суббота, 5 февраля 2011 г.


İfadə Cəfərzadəİfadə Cəfərzadə24 yanvar 2011-ci il tarixində var.az-da “Uşaqların peçenyesi....” adlı məqalə dərc olunub. Təhsildə, tender sahəsində baş verən özbaşınalıqlardan danışılan məqalədə adıçəkilən “Kapital-İnşaat” MMC-nin direktoru İfadə Cəfərzadə dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya açıq məktub yazib.
Var.az məktubu olduğu kimi təqdim edir: “Biz bilirik ki, hörmətli prezidentimiz və onun xanımı Mehriban Əliyeva bu gün təhsilimizin inkişafı üçün nə qədər böyük işlər görürlər. Onlar sübut edirlər ki, təhsili olan xalqın dili və torpağı basılmaz. Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan fond, Mehriban xanımın rəhbərliyi ilə təhsildə yaratdığı ürəkaçan dönüşlər bütün Azərbaycan xalqını riqqətə gətirir. Onun hər bir uşaqla - istər qaçqın, istər valideyn himayəsindən məhrum uşaqlarla olsun - rəftarı, qayğıkeşliyi, sevə-sevə sahib çıxması, adamı həyatda heç bir çətinliyə düşməkdən qorxutmur. Bilirik ki, bu dövlətin yiyəsi və sənin yiyən dövlət var.
Uzun illər öz sadiq fəaliyyəti ilə cənab nazirimiz Misir Mərdanov da əsl layiqli təhsil işçisi olduğunu sübut edib. Onun təhsil sistemində gördüyü hər bir iş, bir vətəndaş kimi, bir ana kimi məni də çox qane edir.
Lakin Bakı Şəhər Baş Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın, müavini Müslüm Qəzənfərovun, baş mühasib Elmira Mehdiyevanın özbaşınalıqları başqa məsələlərdən xəbər verir.
Mən, “Kapital-İnşaat” MMC şirkətinin direktoru İfadə Cəfərzadə 1993-cü ildən məlum səbəblərdən məcburi köçkün olmuşam. Baş İdarədə gördüyüm haqsızlıqlar, 1993-cü ildə gördüklərimdən pis təsir etdi mənə. Çünki düşmənimizin kim olduğunu bilirdik. Amma bu vəziyyətdə gələcəyimizi məhv etməyə çalışan bu insanların kim olduğunu bilmirəm.
Bakı Şəhər Baş Təhsil İdarəsindəki özbaşınalığı anlaya bilmirəm.
“Respublika” qəzetində açıq tender elan olunmuşdu. Mən də tenderə sənəd verdim. Müəssisəm adından müraciət etdim. 2800 manat banka pul ödədim. Getdim ora. Ancaq idarənin qapısından məni içəri buraxmadılar. Çünki mənimki yad müəssisə idi. Danışılmış deyildi. Cənab Müslüm və xanım Elmira məni qəbul edə bilməyəcəklərini, qapıda dayanan polislərə telefonla dedilər. Mən çox inad göstərdim və mətbuata, televiziyaya müraciət edəcəyimi deyəndən sonra məni qəbul etdilər.
Mən tender təklifimi və qiymətləri aparıb Bakı Şəhər Baş Təhsil İdarəsinə təqdim etdim. Bugünkü real qiymətlərlə yazılmış təklifim, söz yox ki, udacaqdı. Çünki mən onların təyin etdiyi qiymətlər əsasında işləməmişdim.
Bütün lotlar üzrə tender baş tutdu. Qurduqları oyun əsasında lot 1-də tender baş tutmadı. Bu günə qədər də lot 1-də heç bir əsas olmadan, özləri uduzdurduqları müəssisələr tərəfindən qanları bahasına yazaraq, ən keyfiyyətsiz malları verirlər.
Nailə xanımı adamın qınamağı da gəlmir. Göz yaşı tökə-tökə deyir ki, nazirlik hər şeyi əlimdən aldı, mənə qalan bu ərzaqdır.
Nailə xanım yaxşı bilir ki, bu ərzaqlar uşaqlarındır. Özü də ac uşaqların. Onların ağlamağı hamını oyadacaqdı. Və Nailəkimilər onların səsini kəsə bilməyəcək. Bu zaman səsə bu uşaqları əsl yiyəsi gələcək. Onlardan hesab sorub deyəcək: “Heç kəs mənim verdiyim halal çörəyimi mənim gələcəyim olan, dilsiz-ağızsız körpə balalarımın əlindən ala bilməz”. O zaman göz yaşları daha gur axacaq və həmin körpə balalar onların göz yaşını silə-silə deyəcəklər: “Ağlama-ağlama! Siz də bizim payımızı yeyəndə biz də belə ağlayırdıq”.
İdarəni öz şəxsi mülkü hesab edən Nailə Rzaquliyeva, Müslüm Qəzənfərov və Elmira Mehdiyeva bu idarədə nəinki təhsil, başqa-başqa işlərin həlli ilə məşğul olurlar. Mənə elə gəlir ki, bu yol da bunlara gəlir gətirir.
Kim kimi sevdi, kim-kimə hörmət, inam bəslədi Nailə xanımın dili ilə desək: həmin adamın “lyubovnitsa”sı olur. Bunlar bu məsələlərin həllində çox mahirdirlər. Reklam olmasın, bu işi çox gözəl bacarırlar. Belə olmasaydı, “Liman 2008” şirkətinin direktoru Nazim Əsgərovun qarşısında “Ya İfadə, ya tender” şərtini qoymazdılar. Nazim Əsgərovun şərtli tender təklifini qəbul etməməsi mənim uduzdurulmağımla nəticələndi...
Təhsilə ləkə gətirən bu üçlüyün qeyd olunan fəaliyyətinə baxanda bunlar “lyubovnitsa” deyillərmi?
Biz müstəqil Azərbaycan Respublikasının müstəqil vətəndaşlarıyıq. Respublikada gedən bugünkü inkişaf dövründə nəinki belə insanların vəzifədə olması, hətta bu respublikada yaşaya-yaşaya bu ölkənin gələcəyinə, inkişafına ağır zərbə vuran bu üçlük “Azərbaycan”, “Vətən” sözlərini dillərinə belə gətirməyə layiq deyillər”.

Комментариев нет:

Отправить комментарий