вторник, 7 декабря 2010 г.

» Ər arvadını yoldan çıxaran şəxsi dəlmə-deşik etdi


06 Dekabr 2010 [18:29] -
Şəmkir rayonunda namus üstündə qan tökülüb. Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Əliyaqublu kənd sakini 30 yaşlı Hümmət Əliyev qısqanclıq zəminində həmkəndlisi 19 yaşlı Rəhman Məmmədovu bıçaqlayıb. Qanlı hadisə dekabrın 5-də saat 05:15-də rayonun Əliyaqublu kəndi ərazisində törədilib. H.Əliyev könüllü olaraq Şəmkir rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub.
R.Məmmədovun xəsarətləri ağır olduğundan H.Əliyevin əməli ölümə cəhd kimi qiymətləndirilib. Cinayət işi Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə başlanıb və materiallar toplanaraq rayon prokurorluğuna göndərilib.
Prokurorluqdan Milli.Az xəbər portalına verilən məlumata görə, hadisəyə H.Əliyevin arvadını R.Məmmədova qısqanması səbəb olub. H.Əliyev dindirmə zamanı bildirib ki, R.Məmmədov onun arvadını yoldan çıxarıb. Ona görə də onu maşınına mindirərək məsələni birdəfəlik həll etmək qərarına gəlib. Onlar gecə saatlarından kənd ərazisində sakit bir yerə gəlib saat 05:00 radələrinədək "razborka" ediblər. Lakin 4-5 saatlıq söhbətlə problemi həll edə bilməyən H.Əliyev əsəbləşərək R.Məmmədova 40-a yaxın bıçaq xəsarətləri yetirib.
Anar Məmmədov
Milli.Az

Комментариев нет:

Отправить комментарий