понедельник, 29 ноября 2010 г.

Dövlət Sosial Müdafiə Fondu

Son vaxtlar bir sıra dövlətlərin sığorta-pensiya sistemlərində aparılan islahatlar Azərbaycanda qurulan modelin keçid dövrü ölkələri üçün örnək kimi tövsiyə edilməsinin heç də təsadüfi olmadığını təsdiqləyir. Bu baxımdan Rusiya Federasiyasının pensiya sistemində təklif olunan islahatların məzmunu xeyli diqqəti çəkir.
Bu barədə Azərbaycan Respublikasə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd edilib ki, Rusiya Federasiyası Səhiyyə və Sosial İnkişaf Nazirliyi pensiya sistemindəki islahatlar barəsində mümkün variantları əks etdirən "Pensiya islahatlarının nəticələri və dünya maliyyə böhranının təsiri nəzərə alınmaqla Rusiya Federasiyasının pensiya sisteminin uzunmüddətli inkişaf perspektivləri" adlı məruzəsini hökumətə təqdim edib.
Bu sənəddə Nazirlik və Rusiya Pensiya Fondu 2002-2010-cu illərdə pensiya islahatının 1-ci və 2-ci mərhələlərinin nəticələri haqqında təhlillər aparmış və islahatın növbəti mərhələsinin reallaşdırılması zəruriliyi barədə arqumentlər gətiriblər.
Təklif olunan variantlardan biri hərbçilərin və daxili işlər orqanlarında çalışanların (hazırda həmin şəxslərin pensiyaları federal büdcədən ödənilir) məcburi dövlət sosial sığortasına cəlb edilməsidir.
Qeyd olunmalıdır ki, Azərbaycanda bu istiqamətdə hələ dörd il bundan öncə islahat tədbirləri həyata keçirilib. 2007-ci il yanvarın 1-dən respublikamızda hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi və fərdi uçotla əhatə olunmasına, həmin şəxslərin əmək pensiyaları ilə təminatına keçilib. Bu tədbirlər nəticəsində hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin yeni sığorta-pensiya sisteminin üstünlüklərindən (pensiyalarının Fondun hesabına verilən plastik kartlarla ödənilməsi, natamam hərbi xidmət müddətinin pensiya məbləğlərinə təsirinin təmin olunması, hərbi qulluqçular və dövlət qulluqçularının gələcəkdə sığorta-pensiya sistemində yığım komponentinin tətbiqində iştirakı və s.) istifadə etmələrinə imkan yaradılıb.
Məruzədə vaxtından əvvəl pensiyaya çıxan şəxslər üzrə ödəmələr pensiya sisteminin mürəkkəb problemlərindən biri kimi qiymətləndirilib, bu sahədəki güzəştlərin ləğvi əsas islahat istiqaməti kimi müəyyənləşdirilib. Xatırladaq ki, Azərbaycan Respublikasında hələ 2009-cu ildə bu istiqamətdə zəruri tədqiqatlar aparılaraq qanunvericiliyə müvafiq dəyişikliklər edilib.
Növbəti əsas təklif pensiya sisemində yığım komponentinin tətbiqi ilə bağlıdır. Bu istiqamətdə səslənən arqumentlər ondan ibarətdir ki, Rusiya pensiya sistemində hazırki qaydada yığım komponentinin tətbiqi maliyyə bazarının mövcud inkişafı səviyyəsi ilə üst-üstə düşmür və bu səbəbdən də vəsaitlərin yerləşdirilməsində yaranan problemlər nəinki nəzərdə tutulan dividentləri, hətta infilyasiyadan qoruma imkanını da vermir. Digər tərəfdən, yığım hissəsinin pensiyaların cari maliyyələşdirilməsinə sərf olunmaması Pensiya Fondunun büdcə kəsirini daha da dərinləşdirir. Bununla bağlı pensiyalarin yığım hissəsinin perspektivinə dair məruzədə bir neçə variant əks olunmuşdur. Bunlardan biri pensiyaların yığım hissəsi məsələsinin tamamilə istisna edilməsidir. Digər bir variant kimi bu komponentin könüllülük prinsipi əsasında tətbiqi irəli sürülüb. Üçüncü variant isə yığım hissəsinin həcminin azaldılmasıdır.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının pensiya qanunvericiliyi də baza, sığorta və yığım hissələrindən ibarət olmaqla üçpilləli pensiya təminatını nəzərdə tutur. Ölkədə qurulmuş yeni sığorta-pensiya sistemi çərçivəsində əmək pensiyalarının baza və sığorta hissələrinin təyini və artırılması mexanizmləri uğurla tətbiq edilmişdir. Yığım komponentinin tətbiqi ilə bağlı isə son dərəcə ehtiyatlı (konservativ) mövqe tutulub. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli 111 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda yığım komponentinin tətbiqinin daha mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən çox asılı olduğu xüsusilə qeyd olunmuş, bunun üçün beynəlxalq təcrübənin öyrənilməsi, əvvəlcə sosial sığorta haqlarının fərdi hesabın yığım hissəsinə (fərdi yığım hesablarına) yönəldilməsi mexanizmləri və həmin vəsaitlərin idarə olunması qaydalarının düzgün müəyyən edilməsi, bundan sonra sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına başlanılması müəyyənləşdirilib.

1 комментарий:

  1. Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)

    ОтветитьУдалить