суббота, 5 февраля 2011 г.


Yarıb ürəyimə salardım səni.  

Niyə gənc yaşımda səni görmədim,
Sevdirib özümü alardım səni.
Heç bir kəs ay gözəl görməsin deyə,
Yarıb ürəyimə salardım səni.

Nə qədər diriyəm su var canımda,
Cismim burdadırsa ruhum yanında.
Desələr ilansan mələk donunda,
Yenə də boynuma dolardım səni.

Heç dərdim olmazdıdərdə salsanda,
Harda yaşasanda, harda qalsanda.
Nə qədər əlçatmaz uzaq olsan da
Arayıb, axtarıb  tapardım səni.

**************************

Niyə dəyişdin.

Kasıb idik danışardıq gülərdik
Dərdimizi sərimizi bilərdik
Nə olsaydı qardaşyana bölərdik
Nə oldu ki, birdən – birə dəyişdin?

Bu qədərmi pula başın qarışdı
Sən bilmədin gələn dostur, tanışdır
Tanımadın? , aramız bir qarışdı
Nə oldu ki, birdən – birə dəyişdin?

Güvəndiyim dağlaqa qar yağdımı?
Gördüm indi talehimi bəxtimi
Soruşmadın usta ölüb, saxdımı?
Nə oldu ki, birdən – birə dəyişdin?

************************

 Başa bəla..

Dilim – dilim olasan,
yaman günə qalasan
Qoymadın ki, dinc olam
Başıma sən bəlasan

Ora – bura çəkdilər
Başımda turp əkdilər
Dil sənin ucbatından
Mənə torba tikdilər

Nəyim varsa aldılar
Məni qaz tək yoldular
Yersiz danışdım, Məni
Yaman günıə saldılar.

*****************


Nəvəm mənim.

Nəvəm məktəbə gedir
Kişidir beş yaşında
Hələ əlindən tutub
Aparır yoldaşım da

Nənəsi çantasına
Qoyub şəkər çörəyin
Dostlarılə bölüşür
O yediyi yeməyin

Nəvəm məktəbə gedir
Əlində var çantası
Onun ilə fəxr edir
Nənəsilə babası

*******************

Yıxdı evimizi dollar

Qənd , pəsok bahalaşdı,
Hər şey həddini aşdı
Yazıq kasıb dolaçdı,
Hara getdi o mallar
Yıxdı evimizi dollar

Gələ bilmirəm sizə,
Hünərin var gəl bizə
Palçıq çıxıbdır dizə
Xarabala qalıb yollar
Yıxdı evimizi dollar.

Aşağı saıb başın
Yükləyib maşın – maşın
Satır torpağın daşın
Xaricə axır pullar
Yıxdı evimizi dollar.

Məmurların qarnı tox
Kasıbın heç nəyi yox
Boşananın sayı çox
Çoxalır bizdə dullar
Yıxdı evimizi dollar.

******************

Комментариев нет:

Отправить комментарий