пятница, 3 декабря 2010 г.

Örəkdən asılıb ömrün illəri


Örəkdən asılıb ömrün illəri
Dünyanı dərk eylə gördüyün kimi,
Ağlın çatan qədər get ona sarı.
Düşüb qalmayasan bir düyün kimi,
Kələfi ağılın dilinə sarı.

Yolçular yo gedər, son mənzillərə,
Hələ bilinsədə görünmür yolu.
Ürəkdən asılıb ömrün illəri,
Nə zaman dayanar, kim bilir onu.

Dərk etsək dünyanın ağlın, kamalın,
İlahi incilər yetirə bilər,
Haqqın bazarına dönsə amalın,
Xeyirxah əməllər gətirə bilər.

Ata,öz  kökündür, Ana , torpağın,
Onu dərk eyləsən həyatda varsan.
Yamyaşıl istəsən duyğu yarpağın,
Sözün keşiyində gərək durasan.

Çıx yola ağlınla döyüş zamanla,
Qədəin ölçüsü, ülgüsü vardır.
Ey könül demirəm Ayazı danla,
Ömrünün yolları borandı, qardı.
                *******
Küləklər səmtini dəyişə bilər..

İsanlar dünyaya gələn zamandan,
Bilməz ki, nə qədər yaşayacaqlar.
Dünyaya gələnlər hardan bilər ki,
Çiynində fəlakət daşıyacaqlar.

Küləklər xəyal tək əsdirir məni,
Yandırır içimi, boranda, qarda.
Arzular tükənmir, sən necə dedin!
Bəlkə gerçək oldu, gələn baharda.

Bir məslək uğrunda yaşasa insan,
Yolunu kəsəmməz, nə boran, nə qar.
Küləklər səmtinidəyişə bilər,
Həyatda qazana bilsə etibar.

Danışan ürəyim, görən ürəyim ,
Nə olar sözümə qulaq as bir az.
Ən çətin məqamda , sənsən gərəyim,
Çiçəklər kimisən hər bahar, hər yaz.
            *******
Mənim yuxularım adi deyildir.

Sözümün silləsi dəyməyib hələ,
Saray gölgəsində dincələnlərə.
Nifrətdən bir süfrə açacayam mən,
Qəlbimi iynə tək hey dələnlərə

Gecələr yatmayan, gündüz mürgülər,
Şairlər xar olmaz söz danışanda.
Böyüklər yanında çalış çaşma sən,
Nadan bşa düşməz göz danışanda.

Mənim yuxularım adi deyildir,
Şeirdən keflənənhuş yuxusudur.
Ayığın düçüncə, söz üfüqündə.
Mənim yuxularım quş yuxusudur.

Ruhum səmalarda göy qurşağı tək,
Duyğu xalısını sərir qəlblərə.
Hər an dilə gəlib söz məclisində,
Məlhəm kəsiləcək neçə təblərə.
          *******
Həyat   bir tamaşadır.

Deyirsən ki, ucayam, belə gəldim dünyaya,
Yerdən əlin çatarmı, al , günəşə həm aya?

Neçin gəldin dünyaya, düşündünmü sən dərin,
Gəldiyin tək köçürsən dünyadan yox xəbərin.

Tanrı cavabsız qoymur, sizə zülüm edəni,
Verər zülmün əlinə bizə zülm edəni.

Insanlığın qiymətin, insanlar bilməz hələ,
Vəfasız dünya özü düşəndən əldən - ələ.

Ilhamım alov saçır, pərvazlanır hey sənə,
Bu mənzərə olsa da nə qədər ağır mənə.

Dünyanı qəm bürüsə, üstümə dərd yerisə,
Fəlakət törədni öldürərdim diricə.

Məni sevənlər yəqin özlərini sevərlər,
Onlara ilham verən sözlərimi sevərlər.

Mən istərəm ay insan zirvələrə qonnasan,
Bu mənalı könlümün sevdasına dönəsən.

Könlümün arzuları matəm içində ağlar,
Gözlərimdən od çıxar, gerçəyi mən dağlar.

Soruşuram özümdən, neçin gəldim dünyaya,
Həyat bir tamaşadır, maraqlıdır davaya.

Oxuduqca məni sən duyğular tək inlədin?
Şimşək çaxdı sinəmdə, göy gurladı, dinlədin?!
                          *******
 Sevgi yollarında biz birgə ötdük.

Baxışlar şimşək tək birdən çaxanda,
Nə sən anlamadın, nə mən anladım.
Gözlərin gözümə tikib baxanda,
Qəlbinə, könlünə yazıldı adım.

Duyğular öpüşüb, görüşən zaman,
Aldı ağuşuna sevgi dənizi.
Sevgi yollarından biz birgə ötdük,
Nədən üfüqlərdə göründü izi?

Nədən biz görüşdük, nədən ayrıldıq,
Anlaya bilmədik, bilə-bilmədik.
Bəlkəm sən deyəsən , neçin – neçin bəs,
Sevirəm sözünü bölə bilmədik?!
                                  ******
Fikrimə açılan pəncərədir göy.

Gözümü çəkmirəm göy meşələrdən,
Torpağın üzünə üzümü qoyub.
Cüyürlü, ceyranlı mənzərələrdən,
Kimdeyir ürəyim dağlardan doyub?

Körpə budaqların qönçələrinə,
Baxaram ilk şeir, ilk nübar kimi.
Baxaram talein öncələrinə,
Arzular gül açar ilk bahar kimi.

Fikrimə açılan pəncərədir göy,
Aparır xəyallar bizi hər yana.
Nə yerlər, nə göylər deyildir ögey,
Baxdıqca doymayır insanlar ona.
            ******
 Qayıt fikirlərim qayıt özümə.

Adlayıb keçmişik zamanı, anı,
Ruhumuz göylərdən baxar cahana.
Qanadlı fikirlər dolan dünyanı,
Çatsın qoy ölkəmiz şöhrətə , şana

Qayıt fikirlərim, qayıd özümə.
Mən, səni quş kimi insan görmüşəm.
Namərdlər önündə sən arxam olub,
Dəmir qapıları açan görmüşəm.

Qayıt öz yerinə, getmə uzağa.
Qoy bir az düşünüm, bir az dincəlim.
Bu şerim, sənətim sənsə sədaqa,
Bu fani dünyada sənsən əlacım.
               ********
 NƏ qaldı.

El gözündə insan gərək tanına,
Hər nə olsa qəst etməyə canına.
Namaz qılıb , sığınaq azanına,
Əməl təmiz olsa sözə nə qaldı.

Hər nəyəm, nəçiyəm tanı mən kiməm,
Nə ged münəccimə, tanı həkimi.
Ey yerin, ey göyün ulu hakimi,
Təmizlikdən qeyri bizə nə qaldı.

Qovuşar günlərə, aylara illər,
Bahar nəfəsidir baxçada güllər.
Sübh çağı oxuyan şeyda bülbüllər,
Bahara nə qaldı, yaza nə qaldı.

Gün keçdi, ay ötdü bilmədim necə,
Gecəm gündüz oldu, gündüzüm gecə.
Dünyaya əgər biz gəlmişik becə,
Söhbətə nə qaldı, saza nə qaldı.

Ayazam zinətdi yenə söz mənə,
Baxır şair tək neçə göz mənə.
Sözümün alovun , odun gəz mənə
Yanan ocaqlarda közə nə qaldı.
                     ******
İnsan ol

Yenə də tənhayam, fikrə dalmışam,
Dərd mələr içimdə, qəm sorağında.
Ayları, illəri yola salmışam,
Adcə çeşməyəm söz bulağında.

Gün var bir saatı, ömrə dəyər,
Şərəfi,şöhrəti gəzər dünyanı.
Gün var ki, insanın belini əyər.
Gün var ki, hikməti bəzər dünyanı.

Adam var kənarda gəzib.dolanar,
Xisləti buz bağlar onun qanında.
Adam var can desən halına yanar,
Ən çətin anında olar yanında.

Hörmətin, izzətin çox olsa da sən,
Gücün çatmayana demə baş üstə.
Torpaqda becərsən, daş da götürsən,
Canından, qanından halalıq istə.

Qığılcım, od saçar dəysə daş- daşa,
Ürək od saçandı, deyil oyuncaq.
Demirəm gün keçir, ömrümüz başa,
Hə yaşa, çox yaşa, insan ol ancaq.
                  ******
 Kaş olsun dünyaya baxan gözünüz.

Xəcalət çəkmədən hiylə torunu,
Quran da siz olduz, toxuyan da siz.
Özgə torpağında , özgə mahnısın,
Doğma mahnı kimi oxuyanda siz.

Kor olsun dünyaya baxan gözünüz,
Dilinsə çürüsün torpaq deməkdən.
Siz nadürüstlərin, siz vətənsizin,
Gözləri doymadı torpaq yeməkdən.

Sən quyu qazansan özünə, mənsiz,
Sən özün – özünə qurmusan tələ.
Erməni dığası, sənsən vətənsiz,
Vətənin hardadırbikinmir hələ.

Belə söz de, varmı leksikonunda,
Qarabağ. əlbətdə yox, ola bilməz.
Irəvan mənimdi, mənim olacaq,
Bu torpaq yad əldə çox qala bilməz.

Yemək istəsəniz qara torpağaı,
Çınqıllı daşlardan sizə pay düşər.
Gözünüz seçmədi.qaranı,ağı,
Bizlərə toy – busat, sizə vay düşər.
                 *****
Sənin üçün.

Həsrətin məni qamçılar,
Ürəyimə ox sancılar.
Kirpiyimdən yaş damcılar,
Səni üçün.

Yollarına qol açaram,
Eşq əlindən hey uçaram.
Səmalarda mən uçaram,
Sənin üçün.

Səni umdum gözlərimdən,
Ayrı düşmə izlərimdən.
Asılaram sözlərimdən,
Sənin üçün.
      *******
  Məndən sonra

Bülbül gülsüz, gül çəmənsiz,
Gəl darığma gülüm mənsiz.
Yaşamaram bir an sənsiz,
Könlün inlər məndən sonra.

Dərd olarmı vaxtan betər,
Əsil ömür getməz hədər,
Hər kəs atın sürər gedər,
Kimlər gələr məndən sonra.

Səma ağlar, səma gülər,
Torpaq üstə nur ələnər.
Çəmənliklər çiçəklənər,
Açar güllər məndən sonra.
          ******

De necə sevməyim o gül camalı.

Könülsüz, duyğusuz seçib, sevənlər,
Dönüklük görünər məhəbbətində.
Ümüd qapısından keçən sevənlər,
Arzular göyərdər cəsarətindən.

Görüşə çıxarlar yuxularında,
Xəyallar qoynunda rəqs eyləyərlər.
Söz – söhbət səngiməz aralarında,
Eşqin qapısını hər an döyəllər.

Məhəbbət bürünməz sözə söhbətə,
Məhəbbət sevgisiz qalan deyildir.
Min əhsən saf eşqə, ilk məhəbbətə,
O bir həqiqətdir yalan deyildir.

De necə sevməyim o gül camalı,
Sankı məhəbbətin balı, duzudur.
İnsan gözəlliyi, ağlı , kamalı,
Əl çatmaz üfüqündan ulduzudur.
                 *****
Döz dərdimə ağlama...

Şimşək mənm çaxma sən,
Bulud olma axma sən.
Gözlərimə baxma sən,
Döz dərdimə ağlama.

Dərd çəkən ürək olar,
Sevgisi titrək olar.
Sənin tək mələk olar,
Aız dərdimə ağlama.

Dərdi çəkmə dərinə,
ərimə dərd yerinə.
Dilin dönsün şirinə,
Döz dərdimə ağlama.
            ******
Bu qlqnın həqiqətdi açarı.

Talehlərə yazılanlar pozulmaz,
Ağı- ağsa, qara gündən danışma.
Ac insana yuxu danış yozulmaz,
Nə imanadan, nə də dindən danışma.

Yalan olmaz haqda mehman olanlar,
Haqq söyləyən hər insana inanma.
Əqildən kəm, yarı yoldan qalanlar,
Danışsa da yana – yana , inanma.

Sinəm ocaq, ürək sirli qaladı,
Bu qalanın hıqiqətdi açarı.
Ürəyimdə səngər, tala – taladı,
Məhvə məhkum həqiqətdən qaçarı.

Ayaz deyər şər işlərə qrışma,
Günəş çıxar gölgə kimi itərsən.
Daş ürəkli nadanlarla yarışma,
Daşa dönüb qayasında bitərsən.
              ******
Sən bahar gülüsən mən isə jalə.

Ətirli sabahım açılır yenə,
Varlığım doymayır bu məhəbbətdən.
Bu səhər gözümdə bahardı mənə,
Ürəyim nurlanır gül təbiətdən.

Yeni bir tərafət gəldi sözümə,
Gözümdə güldülər əlvan çiçəklər.
Bu bahar səhəri güldü üzümə,
Meh əsdi titrədi güllər , çiçəklər.

Sən bahar gülüsən, mən isə jalə,
Iç məni ürəyin nə vaxt istəsə.
Lalə dodaqların gülüm, pialə,
Ölərəm kim səni mənə pistəsə.
                 *****
Yedi sözün qurdu məni.

Göylərdən hey od ələndi,
Gözümdən yaş gilələndi.
Ürək qəfil güllələndi,
Ancaq sözün qüdrətindən.

Fikirlərim yordu məni,
Yedi sözün qurdu məni.
Sevənlərim vurdu məni,
Ancaq gözün qüdrətindən.

Ayaz hər dərdən yazmadı,
Alın yazımı pozmadı.
Dağlar yuxumu yozmadı,
Ancaq düzün qüdrətindən.
                ******

Комментариев нет:

Отправить комментарий