Çiyələyin nələrə qadir olduğunu bilirsinizmi?
| |
| 03 Fevral 2011 | |
| |
Alimlər bütün giləmeyvələr kimi, çiyələyin də insan orqanizminə faydalı olduğunu sübut edib.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, insanın ruhdan düşməməsi, daim yaxşı əhval-ruhiyyədə olması üçün müntəzəm şəkildə çiyələk yeməsi məsləhətdir. Gündə 150 qram bu giləmeyvədən yeyən şəxs asanlıqla stresdən qurtula bilər. Tərkibindəki 50-dən çox ətirli və xeyirli maddələr sayəsində çiyələk insanın mənfi emosiyalarını azaldır, ruh yüksəkliyini artırır.Çiyələyin digər xeyri qanı təmizləməsi, immuniteti artırması, maddələr mübadiləsini tənzimləməsi, ürək-damar sistemi və qaraciyər, böyrək xəstəlikləri və hətta bədxassəli şişlərin qarşısını almasıdır. Bu giləmeyvə həmçinin diş, baş ağrısı, burun-udlaq iltihabı riskini azaldır. |

Комментариев нет:
Отправить комментарий