суббота, 5 февраля 2011 г.

Kişilərin hökmranlığı qadınların zəifliyindən qidalanır?


Kişilərin hökmranlığı qadınların zəifliyindən qidalanır?

Mill.Az xəbər portalı bildirir ki, Fransa sosioloqlarının araşdırmalarına görə, kişi və qadın arasında bərabərsizlik yalnız cinsi əlaqə zamanı tam aradan qalxa bilir. Hər iki cinsin yaxınlığı qarşılıqlı qurban vermə ilə müşayət olunur. Qadın öz bədəninin «istismarına» razılıq verdiyi kimi, kişi də öz hakimiyyətini güzəştə gedir. Bəzi hallarda kişi cəmiyyətdə, ictimai həyatda təsəvvürünə belə gətirə bilmədiyi səlahiyyətləri qapalı otaqda tərəf müqabilinə verməyə hazır olur. Hətta bu zaman qadının qarşısında dəfələrlə «alçalır».
80-ci illərdə daha çox, o dövrün oğlanları arasında dillər əzbəri olmuş bu şeir parçası da qadınların onları idarə edənlərin üzərindəki hökmranlığının bədii sübutudur.
Aya-ulduzlara ucalır raket,
Şairlər yaratmış bu şeiri «buket».
O Mərkəzi Komitə, o Ali Sovet,
Hamısı baş əyir «qol» arasında.
Cəmiyyətlər dəyişir, qadına münasibət isə...
Sovet dövründə qadınların idarəçilik sistemində çəkisinin artmasının başlıca səbəbi təhsilin inkişafı olsa da, bu məsələdə formalizmə yol verildiyi heç kəsdə şübhə doğurmur. Ali Sovet şamamalarla, bəstilərlə doldurulmuşdu. Bu qadınların sovet deputatxanasına düşməsi heç də onların dövlət quruculuğu üçün cani-dildən çalışmalarının yox, əsasən, çox işləyib artıq pul qazanmaq sevdasının nəticəsində baş tutmuşdu. Həm kommunizm, həm də demokratiya qadınlara qarşı təxminən oxşar münasibət sərgiləyiblər. Odur ki, yenicə meydana çıxmış pornokratiya siyasi termini hər iki siyasi quruluşu rədd edir.
Pornokratiyaya görə, qadın yataqda kişi ilə hansı statusu paylaşırsa, bu, idarəçilikdə də özünü göstərməlidir.
Başqa sözlə, zərif cinsin nümayəndələri bir neçə dəqiqəlik bərabərhüquqluluğun müddətini daha da uzatmaq istəyirlər. Şərqdə - İslam və türk dünyasında isə hətta intim münasibətlərdə (bəzi hallarda) qadın və kişi hüquqlarının sərhədləri ənənəvi, klassik pozalarla mühafizə olunur.
Şərq fəlsəfəsində kişi istehsalçı, qadın isə istehlakçı kimi təzahür olunur. Bu da kişilərdə tələbkarlığın artmasına gətirib çıxarır. Yəni, toxum səpən əkinçinin torpaqdan daha keyfiyyətli məhsul götürmək niyyətini xatırladır.  Əkinçi torpaq üzərində bütün ağalıq hüquqlarına malik olduğu kimi, kişi də qadını üzərində hökmranlığını tam mənada saxlayır. 
Şərq qadınını həyatlarını niyə bölür?
Şərqdə qadın spesifik rol oynamağa - uşaq doğmaq və böyütmək vəzifəsini yerinə yetirməyə məhkum edildiyindən o, öz şəxsi həyatını yarımçıq yaşamaq və sosial həyatını həm kişisilə, həm də övladları ilə paylaşmağa məcbur olur. Beləliklə, qadınlıq… yarımçıq insanlığı ehtiva edir.
Kişi açıqlığa - cəmiyyət həyatına, qadın isə qapalılığa - ailə ocağına sürüklənir. Şərqdə qadın kişinin «enerji ehtiyatı» rolunu oynayır. Bununla o, cinsi əlaqə zamanı qadından libidoz enerjini özünə transfer edir.
İslam nəzəriyyəsindən fərqli olaraq, türklərin yaşam təfəkküründə insan həyatı onun özünün əbədi proyekti hesab olunur. Bu proyektdə qadınların da xüsusi çəkisi var. Deməli, qadın həm də kişinin proyekti sayılır. Şərqdə qadına qarşı bu cür yanaşmanın nə vaxt tarixin arxivinə düşəcəyini isə söyləmək, hələ ki, çətindir.
Qərbdə isə araşdırmalar sübut edir ki, cinsi münasibətlər kişi və qadın arasındakı buzların əriməsində müstəsna əhəmiyyətə malikdir. Məsələn, iş yerlərində, ofislərdə qadın işçilərə qarşı  tələbkar, bir qədər də sərt münasibətlərdə olan müdir onunla yaxınlıq edən digər qadın işçisinə fərqli davranmaq məcburiyyətində qalır. Çünki sonuncu, müdirin «sərt»liyinə, «tələbkar»lığına yaxşı bələddir.
Bütün bunlar göstərir ki, cəmiyyətdə qadınların rolunun yüksəlməsi, onların kişi hökmranlığından xilas olmaları təkcə təhsildən, qanunlardan, gender layihələrindən deyil, həm də cinsi həyat münasibətlərdə olan statusun cəmiyyətdə də davam etdirilməsindən keçir.

Rəna

Комментариев нет:

Отправить комментарий