понедельник, 29 ноября 2010 г.

Azərbaycanda ehtiyac meyarı

2011-ci ili yanvarın 1-dən Azərbaycanda ehtiyac meyarının həddi 75 manat müəyyənləşdirilib. Milli Məclisin bu barədə verdiyi qanunu Prezident İlham Əliyev oktyabrın 22-də təsdiqləyib. Qanun bu gün rəsmi qəzetlərdə dərc olunub.
2011-ci il üçün yaşayış minimumu isə ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib. Bu Qanun da 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.
Dövlət başçısı hər iki qanunun tətbiqi ilə bağlı sərəncamlar imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılır ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının yeni qanunlara uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Комментариев нет:

Отправить комментарий