вторник, 7 декабря 2010 г.

biznes

biznes
Kərəm Həsənov kompromat yığır
Komitə sədrini işdən çıxarılmasının qarşısını almaq üçün məmurlara təzyiq etməyin yeni yolunu tapıb
Hakimiyyətin ən etibarsız adamı kimi ad çıxarmış Dövlət Əmlakını İdarəetmə Komitəsinin (DƏİK) sədri Kərəm Həsənovun vəziyyəti xeyli ağırlaşıb. Buna səbəb isə onun işdən çıxarılması ilə bağlı siyasi qərarın verilməsidir.
Etibarlı mənbələrdən TİA.AZ-a verilən məlumata görə, Kərəm Həsənov məsələsi hələ xeyli əvvəldən hakimiyyət kluarlarında müzakirə olunurmuş. Fərhad Əliyev və Heydər Babayevin başını yedikdən sonra yerini bərkitməyə nail olmuş komitə sədrinin təhlükəyə çevrildiyini görən iqtidar mənsubları bunun qarşısını almaq məcburiyyətində qalıblar. Mənbə bildirir ki, tutduğu postda qalmaq üçün bütün vasitələrə əl atan Həsənovun ən təhlükəli cəhəti isə məmurlar haqqında komprmat toplamasıdır. Bu barədə deyilir ki, komitə sədri əsasən nazirlərin mülkləri barədə məlumat toplayaraq, onları əlinin altında saxlamağa çalışır. Elə buna görə də, onun əlində xeyli sayda belə kompromatların olduğu deyilir.
Mənbə TİA.AZ-a bildirib ki, Kərəm Həsənovun hakimiyyətiçi qruplaşmaların haması ilə eyni məsafədə dayanması da məhz ona hesablanıb ki, sabah onlardan hər hansı biri komitə sədrinə qarşı addım atmasın. Lakin vəziyyət belədir ki, hakimiyyətdəkilər ona qəti inanmırlar. Çünki bir zamanlar Fərhad Əliyev onun əlindən tutub vəzifə olimpinə qədər daşıdığı halda, sonda sabiq naziri "baqaja" qoyması hamıda ona qarşı inamsızlıq yaratmışdı. Ardından Heydər Babayevin də başına analoji oyunların gəlməsi isə bütün şübhələri və qorxuları qətiləşdirdi. Bundan sonra onunla ehtiyatlı davranmaqda fayda olduğunu düşünən iqtidar mənsubları artıq işlərin nəzarətdən çıxa biləcəyindən ehtiyat edirlər.
Məlumatlı mənbələr bildirirlər ki, Kərəm Həsənovun işdən çıxarılması ilə bağlı siyasi qərarın verilməsi qətiləşib. Bundan hətta komitə sədrinin özünün də xəbəri var. Yaxın çevrələrdən ona sızan məlumatları dəqiqləşdirən sözügedən şəxs artıq üzərindən xətt çəkildiyini birmənalı olaraq qəbul edir. Amma bunun baş verməməsi üçün də addımlar atmaqdan çəkinmir. Mənbələr deyirlər ki, Kərəm Həsənov təcrübədən keçirdiyi bir məsələni yenidən tətbiq etmək fikrindədir. Belə ki, o, əlindəki komprmatların bir qismini mətbuata çıxarmaq istəyir. Hətta o da nəzərə alınıb ki, əgər belə bir plan ölkə qəzetlərində reallaşdırıla bilməsə, o zaman xarici mətbuata üz tutulacaq.İşin maraqlı tərəfi isə odur ki, Kərəm Həsənov bu işə deputat seçdirdiyi qardaşı Malik Həsənovu da qoşub. Son parlament seçkilərində mandat sahibi olan M.Həsənovun xaricdə geniş biznesinin olduğu deyilir. Eyni zamanda, biznesi olduğu ölkələrdə onun yerli mətbuata çıxış imkanları da az deyil. Məsələ də odur ki, Azərbaycanda reallaşdırıla bilməyən planı məhz onun əliylə xaricdə həyata keçirmək mümkündür.
Təbii ki, belə bir hal baş verərsə, o zaman işlər heç də yaxşı məcrada davam etməyəcək. Hər halda adı xarici mətbuatda "əmlak kralı" kimi hallanacaq məmurlar bunu Kərəm Həsənova bağışlamayacaqlar. Ona görə də, işi elə bir şəkildə qurmağa çalışırlar ki, komitə sədrinin addım atmaq imkanı olmasın. Güman edilir ki, Kərəm Həsənovla bağlı sərəncam veriləndən sonra onu dərhal çağıraraq, başqa addımlar atmamaq üçün xəbərdarlıq edəcəklər. Bunun ardından isə onun nəsə edə biləcəyi inandırıcı görünmür. Ba
xılıb: 33 | Tarix: 06.12.2010

Комментариев нет:

Отправить комментарий