понедельник, 29 ноября 2010 г.

Nəqliyyat qoçuları bir ailəni döydülər

26 -11 -2010 . Nəqliyyat qoçuları bir ailəni döydülər
Vəhşiləşmiş müfəttişlər əhali üçün qorxulu kabusa dönüb
Dövlət qurumları qanqster dəstəsinin fəaliyyətinə niyə şəarit yaradır?
Nəsimi rayonunda Nəqliyyat Departamentinin əməkdaşları taksi sürücüsü ilə birlikdə onun valideynlərini döyüblər. Bu barədə «Bizim Yol”a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, 20 Yanvar küçəsində Nəqliyyat Departamentinin əməkdaşları Arif Savalanov və Tural Muxtarzadə “Daewoo” markalı avtomobilindən taksi kimi istifadə edən Bakı şəhər sakini Faiq Məhərrəmovla mübahisə ediblər. Hadisə sürücünün yaşadığı ünvanın qarşısında baş verib. Müfəttişlər sürücünü yoldan qova-qova ora gətiriblər. Onların arasında yaranan mübahisə zamanı sürücünün atası 1954-cü il təvəllüdlü  İzzət Məhərrəmov və anası Zərifə İbrahimova səs-küyü eşidərək bayıra çıxıblar. Mübahisə zamanı sürücü ilə müfəttişlər arasında dava düşüb. Valideynləri övladlarını müfəttişlərin əlindən almaq istəyərkən müfəttişlər sürücü ilə birlikdə onları da vəhşicəsinə döyərək oradan gediblər. Müfəttişlərin sürücüdən lisenziya və pul tələb etdikləri deyilir. Zərərçəkənlər hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Комментариев нет:

Отправить комментарий