суббота, 6 ноября 2010 г.

Əhali üçün quraşdırılan bütün növ sayğaclar pulsuzdur / 14.10.2010

əmiyyət



Əhali üçün quraşdırılan bütün növ sayğaclar pulsuzdur / 14.10.2010

Cəlilabadda da sayğaclar pulsuz quraşdırılmalıdır!
Ötən saylarımızda Cəlilabad şəhərində üç fazlı "M.K.3-8" tipli elektrik sayğacılarının sökülüb "SMART" kart tipli elektrik sayğacları ilə əvəzlənməsi prosesində yol verilən əyintilər barədə yazmışdıq. Həmin yazılarda haqqında bəhs edilən əsas problem ondan ibarətdir ki, Cəlilabad YGEŞR-in əməkdaşları yeni quraşdırılan hər bir üç faza "SMART" kart tipli elektrik sayğacının quraşdırılmasına görə əhali qrupuna daxil olan vətəndaşlardan 480 manat vəsait tələb edirlər.
Problemin araşdırılması üçün "Azərenerji" ASC müraciət etdik və cavab aldıq ki, fiziki şəxslər sayılan əhali qrupundan olan abonentlər üçün quraşdırılan bütün növ sayğacların quraşdırılması, dəyişdirilməsi və təmiri pulsuzdur. Lakin bizdə olan məlumatlara görə Cəlilabad YGEŞR-in əməkdaşları əhalidən hər bir sayğacın quraşdırılması üçün 480 manat pul tələb etməkdə davam edir.
Ona görə də həmin məsələyə bir daha aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət enerji Nəzarət İdarəsi Lənkaran regional sektorunun aparıcı məsləhətçi-müfəttişi K.M.Məmmədov, Cəlilabad YGEŞR-nın rəisi Hüseynov Nizami Abdulla oğlu və Cəlilabad şəhər M.Hadi küçəsində yaşayan İmanov İman Mikayıl oğlunun iştirakı ilə tərtib edilmiş aktı qəzetimizdə olduğu kimi dərc edirik.
"Biz aşağıda imza edənlər Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət enerji Nəzarət İdarəsi Lənkaran regional sektorunun aparıcı məsləhətçi-müfəttişi K.M.Məmmədov, Cəlilabad YGEŞR-nın rəisi Hüseynov Nizami Abdulla oğlu və Cəlilabad şəhər M.Hadi küçəsində yaşayan İmanov İman Mikayıl oğlunun iştirakı ilə tərtib edirik bu aktı ondan ötrü ki, sonuncunun imzası ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinə daxil olmuş 1-49 saylı 24.06.2010-cu il tarixli şikayət məzmunlu məktubunda göstərilənlər tərəfimizdən yerində araşdırılarkən aşağıdakılar məlum oldu:
“Cəlilabad şəhər M.Hadi küçəsində yaşayan İmanov İman Mikayıl oğlunun Azərbaycan Respublikası Prezidentinə ünvanladığı şikayət məzmunlu məktubunda onun yaşadığı evə Cəlilabad Elektrik şəbəkəsinin nümayəndələri gələrək fəaliyyətdə olan üç fazlı "M.K.3-8" tipli elektrik sayğacı sökülüb, dəyəri 480 manat ödənilməklə yerinə yeni "SMART" kart tipli elektrik sayğacı quraşdırıldıqdan sonra su nasosunun elektrik xətti şəbəkəyə qoşulacağı bildirilmişdir. Araşdırma zamanı məlum oldu ki, hal-hazırda M.Hadi küçəsində "SMART" kart tipli elektrik sayğaclarının quraşdırılması prosesi getmir.
Həmçinin şikayətçi İ.M.İmanovun evindəki üç fazlı M.K.3-8 tipli elektrik sayğacı şəbəkədən açılmamış və hal-hazırda istismardadır. (Cəlilabad YGEŞR-nın rəisinin izahatı akta əlavə olunur). Eyni zamanda Cəlilabad Elektrik Şəbəkəsinin rəhbərliyinə bildirilmişdir ki, fiziki şəxs olan istehlakçılarının sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06.01.2010-cu il tarixli 3№-li Qərarı 2.1.2 bəndi). (Cəlilabad YGEŞR -nın rəisinə verilən Tələbnamə akta əlavə olunur)."
İnformasiya şöbəsi
36 dəfə oxunub | 0 şərh olunub

Комментариев нет:

Отправить комментарий