пятница, 3 декабря 2010 г.

Uzaq oldum ömrüm boyu haramdan.


Uzaq oldum ömrüm boyu haramdan.
Əsil insan doğru danışsın gərək,
Şimşək kimi tez alışan, tez sönər.
Oda dönüb hər an alışsın gərək,
Alovlardan keçməyəndən olmaz ər.

Halallıqın meyarıdır təmizlik,
Kim olmusan, nə olmusan bilmirəm.
Baş ağrıdar, qəlbi sıxar qəlizlik,
Nə vermisən, nə almısan bilmirəm.

Qönçələrim əmər gül ləçəyindən,
Gəzər bağı – gülüstanı bülbülüm.
Sözlərimin öpər gül ləçəyindən,
Fəsil- fəsil ətir saçar hər gülüm.

Uzaq oldum ömrüm boyu haramdan,
Halallıqla salındı bağ- bağatım.
Zülm işində yaşasam da anbaan,
Bu yollarda yorulan deyil atım.
                 *******
Bu yolların sonu hələ görünməz.

Bilməz idik hiylə nədir, fel nədir,
Doğulandan yalan bizi haxladı.
Gözdən axan demə qanlı sel nədir,
Haqsız bəla qapımızı bağladl.

Zaman – zaman dirilmişik ,ölmüşük,
Dirilməkçün ölümlərdən keçmişik.
Ötürmüşük badələri hey əl - ələ,
Hər ölümün şərbətini içmişik.

Bu yolların əyrisi var, düzü var,
Bu yolların sonu hələ görünməz.
Hər insanın bu dünyada gözü var,
Qismətimiz bütövlükdür bölünməz.
               ********
Bizimlə doğuldu sevinclə , kədər.

Baş şəkib göylərə, sığınıb yer,
Günəş tək alışıb sönərəm mən də
Yenidən doğulub , ölsəm min kərə,
Sevgiylə torpağa dönərəm mən də.

Boyundan asılan məhək daşıdır,
Bizimlə doğuldu sevinclə, kədər,
Bu fani dünyada ölənə kimi,
Qəlblərin qapısın döyər xeyir, şər.

Hər addım başında ölüm qorxusu,
Ondan o tərəfə zülmət qaranlıq.
Gələndə insana ölüm yuxusu,
Yaşayan bir ömür donar bir anlıq.
              *******
Sənsiz.

Vaxt özü bizlərə olsa da qəhət,
Bəxtimiz araya çəkmədiki səd.
Sevirəm sözündə yoxdu qəbahət,
Çaxırsan haraya , gələrəm gülüm.

Bülbüllər gəzərmi gülsüz, çəmənsiz,
Dağlar da darıxar dumansız, çənsiz.
De necə yaşayım dünyada sənsiz,
Alışıb yanaram, ölərəm sənsiz,

Vurulan ayılmır ətrinə eşqin,
Aşiqəm yağışsız çətrinə eşqin.
Ayaz səndən sorur eşqi nə, eşqin,
Inan ki, ölmümə gülərəm sənsiz.
            ********
Həqiqət mənimçün döndü suala.

Bəxtimin ulduzu göylərdə söndü,
Fələk qollarımı yaman bağladı.
Qəlbimin istəyi xəyala döndü,
Uçdu fikirlərim eşqim ağladı.

Al - əlvan boyalar düşmədi dəbdən,
Yerini vermədi gül təbiyyətin.
Bəzən vurulanlar görürsən hərdən,
Qurbanı olurlar saf məhəbbətin.

Nə edək bəxtimiz çəkilib dara,
Uğursuz qismətlər qəddar olarmış.
Sən demə çarə yox olacaqlara,
Özünə inanan tez uduzarmış.

Həqiqət mənimçün döndü suala,
Cavablar yalanla barışa getdi.
Qara keçmişimə döndü az qala,
Xəyal dünyasıyla yarışa getdi.

Qeyrətsiz geysə də qızıldan başmaq,
Ağıldan yüngüllə yarışa getdi.
Qərarım , məramım olub yaşamaq,
Şərəfdi həqiqət yolunda ölmək.
              *******
Axtarın siz məni qayada, dağda.

Xeyirxah ümüdlər barlı – bəhərli,
Qanadlı fikirlər gəzər hər yanı.
Dünya olmasaydı qəmli, kədərli,

Bəzi hökümləri pisləyirəm mən,
Insan azaddırsa qoy sürünməsin.
Insana azadlıq istəyirəm mən,

Bir insan gözümə şən görünəndə,
Sevincək oluram onun yerinə.
Yamacda neçə ki, çən görünəndə,
Buludlar sarmaşar bir – birlərinə.

Insanın həyatı deyil oyuncaq,
Əgər ki, ürəklər ögey deyilsə.
Istək arzularda göyərər ancaq,
Ümüdü inamda yer tapa bilsə.

Bağlı ürəklərin paslı açarı,
Təmiz ürəklərə ləkə salmasın.
Ucuz adamların şöhrəti – şanı,
Ilan tək qəlbləri bir də çalmasın.

Insan sevgisi var görən gözümdə,
Yaşamaq eşqiylə ürəyim təmiz.
Mənim istəyimi axtar sözümdə,
Məhsum körpə kimi, günahsız, təmiz.

Söz ətri dilimdə , kamalı başda,
Bülbülün nəfəsin bağlardan alın.
Axtarın siz məni qayada, daşda,
Mənim sorağımı dağlardan alın.
                  ******
Özünə oxşayar hər kəsin dərdi.

Sinəsi dərd ilə hey varaqlanan,
Sabaha ümüdlə baxan görmüşəm.
Qara gün başında, ahı – vay içrə,
Gülləni başına çaxan görmüşəm.

Özünə oxşayır hər kəsin dərdi,
Düşünmə günahkar, vaxtı, zamandı?
Kiçiklər böyüyə hörmət edərdi,
Bircə “ şən ol “ - idi kiçiklik andı.

Ritmiylə vurmayır nəbizlər daha,
Ürəkdən axmayır sakitcə qan da.
Əli çatmasa da ulu allaha,
Yenilik doğulur köhnə məkanda.

Yuyunar coşanda leysan küləklər,
Sözümün isməti, sözümün arı.
Susuz səhralarda əsən küləklər,
Alar ağuşuna qızıl qumları.

Hər işdən qanımız bil qaralmaz  a,
Qaraldar kömür tək söz içimizdən
Vətənə göz tikən düşman olsa da,
Günahkar tapılar öz içimizdən.
            *******
Qalmayıb əxxəlki o cavan yaşın.

Hamıya gülərsən, tez adlayarsan,
Atma hər yetənə söz ağlamasın.
Şələmi dalına öz əllərinlə,
Demə güldüklərin qoy bağlamasın.

Qalmayıb əzəlki o cavan yaşın,
Huşun başdan gedib yoxdu yaddaşın.
Başlılar içində boş qalan başı,
Bir bədən üstündə daş, saxlamasın.

Iradə göstərmə dağlar üstünə,
Ağ kəfən bükdürü bağlar üstünə.
Zəyif ki, zülmündən ağlar üstünə,
Ta demə sinəni çox dağlamasın.
               *******
Xəyallar işində yata bilmirəm.

Çətindir qorumaq,saxlamaq adı,
Bacar yamanlığı gözündən oxla.
Zənginlər içində dost tutma yadı,
ən çətin anlarda yaxını yoxla.

Səf salma həytda kimləsə məni,
Sən deyənlər hara , şairin hara.
Bir könül olarsa eşqin vətəni,
Eşqin öz əliylə çəkilər dara.

Göydəki arzular olsa da gerçək,
Yerdəki qisməti ata bilmərəm.
Sözlərim yar kimigülüzlü , göyçək,
Xəyallar içində yata bilmərəm.

Gizlənə bilmərəm bədnəzər gözdən,
Nəzər sözlərimə girib dolanda.
Qurtara bilmirəm tənəli sözdən,
Söz də özgələşir yersiz olanda.

Sözlərim sinəmdə yaşıl səməni,
Dil açdı könlümdə arzu, diləyi.
Ana əlləri tək oxşadı məni,
Saçımı daradı səhər küləyi.

Çən – duman süründü qalxdı dərədən,
Yol- yamac büründü al - əlvan dona.
Gözlədim, çox ovum keçdi bərədən,
Vurmadım, doyunca hey baxdım ona.

Yorula bilmədim dağda,aranda,
Enişlər, yoxuşlar arxada qaldı.
Könlümün istəyi məni yoranda,
Başımın üstanü çən – duman aldı.
                    ******
      Yozdu, yozmadı.

Sübh çağı bir gözəl girdi yuxuma,
Istədim toxunam, dedi: toxunma.
Döndü kamanıma, döndü oxuma,
Bilmədim yerimi yazdı, yazmadı.

Fikirlər əlindən gəldim cəzana,
Ömrümün baharı döndü xəzana.
Yuxumu danışdım , yuxu yozana,
Tərsinə fırlatdı, yozdu, yazmadı? .

Bu dünya özü də  başa kələkdi,
Başımın üstandə gəzən fələkdi!
Mənim talehimi yazan mələkdi,
Mələklər yazımı pozdu, pozmadı.
                  ******
    Əmanətdir ocaq yeri, yurd yeri.

Dərdə düşən dərd əlindən hal bilər,
Başı qovğa çəkən kəslər qal bilər.
Ucuz sözdən şəkər tutan bal bilər,
Sabahını o düşünməz , o anmaz.

Köçər olsam olar yurdum qurd yeri,
Əmanətdir ocaq yeri, yurd yeri.
Ocağımda ocaq daşı dur yeri,
Yeriməsən yurd daşları oyanmaz.

Nə verdilər gözəllərim seçmədim,
Gözüm gördü, könül sevdi keçmədim.
Doğma yurdum qalan oldum, köçmədim,
Yurdsuz ürək bu köksümdə dayanmaz.
                      ********
        Bir ömür yaşadım.

Bir ömür yaşadım, dərd , kədər oldu,
Həyat səhnəsindən o gəldi keçdi.
Sevinci ölümdən çox betər oldu,
Xəyal dünyasına o güldü getdi.

Qılınc çaldı mənə qəflət, etibarsız,
Ölüm adlı , bir mələkdən gəldi xəbər.
Xəstə yatmış bu canımı arsız – arsız,
Aldı mənim əllərimdən bu son səfər.

Yaxınlaşır ölüm mənə , hər gün, hər an,
Istəmirəm mən ölümə ətək verəm.
Xəstə cana fələk oğlu versə aman,
Öz ömrümü məhəbbətə gərək verəm.

Od içində can evində bişsəm də,
Xilqətimə hər gün mən baş əyərəm.
Ölm adlı zindanlara düşsəm də,
Sağ ol Ana ! Yaşa Vətən ! Deyərəm.
                    ********
 Fikrim uzaqlara çəkəndə məni.

Bəstəkar quşların qalxdı sədası,
Bu bağın yeni bir havası vardır.
Qəlbimin dərmanı naləli düzlər,
Itburnu çayının şəfası vardır.

Yaylağa çıxanlar düşərmi dərdə,
Salar sorağına sözlərim məni.
Xəyalım göylərdə , ayağım yerdə,
əbədi yaşadar izlərim məni.

Küləklər qovanda dumanı, çəni,
Mənə əl eylədi, mənlə görüşdü.
Fikrim uzaqlara çəkəndə məni,
Araya yenə də ayrılıq düşdü.
                 *****
Ömrümün karvanı hələ yoldadır.

Vaxt olur qarşıma çıxır toy – düyün,
Vaxt olur tapmırsan bir dərdə çarə.
Bəzən də hesbat verirsən hər gün,
Ömürdən sürüşüb düşən anlara.

Əslində burağma ömrünün əlin,
Bir tükə bənd olub əcəl körpüsü.
Ürək can sirdaşı, bəzəkli gəlin.
Ətdən sipərlənib canın hörgüsü.

Ömrümün karvanı hələ yoldadır,
Ümüd var görüşək mənzil başında.
Deməyin millətim gör nə haldadır,
Cavanlar qocaldı cavan yaşında.
Mənim də şanlı günüm dolanar,
Ruhlar aləminə qoşulub gedər.
Fələk günlərimi oturub sanar,
Insan ömrü olmaz fikirlər qədər.
                ******
     Nə qədər ki, bu dünya var.

Nə qədər ki, bu dünya var bərabərlik olmayacaq,
Qılınc təki həqilə də öz qınında qalmayacaq.

Nə qədər ki,paxıllıqlar ürəklərdə zəfər çalar,
Bu yaxşılıq , nə gözəllik ümüdverən olmayacaq.

Nə qədər ki, bu dünyada ölüm – itim tutub qərar,
Insan oğlu bu dünyada qismətini orda tapar.

Bu dünyanın həqiqətixəyallarda olar gerçək,
O dünyada arzular da , xəyallar da açar çiçək.

Hər dövürün öz hökmü var, hər zamanın vuran nəbzi.
Sözü yaşlı , gülə - gülə axtararıq sevgimizi.

Yaxşılıq da , yamanlıq da bi ölşüdə , bir biçimdə,
Insan oğlu nə qədər var yaşadacaq öz içində.

Nə qədər ki, bu dünya var söz-  söz olar ağıl başda,
Səadətdə çiçək aşar, həm torpağda, həm də daşda.

Nə qədər ki, bu dünya var, insan oğlu insan da var,
Əyaqlarda dəmir çıraq, gəzəcəklər, diyar – diyar.

Bir şeyriyyat nəfəsiyəm, odu məndə qucaq- qucaq,
Hər közündə min bir sual , söz sinəmdə ocaq- ocaq.

Yaxşılar da, yamanlar da yaşayarlar bu dünyada,
Hamı istər laiq olsun ən şərəfli , böyük ada.
                            *******
Xəyyallarım ayaq açıb.

Ümüdlərdən doğan hünər , əməllərdə üzə gülər,
Ömrə zinət vuran təbim sətir – sətir görə bilər.

Dənizlər tək coşub – daşıb , dalğalardan inci tutdum,
Dəryalara baş vurandan bu dünyanı mən unutdum.

Qoltuğ ağac olmayaq bundan belə bir çolağa,
Toxunmasın yad nəfəsi , yol tapmasın bu torpağa.

Zaman – zaman düşmənlərə əyilməyən can Vətənim,
Şəhid olsam gül bayrağın qoy olsun mənim kəfənim.

Ürəklərdə şimşək çaxar, gözümüzdən yağar yağış.
Təbiətin qüdrətindən çəmənliklər naxış – naxış.

Xəyallarım ayaq açıb, səyyah olubdur aləmə,
Söz – söz oxuyan qələmim düşman kəsilibdi qəmə.

Əl götürdüm mən Allaha təzələndi ruh bədəndə,
Ümüd dolu arzularla bu şeyrimi yazdım mən də.
                       ******
İnsan ömrü.

Insan ömrü cəhalətdən uzaqdır
Aqillərin bağçasında bitərsə
Yazıq demə, demə kimsə yazıqdır
Yazıqlığı cahillikdən betərsə.

Bu dünyada yaşamağa nə vardı,
Istəyimi anlasaydı ürəyi.
Insan adın daşımağa nə vardı,
Halallıqla yoğrulsaydı çörəyi.

Var – dövlətə həsəd çəkən çox olar,
Qismətimə nə düşdüsə bəs dedim.
Özgə malı an içi də yo olar,
Halal tikə tükənməzdir, kəs dedim.

Neçə nəsil yaşadan bu dünyanın,
Bilindimi əvvəli nə, sonu nə?
Yandırdılar astarını həyanın,
Bilmədilər yaşamağın yönü nə..

Tanı ginən çiçəklərdən bu yazı,
Hərə bircür bu dünyadan yol keçər.
Saz sinəmdə, qönçələndi bu yazı,
Oxuyanlar cahillikdən əl çəkər.
                 *****
Saf duyğular dil açanda.

Şair könlüm ilham alar səhərlərdən hər zaman,
Xəyallarım qovuşduqca ulduzlara anbaan.

Saf  duyğular dil açanda ilham pərim oyanır,
Səhərimin yanaqları al şəfəqə boyanır.

Yazın ilıq nəfəsindən canə gələr sözlərim,
Durna gözlü duyğuları oxşasa da gözlərim.

Al günəşli bu torpağın mayasından yarandıq,
Bu torpqğın günəşinin şəfəqilə darandıq.

Qəm içində çıxsam belə yolu bəlli səfərə,
Nikbin ruhlu şeirlərim aparacaq zəfərə.
                    *****
Yaranan bir dəfə gələr dünyaya.

Çalış öz sözünü özün deyəsən,
Qoy səni sıxmasın əzabkeş ürək.
Dost, düşmən önündə dayananda sən,
Dağlar tək vüqarlı olasan gərək.

Əbədi həyatda tək yaradandı,
Yaranan bir dəfə gələr dünyaya.
Işıqdan yarnıb bu yer kürəsi,
Odur ki, möhtacdı günəşə, aya.

Ağla sən özünçün, ağlaya bilsən,
Kiminsə gözündə göz yaşı olma.
Ayazın hörmətin saxlaya bilsən,
Hər yoldan ötənin sirdaşı olma.
                *******
Sənsiz kim yozacaq xeyrə yuxumu.

Xəyalım göyləri zəbt edəcəkdir,
Ümüdlər , arzulr çox boy atmadı.
Duyğular qəlbimə yüz sevgi əkdi,
Bu yatmış hissimi heç oyatmadı.

Soruşan olmadı ərzi – halımı,
Gündüzü, gecəmdən qara gətirdi.
Sulara danışdım qeylü – qalımı
Arzular ömrümü zara gətirdi.

Küləklər sözümü apardı, getdi,
Buludlar xəbərsiz ağladı yerə.
Torpağın üzündə bərəkət bitdi,
Göylər məhəbbətin bağladı yerə.

Sehrinə düşdükcə qoca dünyanın,
Yerlər də, göylər də xəyal görünər.
Başqa bir aləmdə görsən cahanı,
Həm günəş , həm aysız mahal görünər.

Bu yuxu yozanlar yuxusuz imiş,
Qəlbimə əkəndə yuxu toxumu.
Ay allah, bu yuxu nə duzzuz imiş,
Sənsiz , kim yozacaq xeyrə yuxumu.

Şairlər xəyala dalanda hər an,
Göyərənümidlər al səhər olar.
Suallar cavabsiz qalanda inan,
Fikirlər dolaşıb yollarda qaldı.

İlhamım ürək tək çabalar yenə,
Şair tək göyərib çıxanda üzə.
Verdim ki, canımı ilahi sənə ,
Gələm sənin ilə bir gün üz – üzə.
             ******

Комментариев нет:

Отправить комментарий