вторник, 1 марта 2011 г.


Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik və əlavə edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
15 fevral 2011, 18:45
Text size PlusMinus

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №12, maddə 1051; 2008-ci il, №4, maddə 255, №11, maddə 970, №12, maddə 1065; 2009-cu il, №10, maddə 775, №12, maddələr 983, 991; 2010-cu il, №2, maddə 80, №4, maddə 296) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı dəyişiklik və əlavə edilsin: 
1.1. 2.1.9-cu bənddə “regionların sosial-iqtisadi inkişafını təmin edən tədbirləri” sözləri “regionların sosial-iqtisadi inkişafı və mənzil-kommunal təsərrüfatı sahələrində dövlət siyasətini” sözləri ilə əvəz edilsin; 
1.2. 3.1.11-ci bənddə “iştirak etmək” sözlərindən sonra “, aidiyyəti dövlət orqanları ilə birlikdə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasını təmin etmək” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2011-ci il.

Комментариев нет:

Отправить комментарий