суббота, 5 февраля 2011 г.

Mətanət İsgəndərli Mahir Abdullayevin kimlər tərəfindən oğurlanmasını kimlərə etiraf edib?


Mətanət İsgəndərli Mahir Abdullayevin kimlər tərəfindən oğurlanmasını kimlərə etiraf edib?
 (Əvvəli ötən saylarımızda)

altAzərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin özünü sığortalamaq üçün ölkə prezidentinə və Ombudsmana yazdığı müraciətində yer alan məlumatları sizlərə təqdim etməkdə davam edirik. Həmin müraciətdə məmurlar barədə hansı şantaj xarakterli məlumatların yer aldığını sizlər də bilin. Məlumat üçün bildirək ki, ABU rektorunun müraciəti tanınmış ziyalılar tərəfindən imzalansa da, hələlik ünvanlara göndərilməyib. Elşad Abdullayev öz adamlarına göstəriş verib ki, müraciət onun həbs olunmasından sonra yayılsın və ya ölkə rəhbəri və Ombudsmana göndərilsin.
VII hissə
Elşad Abdullayev müraciətində bildirir ki, qardaşı Mahirin oğurlanmasında iştirak edən Sənanla söhbəti zamanı qardaşının onun tərəfindən oğurlanmasını bildirib. Lakin Sənan rektoru hədələyərək bu barədə dərinə getməməyi tövsiyə edib. Bundan sonra Sənan izi itirmək üçün başqa planlar qurub. Belə ki, Sənan Elşad Abdullayevin qohum-əqrabasının içərisində nifaq salmağa başlayıb. O, rektorun və Mahirin ailəsinin başını qatmaq üçün rayona yollanıb və Abdullayevlərin qohum-əqrəbasına şikayətlər edib. Məqsəd Arzu, Mətanət və onların havadarlarını cinayətdən yayındırmaq olub.
Araşdırmalar nəticəsində bəlli olub ki, hər gün dəfələrlə Mahirə zəng edən Sənan Mahir oğurlanan günü ona bir dəfə də olsun zəng etməyib.
Elşad Abdullayev müraciətində daha sonra bildirir ki, cinayətkar dəstə üzvləri Mahirin oğurlandığı ilk günlərdə onun geri qaytarılması üçün natarius vasitəsilə ondan pul alıblar. Sonra bildiriblər ki, Mahiri gözləsinlər, o özü gələcək. Hətta onlar E.Abdullayeva xəbərdarlıq da ediblər ki, qohum-əqraban başqa söhbət etməsin.
Elşad Abdullayev müraciətinin bir neçə hissəsində qeyd edir ki, Mahir Abdullayevin oğurlanmasını təşkil edən şəxs Sənan olub: "Bunu təsdiqləyən şahidərim də var. Məmmədəli kişi, ABU-nun mühafizə xidmətinin rəhbəri Araz Mursaquliyev, "Sevinc" kafesinin əməkdaşları - Novruz, Ənvər, Seyid, Rövşanə, Səadət tovuzlu, Asif skripac, Teymur və başqaları təsdiq edə bilərlər ki, Mahirin oğurlanmasına istiqamət verən Sənan olub". O bir daha qeyd edir ki, Mahirin oğurlanması planı müğənni Mətanət İsgəndərlinin evində baş verib.
Elşad Abdullayev bildirir ki, bu cinayətkar dəstənin əməlindən şikayət etdikdən sonra "el qızı" Mətanət İsgəndərli 23.01. 2010-cu ildə saat 13:10 da FM-90.10 radiosunda canlı efirdən 2 mahnı oxuyub. O mahnı "Satqın" adlanıb. Abdullayev yazır ki, o bu mahnını üzünü havadarlarına tutaraq oxuyurmuş və onları satqın adlandırırmış.
Müraciətdə Elşad Abdullayev əlavə edir ki, Mətanət İsgəndərli efirdən maraqlı bir cümlə də işlədib. "Dilimin ucunda bir sirr var, desəm öldürərlər, deməsəm ölləm".  "El qızı" bununla demək istəyirmiş ki, "siz məni satdınız, mən də Mahirin oğurlanması sirrini açacam".
Artıq Mətanət İsgəndərlinin ətrafındakıları Mahir Abdullayevin kimlər tərəfindən və kimin evindən oğurlanmasının tam təfərruatlarını bilirmişlər.

(Ardı gələn sayımızda)

P.S. Elşad Abdullayevin müraciətində adı keçən şəxslərin əksəriyyəti sağdır və Azərbaycanda yaşayır. Nədən oğurluq əməli ilə bağlı başlanmış cinayət işi yenilənib həmin şəxslərin ifadələri alınmır? Sənəddə adı çəkilən şəxslər bu gün kifayət qədər tanınmış olmaqla yanaşı, cəmiyyət üçün maraqlı adamlardır.
Bu səbəbdən də cinayət işi yenilənməli və işin istintaqı yenidən aparılmalıdır. Bu zaman Elşad Abdullayevin müraciətinin şantaj, yoxsa həqiqət olduğunu müəyyənləşqdirmək olar.
Həmçinin sənəddə aşkar şəkildə qeyd olunur ki, adları qeyd olunan şəxslər mütəmadi olaraq Elşad Abdullayevlə görüşərək qardaşı Mahir Abdullayevin yanından gəldiklərini və 2 miylon dollar versələr, onu gətirə biləcəklərini deyiblər. Doğrudan da maraqlıdır ki, bu şəxslər oğurlanan adamın yerini necə biliblər. Və yaxud niyə hüquq-mühafizə orqanlarının rəhbərliyi onlardan Mahir Abdullayevin yerini öyrənə bilməyiblər. Əgər həqiqətən də onlar Mahir Abdullayevin yerini bilib polisə məlumat verməyiblərsə, deməli, onların da oğurluq işində əli var və cinayət məsuliyyəti daşıyırlar. Hər halda faktları yazmaqda davam edəcəyik.
Üstəlik onu da bildirək ki, dəfələrlə Mahir Abdullayevin xarici ölkələrin birində biznes fəaliyyəti ilə məşğul olduğu bildirilib. Əgər elədirsə, nədən onu ölkəyə gətirib əsl cinayətkarların müəyyənləşdirilməsinə nail olmaq olmur. Niyə Mahir Abdullayevi ölkəyə gətirə bilmirlər?
"Gündəlik Bakı" Araşdırma Qrupu


3 комментария: