вторник, 1 марта 2011 г.

BANAN YEMƏYİNİZ ÜÇÜN 1001 SƏBƏB

BANAN YEMƏYİNİZ ÜÇÜN 1001 SƏBƏB 
 
Sağlamlıq və xoşbəxtliyin meyvəsi banan
Banan ən güclü kalium anbarlarından biridir. Təzyiqi salma, ürək ritim pozuqluğu (aritmi) qoruyur, əzələ gücsüzlüyünü aradan aparır
Qısa gövdəli və iri kökümsovlu hündür, bəzən də nəhəng otdur. Vətəni Asiya, Afrika və Avstraliyanın tropik və subtropik bölgələridir. 70-ə yaxın növü var. İstisevən hibrid növləri (M. paradisiaca və M. sapientum) daha çox yayılmışdır. Kökdən çıxan iri, qınlı yarpaqları çoxqatlı boru - yalançı gövdə əmələ gətirir. Bircinsiyyətli və ikicinsiyyətli çiçəkləri nəhəng salxımı xatırladır. Meyvələri salxımda toplaşır, hər salxımda 300-ə qədər meyvə olur, ümumi kütləsi 50-60 kq-a çatır. Tərkibində 14-22% şəkər, 5-8% nişasta, 1,5%-dək protein olur. Yeyilir, qurudulur, konserv, marmelad, şirə, şərab, banan unu və s. hazırlamaq üçün istifadə edilir. Bar verdikdən sonra yerüstü hissə quruyub məhv olur. M. textilis növünün yalançı gövdəsindən toxuçuluq sənayesi üçün lif, dəniz burazı, balıq ovunda işlədilən ip alınır. Azərbaycanda (Lənkəran, Zaqatala və Gəncədə) M. basjoo növü dekorativ bitki kimi əkilir. Hazırda Ensete (E. ventricosum) cinsinə aid edilən Efiopiya bananı (M. ensete) Afrikada yeyinti və toxuculuqda istifadə edilmək üçün becərilir.
http://www.hlb.com/inovlog/bananas-1-DHD.jpg

BANANIN FAYDALARI

Banan əsasən tropik bölgələrdə bitir. Banan hələ kal olanda yığılır və daşınma zamanı yetişir. Bananın vətəni Hindistandır, məhz buradan dünyanın bütün tropik zonalarına yayılıb. Bu meyvə VII yüzillikdən insana “xidmət edir”. Banan tingəsini Cənubi Amerika qitəsinə XVI yüzillikdə ispan keşişi Tomas de Berlanka gətirib. Ekzotik meyvə şəraitə uyğunlaşdı və əhalinin xoşuna gəldi. Əgər banan bizim üçün ekzotik meyvədirsə, onlar üçün çörək, kartof və hətta əti də əvəz edən ucuz, kalorili qidadır. Biz ağ, yumşaq və dadlı özəyi, sarı qabığı olan banana adət etmişik. Amma onun həm də çəhrayı, qırmızımtıl, bənövşəyi və qara qabıqlıları da varmış. Bu növlər çox zərifdir və daşınmaya davam gətirmir. Meyvənin ölçüləri də müxtəlifdir və nisbətən kiçikölçülü olan “cırtdan” banan çox dadlı sayılır.
http://www.scientificamerican.com/media/inline/podcasts/2008-04-23_banana-podcast_2.jpg

Bananın tərkibində çoxlu karbol olduğundan adamı tez doyuzdurur. Lətində orqanizmin müdafiə funksiyalarını möhkəmlədən, soyuqlamanın qarşısını alan xeyli miqdarda askorbin turşusu var. Banan C, A, B vitaminləri və maqniumla zəngindir. Onlar maddələr mübadiləsini yaxşılaşdırır, bədəndəki şlak və mayeni xaric edir, qandakı xolesterinin səviyyəsini aşağı salır, immuniteti bərpa edir, əsəbləri sakitləşdirir. Buna görə də bir çox idmançılar, xüsusən də tennisçilər yarışdan öncə və sonra banan yeyirlər. Banan mədəsində yara olanlara çox faydalıdır. Alimlər iddia edirlər ki, banan hüceyrələrin və mədənin selikli qişasının bərpasına yardım edir. Hipertoniklər gündə 1-2 ədəd banan yeməklə təzyiqlərini 10% endirə və bununla da insult riskini azalda bilərlər. Gündə 5 ədəd banan yemək isə qan təzyiqini endirmək üçün lazım olan dərmanları iki dəfə azaldar.
http://marenda.biz/wp-content/uploads/2008/07/banana.jpg
Bananın hər 100 qramında 90kkal enerji var.

Banan dəmirlə zəngin olduğu üçün qanda hemoqlobini artırır və anemiyanın müalicəsində böyük rol oynayır. Kaliumla zəngin olduğu üçün qan təzyiqinin aşağı salınmasında böyük rol oynayır. Banan B vitamini ilə zəngin olduğu üçün əsəb sistemini sakitləşdirir. Bananın tərkibində A1, C, B6, B12, maqnezium, kalium, kalsium, dəmir və fosfor var. Aclığı yatızdırmaq üçün banan yeyə bilərsiniz. Bu zaman orqanizminiz enerji və faydalı elementlərlə təmin olunacaq. Bananın diqqətin artırılmasında və əqli keyfiyyətlərin yaxşılaşdırılmasında böyük rolu var. Banan bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Depressiyadan əziyyət çəkənlər: bu sizin malınızdır. Mədəniz qıcqqırarsa banan köməyinizə gələcək. Yemək arası banan yeməklə gümrahlığı bərpa etmək olar.
Ağcaqanadlar əleyhinə dərmanlardan istifadə etməzdən əvvəl həmin yerə banan qabığı sürtün. Bu qıcıqlanmanın qarşısını alacaq. Banan həm də bədən tempraturunu tənzimləyir. Ürək döyüntülərini normallaşdırmaq üçün bananı gündəlik yeyəcəklərin sırasına daxil edin. Ziyilləri məhv etmək üçün bananın qabığından istifadə etməyiniz məsləhətdir. Banan yeməklə iştahanı bərpa etmək, göz altındakı torbaları aradan qaldırmaq olar. Banandan hazırlanmış maskalar hər cür dəriyə faydalıdır. Yetişmiş banan cinsi həvəsi artırır. Süd verən qadınlarda laktasiyanı normallaşdırır. Kal bananlar bağırsaq şişlərinin yaranmasının qarşısını alır. Bananın kökü qan xəstəliklərinin müalicəsi üçün faydalıdır. Banandan qaraciyər xəstəliklərinin qarşısı almaq üçün də istifadə olunur. Yaşıl banan dadlı olmasa da tərkibində çox nişasta olur.  Kalium hər şeydən əvvəl ən əhəmiyyətli həyati minerallardanndır. Təzyiqin aşağı salınmasında, son dərəcə əhəmiyyətli təsirə malikdir. Kaliumla zəngin olan meyvə sümüklərin möhkəm olmasına səbəb olur. Banan cinsi qüvvəni artırır. Yuxusuzluğu aradan aparır.
 Nərgiz Kazımlı 

Комментариев нет:

Отправить комментарий