среда, 17 ноября 2010 г.

Fiziki şəxs NƏ DEMƏKDIR?

Fiziki şəxs:
Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən, yəni Azərbaycan Respublikası Verğilər Mazirliyinin Ərazi Vergilər İdarəsi tərəfindən qeydiyyata alınmaqla Azərbaycan Respublikası ərazisində  fəliyyət göstərməyə icazə verilir.
Fiziki şəxs – kimi fəaliyyət göstərmək üçün hər bir vətəndaş ƏVİ – ( ərazi vergilər idarəsi) müraciət etməklə qeydiyyata alındıqdan sonra fəaliyyət göstərmək hüququna malik olurlar: bunun üçün vətəndaş ƏVİ – nə lazım olan sənədləri təqdim etdikdən sonra elə həmən gün qeydiyyata alınırlar.
Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin surətini.
Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş Fiziki şəxsin qeydiyyata alınması barədə ərizə formasının doldurulmaqla təqdim edilməsi, yolu ilə həyata keçirilir.
Qeyd edilən sənədləri vətəndaş özü və yaxud onun Notarial qaydada təsdiq olunmuş Etibarnamə əsasında  nümayəndəsi tərəfindən də icra olunmaqla da həyata keçirmək olar.
Bu məsələlər qanuni qaydada icra edildikdə ƏVİ – i həmən gün vətəndaşın sənədlərinə operativ baxış keçirməklə onu Vergi ödəyicisi kimi dövlət qeydiyyatına alır və aşağıdakı sənədləri verir:
VÖEN – vəsiqəsini
Nəzarət kitabcasını
VÖEN – nə deməkdir?
Hər bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxs – fəaliyyətini müəyyənləşdirdikdən sonra dövlət qarşısında götürdüyü ödəliyinə cavabdehdir, ona görə də qeydiyyata qlındıqda ona VÖEN – verilir.
Nəzarət kitabçası nə üçündür? – müxtəlif dövlət qurumları sahibkarliq fəaliyyəti ilə məşğul olan fiziki şəxsini fəaliyyətinə nəzarət etmək üçün bu kitabda qeydiyyat aparmaqla öz yoxlama və yaxud təftişlərini qanuna müvafiq həyata keçirə bilərlər. Hər hansı bir yoxlama və ya təftiş aparılaması nəzarət kitabına qeyd edilmədən aparıla bilməz.

3 комментария: