пятница, 3 декабря 2010 г.

Dekabrda hava necə olacaq?


Dekabrda Azərbaycanda hava necə olacaq? / 30.11.2010
Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə orta sutkalıq temperaturun normadan 1-2 dərəcə yüksək olacağı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, yağıntıların respublika ərazisində qeyri-bərabər paylanması proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi rayonlarda isə normadan bir qədər çox olacağı gözlənilir.
Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.
Gecələr havanın temperaturu 4-8, gündüzlər 10-13, bəzi günlərdə 4-8 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-34 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.
Gecələr havanın temperaturu 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta təşkil edəcək. Gündüzlər havanın temperaturunun 7-12, bəzi günlərdə 1-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-35 mm) olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ-Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta təşkil edəcək. Gündüzlər havanın temperaturunun 4-9, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-53 mm) olacağı proqnozlaşdırılır.
Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-5 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta təşkil edəcək. Gündüzlər havanın temperaturu 7-12 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-16 mm) olacağı gözlənilir.
Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz zonalarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 3-8 dərəcə şaxta təşkil edəcək. Gündüzlər havanın temperaturu 5-9 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-48 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran- Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 2-5 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta təşkil edəcək. Gündüzlər havanın temperaturu 10-14 dərəcə isti, bəzi günlərdə 5-8 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 16-32 mm) olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 3-6 dərəcə isti, bəzi günlərdə dağlıq ərazilərdə 0-5 dərəcə şaxta təşkil edəcək. Gündüzlər havanın temperaturunun 10-14 dərəcə isti, bəzi günlərdə 4-7 dərəcə isti, dağlıq ərazilərdə 0 dərəcəyə yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 58-106 mm) olacağı gözlənilir.
 

Комментариев нет:

Отправить комментарий