воскресенье, 5 декабря 2010 г.

Sahibkarlardan alınan qanunsuz icarə haqlarının taleyi bilinmir


Ötən saylarımızda vergidən yayınan böyük ticarət mərkəzləri və şirkətlər barədə məlumat vermişdik. Həmçinin qeyd etmişdik ki, araşdırmaları davam etdiririk və vergidən yayınan digər biznes məkanları barədə də sizlərə məlumat verəcəyik. Belə ki, aldığımız məlumata görə, bir müddət əvvəl yandırılan "8-ci kilometr" bazarı kimi tanınan "Ticarət Mərkəzi-4" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi uzun illər dövlət vergisindən yayınıb.
Mənbə bildirir ki, bazar yanandan sonra edilən şikayətlər əsasında bu fakt ortaya çıxıb. Bazarda ticarətlə məşğul olan icarəçilər yerlərinin yandığını, sonradan isə həmin icarə obyektlərindən çıxarıldığını bildirirlər. Araşdırmalarımız zamanı məlum olub ki, həmin ticarətçilər neçə illərdir ki, sözügedən ticarət mərkəzində icarədardır. Lakin həmin ticarət mərkəzində onlarla nə icarə müqaviləsi bağlanıb, nə də ödədikləri pula görə qəbz verilib. Bazarda hər 5 kvadratmetrə görə, onlar bazar müdirinə 250-300 manat aylıq icarə haqqı ödəyiblər. Amma buna görə onlara heç bir qəbz təqdim edilməyib.
Sahibkarlar icarə haqqından əlavə bazarda kommunal xərclər də ödəyiblər. Amma bazar rəhbərliyi bu məbləğlərin hamısını vergidən yayındırıb. Biabırçılıq odur ki, neçə illərdir ki, bazara vergi ödəyən icarəçilərin heç biri qanuni vergi ödəyicisi deyil. Onlar aldadılaraq vergi ödəsələr də, bu vergi bazar rəhbərliyi tərəfindən gizlədilib.
Mənbə bildirir ki, həmin ticarətçilər bazarın yanması nəticəsində mənzillərini də itirmək təhlükəsilə üzləşib. İcarəçilər bazarda heç bir müqavilə olmadan obyektlər icarəyə götürüb. Alver etmək üçün onlarla ticarətçi mənzillərini banklara girov qoyub alver üçün külli miqdarda pul götürüb. Bazar yanıb və həmin mallar da məhv olub. İndi sahibkarlar mənzillərini də itirmək təhlükəsilə üzləşib.
Mənbə bildirir ki, ticarət mərkəzinin vergidən yayınması məmurlardan biri tərəfindən həyata keçirilir. Konkret olaraq vergi ödənilir və əlavə araşdırma işləri həyata keçirilmir.
Məsələ ilə bağlı bazar rəhbərliyi ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
İlkin 
Uyğun mövzülar :

Комментариев нет:

Отправить комментарий