среда, 17 ноября 2010 г.

Elçin Sadıqov:

Media
“AZƏRBAYCANA QARŞI SANKSİYALAR TƏTBİQ OLUNA BİLƏR”
Elçin Sadıqov: “Eynulla Fətullayevin ailəsinə təzminat ödənməsə, Avropa Şurasının Nazirlər Komitəsinə müraciət edəcəyik”
Xəbər verdiyimiz kimi, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin ailəsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə Azərbaycan dövlətinin ödəyəcəyi təzminatı ala bilmədiyindən şikayətçidir. Qərara görə, jurnalistə 25 000 avro təzminat verilməlidir. Azərbaycan dövləti 2822 avro miqdarında məhkəmə xərclərini də ödəməlidir. Təzminatın ailəyə çatması üçün Azərbaycan ərazisində fəaliyyət göstərən banklardan birində hesab açıl aşılsa da, təzminat indiyədək ödənməyib.
Baş redaktorun vəkili Elçin Sadıqov isə bildirdi ki, pulun ailəyə verilməsində hansısa kommunikativ yubanmadan, əngəldən söhbət gedə bilməz. Müsahibimiz xatırlatdı ki, artıq bank hesabı açılıb və qərarın icra olunması üçün heç bir əngəl qalmayıb: “Amma bu günə qədər sözügedən məbləğin ailəyə çatdırılmaması onu göstərir ki, hakimiyyət bu vəsaiti ödəməmək niyyətindədir?” E.Sadıqov hesab edir ki, hökumətin təzminatı ödəməməsinin iki səbəbi ola bilər. Bu, ya səhlənkarlıq, ya da qərəzlilikdən irəli gəlir. Bununla belə, müsahibimiz hökumətin pulu olmadığı üçün təzminatı ödəməməsinin gülünc arqument ola biləcəyini düşünür: “Onlar bu məsələni həll etməsələr, Avropa Şurasının Nazirlər Komitəsinə müraciət edəcəyik. Sözügedən qurum Azərbaycana sanksiyalar tətbiq edə bilər. Onsuz da hökumət bu günədək bir neçə hökmü icra etmir”.
Jurnalistin atası Emin Fətullayev isə özünün və həyat yoldaşının işsiz olduğunu, ailənin çətinlik içərisində yaşadığını deyir: “Dövlətin ödəyəcəyi təzminat kimlərinsə şəxsi cibindən çıxmır axı. Bu da ölkənin, dolayısı ilə xalqın puludur və mənim ailəmin haqqıdır. Niyə vermirlər? Deyəsən, qanunda 3 ay müddət göstərilir deyə, bu işin icraçıları da yalnız sonuncu günü gözləyirlər”.
SEVİNC

Комментариев нет:

Отправить комментарий