понедельник, 22 ноября 2010 г.

H A D İ S Ə


H A D İ S Ə 
 Lənkəranda sahə müvəkkili bıçaqlanıb  09:41 19-11-2010
Onun üzərində 4 saat cərrahiyyə əməliyyatı aparılsa da, vəziyyəti hazırda ağır qiymətləndirilir
Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.
Şəhər Polis Şöbəsinin (ŞPŞ) növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə noyabrın 18-də saat 16.30 radələrində qeydə alınıb. ŞPŞ-nin sahə müvəkkili, Lənkəran şəhəri, Mir Mustafa xan küçəsi, 21 ünvanında yaşayan, 1961-ci il təvəllüdlü Rufulla Fərəməz oğlu Nurullayev xidməti vəzifəsini yerinə yetirərkən şəhərin Şəhidlər Xiyabanı küçəsi ərazisində Etibar adlı şəxs tərəfindən bıçaqlanıb.
Ağır bədən xəsarəti almış polis əməkdaşı döş qəfəsinin sol arxa yarısının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-nin növbətçi həkimi Telman Xurşudovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, R. Nurullayevin üzərində 4 saat cərrahiyyə əməliyyatı aparılsa da, vəziyyəti hazırda ağır qiymətləndirilir.
ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində sahə müvəkkilini bıçaqlayaraq hadisə yerindən qaçmış şəxs – Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 78/9, mənzil 42-də yaşayan, 1978-ci il təvəllüdlü Etibar Baloğlan oğlu Babayev noyabrın 19-da saat 02.00 radələrində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
 Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırmalar davam etdirilir.

Комментариев нет:

Отправить комментарий