşıdurmalar 2005 - ci ildə öz bəhrəsini verdi. Əli İnsanov və Fərhad Əliyev süni ssenari əsasında qurulmuş “ dövlət çevrilişinə “ cəhddə suçlu bilinərək, tutulub həbs olundular. Onların hər ikisi hələ də məhkumluq həyatı yaşayırlar. Deməli, o zaman Kamaləddin Heydərov Fərhad Əliyevin və Əli İnsanovun hakimiyyətə xəyanət etdiklərini ölkə prezidentinə çatdırdı, tutarlı faktlarla onu inandırdı və özünə rəqib olan, Baş Nazir postuna real namizədlərin hər ikisini gizli mübarizə ilə vurub sıradan çıxardı və çoxdan başladığı örtülü mübarizədə qalib gəldi. Bu hadisədən sonra K. Heydərov Baş nazir postuna gətirilməsə də, FHN kimi güclü bir qruma nazir təyin olundu. Eyni zamanda bir sıra sahələr onun nəzarəti altına verildi.
Hazırda açıq hiss olunur ki, FH naziri K. Heydərovun mövqeyi əvvəlkinə nisbətən xeyli zəifləyib. Gələn məlumatlar təsdiq edir ki, artıq ölkə prezidentinin yanında onun mövqeyi sürətlə geriləyib. Ramiz Mehdiyev, Bəylər Əyyubov, Ramil Usubov, Ziya Məmmədov və digər yüksək vəzifəli şəxslər K. Heydərovun ailə hakimiyyəti üçün çox təhlükəli fiqura çevrilməsi barədə obrazı yaradaraq onu sıradan çıxarmağa nail olublar. Əldə etdiyimiz məlumatlar da təsdiq edir ki, yuxarıda adlarını çəkdiyimiz şəxslər K. Heydərov haqqında ölkə prezidentinə kifayət qədər təsdiqlənmiş ciddi məlumatlar veriblər.
Məlumatlı mənbənin verdiyi xəbərə görə, artıq bir neçə aydır ki, ölkə prezidenti K. Heydərovu yaxına buraxmır. Son iki ayda K. Heydərovun prezident tərəfindən müxtəlif motivli hadisələrlə bağlı bir neçə dəfə sorğu - sual edildiyi və ciddi təpgi ilə üzləşdiyi bildirilir. Hər tərəfdən mühasirəyə alınan K. Heydərovun hazırda bütün hərəkətlərinin nəzarət altına alındığı və MTN tərəfindən əmlakının gizli “uçotu”nun aparıldığı deyilir. Mənbə son zamanlar FHN - nin bütövlükdə fəaliyyətinə nəzarətin ciddi şəkildə gücləndirilməsini K. Heydərovun vəzifədən qəflətən götürülməsi ilə nəticələnə biləcəyi ehtimalını da istisna etmir.
Göründüyü kimi, ölkənin ən nüfuzlu və önəmli fiqurlarından biri olan “Fövqəlnazir” ətrafında olduqca xoşagəlməz şayiələr dolaşmaqdadır. Atalar yaxşı deyib ki, “ od olmasa, tüstü çıxmaz!”. Yəqin deyilənlərin hamısı gerçək olmasa da, müəyyən qismi reallığın əlamətidir. Hadisələrin gedişi və ortada gəzən söz - söhbətlər K. Heydərovun çoxdan arzuladığı Baş nazir postuna gedən yolun bağlandığına dəlalət edir.
Amma belə getsə, deyəsən, Baş nazir kreslosunda əyləşən Artur Rasizadə çoxlarının ümidlərini puça çıxaracaq. O, hələ də Aeroporta gedib prezidenti xaricə yola salır və qayıdanda da çox həvəslə qarşılayır! Heç xəstə və qoca adam təsiri də bağışlamır!..

Mirdaməd

Kişilərin hökmranlığı qadınların zəifliyindən qidalanır?


Kişilərin hökmranlığı qadınların zəifliyindən qidalanır?

Mill.Az xəbər portalı bildirir ki, Fransa sosioloqlarının araşdırmalarına görə, kişi və qadın arasında bərabərsizlik yalnız cinsi əlaqə zamanı tam aradan qalxa bilir. Hər iki cinsin yaxınlığı qarşılıqlı qurban vermə ilə müşayət olunur. Qadın öz bədəninin «istismarına» razılıq verdiyi kimi, kişi də öz hakimiyyətini güzəştə gedir. Bəzi hallarda kişi cəmiyyətdə, ictimai həyatda təsəvvürünə belə gətirə bilmədiyi səlahiyyətləri qapalı otaqda tərəf müqabilinə verməyə hazır olur. Hətta bu zaman qadının qarşısında dəfələrlə «alçalır».
80-ci illərdə daha çox, o dövrün oğlanları arasında dillər əzbəri olmuş bu şeir parçası da qadınların onları idarə edənlərin üzərindəki hökmranlığının bədii sübutudur.
Aya-ulduzlara ucalır raket,
Şairlər yaratmış bu şeiri «buket».
O Mərkəzi Komitə, o Ali Sovet,
Hamısı baş əyir «qol» arasında.
Cəmiyyətlər dəyişir, qadına münasibət isə...
Sovet dövründə qadınların idarəçilik sistemində çəkisinin artmasının başlıca səbəbi təhsilin inkişafı olsa da, bu məsələdə formalizmə yol verildiyi heç kəsdə şübhə doğurmur. Ali Sovet şamamalarla, bəstilərlə doldurulmuşdu. Bu qadınların sovet deputatxanasına düşməsi heç də onların dövlət quruculuğu üçün cani-dildən çalışmalarının yox, əsasən, çox işləyib artıq pul qazanmaq sevdasının nəticəsində baş tutmuşdu. Həm kommunizm, həm də demokratiya qadınlara qarşı təxminən oxşar münasibət sərgiləyiblər. Odur ki, yenicə meydana çıxmış pornokratiya siyasi termini hər iki siyasi quruluşu rədd edir.
Pornokratiyaya görə, qadın yataqda kişi ilə hansı statusu paylaşırsa, bu, idarəçilikdə də özünü göstərməlidir.
Başqa sözlə, zərif cinsin nümayəndələri bir neçə dəqiqəlik bərabərhüquqluluğun müddətini daha da uzatmaq istəyirlər. Şərqdə - İslam və türk dünyasında isə hətta intim münasibətlərdə (bəzi hallarda) qadın və kişi hüquqlarının sərhədləri ənənəvi, klassik pozalarla mühafizə olunur.
Şərq fəlsəfəsində kişi istehsalçı, qadın isə istehlakçı kimi təzahür olunur. Bu da kişilərdə tələbkarlığın artmasına gətirib çıxarır. Yəni, toxum səpən əkinçinin torpaqdan daha keyfiyyətli məhsul götürmək niyyətini xatırladır.  Əkinçi torpaq üzərində bütün ağalıq hüquqlarına malik olduğu kimi, kişi də qadını üzərində hökmranlığını tam mənada saxlayır. 
Şərq qadınını həyatlarını niyə bölür?
Şərqdə qadın spesifik rol oynamağa - uşaq doğmaq və böyütmək vəzifəsini yerinə yetirməyə məhkum edildiyindən o, öz şəxsi həyatını yarımçıq yaşamaq və sosial həyatını həm kişisilə, həm də övladları ilə paylaşmağa məcbur olur. Beləliklə, qadınlıq… yarımçıq insanlığı ehtiva edir.
Kişi açıqlığa - cəmiyyət həyatına, qadın isə qapalılığa - ailə ocağına sürüklənir. Şərqdə qadın kişinin «enerji ehtiyatı» rolunu oynayır. Bununla o, cinsi əlaqə zamanı qadından libidoz enerjini özünə transfer edir.
İslam nəzəriyyəsindən fərqli olaraq, türklərin yaşam təfəkküründə insan həyatı onun özünün əbədi proyekti hesab olunur. Bu proyektdə qadınların da xüsusi çəkisi var. Deməli, qadın həm də kişinin proyekti sayılır. Şərqdə qadına qarşı bu cür yanaşmanın nə vaxt tarixin arxivinə düşəcəyini isə söyləmək, hələ ki, çətindir.
Qərbdə isə araşdırmalar sübut edir ki, cinsi münasibətlər kişi və qadın arasındakı buzların əriməsində müstəsna əhəmiyyətə malikdir. Məsələn, iş yerlərində, ofislərdə qadın işçilərə qarşı  tələbkar, bir qədər də sərt münasibətlərdə olan müdir onunla yaxınlıq edən digər qadın işçisinə fərqli davranmaq məcburiyyətində qalır. Çünki sonuncu, müdirin «sərt»liyinə, «tələbkar»lığına yaxşı bələddir.
Bütün bunlar göstərir ki, cəmiyyətdə qadınların rolunun yüksəlməsi, onların kişi hökmranlığından xilas olmaları təkcə təhsildən, qanunlardan, gender layihələrindən deyil, həm də cinsi həyat münasibətlərdə olan statusun cəmiyyətdə də davam etdirilməsindən keçir.

Rəna

Texniki-Peşe məktəbinin direktoru


Mir Nizami Əhmədli                 Texniki-Peşe məktəbinin direktoru
 
                             Süzgəcindən keçirtdin,
                                   Hər səni sevənləri
                                 Özünə qardaş etdin,
                                     Vətəni sevənləri
                                 
                                       *       *       *
                                Gecən gündüzə döndü,
                                 Danışdın xilqətinlə
                                Təpələr düzə döndü,
                                   Ucaldın millətinlə

                                      *        *        *  

                                      Şeirətdə adın var,
                                     Qəlbin incə, zəifdir
                                     Əsdirdiyin küləklər,
                                       Mülaimdir, zəifdir

                                        *         *          *
                                      Yurdum ağrı, acısın
                                    Qəlbində bitən andı
                                   Ürəyində məhəbbət
                                    Dilində Vətən andı
                            
                                        *           *          *
                                    Həyat nurlu dəbistan ,
                                     Şair inam Mütəllim
                                      Ucal-ucal anba-an
                               Mir nizami müəllim                                                

Yarıb ürəyimə salardım səni.  

Niyə gənc yaşımda səni görmədim,
Sevdirib özümü alardım səni.
Heç bir kəs ay gözəl görməsin deyə,
Yarıb ürəyimə salardım səni.

Nə qədər diriyəm su var canımda,
Cismim burdadırsa ruhum yanında.
Desələr ilansan mələk donunda,
Yenə də boynuma dolardım səni.

Heç dərdim olmazdıdərdə salsanda,
Harda yaşasanda, harda qalsanda.
Nə qədər əlçatmaz uzaq olsan da
Arayıb, axtarıb  tapardım səni.

**************************

Niyə dəyişdin.

Kasıb idik danışardıq gülərdik
Dərdimizi sərimizi bilərdik
Nə olsaydı qardaşyana bölərdik
Nə oldu ki, birdən – birə dəyişdin?

Bu qədərmi pula başın qarışdı
Sən bilmədin gələn dostur, tanışdır
Tanımadın? , aramız bir qarışdı
Nə oldu ki, birdən – birə dəyişdin?

Güvəndiyim dağlaqa qar yağdımı?
Gördüm indi talehimi bəxtimi
Soruşmadın usta ölüb, saxdımı?
Nə oldu ki, birdən – birə dəyişdin?

************************

 Başa bəla..

Dilim – dilim olasan,
yaman günə qalasan
Qoymadın ki, dinc olam
Başıma sən bəlasan

Ora – bura çəkdilər
Başımda turp əkdilər
Dil sənin ucbatından
Mənə torba tikdilər

Nəyim varsa aldılar
Məni qaz tək yoldular
Yersiz danışdım, Məni
Yaman günıə saldılar.

*****************


Nəvəm mənim.

Nəvəm məktəbə gedir
Kişidir beş yaşında
Hələ əlindən tutub
Aparır yoldaşım da

Nənəsi çantasına
Qoyub şəkər çörəyin
Dostlarılə bölüşür
O yediyi yeməyin

Nəvəm məktəbə gedir
Əlində var çantası
Onun ilə fəxr edir
Nənəsilə babası

*******************

Yıxdı evimizi dollar

Qənd , pəsok bahalaşdı,
Hər şey həddini aşdı
Yazıq kasıb dolaçdı,
Hara getdi o mallar
Yıxdı evimizi dollar

Gələ bilmirəm sizə,
Hünərin var gəl bizə
Palçıq çıxıbdır dizə
Xarabala qalıb yollar
Yıxdı evimizi dollar.

Aşağı saıb başın
Yükləyib maşın – maşın
Satır torpağın daşın
Xaricə axır pullar
Yıxdı evimizi dollar.

Məmurların qarnı tox
Kasıbın heç nəyi yox
Boşananın sayı çox
Çoxalır bizdə dullar
Yıxdı evimizi dollar.

******************