суббота, 13 ноября 2010 г.

Polis şöbəsində intihar

13 -11 -2010 . Polis şöbəsində intihar
Narkotik üstündə tutulan şəxs özünü qəsd etdi
Cəlilabad rayon polis şöbəsində intihar hadisəsi baş verib. Bu barədə “Bizim Yol”a hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, rayon sakini, 40 yaşlı Qəzənfər Hidayət oğlu Seydənov özünü asaraq intihara cəhd edib.
Qəzənfər Seydənovbir neçə gün əvvəl polis şöbəsinin əməkdaşları onun narkotik vasitələrdən istifadə etdiyinə görə saxlayaraq şöbəyə aparıblar. Məlumata görə, Qəzənfər Seyidova ilkin olaraq rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, lakin onun vəziyyəti ağır olduğundan Bakıya gətirilib. Onun Bakıda Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yerləşdirldiyi bildirilir. Hazırda vəziyyətinin ağır olduğu qeyd edilir. Xəstəxanada həkim nəzarətində olan Qəzənfər Seyidov koma vəziyyətindədir.
Əldə etdiyimiz məlumata görə, Qəzənfər Seyidov rayon polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasında özünü maykası ilə asıb. Lakin təcridxanada olan nəzarətçilər hadisədən tez xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olub.
Oxunub: 16 dəfə.Bizim yol qəzeti

Комментариев нет:

Отправить комментарий