воскресенье, 5 декабря 2010 г.

YOL POLİSİ SİSTEMİNDƏ İXTİSARLAR BAŞLADI


YOL POLİSİ SİSTEMİNDƏ İXTİSARLAR BAŞLADI
BŞBPİ Dövlət Yol Polisi İdarəsi nəzdində yeni alay yaradıldı
DİN Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyevin modern.az saytına verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsi (DYPİ) nəzdində yeni alay yaradılıb: “Yeni alayda 400-dən artıq dövlət yol polisi əməkdaşı fəaliyyət göstərəcək. Bu alay Bakı şəhər DYP idarələrinin əməkdaşları hesabına yaradılıb”.
K.Əliyev onu da qeyd edib ki, bu struktur islahatları çərçivəsində müəyyən ixtisarlar da olub. O, bu islahatların ancaq Bakı şəhərinin rayonlarında aparıldığını da diqqətə çatdırıb. K.Əliyev Bakı şəhər rayonlarının DYP idarələrinin ləğv olunaraq Bakı şəhər DYP-də cəmləşdirildiyi xəbərini isə təkzib edib: “Bakının hər bir rayonunun DYP idarəsi əvvəlki kimi fəaliyyət göstərir. Sadəcə qeyd etdiyim kimi, müəyyən ixtisarlar olub və Bakıya aid rayonlardakı Yol Polisi idarələrinin taqımları yeni alaya cəlb olunub”.
Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis kapitanı Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilib və daxili işlər nazirinin əmri ilə polis polkovnik-leytenantı Vaqif Əsədov yenidən həmin vəzifəyə təyin edilib. C.Hənifəyev isə Bakı şəhər DYPİ-nin yol patrulu alayında bölük komandiri təyin olunub. Məlumatı Kamran Əliyev də təsdiqləyib. Onun sözlərinə görə, V.Əsədov artıq bir neçə gündür yeni vəzifədə işə çıxır. Qeyd edək ki, V.Əsədov əvvəllər də Bakı şəhər DYPİ ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb. Ötən ilin əvvəlində onu Bakı şəhər DYPİ-dəki vəzifəsindən azad edib Xətai rayon Yol Polisi İdarəsində təbliğat inspektoru vəzifəsinə təyin etmişdilər. V.Əsədov son günlərədək Xətai rayon Yol Polisi İdarəsində çalışırdı.
E.MƏMMƏDƏLİYEV
1468 dəfə baxılıb

Комментариев нет:

Отправить комментарий