понедельник, 29 ноября 2010 г.

Əliağa Kazımov həbs olunacaq

Masallı RPŞ-nin əməliyyat işləri üzrə rəis muavini polkovnik-leytenant Əliağa Kazımov həbs olunacaq
Sərraf Əliyevin ölümü ilə bağlı artıq Respublika Prokurorluğunun əməkdaşları Masallıda araşdırma aparırlar
altÖtən sayımızda ölkənin mebel istehsalı bazarında liderlik edən "Embawood" şirkətinin icraçı direktoru Sərraf Əliyevin özünü asaraq öldürməsi barədə məlumat vermişdik. Həmin xəbərdə qeyd olunurdu ki, Sərraf Əliyev şirkətdə yoxlama aparıldığı bir ərəfədə gözlənilmədən özünə qəsd edib.
Etibarlı mənbə bildirmişdi ki, bu hadisə rayon rəsmilərinə və "Embawood" şirkətinin rəhbərliyinə böyük narahatçılıq yaradıb. Onlar Sərraf Əliyevin özünə qəsd etmə səbəblərinin açıqlanmasından qorxuya düşüblər. Buna görə də hadisənin əsas təfərrüatları gizli saxlanılır.
Dünən etibarlı mənbə bildirdi ki, özünü asan Sərraf Əliyev "Embawood" şirkətinin sahiblərindən sayılan Elşad Məmmədovun bacısı oğludur. Elə bu səbəbdən də inanılmış şəxs kimi şirkətin icraçı direktor postu ona həvalə olunubmuş və bütün maliyyə əməliyyatları onun adına rəsmiləşdirilirmiş.
Qeyd edək ki, "Embawood" bir neçə nəfərin baş həriflərinin birləşməsidir, yəni, E- Elşad (Məmmədov), M- Məhşur (Məmmədov), B- Bəşir (Sultanov), A- Allah adamı (?), wood isə ağac, odun mənalarını verir.
Dəqiq təfərrüatlar gizlədilir...
Dünən isə hadisə ilə bağlı rayondakı etibarlı mənbə Sərraf Əliyevin özünə qəsd etməsinin dəqiq təfərrüatlarını bizə çatdırdı.
Deməli, özünə qəsd edən Sərraf Əliyev bir neçə gün əvvəl Mirqabil Hüseynovun direktoru olduğu 1 saylı orta məktəbin 10-cu sinif şagirdi Əmənova Xonsənəm Eldəniz qızını zorlayıbmış. Zorlanan Əmənova kasıb ailənin övladıdır və atası Eldəniz əlildir.
Qeyd edək ki, məlumatın doğruluğunu Masallı Rayon Polis Şöbəsindəki mənbəmiz də təsdiqlədi, işin polis və prokurorluqda araşdırıldığını bildirdi. Hətta dünən saat 15:40 radələrində Elşad Məmmədov (Sərraf Əliyevin dayısı) prokurorluğa çağırılaraq  dindirilib. Bu hal işin istintaqının aparıldığını bir daha təsdiqləyir. Lakin mənbə Sərraf Əliyevi özünü ödürmə həddinə çatdıran şəxslərin olduğunu da istisna etmir. Hətta onun döyülərək öldüruldüyü və ya döyüldükdən sonra özünü öldürdüyü versiyası da səslənir.
Gizli videokameranı kim (lər) yerləşdirib?
Belə ki, mənbənin məlumatına görə, Sərraf Əliyevin Əmənovanı zorlaması video görüntüyə alınıb. Bundan sonra Sərraf Əliyev rayon polis şöbəsinə çağırılaraq ona videogörüntü göstərilib və onların dediklərini etməsə və ya lazım olanı verməsə bu görüntü ilə şantaj olunacağını bildiriblər. İşin araşdırılması rayon polis şöbəsinin müstəntiqi Ənvər Həsənova həvalə olunub. Bu hadisədən sonra Sərraf Əliyev gözlənilmədən ölüb.
Mənbə onu da bildirir ki, hadisə baş verən gün rayon polis şöbəsinin rəisi Əkbər Hacıyev Bakıda imiş. Lakin özü ilə Qəbələdən gətirdiyi müavini Əlifağa Kazımov rayonda olub. İlkin istintaq da onun rəhbərliyi altında aparılıb.
Hətta məsələnin böyüdüyünü görən Masallı RPŞ-nin əməliyyat işləri üzrə rəis muavini polkovnik-leytenant Əlifağa Kazımov bildirib ki, Sərraf Əliyevin polis bölməsinə çağırılaraq dindirilməsi və onun qorxudulması rəis Əkbər Hacıyevin tapşırığı əsasında baş verib. Amma buna baxmayaraq, onun yaxın günlərdə həbs olunması da gözlənilir.
Dünən həmçinin aldığımız məlumatlarda bildirildi ki, Sərraf Əliyevin özünü asaraq öldürməsi faktı ilə bağlı araşdırma aparmaq üçün artıq Respublika Prokurorluğunun bir qrup əməkdaşı Masallıya yollanıb. Onların mühüm araşdırmalar apardığı deyilir.
Qohumları Sərraf Əliyevi döyərək öldürüblər?
Lakin mənbə ehtimal edir ki, Elşad Məmmədov, Məhşur Məmmədov, Bəşir Sultanov, Ramazan Zeynalov yaxın qohumları olan mərhum Sərraf Əliyevi şirkətin sexlərinin birində bərk döyərək bu əməli niyə törətdiyini soruşublar. O da ehtimal olunur ki, Sərraf Əliyev döyülərkən bu şəxslərin əlində ölüb və qohumlar da məcburiyyət qarşısında qalıb onu asıblar. Görünür, elə bu səbəbdən də polisə ekspertiza aparılmağa və ya istintaq işlərini həyata keçirməyə imkan vermirlər. Bütün bunlar bizə gəlib çatan ilkin versiyalardır.
Hətta mənbə bildirir ki, polis yas məclisinə belə buraxılmır və məclis Ramazan Zeynalovun, Bəşir Sultanovun, Elşad Məmmədovun nəzarəti altında yola verilir.
Daha bir məlumat da ondan ibarətdir ki, Elşad Məmmədov rayon polis idarəsinin rəisi ilə əlaqəyə girərək Sərraf Əliyevin özünü asmasını müstəntiq Ənvər Həsənov və Cəlilin üzərinə qoymağa çalışır. Guya ki, onlar Sərraf Əliyevi şantaj ediblər və nəticədə şantajdan biabır olacağından qorxaraq Əliyev özünü asıb. Lakin bundan xəbər tutan müstəntiq bildirib ki, əgər belə hal baş versə qətlin dəqiq təfərrüatlarını açıqlayacaq və günahsız olduğunu sübut edəcək.

İcra başçısı ilə təcili görüş

Mənbə bildirir ki, hadisədən sonra işin ört-basdır edilməsi məqsədilə Sərraf Əliyevin yaxın qohumları Konserva sexinin rəhbəri Nəriman Əliyev, Məhşur Məmmədov və "Bayram M" şirkətinin rəhbəri Ramazan Zeynalov rayon icra hakimiyyəti başçısının yanında olublar. Hətta görüş zamanı Ramazan Zeynalov minnətlə "Xonsənəm Əmənova Nazxanımın nəvəsidir də. Nə olacaq ki?" kimi ifadələr də işlədib.
Burada bir haşiyəyə çıxaraq deyək ki, kimin nəvəsi və ya kim olmasına baxmayaraq, qanun hamı üçün eynidir. Bəyəm, Nazxanımın nəvəsidir deyə zorlanmalıdır?
Burada başqa bir məqam da var. Mənbə bildirir ki, Əkbər Hacıyev öz istəklərinə çatmaq üçün bu hadisəni ört-basdır etmək niyyətində görünür. Çünki, hazırda Masallının polis rəisi olan Hacıyev Lənkəran şəhərinə polis rəisi getmək istəyir. Daha sonra isə yenidən Masallıya icra hakimiyyəti başçısı kimi qayıtmaq arzusundadır. Ramazan Zeynalov və Nəriman Əliyev cütlüyü bu işdə ona yardımçı olacaqlarına söz veriblər. Təki problem həll olunsun.
Şeyx "məni bu məsələyə qatmayın" deyib...
Hətta mənbə bildirir ki, Ramazan Zeynalov bu problemin yoluna qoyulması üçün Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadədən də kömək istəyib. Amma şeyx bildirib ki, bu işə onu qatmasınlar. Biz də inanırıq ki, Masallıda baş verən məlum olayın əsl səbəblərinin açılmasına və günahkarların cəzadan kənarda qalmasına şeyx müdaxilə etməyəcək.
Daha bir maraqlı məqam isə baş vermiş hadisənin ölkənin daxili işlər naziri Ramil Usubovdan gizlədilməsidir. Mənbə bildirir ki, bu gün DİN-də nazirin iştirakı ilə kollegiya iclası keçiriləcək. Sərraf Əliyevin ölümündə əli olması ehtimal olunan Elşad Məmmədov, Ramazan Zeynalov, Bəşir Sultanov, Nəriman Əliyev çalışırlar ki, bu məsələ kollegiyada müzakirə mövzusu olmasın və bu barədə nazir Ramil Usubov xəbərsiz olsun.
Amma onu da bildirək ki, Ramil Usubov ölkənin DİN başçısıdır və bu kimi hadisələrin nazirdən gizlədilməsinin özü belə cinayət hesab olunur. Üstəlik, Ramil Usubov peşəkar bir polis işçisi olaraq bu hadisə barədə yəqin ki, artıq məlumatlandırılıb və işin dəqiq araşdırılması üçün öz tapşırıqlarını verib.
"Gündəlik Bakı" rəsmi qurumlara müraciət edir
Üstəlik, biz də "Gündəlik Bakı" qəzeti olaraq baş vermiş ölüm hadisəsinin dəqiqliyi ilə araşdırılmasını, ölümündən əvvəl Sərraf Əliyevə kimlərin zəng etməsini, telefonda nələrin danışıldığını, tibbi ekspertizanın rəyini rəsmi orqanlardan tələb edəcəyik. Artıq qəzet olaraq rəsmi sorğular aidiyəti qurumlara göndərilmək üçün hazırlanır. Çünki cinayətkarın cəzasız qalması yeni cinayətin baş verməsi deməkdir.
Qanun hamı üçün eynidir.
Sonda acı da olsa bildirək ki, görəsən, Elşad Məmmədov bacısı oğlu Sərraf Əliyevin ölümünə "kədərlənərək" axıtdığı göz yaşlarının arxasında nə gizlənir? "Embawood"un sahibi Bəşir Sultanov qohumunun ölümü barədə nə fikirləşir? Görəsən, "Embawood"çular yenə də "AST-Telman"ın adını hallandıracaqlarmı?
Bizi izləyin. İstintaqın gedişini izləyib sizlərə dəqiq məlumatlar verəcəyik.
P.S. Axşam saatlarında aldığımız məlumata görə, Masallıya yollanan prokurorluq əməkdaşları artıq qətlin hansı şəraitdə törədilməsi ilə bağlı ipucu əldə ediblər. Buna görə də Hacı Mazan bərk narahatlıq keçirir. Çünki onun da adı şübhəlilər siyahısında hallanır.
"Gündəlik Bakı" araşdırma qrupu  
Uyğun mövzülar :

Комментариев нет:

Отправить комментарий