суббота, 13 ноября 2010 г.

“AZƏRENNERJİ” QAPALI SƏHIMDAR CƏMIYYƏTININ PREZIDENTI CƏNAB E. PIRVERDIYEVƏ

 Surəti:  Şirvan Regional Enerji Şəbəkəsi Məhdud Məsuliyyətli Cəmiyətin Direktoruna 
 Cəlilabad şəhəri , A. Azərtürk küçəsinin 158 № li  evin sahibi 63 yaşlı , II qrup əlil , Abıyev Bəxtiyar  Balabəy oğlundan

                                                                  B İ L D İ R İ Ş !

            Sizin ASC – nin ENERJİNƏZARƏTİ idarəsinə və mənə ünvanladığınız  01.10.2010 cu il tarixli 19-3/3387 – saylı məktubunuza cavab olaraq bildirirəm ki, mən 1990 cı il tarixdən 3 fazlı  elektrik sayğacından istifadə edirəm və hər ayda sayqac hesabı ilə aidatı Poçt şöbəsi vasitəsilə istifadə etdiyim elektrik enerjisinin pulunu , Cəlilabad elektrik enerji idarəsinə ödəmişəm.
            Lakin , Sizin  mənə ünvanladığınız məktubda məni günahlandırmaqla , mən sanki birinci dəfə olaraq 3 – fazlı elektrik sayğacından  istifadə edirəm!
            Sizə məlim edirəm ki, Cəlilabad PEŞ – də fəaliyyət göstərən məmurların vətəndaşlara qarşı münasibəti və xidməti  də ürək açan deyil, əvvəla idarənin rəisi İ. Aslanov məni aldadıb və sonradan , üstündən bir ay keçəndən sonra razılaşma Protokolu tərtib edərək demək olar ki, məcburi qaydada mənə imza etdirib. Belə ki, mən susuz qalmamaq xatirinə həmən Prolokola imza etmişəm. Halbuki mənim ərizəm də yoxdur.
            Sizin heç bir nümayəndə mənim yaşadığım evdə olmamış və mənim hətta evimin Cəlilabadın hansı guşəsində yerləşdiyini belə bilmir.
            Mənim şikayətim əsasında Respublika Dövlət Enerji Nəzarəti İdarəsinin Lənkəran Regional Sektorunun aparıcı – məsləhətçi müfəttişi K. M. Məmmədov mənim evimdə olmuş  mənimlə dəfələrlə söhbət etmiş, yoxlama və müşahidələrindən sonra belə qənaətə gəlmiş ki, mənim şikayətim və tələbim haqlıdır və bu barədə akt tərtib etmiş  lakin Sizin Cəlilabad rayonundakı nümayəndəniz aktı imzalamağdan imtina etmişdir.  Nəyə görə??
Necə olur ki, Respublika Energetika Nazirliyinin nümayəndəsi hər şeyi dəqiqliklə yerində yoxlayıb və bu qənaətə gəlib ki, vətəndaş Abıyev Bəxtiyarın şikayət və tələbi haqlıdır və bu barədə Cəlilabad PEŞ – in rəisi İ. Aslanovun nəzərinə çatdırılmış və ona 22.092010 cu il tarixli 25 saylı tələbnamə verilmiş ki, fiziki şəxslərdən ödənişlər tələb etməsi   qaydalara zidd olması bildirilmişdir. Lakin Siz bu tələbnamənin və eləcədə Ölkə rəhbərinin , Nazirlər Kabinetinin qərarlarına məhəl qoymadanöz əsassız iddialarınızı müdafiə etməyə sövq edirsiniz.
Respublika Dövlət Enerji Nəzarəti İdarəsinin tərtib etdiyi 22.10.2010 cu il tarixli aktı məlumat üçün Sizə göndərirəm.
Yuxarıdakılara əsasən Sizdən xahiş edirəm nümayəndə göndərəsiniz və hər şeyi mənim iştirakım ilə yerində yoxlayıb ətraflı və dəqiq müşahidə edib son qərar çıxarasınız.
Hörmətlə:   Abıyev Bəxtiyar Balabəy oğlu
                  20.10.2010 cu il

Комментариев нет:

Отправить комментарий