понедельник, 22 ноября 2010 г.

qadın tutuldu


vurub qaçan qadın tutuldu
20 Noyabr 2010 [16:08] - Milli.Az             
Ötən ay Bakıda piyadanı vurub qaçan qadın sürücü yaxalanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu il oktyabrın 5-də baş verib. Müəyyən edilməməiş avtomobil Bakı şəhər sakini 27 yaşlı Aygün Əlizadəni vuraraq hadisə yerindən qaçıb. Qadın xəsarətlə xəstəxanaya yerləşdirilib.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində hadisənin 90 HU 260 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin  sürücüsü, Bakı şəhər sakini 28 yaşlı Mətanət Əliyeva tərəfindən törədilməsi müəyyən edilib. M.Əliyeva polis tərəfindən tutulub.
Milli.Az

Комментариев нет:

Отправить комментарий