пятница, 3 декабря 2010 г.

«Azərpoçt» kreditlərin verilməsinə başlayacaq


Gələn ildən «Azərpoçt» kreditlərin verilməsinə başlayacaq


[ 01 Dekabr 2010 11:14 ]
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC hazırda müştərilərə kreditləşmədən başqa bütün digər bank xidmətləri göstərir.
«APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, «Azərpoçt» ölkənin aparıcı bir bankı ilə bağlanılacaq müvafiq saziş əsasında gələn ildən mikrokreditlərin (5 min manata qədər) verilməsinə başlayacaq.
«Azərpoçt»un hazırda kifayət qədər resurs və likvidliyin olmaması səbəbindən öz hesabına kreditlər verməyə hələ hazır deyil və bu prosesdə ilkin mərhələdə agent kimi çıxış edəcək. Lakin Ə.Abbasov qeyd edib ki, gələcəkdə resurs və aktivlərin artması ilə «Azərpoçt» öz hesabına kreditlərin verilməsi, hətta daha iri kreditlərin ayrılmasını həyata keçirə biləcək.
Nazirin sözlərinə görə, «Azərpoçt»un geniş filial şəbəkəsi olduğuna görə, mikrokreditlərin verilməsi, o cümlədən bölgələrdə müştərilər üçün rahat və əlverişli olacaq.

Комментариев нет:

Отправить комментарий