среда, 17 ноября 2010 г.

FIZIKI VƏ HÜQUQI ŞƏXSLƏR NECƏ KREDIT ALA BILƏRLƏR?

SAHIBKARLIQ FƏALIYYƏTI ILƏ MƏŞĞUL OLMAQ ISTƏYƏN VƏ YAXUD MƏŞĞUL OLAN FIZIKI VƏ HÜQUQI ŞƏXSLƏR NECƏ KREDIT ALA BILƏRLƏR?
Bu sahədə uzun müddət apardığım müşahidə və araşdırmalara və kredit alanlarla və yaxud kredit almaq üçün Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrılmaqla Sahibkarlığın inkişaf etdirilməsinə verilməsi nəzərdə tutulan Dövlətdən illik faiz dərəcəsi 1 % olmaqla ayrılan bu vəsaiti İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil seçilmiş bank və qeyri bank kredit təşkilatları hər bir müraciət edən vətəndaşa ( fərqi yoxdur, sahibkardır ya yox) 2010 cu ilə qədər 7 % - ə 2010 cu ildən başlayaraq isə 6 % - əlavə ödənişlə verilir. Bu zaman Dövlətin rolu zəifləyir bu işə cəlb edilmiş müvəkkil bank və ya qeyri bank kredit təşkilatlarının rolu artır. Onlar dövlətdən aldıqları bu vəsaiti vətandaşlar bir neçə dəfə aldıqlarından demək olar ki, baha qiymətə istədikləri şəxslərə satırlar.
Beləliklə əsl sahibkarlıq fəaliyyəti ilə məşğul olan və yaxud olmaq istəyən Fiziki və Hüququi şəxslər bu vəsaitdən istifadə etmək hüququndan məhrum edilirlər.
Kredit almaq üçün Milli Fonda müraciət edənlərə bir qayda olaraq bildirilir ki, Bahk və qeyri bank kredit təşkilatları müstəqildirlər. Ona görə də onlara müraciət edərək isədiyiniz məbləğdə kredit əldə edə bilərsiniz.
Lakin bu heç vaxt belə olmur. İllərlə Milli Fondla bank arasında yol gedib gələndən sonra kiminsə rəhmi gəldikdən sonra sahibkara 15000 – 20000 mant vəsait verilir. Bununla da sahibkar işini yarımçıq quqrur. İnkişaf edə bilməyən sahibkar iki il müddətində aldığı krediti məcburiyyət qarşısında qalmaqla geri qaytarır.
Mənm sahibkarlarla apardığım uzun illərin təcrübəsi göstərir ki, Bu dövlət vəsaitini Sahibkara = yəni mülk sahibinə vermək lazımdır ki, sahibkar işini qura bilsin və yeni əlavə iş yerləri açılsın.
Bir də sahibkarlara verilən kredit Milli Fond tərəfindən verilməsi məqsədə uyğundur.Əlavə olaraq kimlərinsə bu sahəyə qoşulması artıqdır. Bu prosses sahibkara mane olmaq üçündür.
İndi bəzi kredit təşkilatları ( rüşvət, şapka nə bilim nə almadan) vətəndaşlara 1000 ; 3000 : 5000 manat həcmində qısa müddətli 1 il 1 il 6 ay 3 il müddətinə hər ay üçün təxminən 2,6 – 3 % üstəgəl olmaqla kredit verdiyi halda Milli Fondun vəsaitindən əsl Sahibkarlar istifadə edə bilmirlər.
Yerlərdə Sahibkarların fəaliyyəti ilə əlaqədar heç bir içtimai qurum və yaxud Dövlət qurumu fəaliyyət göstərmir. Demək oar ki , yoxdur. Bu sahə başdı – başınadır. Lakin bu sahənin inkişafına böyük ehtiyac olduğu üçün yerlədə Sahibkarla Dəstək Fondu və yaxud Saibkarlğın İnkişaf Mərkəzləri olmalıdır. Təssüf ki, ...
Bax bu səbəbdən də sahibkar necə kredit almalıdır ? kimə və hara müraciət etməlidir? Bunun üçün lazım  olan hüquqi sənədləri necə hazırlamlı? Bunlar hamısı sual doğurur.
Odur ki, bu sahədə müzakirələr aparılmalı , tele kanallarda təbliğat işləri aparılmalıdır. Hər bir ölkənin , Dövlətin inkişafı onun iqtsadiyyatından asılıdır. Odur ki, güclü Sahibkar ordusu yaratmaq üçün mökəm, təmiz , pak , təmənnasız olaraq Sahibkarlara verilməsi nəzərdə tutulan  kredit siyasəti həyata keçirilməlidir.

Комментариев нет:

Отправить комментарий