вторник, 1 марта 2011 г.

Əmr Misir Mərdanov yoldaşındır...


Qurumda hər kəs ondan niyə qorxur?
12 min attestatı 5 min manata satan şöbə müdiri daha nələri edir?

Bax belə... Bu da Azərbaycan təhsilinin dayağı sayılan və gələcəyimizi ona bagladığımız qurum və orada baş verənlər...
altBu qurum barədə dəfələrlə yazılıb, deyilib. Konkret faktlar kənarda qalmaqla yalnız ümumtəhsil məsələsinə aid olan maqamlara aydınlıq gətirilir. Daha çox hallarda qurum tamam susub.
İndi deyəcəklərimizi heç vaxt nə oxumusuz, nə də eşitmisiz.
Əldə etdiyimiz dəqiq məlumatlara görə, nazirlikdə kadr seçimində tamam fərqli üsuldan istifadə olunur. Bu üsul isə təhsilə uğurlar gətirmək əvəzinə vəziyyəti daha da ağırlaşdırır, reanimasiyada olan təhsilimizi ölümcül hala salma həddinə qədər gətirib çıxarır.
Diqqət edin, bir neçə il əvvəl Təhsil Nazirliyinə Bakı Dövlət Universitetində adi laborant işləyən Təranə Hacıyeva adlı şəxs nazirliyin monitorinq və qiymətləndirmə şöbəsinə müdir təyin edilir. Təbii ki, bu barədə xüsusi əmr imzalanır və Təranə xanım işə başlayır. Elə hesab etməyin ki, sözügedən xanım nazirliyə xüsusi layihə və ya proqramlar həyata keçirmək üçün gətirilir. Bu, sadəcə, seçim olur.
Elə həmin gündən də nazirlikdə ümumi abı-hava dəyişir. Bütün müavinlər və şöbə müdirləri Təranə Hacıyeva ilə ehtiyatla davranır, onun bir sözünü iki edən olmur. Hətta iclaslarda belə bu xanım nazir müavinləri ilə eyni sırada oturaraq iclası izləyir, çox hallarda iclaslara gəlmir. Məlumatda bildirilir ki, Təranə Hacıyeva nazirlikdə yenicə işə başlayanda orta səviyyədə yaşayan birisi olsa da, indi pula pul demir və "Lexus" sürür.
Nazirlikdə xüsusi "hörmətə" və diqqətə malik olan Təranə Hacıyeva il ərzində bir neçə dəfə xarici ölkələrə səfərlərdə olur və orada istirahət edir. İlin yerdə qalan aylarını isə Azərbaycanın dilbər guşələrini gəzir.
Qeyd edək ki, nazirlikdəki vəziyyət barədə məlumatlar axşam saatlarında əlimizə çatdığından anons şəklində sizlərə təqdim etmək qərarına gəldik. Bu səbəbdən də gələn saymızda aşağıda olan faktları dəqiqliyi ilə dərc edəcəyik.

- Nazir müavinləri Təranə Hacıyevadan niyə qorxur?

- Şöbə müdirinin "Yaponiya səfərləri" adlı qısametrajlı filmə baxmaq kimlərin xoşuna gəlir?

- Bəs kimlər kimləri məcbur edir ki, bu filmə baxsın?

- Təranə xanım avtomobillə əylənməkdən başqa daha nələri xoşlayır?

- Xarici səfərlər zamanı Təranə xanımı kim müşayiət edir?

- Ceyhun adlı şəxslə Təranə Hacıyevanın iş birliyi nazirliyə hansı xeyri verir?

- İmkan düşdükcə nazirlərdən biri ilə Almaniyaya səfər edən bu xanım orada hansı surprizlərlə qarşılaşır?

- Almaniyadakı məşhur ət kombinatının azərbaycanlı sahibi ilə Təranə Hacıyevanı nə birləşdirir?

- Sözügedən ət kombinatının sahibi Azərbaycanda hansı mühüm vəzifə sahibidir?

- Təranə Hacıyeva nazirlikdə çalışan böyük hörmətə malik Nəzakət xanımı niyə və nəyin hesabına hörmətdən saldı?

- Nəzakətin işçisi olan Könül xanım Təranəyə tutduğu hansı irada görə işdən uzaqlaşdırılıb?

- Təranə Hacıyevanın atası "Sənətkar" jurnalında hansı şərtlərlə çalışır? 

- Nazirliyin muzeyindən açılan qapı Təranə Hacıyevaya xidmət edir..?

- Bu kimin tapşırığı ilə və niyə həyata keçirilib?

- Nazirlikdəki cakuzi dəyişikliyi və bu biabırçılığın bütün işçilər tərəfindən çılpaqlığı ilə bilinməsi...

- Təsərrüfat işləri ilə məşğul olan İdris müəllim hansı sözünə görə  nazirlikdən uzaqlaşdırıldı?

- Nə qədər cakuzi dəyişərlər?

- Təranə Hacıyevaya niyə attestat maqnatı deyirlər?

- Bu şəxs 5 min manata neçə min attestat satıb?

- 14 min attestatı 5 min manata vursaq neçə edər, Təranə Hacıyeva?

- Nazirlikdəki Zinyət xanım kimdir və hansı xarici vətəndaşın qohumudur?

- Təranə Hacıyeva ilə Zinyət xanımı nə birləşdirir?

Bu və daha maraqlı məlumatları geniş şəkildə gələn sayımızda oxuyaqcaqsınız. Bizi izləyin. Çünki, bu məlumatları heç vaxt heç yerdən oxumayacaqsınız.

İlkin HÜSEYNLİ


Комментариев нет:

Отправить комментарий