воскресенье, 5 декабря 2010 г.

sərvəti açıqlandı


Heydərovla Paşayevlərin sərvəti açıqlandı
image
“Wikileaks” ABŞ diplomatlarının daha bir məktubunu yaydı: "Azərbaycanın ən varlı ailələrinin önündə Paşayevlər dayanır; Heydərovlar ailəsinin özəl “Airbus 319” təyyarəsi var"  Xarici ölkələrdə fəaliyyət göstərən ABŞ diplomatlarının Vaşinqtona göndərdiyi məxfi yazışmalarını yayan "Wikileaks" saytı Azərbaycanla bağlı növbəti sensaion dosye açıqlayıb. Amerika diplomatlarının "mərkəz"ə yolladığı mütəxlif mənbələrdən əldə olunmuş məlumatlar əsasında hazırlanan hesabat xarakterli yazıda Azərbaycanın ən varlı ailələri, onların inhisara aldığı sahələr barəsində geniş məlumat verilir. Həmin ailələr sırasında birinci yerdə Paşayevlər, ikinci yerdə isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsi dayanır.
Paşayevlər 10 aparıcı banka sahibdir; Bakıda "Bentli" avtomobilinin satışı ilə məşğuldur  "Azərbaycanın ən varlı ailələrinin önündə Paşayevlər dayanır. Ölkənin birnci xanımı Mehriban Əliyeva həmin ailənin üzvüdür, prezidentin xanımıdır. Paşayevlərin nəhəng "Paşa Hopldinq"i Azərbaycanda 10 aparıcı banka nəzarət edir. Həmin holdinq Bakıda ilk olaraq bahalı "Bentli" avtomobil salonunu açıb, bu maşınların Azərbaycana gətirilməsi və satışıyla məşğuldurlar. Bundan başqa onlar paytaxtın ən məşhur mehmanxalarından birinin tikintisini həyata keçirən "Paşa inşaat" tikinti şirkətinə sahibdirlər. Azərbaycanın aparıcı televiziyaları Paşayevlər ailəsinin nəzarətindədir. Bu ailə mobil telefon operatorlarından birini və müasir texnologiya sahəsini inhisara götürüb. Paşayevlər rus dilində Azarbəycan dilindən yaxşı danışır. Maraqlarında olan nazirlik və qurumlar üzərində mütləq hakimiyyətləri mövcuddur", - deyə ABŞ diplomatlarının Vaşinqtona göndərdiyi məxfi məktubda vurğulanır.
Heydərovun şəxsitəyyarəsi var, oğlanları da hər biri 20 milyon dollarlıq təyyarə almaq istəyir    “Wikileaks” saytı tərəfindən yayılan məxfi sənədlər arasında Azərbaycana dair daha bir şok məlumatlar üzə çıxıb. İspaniyanın “El Pais” qəzeti tərəfindən yayılan sənədə görə, Bakıdakı Amerika diplomatları Azərbaycanın ən varlı ailələrinin dosyesini hazırlayaraq Vaşinqtona göndərib. Bu dosyelərdən biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlıdır. Bildirilir ki, gömrük xidmətinin keçmiş rəisi olan Kəmaləddin Heydərovun ailəsi Azərbaycanda ikinci ən zəngin ailədir. Onun atası Fəttah Heydərov partiya rəhbəri olub və uzun müddət Naxçıvanda işləyib. “Heydərovlar ailəsinin özəl “Airbus 319” təyyarəsi var, lakin onun iki oğlu-Tale və Nicat da hər biri özlərinə dəyəri 20 milyon dollar olan “Gulfstream” təyyarəsi almaq istəyirlər. Onların sərvətlərinin mənbəyi barədə soruşanda Heydərovlar deyir ki, bu sərvətlər malik olduqları böyük biznes imperiyasından-qablaşdırıcı firmalardan, tikinti materialları istehsal edən zavodlardan, kimyəvi məhsulların istehsalından, tekstil məmulatlarının, kompakt-disklərin, videodisklərin, süd məhsullarının, dəri məmulatlarının satışından və digər sahələrdən qaynaqlanır. Heydərovlar həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı, fortepiano satışı, araq və şərab məhsullarının istehsalı və satışı, sığorta fəaliyyəti və digər bizneslərlə də məşğuldur. Nar şirəsi və qara kürü istehsalında da Heydərovlar inhisar haqlarına malikdir”.
Qəzet Heydərovların dosyesindən qısa çıxarış dərc edib, bu baxımdan dosyenin kim tərəfindən hazırlanıb göndərildiyini müəyyən etmək mümkün olmayıb. Lakin belə görünür ki, ABŞ diplomatının hazırladığı dosyedə Azərbaycanın digər oliqarxları barədə də məlumatlar əksini tapır. “Wikileaks” bundan əvvəl Qazaxıstanın hakim siyasi elitasının həyat tərzi və sərvətləri barədə amerikalı diplomatlar tərəfindən göndərilən dosyeni, habelə Rusiya siyasi elitasının nə dərəcədə korrupsiyalaşdığı barədə hesabatı yaymışdı.

Комментариев нет:

Отправить комментарий