воскресенье, 5 декабря 2010 г.

HEYDƏR BABAYEVİN ADI ESTONİYADA AÇILAN CİNAYƏT İŞİNDƏ


Həmyerlilərimiz estonlara 26 milyon dollar “atıb”lar
Estoniyada Azərbaycana 26 milyon dollar sərmayə yatırmış bir investisiya şirkəti ilə bağlı cinayət işi başlanıb və cinayət işində sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin də adı keçir. Dələduzluq maddəsi ilə başlanmış cinayət işinin istintaqını aparan eston müstəntiqlərin araşdırmaları zamanı məlum olub ki, şirkətin rəhbəri Kristiyan Txor Vyaxe investorların şirkətinə yatırdığı külli miqdarda vəsaiti Azərbaycanın turizm sektoruna yönəldib.
İşdə maraqlı məqamlardan biri budur ki, K.Vyaxe eston müstəntiqlərin suallarını cavablandırarkən deyib ki, böyük miqdarda vəsaiti məhz Azərbaycanın turizm sektoruna yatırmaq istəməsində ölkənin o vaxtkı  iqtisadi inkişaf naziri Heydər Babayevin böyük rolu olub. Belə ki, 2007-ci ildə Estoniyada rəsmi səfərdə olarkən Heydər Babayev Azərbaycanda güclü iqtisadi artım olduğunu deyib və eston iş adamlarını ölkəmizə sərmayə yatırmağa səsləyib. Onun bu çağırışı K.Vyaxe kimi bir çox eston əsilli sərmayəçiləri ölkəmizə gətirib. Əvvəlcə Xəzər rayonunun Dübəndi, Mərdəkan qəsəbələrindəki torpaq sahələrinə baxış keçirən K.Vyaxe həmin ərazilərdəki qiymətlərin həddindən artıq baha olduğunu öyrəndikdən sonra oradan torpaq sahələri alıb istirahət zonası yaratmaq fikrindən daşınıb.
Bundan sonra ona Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin ərazisində, Xəzər sahilindəki ərazi təklif olunub. Təklifi qəbul edən K.Vyaxe özünə burada nümayəndələr tapmaqla onların vasitəsi ilə torpaqlar almağa başlayıb. Günlərin birində isə ona məlum olub ki, pullarını alıb torpaq sahələri ilə bağlı ona saxta sənədlər veriblər. Bundan sonra eston investorlar öz dövlətlərinin rəhbərliyinə, sonuncular isə Azərbaycan prezidentinə müraciət ediblər. Məsələ araşdırılıb və artıq bir nəfər 26 milyonluq dələduzluqla bağlı həbs olunub. İşin istintaqı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.  26 milyonluq dələduzluğun təfərrüatları ilə növbəti saylarımızda tanış ola biləcəksiniz.
C.CAHANGİRLİ
879 dəfə baxılıb

Комментариев нет:

Отправить комментарий