пятница, 3 декабря 2010 г.

iki bankın lisenziyası ləğv edilib


Azərbaycanda iki bankın lisenziyası ləğv edilib
01 Dekabr 2010 09:44 ]
Bakı. Vahab Rzayev, Elnur Hüseynquluyev – APA-ECONOMICS. Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan iki bankın lisenziyası ləğv edilib.
«APA-ECONOMICS»in məlumatına görə, minimum məcmu kapital tələbinə əməl etmədiyinə, bank qanunvericiliyinin tələblərini pozduğuna, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə AMB-nin İdarə Heyətinin qərarı ilə «Debütbank» ASC və «Kövsərbank» ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalar ləğv edilib.
Həmin qərarla «Debütbank» və «Kövsərbank» ASC-lərə müvəqqəti inzibatçılar təyin edilib.
Xatırladaq ki, «Kövsərbank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 21,843 mln. manat, depozit portfeli 3,165 mln. manat, o cümlədən əhalinin əmanətləri 1,307 mln. manat, məcmu kapitalı 12,491 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,020 mln. manat təşkil edib. Bankın ölkə üzrə 2 filialı, 1 bankomatı və 25 işçisi olub. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər təklif etməyib.

Təsisçisi bir neçə yerli fiziki şəxs olan «Debütbank» ASC isə 1994-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 7 filialı mövcud olub. Bank son illər ərzində maliyyə göstəricilərini açıqlamayıb.


Комментариев нет:

Отправить комментарий