четверг, 18 ноября 2010 г.

Məşhur jurnalisti maşınla vuran şəxs prokurorluq işçisinin oğludur -

Milli.Az » Hadisə, kriminal » Məşhur jurnalisti maşınla vuran şəxs prokurorluq işçisinin oğludur - YENİLƏNİB
18 Noyabr 2010 [12:37] 
Azərbaycanın tanınmış jurnalistlərindən biri avtomobil qəzasında dünyasını dəyişib.
Milli.Az xəbər portalının əldə etdiyi məlumata görə, tanınmış jurnalist Rəfail Mustafayevi maşınla vuraraq öldürən şəxs prokurorluq əməkdaşının oğludur. Hadisəni törədən İsmayıl İsmayılov Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin rəisi, baş ədliyyə müşaviri Behbud İsmayılovun oğludur. Onu məlum hadisədən sonra işdən azad ediblər. 
----------------
16 noyabr
13:15
  Tanınmş jurnalistin faciəvi ölümü ilə bağlı ətraflı məlumatlar əldə etmişik. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, noyabrın 14-də axşam saatlarında Şərifzadə küçəsi 165 ünvandakı evin qarşısında naməlum avtomobil  Bakı sakinləri Qasım Muradpur və Rafail Mustafayevi vurub. Sonra isə onları avtomobilə qoyaraq Z.Kərimov küçəsində yolun kənarına ataraq qaçıb. Nəticədə R. Mustafayev hadisə yerində ölüb, Q.Muradpur isə xəsarətlə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. BŞBPİ-nin cinayət-axtarış idarəsi, Yasamal rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 29-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri axtarış tədbiriləri nəticəsində hadisənin İsmayıl İsmayılovun idarə etdiyi “VAZ-2107”  markalı avtomobil tərəfindən törədildiyi müəyyən edilib. Sürücü avtomobili ilə birlikdə tutulub.  Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. 
  * * *
  12.14
  Milli.Az xəbər portalının əldə etdiyi məlumata görə, 55 yaşlı Rəfayıl Mustafayev noyabrın 14-də Bakı şəhərində yol qəzasın düşüb. Mərhum aldığı xəsarətdən dünyasını dəyilib.   Rəfayıl Mustafayev Rusiyanın “Kommersant”, “Novıe İzvestiya” qəzetləri ilə əməkdaşlıq edib. 2000-ci ildən etibarən Rusiyanın “Reqnum” informasiya agentliyinin Azərbaycan üzrə müxbiri idi.
  Milli.Az

Комментариев нет:

Отправить комментарий