четверг, 18 ноября 2010 г.

qətlə yetirildi


Milli.Az » Hadisə, kriminal » 40 yaşlı qadın evində qətlə yetirildi
18 Noyabr 2010 [12:12] - Milli.Az
Kifayət Nəbiyeva bir müddət əvvəl həyat yoldaşından ayrılıb, bir nəfərlə qeyri-rəsmi yaşayırmış.
Şəmkir rayonunda daha bir dəhşətli qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, şəhər ərazisində yaşayan 40 yaşlı Kifayət Nəbiyeva yaşadığı evdə qətlə yetirilib. Mərhumun üzərində zorakılıq əlamətləri olan meyiti noyabrın 17-də saat 14:00 radələrində yaşadığı S.Vurğun küçəsindəki evdə aşkarlanıb.
Şəmkir rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, K.Nəbiyeva yaşadığı evdə bıçaq zərbələri ilə qətlə yetirilib. Gədəbəy rayonunda anadan olmuş K.Nəbiyeva bir müddət əvvəl həyat yoldaşından ayrılıb, Şəmkir rayonunda bir nəfərlə qeyri-rəsmi yaşayırmış. Cinayəti törədən şəxsin tapılması istiqamətində axtarış tədbirləri aparılır. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək iki, bu cinayət hadisəsi son 1 həftə ərzində Şəmkir rayonunda törədilən ikinci ağır qətl hadisəsidir. Noyabrın 12-də rayonun Mahmudlu kənd sakini 49 yaşlı Gülçiçək Məmmədova evində başı kəsilərək qətlə yetirilib.
Anar Məmmədov
Milli.Az
Xəbərə uyğun link:

Şəmkir rayonunda qadının başını kəsən şəxs tutulub - YENİLƏNİB

Комментариев нет:

Отправить комментарий