среда, 17 ноября 2010 г.

icra başçısının dəyişdirilməsi xəbəri yayıldı / 24.02.2010

  icra başçısının dəyişdirilməsi xəbəri yayıldı / 24.02.2010
Xəbərdə 10 saylı TƏEK-in baş həkimi Mirhamil Bəhramovun rayona başçı təyin olunacağı bildirilir
Artıq ölkə hakimiyyətinin ən yüksək dairələrində bir sıra rayonların icra başçılarının dəyişdirilməsinə va yeni icra başçılarının təyin olunmasına start verildiyi barədə xəbərlər hakimiyyət kluarlarından cəmiyyətə gəlməkdədir. Qəzetimizin ötən saylarında xeyli sayda icra başçılarının işdən çıxarılacağı barədə informasiyaları yəqin ki, möhtərəm oxucularımız unutmayıblar.
Buna görə də hakimiyyət daxilindən sızmış bu cür məlumatlar ayrı-ayrı rayonlarda demək olar ki, özünün uyğun simptomlarını göstərir. Artıq Füzulidə icra başçısı postunda 17 ildir əyləşmiş Nəbi Muxatarovu Abşeron rayon polis şöbəsinin sabiq rəisi Zahid Məmmədovun, Beyləqanda 5 ildir vaxtını öldürən İrşad Əliyevi 17 ildir Xocavəndin icra başçısı kreslosunda əyləşmiş Eyvaz Hüseynovun, Ağcabədidə icra başçısı kürsüsündə oturmuş Şahin Məmmədovu "Beyləqa-pambıq" ASC-nin direktoru Oqtay Hacıyevin və sairə əvəz edəcəyi barədə məlumatlar var.
Bu gün əldə etdiyimiz başqa bir məlumatda isə icra başçısı kreslosu ilə yaxın günlərdə vidalaşanların sırasına Cəlilabad RİH-in başçısı Əziz Əzizovun da adının yazıldığını qeyd edə bilərik. Məlumatı verən mənbənin bildirdiyinə görə, bu gün Cəlilabadda ötən ilin yekunlarına dair müşavirə keçirilib və Əziz Əzizov həmin müşavirədə ötən il Cəlilabadda xarüqalər yaradılması haqqında ağ yalanlarla dolu olan "xüsusi" nağıl-nitq söyləyib.
Mənbə bildirir Mirhamil Bəhrəmovun icra başçısı təyin olunması barədə qərar artıq ən yüksək səviyyədə verilib. Yaxın günlərdə Əziz Əzizovun icra başçısı kreslosunda əyləşməyə hazırlaşan Mirhamil Bəhrəmovun gəlişini eşidən rayon ictimaiyyətinin hər bir üzvü bu təyinatdan çox narahat olaraq, hər yerdə - küçədə, xiyabanlarda, çayxanalarda bu təyinata qarşı etirazlarını bildirir və hətta bəziləri öd püskürürlər.
Mənbə bu etirazların kökündə Mirhamil Bəhramovun 10 saylı TƏEK-də işlədiyi illər ərzində yaratdığı şiddətli rüşvətxorluq və korrupsiyanın, rayonda bütün kateqoriyadan olan əllilik dərəcələrinin yüksək miqdarda rüşvətlə təyin olunmasının dayandığını söylədi. Belə bir dağıdıcı insanın rayona daha yüksək posta  Cəlilabad RİH-ə başçı təyin olunmasına xalq bax, buna görə, haqlı olaraq etiraz edirlər.
Aldığımız məlumatı dəqiqləşdirmək üçün Prezident Adminstrasiyasının mətbuat xidməti və Cəlilabad RİH-lə əlaqə saxlamaq cəhdimiz nəticə vermədi.
Tahir

Комментариев нет:

Отправить комментарий