воскресенье, 12 декабря 2010 г.

Öldürməmişdən əvvəl zorlayıblar…


10 -12 -2010 .
Yardımlıda baş verən dəhşətli cinayət məhkəmədə araşdırılır
Hakim rayon Prokurorluğunun müstəntiqinin məhkəməyə çağırlılmasını tələbə etdi
Yardımlıda həmkəndlisini xüsusi amansızlıqla öldürməkdə ittiham olunan 20 yaşlı İlkin Məmmədovun cinayət işi ilə bağlı məhkəmə başladı. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Məlum olub ki, Yardımlı rayonunun Avud kənd sakini 20 yaşlı İlkin Məmmədov münaqişə zəminində həmyerlisi 57 yaşlı Hüseynağa Əzimovu bıçaqla qətlə yetirib. İlkin Məmmədov mərhuma çoxsaylı bıçaq zərbələri vurub və könüllü olaraq polisə təslim olub.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi. O, mərhumu mübahisə zəminində qətlə yetirdiyini etiraf edib. Prosesdə ifadə verən mərhumun həyat yoldaşı Mehxanım Əzimova bildirdi ki, həyat yoldaşını İlkin Məmmədov tək öldürməyib. Onun ifadəsinə görə, İlkin Məmmədov qardaşı ilə birlikdə mərhumu zorlayıblar və daha sonra qətlə yetiriblər.
Hakimlər mərhumun meyitini müayinə edən Məhkəmə Tibbi Ekspertiza İdarəsinin Masallı rayon şöbəsinin əməkdaşlarını əlavə şahid qismində məhkəməyə dəvət etdilər. Ekspert ifadəsində mərhumun bağırsaqlarında spermanın tapılmasını təsdiqlədi. Ekspertin sözlərinə görə, sperma mərhumun bağırsağına ya cinsi yolla, ya da müvafiq qurğu vasitəsi ilə tökülə bilər. Ekspert onu da bildirdi ki, ekspertizanın rəyi məhkəmə bioloji labaratoriyasına təqdim edilib və nəticə barədə onlarda məlumat yoxdu.
Prosesdə çıxış edən prokuror Məhkəmə Tibbi Ekspertizasına sorğu göndərilməsi barədə vəsatət qaldırdı. Prokuror labarotoriyada saxlanılan spermanın nəticələri barədə məhkəmənin sorğusu cavabandırılmasını tələb etdi. Məhkəmə vəsatəti təmin etdi.
Zərərçəkmiş Mehxanım Əzimova cinayət işində bəzi qaranlıq məqamların qaldığını iddia etdi. O, bildirdi ki, müstəntiq cinayət işini düzgün araşdırmayıb.
Hakim müstəntiqin növbəti məhkəmə iclasına çağırılması barədə qərar qəbul etdi. Hakimin qərarına müdafiə tərəfi etiraz etsə də, etiraz qəbul edilmədi. Məhkəmə iclası dekabrın 23-də davam etdiriləcək. 
Oxunub: 129 dəfə.

Комментариев нет:

Отправить комментарий