пятница, 3 декабря 2010 г.

“Wikileaks” susduruldu


“Wikileaks” susduruldu
2010-12-02
Dünyanı qarışdıran adamın həbsi xəbəri yayıldı
Bütün dünyanın diqqətini üzərinə cəmləyən, şok effekti yaradan yazışmaları yaymaqla zəlzlələ effekti yaradan “Wikileaks” saytının fəaliyyətində problemlər yaranıb. Saytın yerləşdiyi provayderlərdən biri EvereyDNS.net serverə olan davamlı DDoS hücumlarından sonra saytı bağlamaq qərarına gəliblər. Bu hücumlar serverə saytla əməkdaşlıqdan imtina etməsinə gətirib çıxarıb.
Amerika şirkəti olan EveryDNS.net saytda yaranan həddən artıq yüklənmələr səbəbindən dünəndən bu qərara gəldiklərini və sayt administratoruna bu barədə xəbərdarlıq məktubu da göndərdiklərini bildirib. Dünəndən başlayan donmalar artıq serverdə problemlərin olduğunu göstərib. Sayta məsul şəxslər yeni virtual məkan axtarışı üçün xəbərdar ediliblər. Sayt isə bu gün səhər (Bakı vaxtilə 7:00) sonra fəaliyyətini tamamilə dayandırıb.
***
Bu arada isə İngiltərənin Daily Mail qəzeti məlumat yayıb ki, “Wikileaks”in qurucusu Culian Assanc Şotlandiyada həbs olunub.  Qəzetin iddiasına görə, Şotlandiya təhlükəsizlik orqanları onu İnterpolun həbs qərarına uyğn saxlayıb.
ABŞ Ədliyyə Nazirliyi “Wikileaks” haqqında araşdırma başladıb. Sənədlərin əldə edilməsi və ya yayılmasında hər hansı bir qanun pozuntusu tapılarsa Assanc haqqında başqa bir iddia da qaldırıla bilər.
“Daily Mail”in xəbərində şotland polisinin tutduğu jurnalisitn yaxın günlərdə İsveç hüquq mühafizə orqanlarına təslim ediləcəyi qeyd edilib. Xəbərlər arasında İsveçdə “qadına cinsi təcavüz” suçu ilə məhkəmə qarşısına çıxacaq Assancın hüquqlarını müdafiə etmək üçün bir neçə vəkilin artıq hazır olduğu da var.

Комментариев нет:

Отправить комментарий