понедельник, 22 ноября 2010 г.

14 il cəza verildi


20 -11 -2010 . Kubra Əliyevanın oğluna 14 il cəza verildi
Rauf Məmmədovun cinayətləri məhkəmədə açıqlandı
Elmira Məmmədova: «Məni yerə yıxıb boğmağa başladı…»
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə quldurluqda və sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Xalq artisti Kübra Əliyevanın oğlu Rauf Məmmədova hökm oxundu.
İttihama görə, Rauf Məmmədov bu ilin iyulun 21-də H.Cavid prospektində yerləşən aptekə daxil olaraq, orada satıcı işləyən Elmirə Məmmədovaya sifət və baş nahiyəsindən yumruqla vurub kassadan 500 manat və əl çantasından 5 manat götürərək aradan çıxıb. Rauf Məmmədov hadisədən bir gün sonra Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində yaxalanıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, Rauf Məmmədov indiyə kimi narkotik maddələrin istifadəsi, daşınması və saxlanılması, həmçinin paytaxt sakininə xəsarət yetirməsinə görə 4 dəfə məhkum olunub.
Məhkəmədə ifadə verən Rauf Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, narkotik istifadəçisi olduğundan ona pul lazım olub. Quldurluq əməlini də narkotikə olan ehtiyacını ödəmək üçün törədib.
İfadə verən zərərçəkmiş Elmira Məmmədova bildirib ki, hadisə zamanı yeganə çıxış yolunu qaçmaqda görüb. Bu məqsədlə asta-asta qapıya tərəf hərəkət etməyə başlayıb: “Dalımca qaçdı, pulların yerini soruşdu. İki dəfə getdi pulu tapa bilmədi. Mən ona pulun yerini doğru demişdim. 3-cü cəhddən sonra pulları tapan basqınçı əlindəki telefon naqili ilə onu boğmağa başlayıb. Körpə uşaqlarının olduğunu bildirən əczaçının yalvar-yaxarından ürəyi yumşalmayan quldur onu boğmağa davam edib». Onun Elmira xanımı öldürməkdə məqsədi isə hadisənin yeganə şahidini aradan götürməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq olub. Amma telefon naqili qırıldığından basqınçı hadisə yerini tərk edib. Onün ilk köməyinə təsadüfən aptekə gələn qızı çatıb.
Məhkəmə bütün tərəfləri dinləyəndən sonra Rauf Məmmədovun 14 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb.
Oxunub: 70 dəfə.

Комментариев нет:

Отправить комментарий