четверг, 25 ноября 2010 г.

ŞİRNİYYAT EVİ AÇIR


 FOND RƏHBƏRİ BİZNESİNƏ YENİ QANAD QOŞUR
 Aldığımız məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunun prezidenti, əslən Ağsu rayonundan olan Səlim Müslümov rayondakı biznesini daha da genişləndirmək qərarına gəlib. Lakin onun bu «genişləndirmə» əməliyyatı digər kiçik və orta sahibkarların sıradan çıxarılması, rayonun tam olaraq monopoliyaya alınması nəticəsində baş verir.
Rayondakı mənbələrimizin məlumatında deyilir ki, seçkilərdən dərhal sonra hərəkətə keçən Müslümovlar ailəsinin yüksək vəzifəli şəxsləri, öncə rayonda ərzaq biznesini tam olaraq inhisara almaq qərarına gəliblər. Belə ki, S.Müslümovun qardaşı, Ağsu rayon maliyyə idarəsinin rəisi Radil Müslümov Ağsuda un dəyirmanlarının hamısını satın alandan sonra, böyük bir şirniyyat evi açmaq qərarına gəlib.
Qarşı tərəflə əlaqə yaratmaq cəhdlərimiz alınmadı.

Комментариев нет:

Отправить комментарий