суббота, 13 ноября 2010 г.

Vergilər Nazirliyi Sumqayıtda sahibkarlardan küll miqdarda pul tələb etməyə başlayıb

Vergilər Nazirliyi Sumqayıtda sahibkarlardan küll miqdarda pul tələb etməyə başlayıb
İş adamı Qarabğ əlili olduğuna görə «cəriməsi» 12 min manatdan 9 minə endirilib
Qəzetimizin əvvəlki saylarında Vergilər Nazirliyinin Sumqayıt şəhər 2 saylı ərazi idarəsinin sahibkarları küllü miqdarda cərimələməsi barədə informasiyalar yaymışdıq. Ancaq nazirliyin mətbuat xidməti xəbərlərdə göstərilən faktları ya təkzib edir, ya da bu barədə araşdırma aparmaq üçün vaxt istəyirdilər. Amma bütün hallarda sahibkarlardan haqq yığılması təkzib olunurdu.
“Bizim Yol” qəzetinə məlumat verən mənbə bildirib ki, Vergilər Nazirliyinin Audit Departamentində struktur dəyişikliyi olub. Dəyişiklik nəticəsində 12 idarə yaradılıb. Bu idarələr ayrı-ayrılıqda şadlıq evlərin, kiçik müəssisələrin fəaliyyətini izləyəcək. Mənbə əlavə edib ki,  “cərimə”lərin qalxmasının səbəbi həm də yeni yaradılan idarələrə qoyulan rəislərin işə münasibətidir. Onlar sahibkarları əsla rahat buraxmırlar. Konkret olaraq, Bakı-Quba yolunun kənarında yerləşən, “Bayatı” yeməkxanasından əvvəl 12 min manat istəyiblər, uzun mübahisədən sonra 9 min manatla razılaşıblar. Yalnız sahibkarın Qarabağ müharibəsi iştirakçısı olması və  ayağının birini müharibədə itirməsinə görə ona güzəşt ediblər. 
Düzdür, bu cür güzəştlər danışıq nəticəsində başqa ticarət mərkəzlərində də olur: “Məsələn, Nərimanov küçəsində yerləşən “LG Elektronik” mağazasından 15 min manat istənilsə də, 10 minlə razılaşıblar. 41-ci məhəllədə “Sevgilim” şadlıq evinin birinci mərtəbəsində mebel mağazası da daxil olmaqla 60 min manat istənilib, sonradan 40 minə razılaşıblar. “Şərq Bazarı”nda təsərrüfat malları satan sahibkardan 14 min tələb olunub, uzun xahişdən sonra 8 minlə razılaşıblar. “Qalatasaray” Ticarət Mərkəzindən verilən məlumata görə mərkəz 5 aydır təmirə saxlanılsa da, 4-5 kiçik dükan fəaliyyətini davam etdirir. Buna baxmayaraq Auidit Departamenti yoxlamağa qərar verib. Bunun nəticəsində Ticarət Mərkəzindən 120 min manat istənilsə də, 70 minlə razılaşıblar. 1-ci mikrorayonda yerləşən “Nurlan” şadlıq evindən 50 min manat istənilib 30 minə razılaşdırılıb. Eyni ilə 30-cu məhəllədəki “Briliyant” tül pərdə satan dükandan 20 min manat istənilib və xronometraj qoyulub. Bundan sonra sahibkar 10 min ödəməklə özünü “xilas edə” bilib. Sumqayıtda “Əyri ev” kimi tanınan binanın altındakı elektrik malları satışı ilə məşğul olan mağazadan 10 manat istənilib 5 min manatla razılaşdırılıb”.
Mənbə bildirib ki, “Karvan” Ticarət Mərkəzində 300-dən artıq kiçik dükan fəaliyyət göstərir. Ötən il də bu mərkəz “cərimə” olunsa da, bu dəfə aparılan reydin nəticəsində hər bir dükana 1500 manat istənilib. Amma bu tələbdən sonra sahibkarların əksəriyyəti dükanlarını qapadıb. Bu azmış kimi nazirliyin eyniadlı qəzeti şəhərdəki bütün sahibkarlara məcburi şəkildə abunə yazdırılır.
Biz yenə də nazirliyin mətbuat xidmətinin mövqeyini dərc etməyə hazırıq. Təəssüf ki, gün ərzində etdiyimiz telefon zənglərinə cavab verən olmadı.Natiq CAVADLI
Oxunub: 53 dəfə.

Комментариев нет:

Отправить комментарий