понедельник, 15 ноября 2010 г.

IMAN ABDULLA

 ATASIZ GUNLERIM UZDU OMRUMU 

Bir üzüm ağladı, bir üzüm güldü,
Dağlarım hönkürdü ha düzüm güldü.
Nə dodaq qımışdı, nə gözüm güldü,
Atasız  günlərim üzdü ömrümü.

Tənha bir ağacam yol qırağında,
Mincürə dərd yatır hər budaqında.
Əvvəlki dad-tamı yox ocağın da,
Atasız günlərim üzdü ömrümü.

Gözlərim yol çəkdi, dil danışmadı,
Baharım qış oldu, gül danışmadı.
El mənə ağladı, el danışmadı,
Atasız günlərim üzdü ömrümü.

Gül açdı dərd məndə min bəhər oldu,
Süfrəmi görənlər birtəhər oldu.
Ürəyim viranə bir şəhər oldu,
Atasız günlərim üzdü ömrümü.

Dondurdu talein buzu könlümü,
Əritməz sevginin yüzü könlümü.
Üzmədi İmanın sözü könlümü,
Atasız günləri üzdü ömrümü.

                                                               








Комментариев нет:

Отправить комментарий