понедельник, 22 ноября 2010 г.

"Binə" Ticarət Mərkəzində vergi fırıldağı


Nəbz : "Binə" Ticarət Mərkəzində vergi fırıldağ
Vergilər Nazirliyindəki bəzi rəsmi şəxslər Kəbirə Məmmədova ilə əlbir işləyir
Vergi dövlətin büdcəsinin formalaşmasında yaxından iştirakçı rolunu oynayır. Hər bir vergi ödəyicisinin az qala müqəddəs borcudur ki, vergiləri vaxtında ödəsin. Ölkənin bütün sahələrinin həyatı vergilərdən asılıdır.
Ümumiyyətlə, dövlətin bütünlüklə mövcudluğu vergi siyasətinin düzgün qurulmasından asılıdır. Bunu biz də gözəl bilirik.
Amma ölkədə vergi yığmaları necə aparılır onu da yaxşı bilirik. Bilirik ki, əsasən böyük ticarət mərkəzləri, nazirlərin nəzarətində olan biznes sahələrindən vergi yığma necə həyata keçirilir.
Ötən saylarımızda "Gündəlik Bakı" qəzetinin Vergilər Nazirliyinin əməkdaşı tərəfindən yoxlama aparılması barədə məlumat vermişdik. Hansı ki, vaxtlı-vaxtında vergini ödəyirik. Üstəlik, sonradan müəyyənləşdirdik ki, nazirliyin belə bir fikrə düşməsinin əsas səbəbi Mətbuat Şurasının məktubudur. Sən demə, Mətbuat Şurası Vergilər Nazirliyinə məktüb ünvanlayıb ki, "Gündəlik Bakı" qəzetinin maliyyə mənbələri yoxlansın. Təsəvvür edirsinizmi, qos-qoca nazirlik hər hansı bir Qeyri-Hökumət Təşkilatının qərəzli  məktubu əsasında yoxlama aparmaq göstərişi verir.  Bu hal sözün həqiqi mənasında gülüncdür. Çünki nazirlik lazım olan zaman özünün qaydaları ilə yoxlama həyata keçirməlidir. Üstəlik, ödənilən vergiyə diqqət olunmalıdır.
Qaldı ki, vergi yığmalara... Bax, bu məsələ qəzetimiz tərəfindən araşdırılır. Yuxarıda da qeyd etdik ki, qəzetin maliyyə mənbələrini və vergi ödəmə formasını yoxlamaqdansa, böyük biznes məkanlarının, ay ərzində milyonlarla oynayan yerlərin vergi ödəmələrini yoxlamaq lazımdır...
İlkin olaraq araşdırma apardığımız böyük biznes sahəsi "Binə" Ticarət Mərkəzidir. Araşdırmalar nəticəsində bəlli oldu ki, Ticarət Mərkəzində minlərlə ticarət obyekti fəaliyyət göstərir. Gün ərzində bu mərkəzdə milyonlar at oynadır. Amma vergi ödmələri necə həyata keçirilir. Məlumatlı mənbə bildirir ki, mərkəzin vergi ödəmələri çox sadələşdirilmiş şəkildə aparılır. Daha doğrusu, ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədova Vergilər Nazirliyindəki konkret adamlarının əli ilə bütövlükdə vergi ödəyir. Yəni bir qədər sadə şəkildə desək, optavoy formada.
Mənbə deyir ki, dəqiq vergi hesablamaları aparılsa, hər bir dukan gəlirin müəyyən olunmuş formalarda faizini vergi ödəməlidir. Amma ödəmir. Vergi ödəmələrini isə Kəbirə Məmmədova yığılmış kirayə haqqlarının çox az faizini ödəyir.
Bu da təbii ki, razılaşdırılmış şəkildə həyata keçirilir. Təəssüflər olsun ki, belə ticarət mərkəzləri, biznes sahələri çoxluq təşkil edir. Bunun yoxlamasını aparmaq lazımdır, yoldaş vergi müvəttişləri. Daha öz işçilərini imkansızlıq üzündən ictimai əsaslarla işləməyə məcbur olan bir qəzeti kiminsə sifarişi ilə yoxlamaq nə qədər vacibdir?
Biz qəzetimiz vasitəsilə Vergilər Nazirliyinin rəsmilərindən Binə" Ticarət Mərkəzinin bütün dükanlarının vergi ödəmə qəbzlərini tələb edəcəyik. Bu barədə nazirliyə rəsmi sorğu göndəriləcək.
Bu hələ hamısı deyil. Növbəti saylarımızda digər böyük biznes mərkəzlərinin də vergi ödəmə formalarını araşdıracağıq. Görək, Vergilər Nazirliyi həmin məkanlarda niyə vergi yoxlaması həyata keçirmir və ya keçirə bilmir...
Sonda onu da qeyd edək ki, bizim redaksiyanın qapısı bütün dövlət qurumlarının üzünə açıqdır. Ancaq ərklə bir şeyi də xatırlatmaq istəyirik ki, qəzetlərin bugünkü vəziyyəti ölkədə hamıya məlumdur.
İlkin

Комментариев нет:

Отправить комментарий