воскресенье, 5 декабря 2010 г.

DIN Masallı polisinə yoxlama göndərdi


image
«Embawood»un sahibi Məşkul Məmmədovun bacısı oğlunun intiharı ilə bağlı qalmaqal böyüyür
Masallıda “Embawood” şirkətinin sahibi, tanınmış iş adamı Məşkul Məmmədovun bacısı oğlu Sərraf Əliyevin intiharı ilə bağlı qalmaqal davam edir. Xatırladaq ki, Sərraf Əliyev Masallının Kalinovka kəndində çalışdığı fermanın yaxınlığındakı Qasımlı stansiyasının binasında özünü asıb. Intiharın səbəbi barədə ötən saylarımızda geniş məlumat verdiyimizdən təkrarçılığa ehtiyac duymuruq. Qısaca onu bildirək ki, Sərraf Əliyevin intihar etməsi onu Masallı polisinin şərləməsilə əlaqələndirilir.
Dünən bu olayla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatda bildirilir ki, Daxili Işlər Nazirliyi bu qalmaqallı hadisə ilə bağlı Masallı Rayon Polis Idarəsinə yoxlama göndərib. Polislərin bu hadisədə rolu olması barədə deyilənlər təsdiqlənərsə, DIN rəhbərliyi Masallı Rayon Polis Idarəsində təmizləmələrə başlayacaq.
Bundan başqa, hazırda bütün Masallı bu olaydan danışır və Sərraf Əliyevi intihara vadar edən polislərin həbs olunması tələbi ilə çıxış edirlər. Xüsusilə Masallı ictimaiyyəti bu məsələdə rolu olanların cəzalandırılması üçün aktiv fəaliyyətə başlayıblar.
Deputat Elmira Axundovanın olayla bağlı “Bizim Yol” qəzetinə verdiyi açıqlama dediklərimizin təsdiqidir. Elmira Axundova bildirib ki, o, bu hadisənin düzgün və obyektiv qiymətləndirilməsi üçün DIN və Respublika Prokurorluğuna müraciət göndərib. Deputat həmçinin bu hadisədə Masallı polisinin rolunun olması barədə deyilənlərin həqiqiliyinə işarə vurub: “Belə çıxır ki, bəzi insanlar öz tutduqları vəzifədən sui-istifadə edib onu (Sərraf Əliyev nəzərdə tutulur - red.) şərləyərək qarşısında ağır şərtlər qoyub və pul tələb ediblər. Çalışacağam ki, bu məsələni ört-basdır etməsinlər. Iş tam aydın şəraitdə aparılsın. Günahkarlar layiqli cəzasını almalıdırlar”.
İnformasiya şöbəsi

Комментариев нет:

Отправить комментарий