вторник, 16 ноября 2010 г.

20-dən artıq rayon rəhbərinin vəzifəsini itirəcəyi gözlənilir


20-dən artıq rayon rəhbərinin vəzifəsini itirəcəyi gözlənilir

Hələ seçkilərdən öncə hakimiyyət bir çox rayonların rəhbərlərini dəyişdirmək qərarına gəlmişdi. Prosesin seçkilərdən sonra həyata keçiriləcəyi isə verilən məlumatlar sırasında idi. Lakin iqtidar mənsubları bu prosesi heç də seçkilərin gedişatına görə, müəyyənləşdirmək istəmirdi. Amma beynəlxalq təşkilatların ard-arda sərt bəyanatlarından sonra vəziyyət tamam başqa şəkil almağa başlayıb.
TİA.AZ-a daxil olan məlumatlara görə, seçkilər başa çatdıqdan sonra hakimiyyət 20-yə yaxın icra başçısını dəyişdimək qərarına gəlib. Məlumatda deyilir ki, bu icra başçılarından bir çoxu seçki saxtakarlıqlarının qurbanı olacaqlar. Belə ki, hansı dairələrdən seçki saxtakarlıqları ilə bağlı daha çox şikayət varsa, onların vəzifələri ilə vidalaşacaqları gözlənilir. Qalanlarını isə yalnız başqa rayonlara rəhbər təyin edilməklə kifayətlənəcəklər.
Mənbənin iddiasına görə, hal hazırda MSK-ya ən çox şikayət Bakının Xətai rayonunda şikayət daxil olub. Bu rayondakı bütün dairələrdə total saxtakarlıq hallarının baş verməsi Xətainin icra başçısı Razim Məmmədovu çıxılmaz vəziyyətə salıb. Onun durumun indiki şəkil alacağını gözləməməsi isə planların da alt-üst olmasına gətirib çıxarıb. Çünki Məmmədov seçkilərdən sonra daha yüksək vəzifəyə getməyi gözləyirdi. İndi isə o, həmin imkanlardan belə məhrum ola bilər.

Seçki saxtakarlıqları ilə bağlı şikayətlərin çoxluq təşkil etdiyi digər bir dairə isə 72 saylı Yardımlı-Masallı seçki dairəsidir. Verilən məlumatlara görə, seçkilərdən sonra Masallıya icra başçısı göndərilməsi gözlənilən Yardımlının rəhbəri Xəzər Aslanovun da murazı gözündə qala bilər. TİA.AZ-a verilən məlumatda iddia olunur ki, Aslanovu ən yaxşı halda nazirliklərdən birində şöbə müdiri kimi işə götürülməsi nəzərdə tutulub.
Analoji vəziyyətlə Masallının icra başçısı Qəzənfər Ağayev də üzləşib. Bir müddət əvvəl Qaradağa icra başçısı gətiriləcəyini gözləyən Ağayevin rəhbərlik etdiyi rayondakı dairələrin bir çoxundan total şəkildə şikayətlərin daxil olması onun karyerasının üzərindən xətt çəkə bilər. Hələlik onun aqibətinin necə olacağı ilə bağlı siyasi qərarın verilmədiyi deyilir.
Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyevin də vəziyyəti ürəkaçan deyil. Rayondakı seçki dairələrində baş vermiş özbaşınalıq və edilən şikayətlərin çoxluğu hakimiyyətin xeyli əvvəl düşündüyü planı rahatlıqla həyata keçirməsinə imkan yaradıb. Məlumatlı mənbələrin TİA.AZ-a verdiyi məlumata görə, Seyidəliyev icra başçılığından çıxarıldıqdan sonra hər hansı bir işlə təmin olunmaya da bilər.

Комментариев нет:

Отправить комментарий